Məhkəmə qərarları › İş №e-2(019)-1205/2025

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-1205/2025

24.11.2025 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-1205/2025 24.11.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X19 qızının katibliyi, Ərizəçi, maraqlı şəxs Balakən Regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinin rəisi Nümayəndə qızının iştirakları ilə Ərizəçi şəxsin ölmüş elan edilməsinə dair ərizəsi üzrə mülki işə Balakən Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək qardaşı- xx.xx.1969cu il tarixdə Balakən rayonunun Qaysa kəndində doğulmuş X6 ölmüş elan edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Balakən şəhərində yasayır. Onun valideynləri- atası X16 xx.xx.1939-cu ildə doğulub xx.xx.2024-cü il tarixdə vəfat etmiş , X3 xx.xx.1939-cu ildə doğulub hal-hazırda sağdır. onun 06 dekabr 1969-cu il tarixdə Balakən rayonu Qaysa kəndində doğulmuş X12 adında qardaşı olmuşdur. O 1987-ci ildə Rusiya Federasiyasının Krasnodar şəhərində olan Texnologiya Universitetində təhsil almaq üçün yaşadıqları Balakən şəhərindən Krasnodar şəhərinə getmişdir. Qardaşı Elçin 1988-ci ilin iyul ayında həmin universitetin 1-ci kursunu bitirmişdir. Yay tətili müddətində, yəni 1988-ci ilin avqust ayının əvvəlində o Balakən şəhərinə qayıtmalı idi. Lakin 1988-ci ilin avqust ayının əvvəlində atası X11 qardaşı Elçinin kirayəçi kimi yaşadığı mənzilin sahibindən teleqram gəlmiş və teleqramda bildirilmişdir ki, Elçin bir müddətdir ki, evdə yoxdur. Elçin Balakən şəhərinə evlərinə gəlmədiyindən atası Bəşir Rusiya Federasiyasının Krasnodar şəhərinə getmiş və orada qardaşı Elçinin itməsi barədə müvafiq təşkilatlara məlumat vermişdir. 13 avqust 1988-ci il tarixdə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Krasnodar Vilayəti üzrə Daxili işlər idarəsi tərəfindən X2nun itkin düşmüş şəxs qismində axtarışa verilməsi barədə iş açılmışdır. Uzun müddət qardaşı Elçinin axtarışı davam etsə də o tapılmamışdır. 17 sentyabr 1988-ci il tarixdə 846 sayla dərc olunmuş “ Sovetskaya Kuban” qəzetində X6 13 avqust 1988-ci il tarixdə evdən çıxıb getməsi və ondan xəbər olmaması barədə Cinayət Axtarış Şöbəsi tərəfindən “ Kim görüb Kim tanıyır” başlığı altında elan verilmişdir. X25 vəfatına qədər qardaşı Elçini müxtəlif təşkilatlar vasitəsilə də axtarmışdır. Lakin bir nəticə alınmamışdır. Bu günə kimi qardaşı Elçindən heç bir xəbər yoxdur. Artıq 37 ildir ki, qardaşının yaşaması və ya ölməsi barədə heç bir məlumat ala bilməmişlər. X15 itkin düşməsi, yaxud ölməsinə dair materialın olub-olmaması haqqında arayışın alınması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinə də müraciət etmişdir. X15 1988-ci ilin avqust ayından itkin düşməsi barədə bütün yaxın qohumlarının, qonşularının məlumatı var. Həmçinin qardaşı Elçinin itkin düşməsi barədə Balakən şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində müvafiq qeydiyyat aparılmışdır. Məhkəməyə bildirir ki, ərizəsində bildirdiyi kimi X16 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Hazırda atasından miras qalmış əmlaklara dair vərəsəlik işi açdıraraq hüquqmüəyyənedici sənəd almaq istəyir. Lakin qardaşı Elçinin notariusa gəlməsi mümkün olmadığından sənədləşdirmə işlərinin aparılması mümkün olmur. Bunun üçün də onun məhkəmə tərəfindən qardaşı Elçinin ölmüş elan edilməsi faktının müəyyən edilməsi vacibdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək onun məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Balakən Regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinin rəisi Nümayəndə qızı izahatında göstərdi ki, Ərizəçi xx.xx.1969-cu ildə Balakən rayonunun Qaysa kəndində doğulmuş X6 ölümünün şöbədə qeydə alınıb-alınmaması ilə bağlı şöbəyə müraciət etmişdir. xx.xx.1969-cu ildə Balakən rayon Qaysa kəndində doğulmuş X6 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır.Ona məhkəməyə müraciət etməli olması izah edilmişdir, ərizənin təmin edilməsinə etiraz etmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Ərizəçi onun əmisi qızıdır. Ərizəçinin X2 1987-ci ildə oxumaq məqsədi ilə RF-nın Krasnodar şəhərinə getmiş və orada Texnologiya Universitetinə daxil olmuşdur. Elçin 1-ci kursu bitirib yay tətili müddətində evə gəlməli olduğu halda evə gəlməmiş və müəyyən olunmuşdur ki, Elçin itkin düşmüşdür. Əmisi Bəşir oğlunun itkin düşməsi ilə bağlı Rusiya Federasiyasının Krasnodar şəhərinə getmiş, orada oğlunu axtarmış və oğlunun itkin düşməsi ilə bağlı Daxili İşlər Nazirliyinin Krosnodar vilayəti üzrə Daxili işlər idarəsi məlumat vermişdir. Bundan sonra o, Krasnodar şəhərinə getmiş və Elçinin axtarışı ilə məşğul olmuş, lakin bunun heç bir nəticəsi olmamışdır. Hal-hazıra kimi də ondan heç bir məlumat yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilimiş X4 ifadəsində göstərdi ki, Ərizəçi onun arvadıdır. Ərizəçinin X2 1987-ci ildə oxumaq məqsədi ilə RF-nın Krasnodar şəhərinə getmiş və orada Texnologiya Universitetində təhsil almışdır. Yay tətili müddətində Elçin evə gəlməli oldğu halda gəlməmiş və müəyyən olunmuşdur ki, Elçin itkin düşmüşdür. Elçininin itkin düşməsi ilə bağlı Krasnodar vilayəti daxili işlər idarəsinə müraciətlər edilmiş, axtarış aparılsa da bunun heç bir nəticəsi olmamışdır. Hal-hazıra kimi də ondan heç bir məlumat yoxdur. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Balakən Rayon İcra Hakimiyyəti Balakən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 20 iyun 2025-ci il tarixdə verilmiş 787 nömrəli arayışdan görünür ki, Ərizəçi ünvan 1 ünvanda qeydiyyatdadır və həmin ünvanda aşağıda qeyd edilmiş ailəsi vardır. X5 1939-cu il təvəllüdlü,xx.xx.2024-cü ildə ölüb; X3-xx.xx.1939-cu il təvəllüdlü- təqaüdçü X1 xx.xx.1968-ci il təvəllüdlü, Rusiya Federasiyası. X2 xx.xx.1969-cu il təvəllüdlü,xx.xx.1988-ci ildə itkin düşüb. Qeyd: Ərizəçi deməsinə görə X2 xx.xx.1988-ci il tarixdə Rusiya Federasiyasının Krasnodar şəhərində itkin düşmüşdür. Hal hazıradək X14 barəsində heç bir məlumatları yoxdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Regional “ASAN Xidmət” X8 tərəfindən 23 aprel 2024-cü il tarixdə verilmiş AZ-İİ seriyalı 394079 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2024-cü il tarixdə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Regional “ASAN Xidmət” X8 tərəfindən 17 iyul 2025-ci il tarixdə verilmiş 391 nömrəli arayışdan görünür ki, xx.xx.1969cu ildə Balakən rayon Qaysa kəndində doğulmuş X24 OGLU-nun ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Regional “ASAN Xidmət” X8 tərəfindən 05 sentyabr 2025-ci il tarixdə verilmiş 535 nömrəli arayışdan görünür ki, X16 ilə X18 arasında nikah haqqında 07 aprel 1967-ci il tarixdə 09 nömrəli akt qeydi tərtib olunmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş AZƏRBAYCAN RESPUBLİKASİ "TİBBİ ƏRAZİ BÖLMƏLƏRİNİ İDARƏETMƏ BİRLİYİ" PUBLİK HÜQUQİ ŞƏXS "BALAKƏN RAYON MƏRKƏZİ XƏSTƏXANASİ" PUBLİK HÜQUQİ ŞƏXS-i tərəfindən Ərizəçi ünvanlanmış 05 sentyabr 2025-ci il tarixli 18-1-27/2-Ə-285-42-220/2025 nömrəli məktubda göstərilmişdir: “tərəfinizdən xx.xx.2025-ci il tarixində ünvanlanmış müraciətinizə əsasən bildiririk ki, vətəndaş X7 ölümü barədə məlumatlar müəssisəmizdə qeydə alınmamışdır.Bu səbəbdən adı çəkilmiş şəxsin ölümü barədə məlumatları təqdim edə bilmirik”. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Polis Şöbəsi tərəfindən Balakən rayon Vəkil Bürosunun vəkili Məlahət Emçiyevaya ünvanlanmış xx.xx.2025-ci il tarixli 3-12-66/2-9384/2024 nömrəli məktubda göstərilmişdir: “Sorğunuzla əlaqədar olaraq bildiririk ki, Balakən Rayon Polis Şöbəsinə xx.xx.1969-cu il təvəllüdlü X6 naməlum şəraitdə xəbərsiz itkin düşməsi barədə heç bir müraciət və ya məlumat daxil olmamış və onun barəsində xəbərsiz itkin düşmüş şəxs qismində axtarış işi açılmamışdır. Sorğu etdiyiniz X6 hazırda faktiki yaşadığı ünvan və ya onun sağ olub-olmaması barədə Balakən Rayon Polis Şöbəsində heç bir məlumat yoxdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsi tərəfindən Ərizəçi Bəşir qızına ünvanlanmış xx.xx.2025-ci il tarixli 3-13-4/2-Ə-4749 nömrəli məktubda göstərilmişdir: Sizin, 1988-ci ildə itkin düşmüş qardaşınız X12 barədə məlumat verilməsinə dair Baş Cinayət Axtarış İdarəsinə ünvanladığınız müraciətinizə baxılmışdır. Bildiririk ki, Daxili İşlər Nazirliyinin müvafiq uçotları üzrə yoxlanılarkən xx.xx.1969-cu il təvəllüdlü X6 Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Krasnodar vilayəti üzrə Daxili İşlər İdarəsi tərəfindən xx.xx.1988-ci il tarixdə itkin düşmüş şəxs qismində axtarışa elan olunması və axtarış işinin xx.xx.1989-cu il tarixdə xitam edilməsi müəyyən edilmişdir.” İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 17 sentyabr 1988-ci il tarixdə 846 sayla dərc olunmuş “ Sovetskaya Kuban” qəzetindən görünür ki, X6 13 avqust 1988-ci il tarixdə evdən çıxıb getməsi və ondan xəbər olmaması barədə Cinayət Axtarış Şöbəsi tərəfindən “ Kim görüb Kim tanıyır” başlığı altında elan verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qaysa kənd soveti tərəfindən 21 dekabr 1997-ci il tarixdə verilmiş AZ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 6 dekabr 1969-cu ildə anadan olmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat şöbəsi tərəfindən 30 aprel 1972-ci il tarixdə verilmiş İ-JQ seriyalı 304720 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi Bəşir qızı xx xxxxx 1972-ci ildə anadan olmuşdur. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutlara əlaqəli şəkildə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Ərizəçi Balakən şəhərində yaşayır. Onun 06 dekabr 1969-cu il tarixdə Balakən rayonu Qaysa kəndində doğulmuş X12 adında qardaşı olmuşdur. Elçin Əlibəyov 1987-ci ildə Rusiya Federasiyasının Krasnodar şəhərində olan Texnologiya Universitetində təhsil almaq üçün yaşadıqları Balakən şəhərindən Krasnodar şəhərinə getmişdir. 13 avqust 1988-ci il tarixdə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Krasnodar Vilayəti üzrə Daxili işlər idarəsi tərəfindən X6 itkin düşmüş şəxs qismində axtarışa verilməsi barədə iş açılmışdır. O,vaxtdan da onun barəsində heç bir məlumat yoxdur. ərizəçinin atası X16 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. O, atasından miras qalmış əmlaklara dair vərəsəlik işi açdıraraq hüquqmüəyyənedici sənəd almaq istəyir. Bunun üçün də X6 məhkəmə tərəfindən ölmüş elan edilməsi zəruridir. Odur ki, hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsi; 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. 41.3-cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. 42.1- ci maddəsinə əsasən ölmüş elan edilmiş şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə məhkəmə onun ölmüş elan edilməsi barədə qərarı ləğv edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi; 305.1 və 305.1.2-ci maddələrinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır. 313-cü maddəsinə əsasən ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, işin yuxarıda qeyd edilən hallarını, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi qardaşı – 06 dekabr 1969-cu ildə Balakən rayonu Qaysa kəndində anadan olmuş X12 ölmüş elan edilməlidir. Qətnamənin qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i : Ərizə təmin edilsin. Ərizəçi qardaşı-06 dekabr 1969-cu ildə Balakən rayonu Qaysa kəndində anadan olmuş X12 ölmüş elan edilsin. Qətnamənin qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılsın. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirməklə Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən H.Q.Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar