Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-121/2024 26.01.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi-vəkili Nümayəndə və cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, 3900 manat pulun və ödənilmiş dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Balakən rayonunun Şərif kəndində qeydiyyatdadır. Cavabdehlər bacı və qardaşıdır. Onlara aqrar islahat komissiyasının qərarı ilə 1.1665 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. 2023-cü ildə onlara verilmiş 1.1665 ha torpaq sahəsini istifadə edə bilmədiklərinə və təcili pula ehtiyacları olduğuna görə satmaq barədə razılığa gəlmişlər. Buna görə də xx.xx.2023-cü il tarixdə Balakən regional «ASAN xidmət» mərkəzinin notariat ofisində X6 reyestrdə 7E-2774 nömrə ilə qeyd olunmuş etibarnamə vermişdir. Eyni zamanda cavabdehlər də həmin tarixdə eyni nömrəli reyestrlə X6 etibarnamə vermişlər. Həmin etibarnaməni verərkən ona bildirmişlər ki, onlara verilmiş 1.1665 ha torpaq sahəsini 11800 manata satacaqlar. Aralarında olan razılaşmaya görə pulun 1/3 hissəsi ona verilməli idi. 2023-cü ilin avqust ayının əvvəllərində ona məlum oldu ki, onlara məxsus olan 1.1665 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini Balakən regional «ASAN xidmət» mərkəzinin notariat ofisində xx.xx.2023-cü il tarixdə 4Ə-985 reyestr nömrəsi ilə X7 onların adından X8 11800 manata satmış və pulu Cavabdeh2 və Cavabdeh1 təqdim etmişdir. Ancaq pulun depozitə qoyulmaması üçün müqavilədə 5000 manat qeyd etmişlər. Lakin Cavabdeh2 və Cavabdeh1 alqı-satqı müqaviləsinin bağlanmasından və pulun onlara ödənilməsindən ona xəbər verməmişlər. Çünki aralarında olan razılaşmaya görə cavabdehlər torpağın dəyərini öz aralarında üç hissəyə bölməli idi. Bundan xəbər tutduqdan sonra 11800 manatın 1/3 hissəsinin, yəni 3900 manatın ona verilməsi ilə bağlı cavabdehlərə müraciət etsə də, onlar 3900 manatı ona ödəməkdən imtina etmişlər. Bundan sonra o, xx.xx.2023-cü il tarixdə Balakən Rayon Polis X15 Bölməsinə Cavabdeh1 və qeyrisinin barəsində şikayət xarakterli müraciət etmişdir. Həmin müraciət əsasında Balakən Rayon Polis Şöbəsinin X14 araşdırma aparılmış, onlardan bu barədə izahatlar alınmış, ona müraciətində göstərdiyi xüsusatların məhkəmə səlahiyyətlərinə aid olduğu üçün məhkəmə orqanlarına müraciət etməyinə dair xx.xx.2023-cü il tarixli 3-13-66-1/2-Q-13xx/xx/2023 saylı məktub təqdim edilmişdir. Balakən Rayon Polis Şöbəsinin X14 Cavabdeh1 və Cavabdeh2 həqiqətən də onlara verilmiş 1.1665 ha torpaq sahəsinin 11800 manata X1 və pulu Cavabdeh2 və Cavabdeh1 aldıqlarını, aralarında olan razılaşmaya görə pulun 1/3 hissəsini ona verəcəklərini etiraf etmişlər. Buna görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddiasının təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Nümayəndə iddianı müdafiə edərək, iddiaçının izahatına uyğun eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 izahatında göstərmişdir ki, torpaq sahəsini 11800 manata X2 barədə razılaşmış, bundan 600 manatı sənəd düzəltmək üçün verilmiş, torpaq sahəsinin satışından ona 11200 manat pul çatmış, torpaq sahəsi faktiki 11200 manata satılmışdır. Bacısı Cavabdeh2 Şaban qızı da həmin puldan ona çatası məbləğdən imtina etmiş və həmin 11200 manat pul tam olaraq ona çatmışdır. Cavabdeh2 Şaban qızına həmin 11200 manat puldan heç nə verilməmişdir. İddiaçı da həmin torpaq sahəsinin satışına razılığını bildirmiş və etibarnamə vermişdir. O, borclarının ödənilməsi üçün Elmira kimi Nərminənin də bir bacı olaraq 11200 manat pulun ona çatası hissəsindən onun xeyrinə imtina etməsini fikirləşmişdir. İddianın rədd olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 izahatında göstərmişdir ki, qardaşı Cavabdeh1 ona və bacısı Nərminəyə müraciət edərək, torpağı satıb borclarını bağlamaq istədiyini bildirmiş, onlar da buna razılıq vermişlər. Mərhum anasından qalmış olan pay torpaq sahəsini 01 iyul 2023-cü il tarixdə 11200 AZN pul dəyərində bacıları İddiaçı da iştirakı və razılığı ilə X5, həmin 11200 manat pulu qardaşı Cavabdeh1 götürmüşdür. O, 11200 manat torpaq sahəsinin satış pulundan Cavabdeh1 heç nə götürməmişdir. İddiaçı da həmin məbləğdən heç nə ödənilməmişdir. İş materiallarında olan Balakən regional «ASAN xidmət» mərkəzində notariat ofisində notarial qaydada təsdiq edilmiş 01 iyul 2023-cüi il tarixli AN-İ№1168201 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı, Cavabdeh1 və Cavabdeh2 mülkiyyət hüququ ilə özlərinə məxsus olan Balakən rayonu Şərif kəndində yerləşən 1.1665 ha torpaq sahəsini nümayəndə X7 vasitəsilə X5, torpaq sahəsinin satış pulu 5000 manat göstərilmişdir. İş materiallarında olan Balakən Rayon Polis Şöbəsinin Balakən rayon Şərif kənd sakini İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli 3-13—66-1/2-Q-13xx/xx/2023 nömrəli məktubda göstərilir ki, Balakən RPŞ-nin Qabaqçöl PB-ə edilmiş müraciət əsasında araşdırma aparılmışdır. Müraciətdə göstərilmiş xüsusatlar məhkəmə səlahiyyətlərinə aid olduğu üçün məhkəmə orqanlarına müraciət edilməsi tövsiyyə olunur. İş materiallarına əlavə olunan İddiaçı Balakən Rayon Polis X15 Bölməsinə verdiyi izahatında göstərilmişdir ki, Balakən rayon Şərif kənd ərazisində onun dünyasını dəyişmiş olan anası X11 məxsus əmlak payı olan 1 hektar 39 sotluq torpaq sahəsini bacısı Cavabdeh2 və qardaşı Cavabdeh1 11800 AZN pul dəyərində sataraq öz aralarında bölmüş, ona düşən pul hissəsini ona verməmişlər. O, onlardan pulunu istədikdə ona o torpaqdan pay düşmür deyə demiş, lakin ona özləri 500 AZN pul verə biləcəklərini bildirmişlər. O isə onlara öz narazılığını bildirmiş və ona həmin pulu bölmələrini və ona düşən payını vermələrini bildirmişdir. İş materiallarına əlavə olunan Cavabdeh2 Balakən Rayon Polis X15 Bölməsinə verdiyi izahatında göstərilmişdir ki, İddiaçı şikayət ərizəsi ilə X14 tanış olmuşdur. Onu deyə bilər ki, onların anaları X9 onlara qalmış olan bir hektar 39 sotluq əmlak payı olan torpaq sahəsini sataraq pulunu qardaşı Cavabdeh1 vermiş, onlar notariusda olarkən bacısı İddiaçı da sual verildi ki, onun etirazı varmı torpağın satılmasına. O isə bildirdi ki, onun heç bir etirazı yoxdur və indi qardaşı və ondan ona düşən pulunu tələb edir. Lakin qardaşı Cavabdeh1 borcları olduğu üçün həmin pulları onlar borc yiyələrinə vermişlər. İş materiallarına əlavə olunan Cavabdeh1 Balakən Rayon Polis X15 Bölməsinə verdiyi izahatında göstərilmişdir ki, İddiaçı şikayət ərizəsi ilə X14 tanış olmuşdur. Həmin ərizəylə bağlı onu deyə bilər ki, İddiaçı onun bacısıdır, onların dünyasını dəyişmiş anaları X9 onlara qalmış olan bir hektar 39 sotluq əmlak payı olan torpaq sahəsini təxminən 4 ay əvvəl hər iki bacısının iştirakı və razılıq ərizəsi ilə o, satmışdır. Həmin torpaq sahəsini 11200 manat pul dəyərinə satmışdır. Əldə olunan puldan bacıları hər ikisi İddiaçı və Cavabdeh2 imtina edərək onun çox sayda pul borcu olduğundan ona vermişlər. O, həmin 11200 manat pulun müəyyən qədərini borclarına, müəyyən qədərini isə ailəsinə lazım olduğu üçün xərcləmişdir. Bildirir ki, hal-hazırda onun ona verməyə pulu yoxdur, lakin gələcəkdə ona olan pul borcunu verəcəyinə söz verir. İş materiallarına əlavə olunmuş iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən Balakən Rayon Məhkəməsinə ünvanlanmış yazılı ərizədən görünür ki, onlar Cavabdeh2, Cavabdeh1 və İddiaçı məxsus 1.1665 ha torpaq sahəsini 1 iyul 2023-cü ildə 11200 manata X3, həmin 11200 manatdan İddiaçı pul ödənilməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün qanunda nəzərdə tutulmuş məbləğdə-59 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddiaçının, onun nümayəndəsi-vəkilinin və cavabdehlərin izahatını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, İddiaçı və cavabdehlər Cavabdeh2 və Cavabdeh1 bacı və qardaşdırlar. Onların xüsusi mülkiyyətində Balakən rayonu Şərif kəndi ərazisində yerləşən 1.1665 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmuşdur. Balakən regional «ASAN xidmət» mərkəzində notariat ofisində notarial qaydada təsdiq olunmuş 01 iyul 2023-cüi il tarixli AN-İ№1168201 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı, Cavabdeh1 və Cavabdeh2 nümayəndə X7 vasitəsilə mülkiyyət hüququ ilə özlərinə məxsus olan Balakən rayonu Şərif kəndində yerləşən 1.1665 ha torpaq sahəsini X3. Həmin 01 iyul 2023-cü il tarixli alqı-satqı müqaviləsində torpaq sahəsinin 5000 manata satılması göstərilsə də, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Balakən Rayon Polis Şöbəsinin X14 verdikləri izahatlarında, həmçinin məhkəmədə verdikləri izahatlarında və məhkəməyə yazdıqları yazılı ərizələrində həmin torpaq sahəsinin faktiki 11200 manata X1 bildirmişlər. Həmin 1.1665 ha torpaq sahəsinin 11200 manat satış pulu tam olaraq Cavabdeh1 tərəfindən borclarının ödənilməsi adı ilə götürülmüş və həmin puldan Cavabdeh2 və İddiaçı heç bir məbləğ ödənilməmişdir. Cavabdeh2 həmin 11200 manat pulun ona düşən hissəsinin də tam olaraq Cavabdeh1 verilməsinə razılaşdığını qeyd etmişdir. Torpaq sahəsinin satış pulunun 1/3 hissəsi İddiaçı verilməli idi. Lakin sözügedən torpaq sahəsinin real 11200 manat satış pulunun 1/3 hissəsi Cavabdeh1 tərəfindən İddiaçı ödənilməmişdir. Ona görə də İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmiş və hazırki iddianın qaldırılması üçün 59 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan İnsan Hüquqlarının və X12 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları Bəyannaməsinin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 153.1-ci maddəsinə əsasən bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.6-cı maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-220.3-cü maddələrinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən payıl mülkiyyətin mülkiyyətçisinə paturada ayıran əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiyası yolu ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Azərbaycan Respublikası Mülki Məcələsinin 221-ci maddəsinə əsasən ümumi payıl mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir… Azərbaycan Respublikası Mülki Məcəlləsinin 222.1-ci maddəsinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 222.2-ci maddəsinə əsasən birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 597.1-ci maddəsinə əsasən alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və ya müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 647-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinin notarial qaydada təsdiqlənməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması xərclərini alıcı çəkir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2-ci maddəsinə əsasən öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1 maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitdən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 459.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 459.5-ci maddəsinə əsasən əgər ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə, kreditora pul əvəzi verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İş materialları ilə müəyyən olunur ki, iddiaçı və cavabdehlərin ümumi mülkiyyətində olmuş Balakən rayonu Şərif kəndində yerləşən 1.1665 ha torpaq sahəsi onlar tərəfindən nümayəndə vasitəsilə 01 iyul 2023-cü il tarixli notarial qaydada təsdiq edlmiş alqı-satqı müqaviləsi ilə faktiki olaraq 11200 manata X4 və həmin 11200 manat tam olaraq Cavabdeh1 çatmışdır. Yəni həmin 11200 manat puldan digər Cavabdeh2 heç bir məbləğ ödənilməmiş, Cavabdeh2 özünə çatası məbləği Cavabdeh1 Mçəhəmməd oğlundan almamışdır. Həmçinin həmin torpaq sahəsinin real satış məbləği olan 11200 manta puldan Cavabdeh1 tərəfindən İddiaçı heç bir məbləğ ödənilməmişdir. Qanunvericiliyin tələbinə əsasən Cavabdeh1 Məhəməd oğlu tərəfindən alınan və istifadə olunan torpaq sahəsinin satış pulunu təşkil edən 11200 manat pulun İddiaçı torpaq payının 1/3 hissəsinə mütənasib olaraq ona ödənilməli olan məbləğ hissəsi 3733,33 manat təşkil edir ki, həmin 3733,33 manat da Cavabdeh1 alınaraq İddiaçı verilməli, Cavabdeh1 bu məbləğdən artıq tələb hissəsində isə iddia təmin edilməməlidir. Həmçinin işdəki sübutlara əsasən 11200 manat torpaq sahəsinin satış pulundan Cavabdeh2 heç bir məbləğ ödənilmədiyi, yəni çatmadığı və qanuna əsasən Cavabdeh2 İddiaçı qarşısında bununla bağlı hər hansı məbləğdə pul öhdəliyi yaranmadığı üçün iddia Cavabdeh2 münasibətdə təmin edilməməlidir. Ona görə də iddia qismən təmil edilməklə Cavabdeh1 3733,33 manat alınıb İddiaçı ödənilməli, iddia qalan hissədə və Cavabdeh2 münasibətdə təmin edilməməlidir. Beləliklə məhkəmə, iddiaçının, onun nümayəndəsi-vəkilinin və cavabdehlərin izahatlarını dinləyib, bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına əsasən hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 3733,33 manat pul və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 56,48 manat ödənilmiş dövlət rüsumu alınıb İddiaçı verilməli, iddia qalan hissədə və Cavabdeh2 münasibətdə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəmsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası MPM-nin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin; Cavabdeh1 3733,33 manat pul və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 56,48 manat ödənilmiş dövlət rüsumu alınıb İddiaçı verilsin; iddia qalan hissədə və Cavabdeh2 münasibətdə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №e-2(019)-121/2024
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-121/2024
26.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver