Məhkəmə qərarları › İş №e-2(019)-1153/2023

Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-1153/2023

01.12.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-1153/2023 01.12.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, iddiaçı Balakən Şəhər Mənzil İstismar Müəssisəsinin cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh7, Cavabdeh10, Cavabdeh9, X2, Cavabdeh8, Cavabdeh11, Cavabdeh1, Cavabdeh6 və Cavabdeh5 qarşı Cavabdeh9,X1, Cavabdeh8, Cavabdeh11, Cavabdeh6, Cavabdeh5, Cavabdeh1, Cavabdeh4, Cavabdeh7,X3, Cavabdeh2, Cavabdeh10 və onlarla yaşayan ailə üzvlərinin Balakən rayonunun Mahamalar kəndində yerləşən Liter A,B,C,D kimi qeyd olunan binadakı mənzillərdən çıxarılmaları tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq, m ü ə y y ə n e t d i m: İddiaçı Balakən Şəhər Mənzil İstismar Müəssisəsi cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh7, Cavabdeh10, Cavabdeh9, X2, Cavabdeh8, Cavabdeh11, Cavabdeh1, Cavabdeh6 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh9,X1, Cavabdeh8, Cavabdeh11, Cavabdeh6, Cavabdeh5,Cavabdeh1, Cavabdeh4,Cavabdeh7, X3, Cavabdeh2, Cavabdeh10 və onlarla yaşayan ailə üzvlərinin Balakən rayonunun Mahamalar kəndində yerləşən, Liter A,B,C,D kimi qeyd olunan binadakı mənzillərdən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra Azərbaycan Respublikası MPM) 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda-iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsi məlumatlarından çıxarışdan görünür ki, iddia ərizəsində cavabdeh kimi göstərilən Cavabdeh10 xx.xx.2014-cü il tarixdə ölmüşdür. Lakin hazırki iddia ərizəsində xx.xx.2014-cü il tarixdə ölmüş Cavabdeh10 hüquq varislərinin adları, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməmişdir. Həmçinin iddia ərizəsində cavabdehlərin ailə üzvlərinin də mənzillərdən çıxarılması tələbi irəli sürülsə də, həmin şəxslərin cavabdeh kimi adları (soyadı, adı və atasının adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda-iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, şəxsiyyət vəsiqəsinin seriya nömrəsi göstərilməmişdir. Qeyd olunanlar yuxarıda göstərilən qanun normalarına əsasən hazırki iddia ərizəsinin qaytarılması üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmçinin «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən Balakən Şəhər Mənzil İstismar Müəssisəsi dövlət təşkilatı olaraq dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün hazırki iddianın qaldırılması üçün dövlət rüsumu ödəməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən dövlət rüsumunun qaytarılması məsələsi hazırki qərardad üzrə həll olunmalı məsələ deyildir. Yuxarıda göstərilənlərə əsasən hesab edirəm ki, iddiaçı Balakən Şəhər Mənzil İstismar Müəssisəsinin cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh7, Cavabdeh10, Cavabdeh9, X2, Cavabdeh8, Cavabdeh11, Cavabdeh1, Cavabdeh6 və Cavabdeh5 qarşı Cavabdeh9, X1, Cavabdeh8, Cavabdeh11, Cavabdeh6, Cavabdeh5, Cavabdeh1, Cavabdeh4, Cavabdeh7, X3, Cavabdeh2, Cavabdeh10 və onlarla yaşayan ailə üzvlərinin Balakən rayonunun Mahamalar kəndində yerləşən, Liter A,B,C,D kimi qeyd olunan binadakı mənzillərdən çıxarılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və Balakən Şəhər Mənzil İstismar Müəssisəsinə iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149-152,263-264 və 266-268-ci maddələrini rəhbər tutub, q ə r a r a a l d ı m: İddiaçı Balakən Şəhər Mənzil İstismar Müəssisəsinin cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh7, Cavabdeh10, Cavabdeh9, X2, Cavabdeh8, Cavabdeh11, Cavabdeh1, Cavabdeh6 və Cavabdeh5 qarşı Cavabdeh9,X1, Cavabdeh8, Cavabdeh11, Cavabdeh6, Cavabdeh5,Cavabdeh1, Cavabdeh4, Cavabdeh7,X3, Cavabdeh2, Cavabdeh10 və onlarla yaşayan ailə üzvlərinin Balakən rayonunun Mahamalar kəndində yerləşən, Liter A,B,C,D kimi qeyd olunan binadakı mənzillərdən çıxarılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın; Balakən Şəhər Mənzil İstismar Müəssisəsinə iddia ərizənin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə müraciət etmək hüququ izah edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar