Məhkəmə qərarları › İş №e-2(019)-143/2023

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-143/2023

20.07.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-143/2023 20.07.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin cavabdehlər Cavabdeh8, Cavabdeh2 və qeyrilərinə qarşı evdən məcburi qaydada çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xüsusi mülkiyyətində olan Balakən rayonu Hənifə kəndinə yerləşən xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestr çıxarışı olan fərdi yaşayış evindən Cavabdeh8 və onun ailə üzvləri olan Cavabdeh4, Cavabdeh5, Mustafayeva (Gəncəliyeva) Lalə Aydın qızının və Balakən rayonu Hənifə kəndinə yerləşən xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestr çıxarışı olan fərdi yaşayış evindən Cavabdeh2 və onun ailə üzvləri olan Cavabdeh1, Cavabdeh3, Cavabdeh7 həmin mənzillərdə yaşayan digər şəxslərin məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi Nümayəndə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh7, Cavabdeh8, Cavabdeh4, Cavabdeh5, X1 qarşı "mənzildən çıxarılma tələbinə dair" iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət etdiklərini, iddia ərizəsində tələb hissədə texniki səhv olaraq cavabdehlərlə bərabər "həmin mənzillərdə yaşayan digər şəxslər" göstərildiyini, ona görə də həmin hissədə dəqiqləşməyə zərurət olduğunu bildirərək, hazırkı iddia ərizəsinin xahiş etdi hissəsini dəqiqləşdirilməklə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xüsusi mülkiyyətində olan Balakən rayonu Hənifə kəndinə yerləşən xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestr çıxarışı olan fərdi yaşayış evindən Cavabdeh8 və onun ailə üzvləri olan Cavabdeh4, Cavabdeh5, Mustafayeva (Gəncəliyeva) Lalə Aydın qızının və Balakən rayonu Hənifə kəndinə yerləşən xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestr çıxarışı olan fərdi yaşayış evindən Cavabdeh2 və onun ailə üzvləri olan Cavabdeh1, Cavabdeh3 və Cavabdeh7 məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Qeyd olunanlara əsasən məhkəmə iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh7, Cavabdeh8, Cavabdeh4, Cavabdeh5, Mustafayeva (Gəncəliyeva) Lalə Aydın qızına qarşı hazırki iddia tələbini Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xüsusi mülkiyyətində olan Balakən rayonu Hənifə kəndinə yerləşən xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestr çıxarışı olan fərdi yaşayış evindən Cavabdeh8 və onun ailə üzvləri olan Cavabdeh4, Cavabdeh5, Mustafayeva (GəncəliyevaY Lalə Aydın qızının və Balakən rayonu Hənifə kəndinə yerləşən xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestr çıxarışı olan fərdi yaşayış evindən Cavabdeh2 və onun ailə üzvləri olan Cavabdeh1, Cavabdeh3, Cavabdeh7 məcburi qaydada çıxarılması kimi qəbul edir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (bundan sonra SOCAR) cavabdehlər Cavabdeh3 Ramamzan oğlu, Cavabdeh2 və Cavabdeh8 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, “Cavabdeh3 39363 GBP (Britaniya funt sterlinqi) məbləğində təhsilə çəkilmiş xərclərin, 31 manat həcmində dövlət rüsumu və 32 manat həcmində xidmət haqqının alınaraq SOCARın xeyrinə tutulması, tutulacaq məbləğin öhdəliyin təminatı kimi ipoteka ilə yüklü edilmiş mülkiyyət hüququ əsasında ayrı-ayrılıqda Cavabdeh8 və Cavabdeh2 məxsus olan Balakən rayonu Hənifə kəndində yerləşən fərdi yaşayış evlərinə yönəldilməsi, tutulacaq məbləğin öhdəliyin təminatı kimi ipoteka ilə yüklü edilmiş, mülkiyyət hüququ əsasında ayrıayrılıqda Cavabdeh8 və Cavabdeh2 məxsus olan Balakən rayonu Hənifə kəndində yerləşən fərdi yaşayış evlərində olan şəxslərin mənzil satıldıqdan sonra bir ay ərzində həmin mənzillərdən çıxarılması, ipoteka predmetinin satışından əldə ediləcək məbləğ tələbin ödənilməsi üçün kifayət etmədikdə qalan məbləğin qanunvercilikdə nəzərdə tutulmuş qaydada Cavabdeh3 SOCAR-ın xeyrinə tutulması barədə” qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(019)-445/2016 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh3 39363 GBP (Britaniya funt sterlinqi) məbləğində təhsilə çəkilmiş xərclərin, 31 manat həcmində dövlət rüsumu və 32 manat həcmində xidmət haqqının alınaraq SOCAR-ın xeyrinə tutulması, tutulacaq məbləğin öhdəliyin təminatı kimi ipoteka ilə yüklü edilmiş mülkiyyət hüququ əsasında ayrı-ayrılıqda Cavabdeh8 və Cavabdeh2 məxsus olan Balakən rayonu Hənifə kəndində yerləşən fərdi yaşayış evlərinə yönəldilməsi, tutulacaq məbləğin öhdəliyin təminatı kimi ipoteka ilə yüklü edilmiş, mülkiyyət hüququ əsasında ayrı-ayrılıqda Cavabdeh8 və Cavabdeh2 məxsus olan Balakən rayonu Hənifə kəndində yerləşən fərdi yaşayış evlərində olan şəxslərin mənzil satıldıqdan sonra bir ay ərzində həmin mənzillərdən çıxarılması qət edilmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(019)-445/2016 saylı qətnaməsindən cavabdehlər Cavabdeh3 Ramamzan oğlu, Cavabdeh2 və Cavabdeh8 apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(107)-741/2016 saylı qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Balakən Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(019)-445/2016 saylı qətnaməsi qismən - Balakən rayonu Hənifə kəndində yerləşən Cavabdeh8 və Cavabdeh2 məxsus fərdi yaşayış evlərində olan şəxslərin mənzil satıldıqdan sonra bir ay ərzində həmin mənzillərdən çıxarılması hissələrində ləğv edilməsi və iddia tələbi həmin hissədə baxılmamış saxlanılması qərara alınmışdır. X8 Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(107)-741/2016 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Balakən Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(019)-445/2016 saylı qətnaməsi dəyişdirilmiş, xx.xx.2013-cü il tarixli 388 saylı ipoteka müqaviləsi ilə Balakən rayonu Hənifə kəndində yerləşən Cavabdeh2 məxsus fərdi yaşayış evinin ilkin satış qiyməti 33.500 manat, xx.xx.2013-cü il tarixli 389 saylı ipoteka müqaviləsi ilə Balakən rayonu Hənifə kəndində yerləşən Cavabdeh8 məxsus fərdi yaşayış evinin ilkin satış qiymətinin 37.500 manat müəyyən edilməsi, Cavabdeh3 39363 GBP (Britaniya funt sterlinqi) məbləğində təhsilə çəkilmiş xərclərin, 31 manat həcmində dövlət rüsumu və 32 manat həcmində xidmət haqqının alınaraq SOCAR-ın xeyrinə tutulması, tutulacaq məbləğin öhdəliyin təminatı kimi ipoteka ilə yüklü edilmiş mülkiyyət hüququ əsasında ayrı-ayrılıqda Cavabdeh8 və Cavabdeh2 məxsus olan Balakən rayonu Hənifə kəndində yerləşən fərdi yaşayış evlərinə yönəldilməsi hissələrində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(107)- 741/2016 saylı qətnaməsindən cavabdehlər Cavabdeh3 Ramamzan oğlu, Cavabdeh2 və Cavabdeh8 kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(102)-2004/2017 saylı qərarı ilə kassasiya şikayətinin təmin edilməməsi və Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(107)-741/2016 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Yuxarıda göstərilən qətnamələr qanuni qüvvəsini aldığından iş üzrə icra vərəqəsi çıxarılaraq icra olunması üçün aidiyyatı üzrə Balakən rayonu üzrə İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Qanunvericilikdə nəzərdə tutulmuş icra hərəkətləri çərçivəsində borclular tərəfindən icra vərəqəsi üzrə borc ödənilmədiyindən ipoteka ilə yüklü edilmiş əmlakrın açıq hərracda satılması üçün hərrac mərkəzinə göndərilmişdir. "xxxx" MMC, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və Balakən rayonu üzrə İcra və Probasiya Şöbəsi ilə birgə tərtib edilmiş xx.xx.2020-ci il tarixli 17/02-4, 17/02-5 saylı hərracın yekunları barədə protokolları və xx.xx.2020-ci il tarixli alqı-satqı müqavilələrinə əsasən, Cavabdeh8 və Cavabdeh2 Qurban oğluna məxsus Balakən rayonu, Hənifə kəndində yerləşən fərdi yaşayış evləri ARDNŞ tərəfindən alınmışdır. Cavabdeh2 mülkiyyətində olmuş Balakən rayonu Həniə kəndində yerləşən fərdi yaşayış evinin mülkiyyət hüquqları SOCAR-a keçmiş və bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestr çıxarışı verilmişdir. Həmin mənzildə hazırda Cavabdeh2 ilə birgə ailə üzvlərindən Cavabdeh1, Cavabdeh3, Cavabdeh7 yaşayır. Cavabdeh8 mülkiyyətində olmuş Balakən rayonu Həniə kəndində yerləşən fərdi yaşayış evinin mülkiyyət hüquqları SOCAR-a keçmiş və bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestr çıxarışı verilmişdir. Həmin mənzildə hazırda Cavabdeh8 ilə birgə ailə üzvlərindən Cavabdeh4, Cavabdeh5 və X4 yaşayır. Məhkəmənin nəzərinə çatdırılır ki, cavabdehlər hal-hazırkı vəziyyətdə SOCAR-ın xüsusi mülkiyyətində olan fərdi yaşayış evlərində qanunsuz olaraq məskunlaşırlar və həmin şəxslərin könüllü olaraq mənzilləri tərk etməməsi səbəbindən əmlak üzərində sərəncam vermək və istifadə hüquqlarından məhrum olunurlar. Mübahisəli məbzillərdə cavabdehlərin və üçüncü şəxsslərin hər hansı istifadə hüquqları mövcud deyildir. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilir. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh7, Cavabdeh8, Cavabdeh4, Cavabdeh5 və Mustafayeva (Gəncəliyeva) Lalə Aydın qızı məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Balakən Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(019)-445/2016 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh3 39363 GBP (Britaniya funt sterlinqi) məbləğində təhsilə çəkilmiş xərclərin, 31 manat həcmində dövlət rüsumu və 32 manat həcmində xidmət haqqının alınaraq SOCAR-ın xeyrinə tutulması, tutulacaq məbləğin öhdəliyin təminatı kimi ipoteka ilə yüklü edilmiş mülkiyyət hüququ əsasında ayrı-ayrılıqda Cavabdeh8 və Cavabdeh2 məxsus olan Balakən rayonu Hənifə kəndində yerləşən fərdi yaşayış evlərinə yönəldilməsi, tutulacaq məbləğin öhdəliyin təminatı kimi ipoteka ilə yüklü edilmiş, mülkiyyət hüququ əsasında ayrıayrılıqda Cavabdeh8 və Cavabdeh2 məxsus olan Balakən rayonu Hənifə kəndində yerləşən fərdi yaşayış evlərində olan şəxslərin mənzil satıldıqdan sonra bir ay ərzində həmin mənzillərdən çıxarılması qət edilmişdir. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(107)- 741/2016 saylı qətnaməsindən görünür ki, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh8 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Balakən Rayon Məhkəməsinin 17 mart 2016-cı il tarixli, 2 (019)-445/2016 saylı qətnaməsi dəyişdirilmiş, 19 noyabr 2013-cü il tarixli 388 saylı ipoteka müqaviləsi ilə Balakən rayonu Hənifə kəndində yerləşən Cavabdeh2 Qurban oğluna məxsus fərdi yaşayış evinin ilkin satış qiyməti 33.500 manat, 19 noyabr 2013-cü il tarixli 389 saylı ipoteka müqaviləsi ilə yüklü edilmiş Balakən rayonu Hənifə kəndində yerləşən Cavabdeh8 məxsus fərdi yaşayış evinin bazar dəyəri 37.500 manat məbləğində müəyyən edilmiş, qətnamə Cavabdeh3 39363 GBP (Britaniya funt sterlinqi) məbləğində təhsilə çəkilmiş xərclərin, 31 manat həcmində dövlət rüsumu və 32 manat həcmində xidmət haqqının alınaraq SOCAR-ın xeyrinə tutulması, tutulacaq məbləğin öhdəliyin təminatı kimi ipoteka ilə yüklü edilmiş mülkiyyət hüququ əsasında ayrıayrılıqda Cavabdeh8 və Cavabdeh2 məxsus olan Balakən rayonu Hənifə kəndində yerləşən fərdi yaşayış evlərinə yönəldilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(107)- 741/2016 saylı qərardadından görünür ki, apellyasiya şikayəti qismən təmin edilmiş, Balakən Rayon Məhkəməsinin 17 mart 2016-cı il tarixli 2(019)-445/2016 saylı qətnaməsi qismən - Balakən rayonu Hənifə kəndində yerləşən Cavabdeh8 və Cavabdeh2 məxsus fərdi yaşayış evlərində olan şəxslərin mənzil satıldıqdan sonra bir ay ərzində həmin mənzillərdən çıxarılması hissələrində ləğv edilmiş və iddia tələbi həmin hissədə baxılmamış saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(102)-2004/2017 saylı qərarından görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(107)-741/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********85-10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli Çıxarışdan görünür ki, Balakən rayonu Hənifə kəndində yerləşən 0.10 ha yaşayış məntəqələrinin torpaqları torpaq sahəsi ümumi birgə Cavabdeh8, Cavabdeh4, Cavabdeh5, Mustafayeva (Gəncəliyeva) Lalə Aydın qızının, fərdi yaşayış evi tam Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (Socar) adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı Zaqatala Ərazi idarəsi reyestr nömrəsi **********97-10301 olan, 1122 invertar qeydiyyat nömrəli 24 dekabr 2021ci il tarixli Texniki Pasportdan görünür ki, Balakən rayonu Hənifə kəndi fərdi yaşayış evi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (Socar) adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********97-10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli Çıxarışdan görünür ki, Balakən rayonu Hənifə kəndində yerləşən 0.1589 ha yaşayış məntəqələrinin torpaqları torpaq sahəsi ümumi birgə Cavabdeh2 və onun ailə üzvləri olan Cavabdeh1, Cavabdeh3, Cavabdeh7, fərdi yaşayış evi tam Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (Socar) adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı Zaqatala Ərazi idarəsi reyestr nömrəsi **********85-10301 olan, 1132 invertar qeydiyyat nömrəli 24 dekabr 2021ci il tarixli Texniki Pasportdan görünür ki, Balakən rayonu Hənifə kəndi fərdi yaşayış evi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (Socar) adına qeydiyyata alınmışdır. Məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən olunmuşdur ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(019)-445/2016 saylı qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, Cavabdeh3 39363 GBP (Britaniya funt sterlinqi) məbləğində təhsilə çəkilmiş xərclərin, 31 manat həcmində dövlət rüsumu və 32 manat həcmində xidmət haqqının alınaraq SOCAR-ın xeyrinə tutulması, tutulacaq məbləğin öhdəliyin təminatı kimi ipoteka ilə yüklü edilmiş mülkiyyət hüququ əsasında ayrı-ayrılıqda Cavabdeh8 və Cavabdeh2 məxsus olan Balakən rayonu Hənifə kəndində yerləşən fərdi yaşayış evlərinə yönəldilməsi, tutulacaq məbləğin öhdəliyin təminatı kimi ipoteka ilə yüklü edilmiş, mülkiyyət hüququ əsasında ayrı-ayrılıqda Cavabdeh8 və Cavabdeh2 məxsus olan Balakən rayonu Hənifə kəndində yerləşən fərdi yaşayış evlərində olan şəxslərin mənzil satıldıqdan sonra bir ay ərzində həmin mənzillərdən çıxarılması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(107)-741/2016 saylı qətnaməsinə əsasən cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh8 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Balakən Rayon Məhkəməsinin 17 mart 2016-cı il tarixli, 2 (019)-445/2016 saylı qətnaməsi dəyişdirilmiş, 19 noyabr 2013-cü il tarixli 388 saylı ipoteka müqaviləsi ilə Balakən rayonu Hənifə kəndində yerləşən Cavabdeh2 Qurban oğluna məxsus fərdi yaşayış evinin ilkin satış qiyməti 33.500 manat, 19 noyabr 2013-cü il tarixli 389 saylı ipoteka müqaviləsi ilə yüklü edilmiş Balakən rayonu Hənifə kəndində yerləşən Cavabdeh8 məxsus fərdi yaşayış evinin bazar dəyəri 37.500 manat məbləğində müəyyən edilmiş, qətnamə Cavabdeh3 39363 GBP (Britaniya funt sterlinqi) məbləğində təhsilə çəkilmiş xərclərin, 31 manat həcmində dövlət rüsumu və 32 manat həcmində xidmət haqqının alınaraq SOCAR-ın xeyrinə tutulması, tutulacaq məbləğin öhdəliyin təminatı kimi ipoteka ilə yüklü edilmiş mülkiyyət hüququ əsasında ayrı-ayrılıqda Cavabdeh8 və Cavabdeh2 məxsus olan Balakən rayonu Hənifə kəndində yerləşən fərdi yaşayış evlərinə yönəldilməsi hissəsində dəyişdirilmədən saxlanılmış, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(107)-741/2016 saylı qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Balakən Rayon Məhkəməsinin 17 mart 2016-cı il tarixli 2(019)-445/2016 saylı qətnaməsi qismən - Balakən rayonu Hənifə kəndində yerləşən Cavabdeh8 və Cavabdeh2 məxsus fərdi yaşayış evlərində olan şəxslərin mənzil satıldıqdan sonra bir ay ərzində həmin mənzillərdən çıxarılması hissələrində ləğv edilmiş və iddia tələbi həmin hissədə baxılmamış saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(102)-2004/2017 saylı qərarına əsasən kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(107)- 741/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamələr qanuni qüvvəsini aldığından iş üzrə icra vərəqəsi çıxarılaraq icra olunması üçün aidiyyatı üzrə Balakən rayonu üzrə İcra və Probasiya Şöbəsinə göndərilmiş, qanunvericilikdə nəzərdə tutulmuş icra hərəkətləri çərçivəsində borclular tərəfindən icra vərəqəsi üzrə borc ödənilmədiyindən ipoteka ilə yüklü edilmiş əmlakrın açıq hərracda satılması üçün hərrac mərkəzinə göndərilmişdir. "xxxx" MMC, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Balakən rayonu üzrə İcra və Probasiya Şöbəsi ilə birgə tərtib edilmiş xx.xx.2020-ci il tarixli 17/02-4, 17/02-5 saylı hərracın yekunları barədə protokollar və xx.xx.2020-ci il tarixli alqısatqı müqavilələrinə əsasən, Cavabdeh8 və Cavabdeh2 Qurban oğluna məxsus Balakən rayonu, Hənifə kəndində yerləşən fərdi yaşayış evləri ARDNŞ tərəfindən alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********85-10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli Çıxarışa əsasən Balakən rayonu Hənifə kəndində yerləşən 0.10 ha yaşayış məntəqələrinin torpaqları torpaq sahəsi ümumi birgə Cavabdeh8, Cavabdeh4, Cavabdeh5, Mustafayeva (Gəncəliyeva) Lalə Aydın qızının, fərdi yaşayış evi tam Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (Socar) adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı Zaqatala Ərazi idarəsi reyestr nömrəsi **********97-10301 olan, 1122 invertar qeydiyyat nömrəli 24 dekabr 2021ci il tarixli Texniki Pasporta əsasən Balakən rayonu Hənifə kəndi fərdi yaşayış evi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (Socar) adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********97-10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli Çıxarışa əsasən Balakən rayonu Hənifə kəndində yerləşən 0.1589 ha yaşayış məntəqələrinin torpaqları torpaq sahəsi ümumi birgə Cavabdeh2 və onun ailə üzvləri olan Cavabdeh1, Cavabdeh3, Cavabdeh7, fərdi yaşayış evi tam Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (Socar) adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xüsusi mülkiyyətində olan Balakən rayonu Hənifə kəndinə yerləşən xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestr çıxarışı olan fərdi yaşayış evində Cavabdeh8 və onun ailə üzvləri olan Cavabdeh4, Cavabdeh5, Mustafayeva (Gəncəliyeva) Lalə Aydın qızı və Balakən rayonu Hənifə kəndinə yerləşən xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestr çıxarışı olan fərdi yaşayış evində Cavabdeh2 və onun ailə üzvləri olan Cavabdeh1, Cavabdeh3 və Cavabdeh7 yaşayırlar və həmin cavabdehlərin bu fərdi yaşayış evlərinə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış mülkiyyət hüquqları, istifadə hüquqları və digər hüquqları mövcud deyildir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan Hüquqlarının və X3 Haqqında» Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi” nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.4-cü maddəsinə əsasən məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsini və onların fərdiləşdirilməsini təmin edən məlumat bazası olan ünvan reyestri aparılır. Daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən ünvan verilir. Ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qanun normasının mənasına görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi üçün üç dispozitiv şərtin mövcudluğunu sübut etməlidir:1) onun həmin əmlaka mülkiyyət hüququ (o cümlədən sahiblik hüququ) olmalıdır: 2) bu əmlak başqasının sahibliyində olmalıdır: 3) başqasının həmin əmlaka sahibliyi qeyri-qanuni olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 165.2-ci maddəsinə əsasən qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Avropa Konvensiyasının 8-ci maddəsində, Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində və İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin həmin maddələrin tətbiqi ilə bağlı presedentlərində mülkiyyət hüququna və mənzil hüququna müdaxilənin şərtləri öz əksini tapmışdır. Belə ki, bu müdaxilə qanunda nəzərdə tutulmalı, qanuni məqsədlər daşımalı, istifadə edilən vasitələr həmin məqsədlərə mütənasib olmalı və bu müdaxilə demokratik cəmiyyətdə zəruri olmalıdır. Avropa Məhkəməsi bir sıra presedentlərində (Sporronq və Lonnrot İsveçə qarşı, Marks Belçikaya qarşı, X5 zavodları Yunanıstana qarşı, X2rşı, Slivçenko Litvaya qarşı və s.) presedentlərində mülkiyyət hüququna müdaxiləni aşağıdakı şərtlərin mövcudluğu ilə bağlayır:1) müdaxilə qanunda nəzərdə tutulmalıdır; 2) qanuni məqsəd daşımalıdır; təxirəsalınmaz ictimai tələbatdan irəli gəlməlidir; 3) müddətli olmalıdır; 4) bu zaman fərdin hüquqları ilə ictimai tələbat arasında ədalətli tarazlığa riayət olunmalıdır; 5) mülkiyyətçiyə kompensasiya ödənilməlidir; 6) bu kompensasiya səmərəli, ağlabatan və vaxtında ödənilən olmalıdır. Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin müdafiə dairəsinə düşən mülkiyyət hüququ müstəqil mənaya malikdir və fərdin sahiblik və istifadə hüququ ilə yanaşı, müəyyən gözləntilərini, iqtisadi maraqlarını da mülkiyyət kimi qəbul edir. Məhkəmə işin müəyyən olunmuş hallarına yuxarıda istinad olunan qanun normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, hazırki işdə iddia predmetini təşkil edən fərdi yaşayış evlərinə cavabdehlərin sahiblik və istifadə ilə bağlı iddiaçının həmin evlərə mülkiyyət hüquqlarına bu müdaxiləni zəruri edən şərtlər müəyyən edilməmiş, sözügedən evlərə iddiaçının mülkiyyət hüquqlarına müdaxilənin qanuni məqsəd daşıması, bunun təxirəsalınmaz ictimai tələbatdan irəli gəlməsi müəyyən olunmamış, cavabdehlərin həmin evlərə sahiblik və istifadə etmələri ilə bağlı iddiaçının mülkiyyət hüquqlarına müdaxilə ilə əlaqədar iddiaçıya hər hansı kompensasiya təklif edilməmiş və ya ödənilməmiş, mülkiyyətçinin hüquqları ilə evlərə mülkiyyət hüquqlarına müdaxiləyə haqq qazandıracaq ictimai tələbat arasında ədalətli tarazlığın təmin edilməsi halı baş verməmişdir. Eyni zamanda iddiaçının cavabdehlərin mənzilə hörmət hüququnun əks olunduğu Avropa Konvensiyasının 8-ci maddəsinin tələbləri baxımından cavabdehləri evlə-yaşayış sahəsi ilə təmin etmək öhdəliyi yoxdur. Belə öhdəlik dövlət və bələdiyyənin üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48.1-ci maddəsinə əsasən sosail kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48.2-ci maddəsinə əsasən qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Cavabdehlər də sosial kirayə müqavilələri əsasında dövlət və bələdiyyə mənzil fondundan evləri kirayəyə götürmək hüququna mlaikdirlər. Ona görə də iddianın təmin edilməklə cavabdehlərin sözügedən evlərdən çıxarılması onların mənzil hüququnun pozulması kimi qiymətləndirilə bilməz və əksinə cavabdehlərin heç bir qanuni əsas olmadan həmin evlərə sahiblik etməsi və onlardan istifadə etməsi iddiaçının həmin fərdi yaşayış evlərinə mülkiyyət hüquqlarının və mənzil hüquqlarının pozuntusunu yaradır. Ona görə də cavabdehlərin həmin evlərdən çıxarılması huquqi və faktoloji əsaslara malik olmaq və iddiaçının hüquqlarını bərpa etmək baxımından demokratik cəmiyyətdə zəruridir. İş materialları ilə birmənalı müəyyən olunur ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xüsusi mülkiyyətində olan Balakən rayonu Hənifə kəndinə yerləşən xx.xx.2021ci il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestr çıxarışı olan fərdi yaşayış evində Cavabdeh8 və onun ailə üzvləri olan Cavabdeh4, Cavabdeh5, Mustafayeva (Gəncəliyeva) Lalə Aydın qızı və Balakən rayonu Hənifə kəndinə yerləşən xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestr çıxarışı olan fərdi yaşayış evində Cavabdeh2 və onun ailə üzvləri olan Cavabdeh1, Cavabdeh3 və Cavabdeh7 yaşamaqla, həmin yaşayış evlərindən qanunsuz istifadə edib həmin əmlaklara qanunsuz sahiblik etməklə iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin həmin fərdi yaşayış evlərinə mülkiyyət hüquqlarını əsassız məhdudlaşdırır və həmin evlərə sahiblik etmək, evlərdən istifadə etmək və onlara dair sərəncan vermək hüquqlarını pozurlar. Ona görə də qanunvericiliyin tələbinə əsasən cavabdehlər sözügedən evlərdən məcburi qaydada çıxarılmaqla iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin qeyd edilən fərdi yaşayış evlərinə mülkiyyət hüquqları bərpa olunmalıdır. İş üzrə cavabdehlər Cavabdeh8 və onun ailə üzvləri olan Cavabdeh4, Cavabdeh5 və Mustafayeva (Gəncəliyeva) Lalə Aydın qızı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xüsusi mülkiyyətində olan Balakən rayonu Hənifə kəndinə yerləşən xx.xx.2021ci il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestr çıxarışı olan fərdi yaşayış evinə və cavabdehlər Cavabdeh2 və onun ailə üzvləri olan Cavabdeh1, Cavabdeh3 və Cavabdeh7 xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestr çıxarışı olan fərdi yaşayış evinə mülkiyyət, istifadə, sahiblik hüquqlarının və sair hüquqlarının olmasını, onların bu hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını və həmin evlərdən istifadə və sahiblik hüquqlarının qanuni olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, iddia tələbinə mümkün etirazın əsaslandırıldığı hər hansı halın mövcudluğunu və bununla da iddianın əsassızlığını sübut edə bilməmişlər. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) bu vəzifə cavabdbeh tərəfin üzərinə düşür. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli qanun normalarına uyğun müvafiq qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xüsusi mülkiyyətində olan Balakən rayonu Hənifə kəndinə yerləşən xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestr çıxarışı olan fərdi yaşayış evindən Cavabdeh8 və onun ailə üzvləri olan Cavabdeh4, Cavabdeh5 və Mustafayeva (Gəncəliyeva) Lalə Aydın qızı və Balakən rayonu Hənifə kəndinə yerləşən xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestr çıxarışı olan fərdi yaşayış evindən Cavabdeh2 və onun ailə üzvləri olan Cavabdeh1, Cavabdeh3 və Cavabdeh7 məcburi qaydada çıxarılmalıdır. Həmçinin iddia təmin edildiyi üçün hazırki iddianın qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlər Cavabdeh8, Cavabdeh4, Cavabdeh5, Mustafayeva (Gəncəliyeva) Lalə Aydın qızı, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh7 müştərək qaydada alınaraq, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin olunsun. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xüsusi mülkiyyətində olan Balakən rayonu Hənifə kəndinə yerləşən xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestr çıxarışı olan fərdi yaşayış evindən Cavabdeh8 və onun ailə üzvləri olan Cavabdeh4, Cavabdeh5 və Mustafayeva (Gəncəliyeva) Lalə Aydın qızı və Balakən rayonu Hənifə kəndinə yerləşən xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestr çıxarışı olan fərdi yaşayış evindən Cavabdeh2 və onun ailə üzvləri olan Cavabdeh1, Cavabdeh3 və Cavabdeh7 məcburi qaydada çıxarılsın; hazırki iddianın qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlər Cavabdeh8, Cavabdeh4, Cavabdeh5, Mustafayeva (Gəncəliyeva) Lalə Aydın qızı, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh7 müştərək qaydada alınaraq, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar