Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-1164/2023 04.12.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ İHakim Tahirov Zamin Cəbrayıl oğlu, İddiaçıh oğlunun Cavabdehnə qarşı Cavabdeh ("xxxx" MMC) Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə “2012-ci ilin may ayında baş vermiş zəlzələ nəticəsində yarasız hala düşmüş Zaqatala rayonu, Danaçı kəndində yerləşən ona məxsus ümumi sahəsi 206.25 m olan fərdi yaşayış evinin yerində, Fövqəladə Hallar Nazirliyinin əvvəlcədən müəyyən etdiyi layihəyə uyğun olaraq 16,5x12,5 kv.metr olan yeni fərdi yaşayış evinin (inşa edilərək) tikilərək, təmir edilməsi tələbinə dair iddia ərizəsininin məhkəmənin icraatına götürülməsinin mümkünlüyü məsələsini araşdıraraq, müəyyənetdim: İddiaçıh oğlu Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ("xxxx" MMC) Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə “2012-ci ilin may ayında baş vermiş zəlzələ nəticəsində yarasız hala düşmüş Zaqatala rayonu, Danaçı kəndində yerləşən ona məxsus ümumi sahəsi 206.25 m olan fərdi yaşayış evinin yerində, Fövqəladə Hallar Nazirliyinin əvvəlcədən müəyyən etdiyi layihəyə uyğun olaraq 16,5x12,5 kv.metr olan yeni fərdi yaşayış evinin (inşa edilərək) tikilərək, təmir edilməsi və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçının xeyrinə verilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir (iddia tələbi iddia ərizəsində yazıldığı kimi göstərilir). İddia ərizəsinə əlavə olunmuş xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, ərizəçi İddiaçıh oğlu tərəfindən hazırki iddianın qaldırılması üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Ərizəyə və ona əlavə olunmuş sənədlərə baxaraq, hesab edirəm ki, aşağıda göstərilən əsaslara görə bu iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə temək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 8.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 50.2-ci maddəsinə əsasən özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər, habelə dövlət idarə və təşkilatlarının və ya təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 50.5-ci maddəsinə əsasən tərəflər prosessual hüquqlardan bərabər istifadə edirlər və bərabər prosessual fəzifələr daşıyırlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda-iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.5-ci maddəsinə əsasən iddia ərizəsində ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Qanun normalarının tələbindən görünür ki, mülki məhkəmə icraatı qaydasında iddia icraatı üzrə işə baxılması üçün iddia ərizəsində iddiaçı tərəfindən cavabdehə qarşı yönələn tələb, bu tələbin əsası kimi istinad edilmiş fakt və hallar və onları təsdiq edən sübutların siyahısı göstərilməlidir. Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinin fəlsəfəsindən görünür ki, mülki məhkəmə icraatında dispozitivlik prinsipi bu icraatın kvintessensiyasını təşkil edir, iddiaçı və cavabdeh bərabər hüquqlu tərəflər kimi prosessual hüquqlardan bərabər istifadə edirlər və bərabər vəzifələr daşıyırlar. Mülki məhkəmə icraatında cavabdehin üzərinə hər hansı vəzifələrin qoyulması ilə bağlı iddia icraatı üzrə işə baxılması və qərarların qəbul edilməsi proseduru nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının inzibati prosessual qanunvericiliyində inzibati məhkəmələr tərəfindən inzibati funksiyaları yerinə yetirən inzibati orqanların üzərinə hər hansı vəzifələrin qoyulması üzrə iddia icraatı institutu nəzərdə tutulmuşdur ki, onun da hüquqi əsası Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2-ci maddəsində müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:…2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia)… Lakin hazırki iddia ərizəsində qanunvericilyiin tələbləri pozularaq, cavabdeh «BalaCans” ("xxxx" MMC) Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə “2012-ci ilin may ayında baş vermiş zəlzələ nəticəsində yarasız hala düşmüş Zaqatala rayonu, Danaçı kəndində yerləşən ona məxsus ümumi sahəsi 206.25 m olan fərdi yaşayış evinin yerində, Fövqəladə Hallar Nazirliyinin əvvəlcədən müəyyən etdiyi layihəyə uyğun olaraq 16,5x12,5 kv.metr olan yeni fərdi yaşayış evinin (inşa edilərək) tikilərək, təmir edilməsi vəzifəsinin müəyyən edilməsi göstərilmişdir ki, bu da cavabdehə qarşı yönəlmiş tələb kimi qəbul oluna bilməz. Belə ki, cavabdehin üzərinə fərdi yaşayış evinin tikilməsi və təmirinin edilməsi vəzifəsi ona qarşı tələb yönəldilə bilməli olan şəxsin yönəltdiyi və mülki məhkəmə icraatı qaydasında baxılmalı olan tələb deyildir. Ona görə də belə nəticəyə gəlirəm ki, ərizəçi tərəfindən iddia ərizəsində Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinin tələbləri qaydasında cavabdehə qarşı yönəlmiş tələb, həmin tələbin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı göstərilməmişdir. Bununla da iddia ərizəsinin Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə həmçinin hesab edir ki, hazırki iddia ərizəsi qaytarıldığı üçün ödənilmiş 100 manat dövlət rüsumu da Balakən rayon Maliyyə Şöbəsi vasitəsilə Azərbaycan Respublikasının Dövlçət büdcəsindən ərizəçi İddiaçıh oğluna qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə qeyd olunanları, mülki prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, İddiaçıh oğlunun Cavabdehnə qarşı Cavabdeh ("xxxx" MMC) Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə “2012-ci ilin may ayında baş vermiş zəlzələ nəticəsində yarasız hala düşmüş Zaqatala rayonu, Danaçı kəndində yerləşən ona məxsus ümumi sahəsi 206.25 m olan fərdi yaşayış evinin yerində, Fövqəladə Hallar Nazirliyinin əvvəlcədən müəyyən etdiyi layihəyə uyğun olaraq 16,5x12,5 kv.metr olan yeni fərdi yaşayış evinin (inşa edilərək) tikilərək, təmir edilməsi tələbinə dair iddia ərizəsi geri qaytarılmalı, ödənilmiş 100 manat dövlət rüsumu Balakən rayon Maliyyə Şöbəsi vasitəsilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən İddiaçıh oğluna qaytarılmalı və ərizəçi İddiaçıh oğluna ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-152,263-264 və 266-268-ci maddələrini rəhbər tutub, q ə r a r a a l d ı m: İddiaçıh oğlunun Cavabdehnə qarşı Cavabdeh ("xxxx" MMC) Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə “2012-ci ilin may ayında baş vermiş zəlzələ nəticəsində yarasız hala düşmüş Zaqatala rayonu, Danaçı kəndində yerləşən ona məxsus ümumi sahəsi 206.25 m olan fərdi yaşayış evinin yerində, Fövqəladə Hallar Nazirliyinin əvvəlcədən müəyyən etdiyi layihəyə uyğun olaraq 16,5x12,5 kv.metr olan yeni fərdi yaşayış evinin (inşa edilərək) tikilərək, təmir edilməsi tələbinə dair iddia ərizəsi geri qaytarılsın; ödənilmiş 100 manat dövlət rüsumu Balakən rayon Maliyyə Şöbəsi vasitəsilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən İddiaçıh oğluna qaytarılsın; ərizəçi İddiaçıh oğluna ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №e-2(019)-1164/2023
Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-1164/2023
04.12.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver