Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-137/2025 26.05.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, İddiaçı, onun nümayəndəsi-vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı cavabdehin torpaq sahəsindən çıxarılması və torpaq sahəsinə iddiaçının mülkiyyət hüquqlarının bərpa edilməsi tələbinə dair mülki işə Balakən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı Balakən rayonu Hənifə kəndində yerləşən, Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisində reyestr nömrəsi 4Ə-557 nömrə ilə qeydə alınmış daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında ona satılmış, reyestr nömrəsi **********80 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən 0.25 ha torpaq sahəsinin 0.0418 ha hissəsindən Cavabdeh çıxarılması, torpaq sahəsinə iddiaçının mülkiyyət hüquqlarının bərpa edilməsi, qanunsuz tutulmuş torpaq sahəsinin iddiaçıya təhvil verilməsi barədə iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması mərhələsində iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə təqdim edərək Balakən rayonu Hənifə kəndində yerləşən iddiaçının alqı-satqı miqaviləsi əsasında aldığı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən reyestr nömrəsi **********80 olan 0.25 ha torpaq sahəsinin 0.0813 ha hissəsindən Cavabdeh çıxarılması, torpaq sahəsinə iddiaçının mülkiyyət hüquqlarının bərpa edilməsi, torpaq sahəsinin iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan respublikası MPM-nin 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Balakən rayonu Hənifə kəndində ailəsi ilə birlikdə yaşayır. Cavabdeh onun həmkəndlisidir. Cavabdeh və onun ailə üzvləri olan X5 və X8 Balakən rayon Aqrar İslahat komissiyasının qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Cavabdeh və onun ailə üzvləri olan X11 və X13 0.25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 19 iyun 2009-cu ildə X18 alqı-satqı müqaviləsi əsasında satmışlar. Həmin 0.25 ha torpaq sahəsi xx.xx.2009-cu ildə reyestr nömrəsi **********80 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən X14 adına mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. xx.xx.2024-cü ildə X20 xx.xx.2009-cu ildə reyestr nömrəsi **********80 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən onun adına mülkiyyət hüquqları qeydiyyata alınmış 0.25 ha torpaq sahəsini 5000 (beş min) manata ona-İddiaçı Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisində 4Ə-557 reyestr nömrəsi ilə qeydə alınmış daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında satmışdır. Bundan sonra Balakən regional Asan xidmət mərkəzində notariat ofisində reyestr nömrəsi 4Ə-557 nömrə ilə qeydə alınmış daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında ona satılmış 0.25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün verilməsinə köməklik göstərilməsi ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X29 18 saylı Zaqatala ərazi idarəsinə müraciət etmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X29 18 saylı Zaqatala ərazi idarəsinin 10 oktyabr 2024-cü il tarixli 3-21-3-47/2-4015/2024 saylı məktubunda qeyd edilmişdir ki, “ərizənizlə bağlı aparılan araşdırma zamanı məlum olmuşdur ki, qeyd olunan torpaq sahəsinin sənəd üzrə ölçüləri ilə faktiki ölçüləri arasında fərq vardır. Belə ki, torpaq sahəsi sənəd üzrə sahədən 0.0418 ha azdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15.1.1-ci maddəsinə əsasən, qeyd olunan daşınmaz əmlak üzərində hüquqlarınızın dövlət qeydiyyatından imtina olunur”. Eyni zamanda məlum olmuşdur ki, alqı-satqı müqaviləsi əsasında aldığı 0.0418 ha torpaq sahəsi Cavabdeh tərəfindən qanunsuz istifadə olunur. Torpaq sahəsinin boşaldılması barədə Cavabdeh müraciət etsə də, cavabdeh əlavə pul ödənildiyi halda, torpağı təhvil verəcəyini bildirir. Buna görə də iddia tələbi ilə bağlı məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Nümayəndə iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi. O,əlavə olaraq göstərdi ki, ekspert rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı satılmış torpaq sahəsinin 0.0418 ha hissəsini deyil, 0.0813 ha hissəsindən istifadə edir. Odur ki, onlar iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət etmişlər. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı etiraf etməyərək izahatında göstərdi ki, İddiaçı X12 aldığı 0.25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun və ailə üzvüləri tərəfindən xx.xx.2009-cu il tarixdə notarial qaydada bağlanmış alqı satqı müqaviləsi əsasında X1 və onun adına reyestr nömrəsi **********80 olan Çıxarış və torpaq sahəsinin olan və ölçüsü sənədi tərtib edilmişdir. Plan və ölçü sənədinə görə torpağın ölçüləri: uzunluğu 56.50 metr x eni 44.50 metr = 0.25 hektar olmuşdur. Onlar tərəfindən X1 0.25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ailələrinə məxsus JN-0842 Dövlət Aktının 842 planşetində yerləşən 66.73 ha torpaq sahəsinin 0.25 ha hissəsidir. Onlar tərəfindən 0.25 ha torpaq sahəsi satıldıqdan sonra 842 planşetində ailələrinin mülkiyyətinə 0.3473 ha torpaq sahəsi qalmışdır. Bu barədə onların adına seriya RX ******* nömrəli reyestr nömrəsi **********81, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2009 olan Çıxarış verilmişdir. Məhkəməyə məlum edir ki, ilkin 0.25 ha torpaq sahəsinin alıcısı olan X14 adına tərtib edilmiş xx.xx.2009-cu il tarixli Seriya MH N:0007177 olan Çıxarışda satılan torpaq 0.25 ha göstərilmiş və eyni zamanda onun adına xx.xx.2009-cu ildə tərtib edilmiş Reyestr nömrəsi **********80 olan torpaq sahəsinin plan və ölçüsü sənədində qeyd edilən ölçülərlə ailələrinin adına tərtib edilmiş plan ölçü sənədində satılan və alınan torpaqların ölçüləri eynilik təşkil edir.İddiaçı 0.25 ha torpaq sahəsi satıcı X18 məxsus tərtib edilmiş Reyestr nömrəsi **********80 olan torpaq sahəsinin plan və ölçüsü əsasında satılmışdır. Ona görə də həmin torpaq sahəsində torpağın miqdarı 0.25 ha az olması mümkün deyil. Ola bilsin ki, iddianı tərtib edən iddiaçı və 18 saylı Zaqatala ərazi idarəsi imtina məktubu yazan zaman araşdırma aparmamışdır. Alqı-satqı müqaviləsinin obyekti olmuş və X14 adına xx.xx.2009- cu il tarixdə tərtib edilmiş **********80 reyestr nömrəli torpaq sahəsinin plan ölçüsü sənədində qeyd edilmiş sərhəd qonşuları X21 və X6r. İddiaçının torpaq sahəsi onun tərəfindən deyil, X21 tərəfindən istifadə olunur. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləlri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi idarəsi tərəfindən vətəndaş İddiaçı etibarnamə üzrə nümayəndəsi Bekiroğlu Umuta ünvanladığı 10 oktyabr 2024-cü il tarixli 3-21-3-47/2-4015/2024 nömrəli məktubda göstərilmişdir ki, Balakən rayonu, Hənifə kəndi unvanında 0,25 ha torpaq sahəsi uzərində hüquqların daşınmaz əmlakrn dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışla rəsmiləşdirilməsi barədə ərizənizə “Daşınmaz əmlakın Dövlət kadastrı və reyestri” X29 18 saylı Zaqatala Ərazi İdarəsində baxılmışdır (**********).Ərizənin icrası ilə bağlı aparılmış texniki inventarlaşdırma işləri, kadastr ekspertizası və əmlaka yerində baxış keçirilən zaman məlum olmuşdur ki, qeyd olunan torpaq sahəsinin sənəd üzrə ölçüləri ilə faktiki ölçüləri arasında fərq vardır.Belə ki, torpaq sahəsi sənəd üzrə sahədən 0,0418 ha azdır.”Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən qeydiyyat orqanı tərəfindən daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddtiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasını müəyyən edilir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu ,əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respaublikasının Qanununun 15.1.1-ci maddəsinə əsasən, qeyd olunan daşınmaz əmlakın üzərində hüquqlarınızın dövlət qeydiyyatından imtina olunur. Odur ki, qeyd olunan torpaq sahəsininin faktiki istifadə olunduğu ölçüdə (0.2082 ha) qeydiyyata alınmasına dair notariat qaydasında təsdiq edilmiş razılıq ərizəsi əlavə edərək yenidən müraciət etdiyiniz təqdirdə məsələyə baxılacaqdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 19 iyun 2009-cu il tarixli torpaq alqısatqısı müqaviləsindən görünür ki, X9, X15, Cavabdeh və X2 rayonu Hənifə kəndində yerləşən 0,5973 ha torpaq sahəsinin 0,25 ha hissəsini X18 8000 manata satmışlar. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 13 aprel 2024-cü il tarixli AN-İ seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsindən görünür ki, satıcı X20 mülkiyyətində olan, Balakən rayonu Hənifə kəndində yerləşən ümumi sahəsi 0.25 ha torpaq sahəsini alıcı İddiaçı 5000 manata satmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş MH seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, Balakən rayonu Hənifə kənd ərazisində yerləşən 0.25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X14 adına daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 144 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli AA seriyalı 002127 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Balakən rayonu Hənifə kəndində yerləşən 0.25 ha torpaq sahəsi X14 xüsusi mülkiyyətindədir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli AA seriyalı 002128 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Balakən rayonu Hənifə kəndlində yerləşən 0.3473 ha torpaq sahəsi X3 xüsusi mülkiyyətindədir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş MH seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, Balakən rayonu Hənifə kənd ərazisində yerləşən 0.3473 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X9, X15, Cavabdeh və X7 adına daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 145 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 mart 2025-ci il tarixli 10/157 nömrəli rəyində göstərilmişdir ki: Qərardadın 1-ci sual üzrə:xx.xx.2024-cü ildə Balakən regional “Asan xidmət” mərkəzində notariat ofisində reyestr nömrəsi 4Ə-557 nömrə ilə qeydə alınmış daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında X20 tərəfindən İddiaçı satılmış xx.xx.2009-cu ildə reyestr nömrəsi **********80 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən X14 mülkiyyət hüququ ilə qeydiyyata alınmış 0,25 ha torpaq sahəsinin yeri naturada müəyyən edilmişdir. Qərardadın 2-ci sual üzrə: xx.xx.2024-cü ildə Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisində reyestr nöimrəsi 4Ə-557 nömrə ilə qeydə alınmış daşınmaz əmlakın alqı- satqı müqaviləsi əsasında X20 tərəfindən İddiaçı satılmış xx.xx.2009-cu ildə reyestr nömrəsi **********80 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən X14 mülkiyyət hüququ ilə qeydiyyata alınmış 0.25 ha torpaq sahəsinin koordinatları daxilinə düşən torpaq sahəsinin 0.0813 ha hissəsi Cavabdeh tərəfindən istifadə edilir.Torpaq sahəsinin naturada yerləşmə vəziyyəti ölçüləri və koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 30 mart 2008-ci il tarixli torpaq alqısatqı müqaviləsindən görünür ki, X9, X15, Cavabdeh və X2 rayonu Hənifə kəndində yerləşən (cəmi 1.26 ha) . Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli qərarı ilə JN-842 №li torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Balakən rayonu Hənifə kəndində yerləşən 0,07 ha torpaq sahəsini vətəndaş X10 2000 manata satmışlar. Məhkəmə iddiaçının, onun nümayəndəsi-vəkilinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını bilavasitə araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında işin faktiki halları araşdırılarkən müəyyən edilmişdir ki, mübahisə predmeti olan 0,25 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh və onun ailə üzvləri olan X4 və X7 ümumi birgə mülkiyyətlərində olmuşdur. Cavabdeh və onun ailə üzvləri mülkiyyətlərində olan həmin torpaq sahəsini 19 iyun 2009-cu ildə X18 alqı-satqı müqaviləsi əsasında satmışlar. 0.25 ha torpaq sahəsi xx.xx.2009-cu ildə reyestr nömrəsi **********80 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən X14 adına tam mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. xx.xx.2024-cü ildə X20 xx.xx.2009-cu ildə reyestr nömrəsi **********80 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən onun adına mülkiyyət hüquqları qeydiyyata alınmış 0.25 ha torpaq sahəsini 5000 (beş min) manata İddiaçı Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisində 4Ə-557 reyestr nömrəsi ilə qeydə alınmış daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında satmışdır. Bundan sonra İddiaçı aldığı 0.25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X29 18 saylı Zaqatala ərazi idarəsinə müraciət etmişdir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X29 18 saylı Zaqatala Ərazi İdarəsi qeyd olunan torpaq sahəsinin sənəd üzrə ölçüləri ilə faktiki ölçüləri arasında fərq olmasına, torpaq sahəsinin sənəd üzrə sahədən 0.0418 ha az olmasını göstərərək iddiaçının qeyd olunan daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etmişdir. Ekspert rəyi ilə müəyyən edilmişdir ki, iddiaçının sahibliyində və istifadəsində olan 0,25 hektar torpaq sahəsinin 0.0813 ha hissəsi Cavabdeh tərəfindən istifadə edilir. Torpaq sahəsinin boşaldılması barədə Cavabdeh müraciət etsə də, cavabdeh torpaq sahəsində çıxmayacağını bildirmişdir. Buna görə də iddiaçı hazırkı iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət hüququ toxunulmaz və ayrılmazdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əsas insan hüquqlarından biri olan mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülki Məcəllənin 152-ci maddəsində mülkiyyət hüququ mülkiyyətçiyə özünə mənsub olan əmlaka öz istədiyi kimi sahiblik, istifadə və sərəncam verməsi kimi ifadə edilmiş və həmin hüquqların leqal anlayışları verilmişdir. Həmin maddəyə müvafiq olaraq sahiblik hüququ — əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin, istifadə hüququ — əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin, sərəncam hüququ isə əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Sahiblik və istifadə hüquqları nəticəsində şəxs əmlaka malik olur və onu istismar edə bilir. Sərəncam hüququnun həyata keçirilməsi əmlakın mənsubluğunun, vəziyyətinin və ya təyinatının dəyişdirilməsi ilə nəticələnir. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ və digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Bununla yanaşı qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyində əqd əsasında əldə edilən daşınmaz əmlaka sahiblik, istifadə və sərəncam hüquqlarının yaranması anları fərqli müəyyən edilmişdir. Belə ki, Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Sərəncam vermək hüququ isə Mülki Məcəllənin 146.2-ci maddəsinə görə dövlət reyestrində qeydiyyata alındıqdan sonra yaranır. Mülki Məcəllənin 158.1-ci maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Mülki Məcəllənin 164.1-164.2-ci maddələrinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Məhkəmə işin hallarını, İddiaçı mübahisə predmeti olan Balakən rayonu Hənifə kəndində yerləşən 0,25 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 13 aprel 2024-cü il tarixli AN-İ seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi əsasında torpaq sahəsinin mülkiyyətçisi X12 5000 manata almasını, bu əsasa görə onun həmin torpaq sahəsindən sahiblik və istifadə hüquqlarının yaranmasını, Cavabdeh heç bir hüququ olmadan 0,25 hektar torpaq sahəsinin 0.0813 ha hissəsindən istifadə etməsini, nəticədə iddiaçının öz sahibliyində olan torpaq sahəsindən istifadə edə bilməməsini, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi Cavabdeh iddiaçının sahibliyində olan 0, 25 hektar torpaq sahəsinin 0.0813 ha hissəsindən çıxarılması və torpaq sahəsinin iddiaçıya təhvil verilməsinə aid hissədə əsaslı olduğundan təmin olunmalıdır. Eyni zamanda məhkəmə iddiaçının torpaq sahəsinin mülkiyyətçisi deyil, sahibi olmasını nəzərə alaraq iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən İddiaçı tərəfindən ödənmiş 100 manat dövlət rüsumu xərcinin 50 manatı, mütəxəssis rəyinin verilməsi üçün ödənmiş 95 manat rüsumun 47,50 manatı Cavabdeh alınıb İddiaçı ödənilməli, qalan hissəsi iddiaçının özünə aid edilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı sahibliyində olan, Balakən rayonu Hənifə kəndində yerləşən 0,25 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.0813 ha hissəsindən çıxarılmalı; torpaq sahəsi həmin hissədə iddiaçıya təhvil verilməli; iddia tələbi qalan hissədə təmin edilməməli; İddiaçı tərəfindən ödənmiş 100 manat dövlət rüsumu xərcinin 50 manatı, mütəxəssis rəyinin verilməsi üçün ödənmiş 95 manat rüsumun 47,50 manatı Cavabdeh alınıb İddiaçı ödənilməli, qalan hissəsi iddiaçının özünə aid edilməlidir. 100 manat ekspertiza xərcinin 50 manatı Cavabdeh 50 manatı isə İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142595, X17 Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesaba ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i : İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı sahibliyində olan, Balakən rayonu Hənifə kəndində yerləşən 0,25 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.0813 ha hissəsindən çıxarılsın; həmin 0.0813 ha torpaq sahəsi İddiaçı təhvil verilsin; iddia tələbi qalan hissədə təmin edilməsin; İddiaçı tərəfindən ödənmiş 100 manat dövlət rüsumu xərcinin 50 manatı, mütəxəssis rəyinin verilməsi üçün ödənmiş 95 manat rüsumun 47,50 manatı Cavabdeh alınıb İddiaçı ödənilsin, qalan hissəsi iddiaçının özünə aid edilsin. 100 manat ekspertiza xərcinin 50 manatı Cavabdeh, 50 manatı isə İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142595, X17 Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesaba ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirməklə Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-137/2025
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-137/2025
26.05.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver