Məhkəmə qərarları › İş №e-2(019)-146/2023

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-146/2023

25.01.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-146/2023 25.01.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X6 katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 Məhəmədəliyeviçə (Məhəməli) və Cavabdeh1 qarşı cavabdehlərin ona məxsus olan yaşayış sahəsindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh2 Məhəmədəliyeviçə (Məhəməli) və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh2 Məhəmədəliyeviçin (Məhəməli), Cavabdeh1 yetkinlik yaşına çatmayan qızı X8 İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh2 Məhəmədəliyeviç (Məhəməli) ilə 30 oktyabr 2008-ci ildə qeyri-rəsmi nikahla evlənmişdir. Nikahlarını 10 noyabr 2008-ci ildə Balakən rayonu Qaysa kənd İnzibati Ərazi Dairəsində 22 sayla rəsmiləşdirmişlər. Cavabdehlə evliliklərindən xx.xx.2009-cu ildə X13 adında bir uşaqları olmuşdur. Xasiyyətləri uyğun gəlməməsi səbəbindən ayrılmışlar. Balakən Rayon Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli, 2(019)-130/2022 nömrəli qətnaməsi ilə onun ilə Cavabdeh2 Məhəmədəliyeviç (Məhəməli) arasında bağlanmış 10 noyabr 2008-ci il tarixdə Balakən rayon Qaysa kənd İnzibati Ərazi Dairəsində 22 nömrə ilə qeydə alınmış nikahın pozulması,tərəflərin birgə nikahlarından xx.xx.2009-cu ildə doğulmuş X9 anası İddiaçı yanında saxlanması qət edilmişdir. Balakən şəhəri,H.Əliyev pr. ev 41 mənzil 17 nömrəli mənzil Cavabdeh2 Məhəmədəliyeviçə (Məhəməli) qanun üzrə vərəsəlik hüququ əsasında keçmişdir. Digər vərəsələr olan onun qardaşları Cavabdeh1 Məhməli oğlu və X3 öz miras paylarını ona xx.xx.2017-ci il tarixində Balakən rayonu notariat kontorunda bağışlanması müqaviləsi əsasında keçirmiş, nəticə olaraq Cavabdeh2 Məhəmədəliyeviç (Məhəməli) həmin əmlaka tam mülkiyyət hüququ əldə etmişdir. Mənzilin mülkiyyətçisi olaraq Cavabdeh2 Məhəmədəliyeviçə (Məhəməli) xx.xx.2018-ci il tarixində Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesteri xidmətindən ona çıxarış verilmişdir. 20 may 2021-ci ildə Balakən regional “Asan xidmət” mərkəzinin notariat ofisində Cavabdeh2 Məhəmədəliyeviç (Məhəməli) mülkiyyət hüququ ilə ona məxsus olan Balakən şəhəri, H.Əliyev pr. ev 41 mənzil 17 nömrəli ümumi sahəsi 66 kvm olan mənzili ona bağışlamışdır. xx.xx.2021-ci il tarixdə həmin daşınmaz əmlaka reyestr nömrəsi **********21-05***-******* olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Cavabdeh2 Məhəmədəliyeviç (Məhəməli) ilə aralarında olan nikahın pozulması ilə bağlı mediasiya sessiyasında iştirak edərkən Cavabdeh2 nikahın pozulmasına və 100 manat alimentin ödənilməsinə razılaşmışdır. Eyni zamanda Kompensasiya ödəməklə evdən istifadə hüququna xitam verilməsi məsələsində Cavabdeh2 Məhəmədəliyeviç (Məhəməli) könüllü olaraq kompensasiya məbləğini qəbul etməkdən onun xeyrinə imtina etmişdir. Bununla bağlı xx.xx.2021-ci il tarixdə Cavabdeh2 Məhəmədəliyeviç (Məhəməli) ilə onun arasında barışıq sazişi bağlanmışdır. Həmin ünvanda qeydiyyatda olan xx.xx.2012-ci il təvəllüdlü X1 Məcid Məhəmədəliyeviçin (Məhəməli) qardaşı Cavabdeh1 Məhməli oğlunun qızıdır. Onun atası Cavabdeh1 isə həmin evə dair öz miras payını qardaşı Cavabdeh2 xx.xx.2017-ci il tarixində Balakən rayonu notariat kontorunda bağışlanma müqaviləsi əsasında hədiyyə vermiş, özü isə Balakən şəhəri H.Əliyev pr-ti ev 41 mənzil 16 ünvanında qeydiyyatdadır. X14 yetkinlik yaşına çatmayan şəxs olduğuna, mülki-prosessual fəaliyyət qabiliyyəti olmadığından məhkəmədə tərəf kimi iştirak edə bilmədiyinə görə iddia ərizəsində onun cavabdeh qismində qanuni nümayəndəsi olan atası Cavabdeh1 qoyulmuşdur. ünvan 2 ünvanında Cavabdeh2 Məhəmədəliyeviç (Məhəməli), onun qardaşı Cavabdeh1 Məhməli oğlunun qızı X14 qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yerisayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. X8 atası Balakən şəhəri H.Əliyev prti ev 41 mənzil 16 ünvanında qeydiyyatdadır. Şabanov X5 Nigar Nemət qızına məxsus olan ünvan 2 ünvanında yerləşən mənzildən istifadə hüquqlarını itirdiyindən, on dörd yaşına çatmamış X8 atası Cavabdeh1 qeydiyyat ünvanı ünvan 3inə əsasən onun yaşayış yerinin valideynlərinin yaşayış yeri sayıldığından X8 iddiaçıya məxsus mənzildən istifadə hüququ itirilmiş hesab edilmişdir. Eyni zamanda Cavabdeh2 Məhəmədəliyeviç (Məhəməli) ünvan 4 ünvanında yerləşən mənzili İddiaçı bağışladığından, eyni zamanda iddiaçı tərəfindən istifadə hüququnun itirilmiş hesab edilməsi ilə bağlı kompensasiya almaqdan imtina etdiyindən onun ünvan 2 ünvanında yerləşən mənzildən istifadə hüququ itirilmiş hesab edilməlidir. Cavabdehlə aralarında imzalanmış bağışlama müqaviləsinin və mənzilin onun mülkiyyətində olmasına baxmayaraq Cavabdeh2 Məhəmədəliyeviç (Məhəməli) və X14 mənzilində pasport qeydiyyatında qalmışlar. Cavabdeh2 Məhəmədəliyeviç (Məhəməli) və X14 ölkə hüdudlarından kənardaddır. Cavabdehlərin ona məxsus mənzildə pasport qeydiyyatında olmaları onun əmlakı barədə sərəncam vermək hüququnu məhdudlaşdırmaqla yanaşı, əlavə xərclərin ödəməsinə səbəb olur. Cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzilində formal qeydiyyatda olması onun əlavə kommunal ödənişləri ödəməsi ilə bərabər, onun qanunla qorunan mülkiyyət hüquqlarını məhdudlaşdırır və bu səbəbdən cavabdehlərin istifadə hüquqları itirilmiş hesab edilməlidir. İddiaçı,onun nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə göndərərək Şəki İnzibati Məhkəməsində baxılacaq işdə iştirakı ilə bağlı hazırkı işə baxılmasında iştirak edə bilməyəcəyini göstərərək işə onun iştirakı olmadan baxaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.1 və 185.4-cü maddələrinə əsasən iddiaçının və onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh2 Məhəmədəliyeviç (Məhəməli) və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 20 may 2021-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması müqaviləsindən görünür ki,Cavabdeh2 Məhəmədəliyeviç (Məhəməli) mülkiyyət hüququ ilə özünə məxsus olan ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 66.40 kv/m olan mənzili İddiaçı hədiyyə vermişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti tərəfindən verilmiş 11 iyun 2021-ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 66.40 kv/m olan mənzil xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 03 nömrəli reyestr kitabının 65 nömrəli vərəqəsində tam mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən MİM-si tərəfindən 20 may 2021-ci il tarixdə verilmiş 145 nömrəli arayışdan görünür ki, X2 Əliyev prospekti 41/17 nömrəli evdə qeydiyyatdadır. Doğum haqqında şəhadətnamədə adı gedən X14 eyni adamdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Qeydiyyat Şöbəsi tərəfindən 14 iyun 2012-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 894856 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 16 yanvar 2012-ci ildə anadan olmuş, atası Cavabdeh1, anası X12 qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2021-ci il tarixli barışıq sazişində göstərilmişdir ki, “tərəflər qismən barışıq sazişi bağlayaraq nikahın pozulmasında razılaşdılar. Tərəflər aliment məbləğində 100 (yüz) AZN razılaşdılar. Kompensasiya ödəməklə evdən istifadə hüququna xitam verilməsi məsələsində tərəf Cavabdeh2 könüllü olaraq kompensasiya məbləğini qəbul etməkdən qarşı tərəfin xeyrinə imtina etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 27 dekabr 2017-ci il tarixli miras payının bağışlanması müqaviləsindən görünür ki, həmin müqavilə ilə Cavabdeh1 və X4 Azərbaycan Respublikası MM–nin 1292-ci maddəsinə əsasən mərhum xx.xx.2010-cu il tarixdə vəfat etmiş X7 miras qalan ünvan 6 ünvanında yerləşən 17 nömrəli mənzildən onlara düşən miras payını digər miras şəriki olan Cavabdeh2 Məhəmədəliyeviçə (Məhəməli) bağışlamışlar. Məhkəmə işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Balakən şəhəri, H.Əliyev pr. ev 41 mənzil 17 nömrəli mənzil tam mülkiyyət hüququ ilə İddiaçı mülkiyyətindədir. Cavabdeh1 sözügedən mənzildəki öz payını qardaşı Cavabdeh2 Məhəmədəliyeviçə (Məhəməli) bağışlamasına, həmin mənzildən daimi olaraq köçüb getməsinə baxmayaraq onun 16 yanvar 2012-ci ildə anadan olmuş qızı-X14 həmin mənzildə qeydiyyatdadır. Digər Cavabdeh2 Məhəmədəliyeviç (Məhəməli) isə tam mülkiyyət hüququ ilə ona məxsus olan həmin mənzili İddiaçı bağışlamağına və həmin mənzildən daimi olaraq köçüb getməsinə baxmayaraq hələ də həmin mənzildə qeydiyyatdadır.Bu isə mülkiyyətçisi olaraq iddiaçının hüquqlarını pozur.Odur ki, İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 203.1-203.2-ci maddələrinə əsasən Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Daşınar əşyanın mülkiyyətçisi mülkiyyət hüququndan imtina etdikdə, əşya məhv olduqda və ya sonralar hər hansı başqa şəxs bu əşyaya mülkiyyət hüququnu əldə etdikdə, sahibliyin itib-itməməsindən asılı olmayaraq, daşınar əşyaya mülkiyyət hüququ itirilir. Məhkəmə işin qeyd edilən hallarını, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, Cavabdeh1 sözügedən mənzildəki öz payını qardaşı Cavabdeh2 Məhəmədəliyeviçə (Məhəməli) bağışlamaqla, digər Cavabdeh2 Məhəmədəliyeviç (Məhəməli) isə tam mülkiyyət hüququ ilə ona məxsus olan həmin mənzili İddiaçı bağışlamaqla həmin mənzildən istifadə hüquqlarını itirmişlər. Bundan başqa “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 8 oktyabr 2013-cü tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, yaşayış sahəsindən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Tərəflər arasında münasibətlər 01 oktyabr 2009-cu il tarixdən sonra yarandığından onlar arasındakı mübahisəyə hazırda qüvvədə olan Mənzil Məcəlləsinin qaydaları tətbiq olunmalıdır. Hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 82.3-cü maddəsinə əsasən kirayəçi və onun ailə üzvləri başqa yaşayış yerinə köçdükdə, yaşayış sahəsinin sosial kirayə müqaviləsi həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab edilir. Həmçinin Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Məhkəmə işin yuxarıda qeyd edilən hallarını, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Məhəmədəliyeviç (Məhəməli) daimi olaraq həmin mənzildən köçüb getdiklərinə, 16 yanvar 2012-ci ildə anadan olmuş X8 yaşayış yerinin atası Cavabdeh1 yanında olmasını, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi bu əsasa görə də əsaslıdır və təmin edilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdehlər Cavabdeh2 Məhəmədəliyeviçin (Məhəməli) və X8 İddiaçı mülkiyyətində olan ünvan 7 ünvanında ümumi sahəsi 66.40 kv/m olan mənzildən istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən İddiaçı dövlət rüsumu olaraq ödədiyi 100 manat məhkəmə xərci cavabdehlər Cavabdeh2 Məhəmədəliyeviçdən (Məhəməli) və Cavabdeh1 alınıb İddiaçı verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 Məhəmədəliyeviçin (Məhəməli) və X8 İddiaçı mülkiyyətində olan ünvan 7 ünvanında ümumi sahəsi 66.40 kv/m olan mənzildən istifadə hüququ itirilmiş hesab edilsin. 100 manat dövlət rüsumu xərci cavabdehlər Cavabdeh2 Məhəmədəliyeviçdən (Məhəməli) və Cavabdeh1 alınıb İddiaçı verilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar