Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-1262/2025 18.12.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Mirzəyeva Afina Şakir qızının katibliyi, Ərizəçi nümayəndəsi “Ekol” Vəkil Bürosunun vəkili Nümayəndə iştirakı ilə Ərizəçi doğum faktının müəyyən edilməsi və atalığın tanınmasına dair ərizəsinə və əlavə olunmuş sənədlərə xüsusi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, XX.XX.1944-cü il tarixdə Balakən rayonu, Tülü kəndində anadan olmuş Hacıyeva (Qarayeva) Pəri Hacımurtuz qızının doğum faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra Ərizəçi nümayəndəsi Nümayəndə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, 1) XX.XX.1944-cü il tarixdə Balakən rayonu, Tülü kəndində anadan olmuş Hacıyeva (Qarayeva) Pəri Hacımurtuz qızının doğum faktının müəyyən olunması, 2) XX.XX.1944- cü il tarixdə Balakən rayonu, Tülü kəndində anadan olmuş Hacıyeva (Qarayeva) Pəri Hacımurtuz qızının atası X9 atalığın tanınması və X3 olmasının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, XX.XX.1944-cü il tarixdə Balakən rayonu, Tülü kəndində anadan olmuşdur. 20 yanvar 1963-cü il tarixdə X13 ilə ailə həyatı quraraq evlənmişdir. Birgə nikahdan övladları olmuş, lakin övladlarının doğum haqqında şəhadətnamələrində bəzilərində ana adı Pərixan, bəzilərində isə Pəri olaraq yazılmışdır. Şəxsiyyət vəsiqəsində isə adı Pəri olaraq qeyd olunmuş, nikah şəhadətnaməsində adı Pərixanım olaraq yazılmışdır. xx.xx.1966-cı il təvəllüdlü övladı Şahid4 doğum akt qeydlərinə düzəliş olunması məqsədi ilə Balakən Asan xidmət mərkəzi Qeydiyyat şöbəsinə müraciət etmişdir. Müraciətində doğum akt qeydində ana adının Pərixanımdan Pəriyə düzəliş edilməsini xahiş etmiş, lakin onun doğum haqqında akt qeydi aşkar edilmədiyindən övladının doğum akt qeydində düzəlişlər edilməsi mümkün olmamasına dair cavab məktubu verilmişdir. Ərizəsinə övladları Şahid4 və X4 doğum haqqında şəhadətnamələri əlavə olunur. X4 doğum haqqında şəhadətnaməsindən görünür ki, ana qrafasında adı Ərizəçi, Şahid4 doğum haqqında şəhadətnaməsində ana qrafasında adı Ərizəçixanım Hacımurtuz qızı olaraq yazılmışdır. Lakin şəxsiyyət vəsiqəsində adı Ərizəçi olaraq qeyd olunmuşdur. Sənədlərdə (nikah haqqında və doğum haqqında şəhadətnamələr) düzəlişlər olunması məqsədi ilə doğum haqqında şəhadətnaməsi lazım olmuşdur. Bunun üçün doğum haqqında şəhadətnamənin əldə olunması məqsədi ilə Balakən rayon Qeydiyyat şöbəsinə və Balakən rayon Arxiv idarəsinə müraciət olunmuşdur. Hər iki qurum tərəfindən verilmiş məlumata əsasən doğum haqqında akt qeydləri aşkar olunmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. X3 xx.xx.1993-cü il tarixdə, atası X14 isə xx.xx.1993-cü il tarixdə vəfat etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi ərizəsində qeyd olunanları təsdiq edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində Pərinin onun bibisi olmasını, onun anasının 2 adının Güləndam və Gülafran olduğunu, atasının Qarayev Hacımurtuz olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində Pərinin onun qonşusu olduğunu, onun atasının adının Hacımurtuz olduğunu, lakin anasının adını xatırlamadığını, lakin bir neçə dəfə gördüyünü bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində Pərinin onun həm qonşusu, həm də qohumu olduğunu, əmisi oğlu ilə evləndiyini, onun atasının adının Hacımurtuz olduğunu, lakin anasının adını xatırlamadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində Pərinin onun anası olduğunu, nənə və babasının Qarayeva Gülafran, Qarayev Hacımurtuz olduğunu bildirmişdir. Maraqlı şəxs Balakən rayon Regional Asan Xidmət X19 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında gəlməmiş, məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan hazırki işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Balakən regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən verilən 514 nömrəli 31 avqust 2025-ci il tarixli arayışdan görünür ki, X13 və X1 nikahı haqqında xx.xx.1963-cü il tarixdə 4 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra arvada Hacıyeva soyadı verilmişdir. İV-ЖГ seriyalı 411269 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X12 25 yanvar 1977-ci ildə anadan olmuşdur, atası X13, anası Ərizəçidır. AZ-T seriyalı 190210 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Şahid4 31 yanvar 1966-cı ildə anadan olmuşdur, atası X13, anası Ərizəçixanım Hacımurtuz qızıdır. Balakən RİHB-nın Talalar kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilən 725 nömrəli xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, 08 may 2022-ci il AZ-İ № 190210 doğum haqqında şəhadətnamədə qeyd olunan Ərizəçixanım Hacımurtuz qızı ilə AZE № 0******* şəxsiyyət vəsiqəsində qeyd olunan Ərizəçi eyni şəxsdir (özüdür). Balakən regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi tərəfindən verilən xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, xx.xx.1992-ci il tarixdə vəfat etmiş X10 barəsində xx.xx.1993-cü il tarixdə Balakən rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 01 saylı və xx.xx.1993-cü il tarixdə vəfat etmiş X6 barəsində xx.xx.1993-cü il tarixdə Balakən rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 22 saylı ölüm haqqında akt qeydinə dair arayışın verilməsi ilə bağlı müraciətin təmin edilməsi mümkün deyildir. Belə ki, Hacıyevə (nikahdan əvvəl-Qarayeva) Pəri Hacımurtuz qızının doğumu haqqında akt qeydi Balakən regional “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsinin arxivində aşkar edilmədiyindən xx.xx.1992-ci il tarixdə vəfat etmiş X10 və xx.xx.1993-cü il tarixdə vəfat etmiş X6 onun qohumları olub-olmamasını müəyyən edə bilmədiyindən ölüm haqqında akt qeydlərinə dair arayışların verilməsi mümkün deyildir. Balakən regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi tərəfindən verilən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, doğumunun qeydə alınması şöbədə mümkün deyildir. Balakən regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi tərəfindən verilən 31 avqust 2025-ci il tarixli 515 nömrəli arayışdan görünür ki, Hacıyeva (Qarayeva) Pəri (Pərixanım) Hacımurtuz qızı barəsində Balakən regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsində doğum haqqında akt qeydi aşkar olunmadı. Arxiv məlumatları 1949-2025-ci illərə dair bərpa doğum akt qeydləri üzrə yoxlanılmışdır. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Balakən Rayon İcra Hakimiyyəti Balakən Rayon Dövlət Arxivi tərəfindən verilən 16 may 2025-ci il tarixli məktubundan görünür ki, Balakən rayonu VVAQ/VAQ/ Şöbəsinin 1935-1946-cı ilə aid doğum haqqında aktların qeydiyyatı (Talalar kəndi),1936-1946-cı illərə aid doğum haqqında aktların qeydiyyatı (Tülü kəndi) kitablarında Qarayevə (Hacıyevə) Pəri (Pərixanım) Hacımurtuz qızının doğumu barədə qeydiyyat aparılmamışdır. AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi XX.XX.1944-cü il tarixdə doğulmuşdur. Balakən regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi tərəfindən verilən 27 may 2025-ci il tarixli məktubdan görünür ki, 1944-cü il təvəllüdlü X2 doğum akt qeydi aşkar edilməmişdir. X5 adına Balakən rayon Talalar kənd icra nümayəndəliyi tərəfindən xx.xx.1963-cü il tarixli 4 saylı nikah akt qeydində adı “Pərixanım” qeyd edilmişdir. Bu səbəbdən Balakən “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində Şahid4 doğum akt qeydində ana adına düzəliş etmək mümkün olmamışdır. Yuxarıda qeyd olunanlara əsasən, doğum akt qeydində ana adının “Pərixanım”-dan “Pəri”-yə düzəliş edilməsi üçün Məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Balakən regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi tərəfindən verilən 24 noyabr 2025-ci il tarixli 05/69-764/2025 nömrəli arayışdan görünür ki, X14 və X11 nikahı haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və nikah haqqında akt qeydi aşkar olunmamışdır. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutlara əlaqəli şəkildə hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.2.10-cu maddəsinə əsasən məhkəmə atalığın etiraf olunması faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. 46.2-ci maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. 46.3-cü maddəsinə əsasən uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın: 2.5-ci bəndinə əsasən doğumun qeydə alınması üçün aşağıdakı sənədlər (bu Qaydanın 1.7-ci bəndinin ikinci və üçüncü cümlələrinin tələbləri nəzərə alınmaqla) təqdim edilməlidir: 2.5.1. valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər; 2.5.2. valideynlərin nikah haqqında şəhadətnaməsi; 2.5.3. doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd; 2.5.4. uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd; 2.5.5. uşaq ölü doğulubsa, onun ölü doğulması barədə həkimin verdiyi sənəd; 2.5.6. uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd. 2.6-cı bəndinə əsasən bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan sənədlər olmadıqda (bu Qaydanın 2.19-cu və 2.19-1-ci bəndlərində nəzərdə tutulan hallar istisna olmaqla), uşağın doğumu faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» 12 aprel 2019-cu il tarixli 3 nömrəli Qərarının: 4.3-cü bəndinə əsasən uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır.
11. Azərbaycan Respublikası MPM-nin 307.2.10-cu maddəsində nəzərdə tutulan faktın- yəni atalığın etiraf olunması faktının xüsusi icraat qaydasında məhkəmə tərəfindən müəyyən edilməsi zamanı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Bu normaya əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Yəni atalığı etiraf etmə (atalığın tanınması) faktının müəyyən olunması üçün 3 şərt mövcud olmalıdır: 1. Özünü uşağın atası hesab edən şəxs uşağın anası ilə nikahda olmamalıdır; 2. Həmin şəxs özünü uşağın atası hesab etməlidir; 3. Özünü uşağın atası hesab edən şəxs ölmüş olmalıdır. 11.2. Atanın sağ olduğu dövrdə atalığın müəyyən olunması isə Ailə Məcəlləsinin 45.1ci maddəsinə əsasən həll edilir və birmənalı olaraq bu iddialara iddia icraatı qaydasında baxılır. 11.3. Ölən şəxsin özünü uşağın atası hesab etməsini təsdiq edən sübutlara şahid ifadələri, yazılı və maddi sübutlar, həmin şəxsin uşağın anası ilə bir evdə yaşaması, uşağın tərbiyəsində iştirak etməsi, yazılı məktubları, həmçinin uşağın bağçaya, məktəbə qəbul edilməsinə dair məktəb rəhbərliyinin adına yazdığı ərizələr və sair ola bilər. Beləliklə, məhkəmə iclasında sübutların tədqiqi əsasında müəyyən edildi ki, Ərizəçi XX.XX.1944-cü ildə Balakən rayonu Tülü kəndində X7 doğulmuşdur. 20 yanvar 1963-cü il tarixdə X13 ilə evlənmişdir. Birgə nikahdan övladları olmuş, lakin övladlarının doğum haqqında şəhadətnamələrində bəzilərində ana adı Pərixan, bəzilərində isə Pəri olaraq yazılmışdır. Şəxsiyyət vəsiqəsində isə adı Pəri olaraq qeyd olunmuş, nikah haqqında şəhadətnaməsində adı Pərixanım olaraq yazılmışdır. xx.xx.1966-cı il təvəllüdlü övladı Şahid4 doğum akt qeydlərinə düzəliş olunması məqsədi ilə Balakən Asan xidmət mərkəzi Qeydiyyat şöbəsinə müraciət etmişdir. Müraciətinə cavab olaraq doğum akt qeydində düzəlişlər edilməsi mümkün olmaması bildirilmişdir. X4 doğum haqqında şəhadətnaməsində ana qrafasında adı Ərizəçi, Şahid4 doğum haqqında şəhadətnaməsində ana qrafasında adı Ərizəçixanım Hacımurtuz qızı olaraq yazılmışdır. Doğum haqqında şəhadətnamənin əldə olunması məqsədi ilə Balakən rayon Qeydiyyat şöbəsinə və Balakən rayon Arxiv idarəsinə müraciət olunmuşdur. Adı çəkilən qurumlar tərəfindən verilən məlumata əsasən doğum haqqında akt qeydləri aşkar olunmadığından şəhadətnamə verilməsi mümkün olmamışdır. Həmçinin xx.xx.1993-cü ildə vəfat etmiş X14 ərizəçinin doğma atasıdır. Ərizəçinin doğulduğu zaman atası ilə anası X18 arasında rəsmi nikah olmamışdır. Valideynləri vəfat etdiyindən o, atası mərhum X6 adını qeyd etdirərək yeni doğum şəhadətnaməsi ala bilmir. Ərizəçi bu faktı təsdiq edən sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə tədqiq edilmiş sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin olunmalı, ərizəçi XX.XX.1944-cü ildə Balakən rayonu Tülü kəndində anadan olmuş Hacıyeva (Qarayeva) Pəri Hacımurtuz qızının X8 doğulması faktı, xx.xx.1993-cü ildə vəfat etmiş X6 ərizəçi Hacıyeva (Qarayeva) Pəri Hacımurtuz qızının atası olması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
Ərizə təmin olunsun. Ərizəçi XX.XX.1944-cü ildə Balakən rayonu Tülü kəndində anadan olmuş Hacıyeva (Qarayeva) Pəri Hacımurtuz qızının X8 doğulması faktı müəyyən edilsin. xx.xx.1993-cü ildə vəfat etmiş X6 ərizəçi Hacıyeva (Qarayeva) Pəri Hacımurtuz qızının atası olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Arifə Cəfərova