Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-1325/2025 02.02.2026 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, X29 qızının katibliyi, İddiaçı, onun nümayəndəsi-vəkili Nümayəndə iştirakları ilə , İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsinə, Balakən Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisinin xüsusi notariusu X12, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların və reyestrdəki qeydin ləğv edilməsi, miras əmlakların bölüşdürülərək iddiaçıya çatacaq tam hissə miras payının müəyyən edilməsi tələbinə dair mülki işə Balakən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsinə, Balakən Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisinin xüsusi notariusu X12, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 2V208 reyestr nömrəli və xx.xx.2021-ci il tarixli 2V-9 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, reyestr nömrəsi **********60, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və reyestrdəki qeydin ləğv edilməsi , xx.xx.2010-cu ildə vəfat etmiş mərhum X15 qalmış miras əmlakların bölüşdürülərək iddiaçıya çatacaq tam hissə miras payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi- vəkili Nümayəndə məhkəməyə iddia ərizəsinə əlavə verərək Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 2V-208 reyestr nömrəli və 06.01. 2021-ci il tarixli 2V-9 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, reyestr nömrəsi **********60, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və reyestrdəki qeydin, reyestr nömrəsi **********62, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dovlət reyestrindən çıxarışın və reyestrdəki qeydin, reyestr nömrəsi **********61, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və reyestrdəki qeydin ləğv edilməsi, xx.xx.2010-cu ildə vəfat etmiş mərhum X15 qalmış miras əmlakların bölüşdürülərək iddiaçıya çatacaq tam hissə miras payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən icraata qəbul olunmuşdur. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2005-ci il tarixdə Balakən rayonu Sarıbulaq kəndində anadan olmuş və həmin ünvanda qeydiyyatdadır. X11 2004-cü ildə qeyri-rəsmi nikahla X3 ilə evlənmiş, faktiki yaşadıqları müddətdə xx.xx.2005-ci il tarixdə o doğulmuşdur. Anası ilə atasının nikahları rəsmi qeydiyyata alınmamışdır. X37 uzun müddət ağır xəstə olmuş, uzun sürən xəstəlikdən sonra xx.xx.2010-cu il tarixdə vəfat etmişdir. Atası vəfat edərkən o, beş yaşında olmuşdur. Atasının yas mərasimlərindən sonra üçüncü şəxs Cavabdeh2 onu anası ilə birlikdə həmin evdən qovmuşdur. Balakən Rayon Aqrar İslahat Komissiyasının 1999-cu il 12 may tarixli 05 nömrəli qərarı ilə mərhum X11na, onun atası X2, X5 və Sabirova (Baradova) Esmira Rüstəm qızına Balakən rayon Sarıbulaq kəndinin ərazisindən 1,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. 1,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə JN 426 Kod 40112018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı hazırlanmışdır. Eyni zamanda Balakən Rayon Aqrar İslahat Komissiyasının 1999-cu il 12 may tarixli 15 nömrəli qərarı ilə mərhum X11na, onun atası X2, X5 və Sabirova (Baradova) Esmira Rüstəm qızına Balakən rayon Sarıbulaq kəndinin ərazisindən 0.07 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə reyestr nömrəsi **********60 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.O, Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisinə xx.xx.2010-cu ildə vəfat etmiş mərhum X11ndan miras qalmış əmlaklara dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Balakən regional “Asan xidmət” mərkəzində notariat ofisinə müraciət etmişdir. Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisinin notariusu Səbuhi Məmmədov ona şifahi olaraq bildirmişdir ki, atasından miras qalmış əmlaklara vərəsəlik işi açılmaqla Cavabdeh2 tam hissədə miras payı verilmiş, həmin sənədlərin əslinin alınması üçün vəkil sorğusu ilə müraciət etdiyiniz təqdirdə həmin sənədlərin təsdiq edilmiş surətlərinin verilməsi mümkün olacaqdır. O da həmin işlə bağlı vəkillə müqavilə bağlayaraq sənədlərin təsdiqlənmiş surətlərinin alınması ilə bağlı Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət etmişdir. Balakən regional “Asan xidmət” mərkəzində notariat ofisinin notariusu xx.xx.2025-ci il tarixdə vərəsəlik işinin surətini ona təqdim etmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, bibisi olan iş üzrə üçüncü şəxs Cavabdeh2 atasından miras qalmış əmlaklar olan- 1.20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin atasına məxsus olan 1/4 hissəsini təşkil edən miras əmlaka xx.xx.2020-ci il tarixdə vərəsəlik işi açdırmış və xx.xx.2020-ci il tarixli 2V-208 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, reyestr nömrəsi **********60 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən 0.07 ha torpaq sahəsinin atama məxsus olan 1/4 hissəsini təşkil edən miras əmlaka xx.xx.2021-ci il tarixdə vərəsəlik işi açdırmış və xx.xx.2021-ci il tarixli 2V-9 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Vərəsəlik işlərinin surətlərindən məlum olur ki, Cavabdeh2 Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisinə Sarıbulaq kənd İƏD-dən X11nun vərəsələri barədə arayış təqdim edərkən bilərəkdən onun adını qeyd etdirməmiş, eyni zamanda notariat Ofisi də vərəsələrin dairəsini tam müəyyən etməməklə atasının birinci növbəli vərəsəsi olan onu miras payından məhrum etmişdir. Atasının vəfat etdiyi anda onun fəaliyyət qabiliyyəti olmamışdır. Vərəsəlik işinin açıldığı 2020-ci ildə o, 15 yaşında olmuş və məhdud fəaliyyət qabiliyyəti olmuş və müstəqil qaydada mirasın qəbulu ilə bağlı Notariat Ofisinə müraciət etmək hüququ olmamışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Nümayəndə iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi.O,əlavə olaraq göstərdi ki, iddia ərizəsində qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların və reyestrdəki qeydin ləğv edilməsi qeyd etsələr də onlar faktiki olaraq bu şəhadətnamə və çıxarışların etibarsız hesab olunmasını tələb edirlər. İddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə 26 yanvar 2026-cı il tarixdə 36-21-3-47/2-492/2026 nömrəli məktub göndərərək xx.xx.2026-cı il tarixə saat 10:00-da baxılacaq e-2(019)-1325/2025 nömrəli mülki işin məhkəmə iclasında nümayəndənin iştirakının təmin edilməsinin mümkün olmayacağını göstərərək nümayəndənin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Cavabdeh Balakən Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisinin xüsusi notariusu X19 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdeh Balakən Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisinin xüsusi notariusu X9 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Baradova(Sabirova) Esmira Rüstəm qızının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Qeydiyyat Şöbəsi tərəfindən 03 oktyabr 2015-ci il tarixdə verilmiş AZ-İİİ nömrəli 630773 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxxx 2005-ci ildə anadan olmuş, X11, X3 qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Qeydiyyat Şöbəsi tərəfindən 03 oktyabr 2015-ci il tarixdə verilmiş AZ-İ nömrəli 280387 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, X27 xx xxxxx 2005-ci ildə vətəndaş X6 doğulmuş X20 atası hesab edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Sarıbulaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 04 noyabr 2020-ci il tarixdə verilmiş AZ-İ seriyalı 423965 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X27 xx.xx.2010-cu ildə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Sarıbulaq kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş arayışda göstərilmişdir: “verilir həmin arayış Balakən rayon Sarıbulaq kənd İƏD üzrə nümayəndəliyi tərəfindən ondan ötrü ki, Sarıbulaq kənd sakinləri olmuş mərhum X27 və mərhum X5 məxsus olan daşınmaz əmlakı (fərdi yaşayış evi, torpaq sahəsini) onların ölüm günündən etibarən Baradova (Sabirova) Esmira Rüstəm qızı idarə etmiş, təsərrüfatı o saxlamışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 04 noyabr 2020-ci il tarixdə verilmiş 846 nömrəli arayışda göstərilmişdir ki, X27 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində yoxlama aparılmış və 0.11.1994-cü ildən xx.xx.2010-ci ilədək onun nikahının qeydə alınmasına dair məlumat aşkar edilməmişdir. Qeyd;Balakən rayon Sarıbulaq kənd icra nümayəndəliyi tərəfindən tərtib olunmuş xx.xx.2010-cu il tarixli 14 nömrəli ölüm haqqında akt qeydinə əsasən X27 xx.xx.2010-cu ildə vəfat etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 04 noyabr 2020-ci il tarixdə verilmiş 845 nömrəli doğun haqqında şəhadətnamənin surətindən gorünür ki, X21 xx.xx.1985-ci ildə anadan olmuş, atası X7, anası X13 qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Sarıbulaq kənd soveti tərəfindən 08 oktyabr 1985-ci il tarixdə verilmiş Xİ-JQ seriyalı 279460 nömrəli doğum haqqında arayışdan gorünür ki, X27 xx.xx.1976-ci ildə anadan olmuş, atası X7, anası X13 qeyd edilmişdir. Qeyd edilən şəxs Balakən rayon Sarıbulaq kənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.2010-cu il tarixli 14 nömrəli ölüm haqqında akt qeydinə əsasən vəfat etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş JN-426 KOD40112018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 12 may 1999-cu il tarixli 05 saylı qərarı ilə X2, X8, X23 və X14 Balakən rayonu Sarıbülaq kəndi ərazisindən 1.20 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 02 dekabr 2020-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətində göstərilmişdir: “Mən Balakən regıonal “ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu X19 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq edirəm ki, xx.xx.2010-cu il tarixdə vəfat etmiş –X18 vərəsəsi-ünvan 2i ünvanında qeydiyyatda olan bacısı Cavabdeh2dır.(AA*******,xx.xx.2020-“Asan Balakən, FİN-xxxxxxx;d/t:0xx.xx.1985) və o miras əmlakdan tam hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak: -Balakən rayon DTXK tərəfindən xx.xx.2000-ci il tarixdə X23 verilmiş seriya nömrəsi İN426A.KOD:40112018 olan dövlət aktına əsasən ünvan 3i ünvanında yerləşən ümumi sahəsi 1.20.ha torpaq sahəsinin mərhuma çatacaq hissəsindən ibarətdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 6 yanvar 2025-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətində göstərilmişdir: “Mən Balakən regıonal “ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu X10 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq edirəm ki, xx.xx.2010-cu il tarixdə vəfat etmiş –X18 vərəsəsi-ünvan 2i ünvanında qeydiyyatda olan bacısı Cavabdeh2dır.(AA*******,xx.xx.2020-“Asan Balakən, FİN-xxxxxxx;d/t:0xx.xx.1985) və o miras əmlakdan tam hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak: -Balakən rayon DƏDRX-in 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 15.122020-ci il tarixdə X23 verilmiş **********60 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 3i ünvanında yerləşən ümumi sahəsi 0.0696 ha torpaq sahəsinin mərhuma çatacaq hissəsindən ibarətdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş Çıxarışdan görünür ki, Balakən rayonu Sarıbulaq kəndi ünvanında yerləşən 0.0696 ha yaşayış məntəqələrini torpaqları X1, X4,X18 və Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 94 nömrəli reyestr kitabının 89 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A seriyalı 166524 nömrəli torpaq sahəsini planı və ölçüsündən görünür ki, Balakən rayonu Sarıbulaq kəndində yerləşən 700 kv.m həyətyanı torpaq sahəsinin planı və ölçüsü X1 adına tərtib edilmişdir. . İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Balakən rayonu Sarıbulaq kəndi ünvanında yerləşən 0.9087 ha kənd təsərrüfatı təyinatlı torpaqlar Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 95 nömrəli reyestr kitabının 19 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Balakən rayonu Sarıbulaq kəndi ünvanında yerləşən 0.2955 ha kənd təsərrüfatı təyinatlı torpaqlar Cavabdeh2 Rüstən qızının adına daşınmaz əmlakın dövlət reyestrində 95 nömrəli reyestr kitabının 19 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Rüspublikası Əmlak Məsələləri Dövlət Komitəsinini yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Balakən rayonu Sarıbulaq kəndi ünvanında yerləşən 0.0696 ha yaşayış məntəqələri torpaqlar Cavabdeh2 Rüstən qızının adına daşınmaz əmlakın dövlət reyestrində 94 nömrəli reyestr kitabının 89 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə iddiaçının və onun nümayəndəsi-vəkilinin izahatını dinləyib, iş materiallarını bilavasitə araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında işin faktiki halları araşdırılarkən müəyyən edildi ki, İddiaçı xx.xx.2005-ci il tarixdə Balakən rayonu Sarıbulaq kəndində anadan olmuşdur. X3 ilə X11 rəsmi nikah bağlamamışlar. Balakən Rayon Aqrar İslahat Komissiyasının 1999-cu il 12 may tarixli 05 nömrəli qərarı ilə X23, onun atası X2, anası X5 və bacısı Sabirova (Baradova) Esmira Rüstəm qızına Balakən rayon Sarıbulaq kəndinin ərazisindən 1,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. 1,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə JN 426 Kod 40112018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı hazırlanmışdır. Eyni zamanda Balakən Rayon Aqrar İslahat Komissiyasının 1999-cu il 12 may tarixli 15 nömrəli qərarı ilə X23, onun atası X2, anası X5 və bacısı Sabirova (Baradova) Esmira Rüstəm qızına Balakən rayon Sarıbulaq kəndinin ərazisindən 0.07 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə reyestr nömrəsi **********60 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İddiaçının X37 xx.xx.2010-cu il tarixdə ölmüşdür. Atası öldükdən sonra iddiaçı anası ilə birlikdə yaşadıqları evdən getmişlər və o vaxtdan da iddiaçı sözügedən evdə yaşamamış, atası və digər mülkiyyətçilərə məxsus torpaq sahəsindən istifadə etməmişdir. 03 oktyabr 2015-ci il tarixdə X18 onun atası hesab edilməsinə dair Balakən Rayon Qeydiyyat Şöbəsi tərəfindən AZ-İ nömrəli 280387 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamə verilmişdir. xx.xx.2025-ci il tarixdə iddiaçının nümayəndəsi-vəkili Nümayəndə Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət edərək xx.xx.2020-ci il tarixli 2V-208 nömrəli və xx.xx.2021-ci il tarixli 2V-9 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin surətlərini və digər sənədləri almış, xx.xx.2025-ci il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasındakı mübahisəyə aşağıdakı hüquq tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Konstitusiyası: 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir; hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın; hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır; hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər)… 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. 1179.1-ci maddəsinə əsasən vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1244-cü maddəyə əsasən mirası fəaliyyət qabiliyyətli şəxs qəbul edə bilər. Fəaliyyət qabiliyyəti olmayan və məhdud fəaliyyət qabiliyyətli şəxslər mirası öz qanuni nümayəndələri vasitəsilə qəbul edirlər. 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1255-ci maddəsinə (mirasa mülkiyyətin əmələ gəlməsi) əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. 1321.1-ci maddəsinə əsasən, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. 1321.2-ci maddəsinə əsasən qanunla nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. 1321.3-cü maddəsinə əsasən vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. 1325.1-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, almanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun: 57-ci maddəsinə əsasən mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. 58-ci maddəsinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir; mirasın qəbulu müddətini ötürmüş vərəsələr mirası qəbul etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Razılıq notarius tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək təqdim olunmalıdır; notarius yetkinlik yaşına çatmamış və fəaliyyət qabiliyyəti olmayan vərəsələrin adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə onların əmlak mənafelərini mühafizə etmək məqsədi ilə vərəsənin yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir: miras əmlak dövlətə keçdikdə şəhadətnamə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına verilməlidir. 59-cu maddəsinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır; qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. “Daşınmaz Əmlakın Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0- 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinin tələbinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3-cü maddəsinin tələbinə görə qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinin tələbinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İlk olaraq, qeyd edilməlidir ki, vərəsəlik hüququ vasitəsilə mülki dövriyyə iştirakçıları olan fiziki şəxslərin ölməsi halında onların sağlığında qurduqları hüquqi münasibətlərdən irəli gələn hüquq və öhdəliklərinin aradan qalxmaması, vərəsələri tərəfindən həyata keçirilməsi üçün hüquqi şərait yaradılır ki, nəticədə mülki dövriyyənin davamlılığı və fasiləsizliyi təmin edilməklə hüquqi müəyyənlik və hüquqi etimad prinsipləri qorunmuş olur. Vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair” 2014-cü il 22 aprel tarixli Qərarı). Vərəsəlik hüququ obyektiv hüquq kimi ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə digər şəxslərə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Məlum olduğu kimi, mülki qanunvericilik hər bir mülki hüquq münasibətinin yaranmasını müəyyən faktla bağlayır. Vərəsəlik hüquq münasibətlərinin əmələ gəlməsini mülki qanunvericilik iki hüquqi faktla əlaqələndirmişdir. Bunlar fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsidir (Mülki Məcəllənin 1145-ci maddəsi). Mülki Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günü və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günü mirasın açıldığı vaxt kimi müəyyən edir. Göründüyü kimi, fiziki şəxsin ölümü və ya onun ölmüş elan edilməsi ilə miras açılır və miras qoyanın vərəsələri ola biləcək şəxslər mirasın açıldığı andan vərəsəliyə çağırılmış hesab edilirlər. Mülki Məcəllənin 1133-cü maddəsinə görə, vərəsəlik qanun və ya vəsiyyət üzrə və ya hər iki əsasla həyata keçirilir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olubolmadığına baxmayaraq, ola bilərlər (Mülki Məcəllənin 1134-cü maddəsi). Beləliklə, vərəsəlik hüquq münasibətləri miras qoyanın ölümü və ya ölmüş elan edilməsi anından başlamış olur. Qanunvericilik vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxslərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir. Qanunverici tərəfindən eyni zamanda zəruri şərt olaraq göstərilmişdir ki, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mirası fəaliyyət qabiliyyətli şəxs qəbul edə bilər. Fəaliyyət qabiliyyəti olmayan və məhdud fəaliyyət qabiliyyətli şəxslər mirası öz qanuni nümayəndələri vasitəsilə qəbul edirlər. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir (Mülki Məcəllənin 1243.1-1243.2, 1244 və 1246-cı maddələri). Nəzərə alınmalıdır ki, mirası qəbul etmə müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir (Konstitusiya Məhkəməsi Plenumunun T.Mənsurovun şikayəti üzrə 2011-ci il 5 dekabr tarixli Qərarı). Mülki Məcəllədə mirasın qəbulunun formal və qeyri-formal üsulları müəyyən edilmişdir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli, A.Nadirova və qeyrilərinin şikayəti üzrə 2022-ci il 16 mart tarixli Qərarları). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələri qüvvədən düşmüş hesab edilsə də, sözügedən qərarda mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərarın, qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi qərara alınmışdır. İddiaçının X37 xx.xx.2010-cu il tarixdə öldüyündən Konstitusiya Məhkəməsinin Plenumunun qeyd edilən hüquqi mövqeyi onun mirasının qəbuluna münasibətdə tətbiq oluna bilməz. Yəni mərhum X18 vərəsələri miras açıldığı vaxtdan üç ay müddətində mirası formal və ya qeyri-formal üsulla qəbul etməli idilər. Mirasın açıldığı vaxtdan altı ay keçdikdən sonra onlar mirası qəbul edə bilməzdilər. Hazırkı işdə məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı xx.xx.2010cu il tarixdə ölmüş X11nun mirasını nə formal, nə də qeydi formal üsulla qəbul etməmişdir. İddiaçı atasının ölümündən sonra nənəsi ilə birlikdə atasına məxsus evdə yaşadığını göstərsə də bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilmədi. Əksinə özünün məhkəməyə göndərdiyi iddia ərizəsində qeyd olunmuşdur ki, atasının yas mərasimindən sonra Sabirova (Baradova) Esmira Rüstəm qızı onu anası ilə birlikdə evdən qovmuşdur. Eyni zamanda Mülki Məcəllənin 1144-cü maddəsinə əsasən mirası fəaliyyət qabiliyyətli şəxs qəbul edə bilər. 2010-cu ildə iddiaçının 5 yaşı olduğundan onun həmin evdə qalması mirasın qəbulu kimi qiymətləndirilə bilməz. İddiaçının qanuni nümayəndəsi mirasın qəbul edilməsi müddəti ərzində mirası qəbul etməyə yönələn hərəkətlər etməli idi. Lakin bununla əlaqədar qanuni nümayəndənin hər hansı bir hərəkətlər etməsi barədə iş materiallarına sübut əlavə olunmamışdır. İş materiallarından görünür ki, mərhum X18 İddiaçı atası hesab olmasına dair müvafiq qeydiyyat Balakən Rayon Qeydiyyat Şöbəsində 03 oktyabr 2015-ci il tarixdə aparılmışdır. Bundan sonra da qanuni nümayəndənin, hətta 08 aprel 2023-cü ildə yetkinlik yaşına çatdıqdan sonra iddiaçının özünün mirasın qəbulu ilə bağlı qanunda nəzərdə tutulan hərəkətləri etməsi barədə hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Nəzərə alınmalıdır ki, iddia tələbi bilavasitə sübutetmə ilə bağlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların mövcud olub olmamasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər hansı dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Bundan başqa iddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi barədə iddia tələbini irəli sürsə də və məhkəmə iclasında məqsədinin faktiki olaraq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab olunmasını tələb etdiyini göstərsə də o, bu tələblərin irəli sürülməsi üçün Mülki Məcəllənin 1272-ci maddəsində müəyyən edilmiş 2 aylıq kəsici müddəti də ötürmüşdür. Belə ki, mərhum X18 mirasına dair 2V-208 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə xx.xx.2020-ci il tarixdə, 2V-9 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə isə xx.xx.2021-ci il tarixdə verilmişdir. İddiaçı 2V-9 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən 4 il 11 ay sonra, 2V-9 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən isə 4 il 9 ay 25 gün sonra xx.xx.2025-ci il tarixdə hazırkı iddia ərizəsi isə məhkəməyə müraciət etmişdir. Eyni zamanda iddiaçı özü məhkəmə iclasında göstərdi ki, o, xx.xx.2010-cu ildə vəfat etmiş mərhum X11ndan miras qalmış əmlaklara dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət etmiş, notarius Səbuhi Məmmədov ona şifahi olaraq bildirmişdir ki, atasından miras qalmış əmlaklara vərəsəlik işi açılmaqla Cavabdeh2 tam hissədə miras payı verilmiş, həmin sənədlərin əslinin alınması üçün vəkil sorğusu ilə müraciət etdiyiniz təqdirdə həmin sənədlərin təsdiq edilmiş surətlərinin verilməsi mümkün olacaqdır. O da həmin işlə bağlı vəkillə müqavilə bağlayaraq sənədlərin təsdiqlənmiş surətlərinin alınması ilə bağlı Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət etmişdir. İşdə olan vəkil orderi və etibarnamədən görünür ki, iddiaçı vəkillə 02 sentyabr 2025-ci il tarixdə müqavilə bağlamış, iddia ərizəsi ilə məhkəməyə isə 2 ay 1 gün sonra müraciət etmişdir. Məhkəmə işin yuxarıda qeyd edilən hallarını nəzərə alaraq bu nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan rədd olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, vərəsəlik şəhadətnamələrinin ləğv edilməsi, (etibarsız hesab edilməsi) barədə iddia tələbləri əsassız olduğundan və təmin edilməsi üçün əsas olmadığından onlardan törəyən digər tələblər də təmin edilə bilməz. Çünki, əsas tələblərin təmin edilməməsi mübahisəsiz olaraq digər tələblərin də təmin edilməməsini labüd edir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək hesab edir ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsinə, Balakən Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisinin xüsusi notariusu X12, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2 qarşı xx.xx.2020-ci il tarixli 2V-208 reyestr nömrəli və xx.xx.2021-ci il tarixli 2V-9 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, reyestr nömrəsi **********60, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və reyestrdəki qeydin ləğv edilməsi, xx.xx.2010-cu ildə vəfat etmiş mərhum X15 qalmış miras əmlakların bölüşdürülərək iddiaçıya çatacaq tam hissə miras payının müəyyən edilməsi tələbinə dair dair iddiası əsassız olduğundan rədd edilməlidir. İddiaçı tərəfindən ödənmiş 100 manat dövlət rüsumu xərci iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i : İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsinə, Balakən Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisinin xüsusi notariusu X12, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2 qarşı xx.xx.2020-ci il tarixli 2V-208 reyestr nömrəli və xx.xx.2021-ci il tarixli 2V-9 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, reyestr nömrəsi **********60, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və reyestrdəki qeydin ləğv edilməsi, xx.xx.2010-cu ildə vəfat etmiş mərhum X15 qalmış miras əmlakların bölüşdürülərək iddiaçıya çatacaq tam hissə miras payının müəyyən edilməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Ödənmiş 100 manat dövlət rüsumu xərci iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirməklə Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən H.Q.Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-1325/2025
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-1325/2025
02.02.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver