Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-1461/2025 23.02.2026 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X6 qızının katibliyi, İddiaçı nümayəndəsi- vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdehin ona məxsus olan yaşayış sahəsindən istifadə hüququnun olmaması tələbinə dair mülki işə Balakən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək **********08-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan Balakən rayonu Xalatala kəndi ünvanında 0.15 ha həyətyanı torpaq sahəsində yerləşən 84.30 kv/m-dən ibarət fərdi yaşayış evindən Cavabdeh istifadə hüquqlarının olmamasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Balakən rayonu Xalatala kəndi ünvanında qeydiyyatda olmaqla orada yaşayır. Cavabdeh xx.xx.2023-cü il tarixdə DƏDRX-nin tərəfindən verilmiş **********08 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Balakən rayonu Xalatala kəndi ünvanında yerləşən tam mülkiyyət hüququ üzrə özünə məxsus olan 0.15 ha həyətyanı torpaq sahəsini 1 saylı Bakı “ASAN Xidmət” mərkəzində Notariat Ofisində 4Ə-1231 reyestr nömrəsi ilə qeydə alınmış daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında 4800 (dörd min səkkiz yüz) manata İddiaçı satmışdır. xx.xx.2023-cü il tarixdə isə həmin torpaq sahəsinə **********08 reyestr nömrəli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. 2025-ci ildə İddiaçı ona məxsus olan 0.15 ha həyətyanı torpaq sahəsində 1 mərtəbəli 3 otaqlı ümumi sahəsi 84.3 kvm-dən ibarət fərdi yaşayış evi inşa etmiş, həmin fərdi yaşayış evinə xx.xx.2025-ci il tarixdə **********08-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Hazırda Cavabdeh tərəfindən satılmış 0.15 ha həyətyanı torpaq sahəsində İddiaçı tərəfindən inşa edilmiş 1 mərtəbəli 3 otaqlı ümumi sahəsi 84.3 kvm-dən ibarət fərdi yaşayış evində Cavabdeh qeydiyyatdadır. Cavabdeh hal-hazırda Rusiya Federasiyası Leninqrad vilayəti, Slantsevskiy rayonu, Slantsi şəhəri, Kirova küçəsi ev 1/12, mənzil 53 ünvanında yaşayır. Lakin Cavabdeh 2025ci ildə İddiaçı tərəfindən ona məxsus olan 0.15 ha həyətyanı torpaq sahəsində inşa etdiyi 1 mərtəbəli 3 otaqlı ümumi sahəsi 84.3 kvm-dən ibarət fərdi yaşayış evindən istifadə hüququ olmamasına baxmayaraq orada qeydiyyatda qalmışdır. İddiaçı nümayəndəsi- vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib iddianın təmin edilməsi, Cavabdeh **********08-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan Balakən rayonu Xalatala kəndi ünvanında 0.15 ha həyətyanı torpaq sahəsində yerləşən 84.30 kvm-dən ibarət fərdi yaşayış evindən istifadə hüquqlarının olmamasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir . Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İcra Hakimiyyəti tərəfindən Balakən rayonu, Xalatala kənd sakinin İddiaçı ünvanlanmış 07 noyabr 2025-ci il tarixli 5-36/2-H-36-1546/2025 nömrəli məktubda göstərilmişdir ki, Balakən rayonu, Xalatala kəndində xüsusi mülkiyyətinizdə olan torpaq sahəsində tikintisi başa çatdırılmış fərdi yaşayış evinin məlumatları haqqında poçt vasitəsilə rayon icra hakimiyyətinə ünvanladığınız müraciətinizə baxılmışdır.Bildiririk ki, tikintisi başa çatdırılmış yaşayış evinizin sənədləşdirilməsi üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azerbaycan Respublikasının Qanununun 8.0.10.2-ci maddəsinə əsasən torpaq sahəsi üzərində mülkiyyət hüququnuzu təsdiq edən sənədləri, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsini, tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənədləri təqdim etməklə Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsə müraciət etməlisiniz. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon İcra Hakimiyyəti Başçısının Xalatala kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 02 sentyabr 2025-ci il tarixli 317 nömrəli məktubda göstərilmişdir ki, verilir Balakən rayon Xalatala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən ondan ötəri ki, X1 məxsus Balakən rayonu Xalatala kəndi ünvanında yerləşən fərdi yaşayış evində aşağıdakı şəxslər qeydiyyatdadır. X4 1963-cü il təvəllüdlü,İddiaçı 1996-cı il təvəllüdlü, Cavabdeh 1990-cı il təvəllüdlü. İşdə olan və məhkəmə iclasında tədqiq edilən 24 avqust 2023-cü il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsindən görünür ki, satıcı Cavabdeh Balakən rayonu Xalatala kəndi ünvanında yerləşən ümumi sahəsi 0.15 ha olan torpaq sahəsinini tam mülkiyyət üzrə ona məxsus hissəsindən 0.15 ha hissəsini 4800 manata İddiaçı satmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Balakən rayonu Xalatala kəndində yerləşən 0.15 ha həyətyanı sahəsi İddiaçı adına qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, AZ-0813, Balakən rayonu Xalatala kəndi X7 küçəsi,giriş 37,köhnə ünvan: ünvan 3 ümumi sahəsi 84.30 kv/m-dən ibarət fərdi yaşayış evi xx.xx.2025-ci il tarixdə İddiaçı adına daşınmaz əmlakın dövlət qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş reyestr nömrəsi **********08-10301 olan fərdi yaşayış evinin Texniki Pasportundan görünür ki,yeni qaydalarla ünvan; AZ 0813, Balakən rayonu Xalatala kəndi, X7 küçəsi, giriş 37 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı adınadır. Məhkəmə iddiaçının nümayəndəsi-vəkilinin izahatını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında işin faktiki halları araşdırılarkən müəyyən edildi ki, Cavabdeh **********08 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Balakən rayonu Xalatala kəndi ünvanında yerləşən tam mülkiyyət hüququ üzrə özünə məxsus olan 0.15 ha həyətyanı torpaq sahəsini 1 saylı Bakı “ASAN Xidmət” mərkəzində Notariat Ofisində 4Ə-1231 reyestr nömrəsi ilə qeydə alınmış daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında 4800 (dörd min səkkiz yüz) manata İddiaçı satmışdır. Sonuncu xx.xx.2023-cü il tarixdə həmin torpaq sahəsinə **********08 reyestr nömrəli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. 2025-ci ildə İddiaçı mülkiyyətində olan 0.15 ha həyətyanı torpaq sahəsində 1 mərtəbəli 3 otaqlı ümumi sahəsi 84.3 kv/m-dən ibarət fərdi yaşayış evi inşa etmiş, həmin fərdi yaşayış evinə xx.xx.2025-ci il tarixdə **********08-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Cavabdeh mülkiyyətində olmuş 0.15 ha həyətyanı torpaq sahəsini satmasına, satılmış sahəsində İddiaçı tərəfindən 1 mərtəbəli 3 otaqlı ümumi sahəsi 84.3 kvm-dən ibarət fərdi yaşayış evi inşa edilməsinə baxmayaraq Cavabdeh həmin əmlakda hələ də qeydiyyatdadır. Bu hal iddiaçının hüquqlarını pozduğundan o, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, tərəflər arşındakı mübahisəyə aşağıdakı hüquq tətbiq olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyası: 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. 178.2. Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. 203.1. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 30.1 və 30.2-ci maddələrinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014cü il tarixli qərarı: Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinin tələbinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3-cü maddəsinin tələbinə görə qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinin tələbinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı işin materiallarından göründüyü kimi Cavabdeh özünün mülkiyyətində olan, Balakən rayonu Xalatala kəndi ünvanında yerləşən 0.15 ha həyətyanı torpaq sahəsini 1 saylı Bakı “ASAN Xidmət” mərkəzində Notariat Ofisində 4Ə-1231 reyestr nömrəsi ilə qeydə alınmış daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında İddiaçı satmış, xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində torpaq sahəsinin onun mülkiyyətində olmasına dair qeyd ləğv edilmişdir. Bununla da qanunvericiliyin tələbinə görə o, həmin torpaq sahəsinə mülkiyyət hüququnu itirmişdir. Qeyd edilən xx.xx.2023-cü il tarixdə də həmin torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydə alınmışdır. Bu vaxtdan da sonuncu sözügedən torpaq sahəsinə mülkiyyət hüququ əldə etmişdir. 2025-ci ildə İddiaçı mülkiyyətində olan 0.15 ha həyətyanı torpaq sahəsində 1 mərtəbəli 3 otaqlı ümumi sahəsi 84.3 kv/m-dən ibarət fərdi yaşayış evi inşa etmiş, həmin fərdi yaşayış evinə xx.xx.2025-ci il tarixdə **********08-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır.İddiaçını həmin vaxtdan inşa etdirdiyi fərdi yaşayış evinə mülkiyyət hüququ yaranmış, Cavabdeh evin yerləşdiyi həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnu itirdiyindən onun həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə də hər hansı hüququ yaranmamışdır. Məhkəmə işin qeyd edilən hallarını, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh **********08-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan Balakən rayonu Xalatala kəndi ünvanında 0.15 ha həyətyanı torpaq sahəsində yerləşən 84.30 kv/m-dən ibarət fərdi yaşayış evində istifadə hüquqlarının olmaması müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh **********08-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan, Balakən rayonu Xalatala kəndi ünvanında 0.15 ha həyətyanı torpaq sahəsində yerləşən 84.30 kv/m-dən ibarət fərdi yaşayış evində istifadə hüquqlarının olmaması müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirməklə Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən H.Q.Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-1461/2025
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-1461/2025
23.02.2026 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver