Məhkəmə qərarları › İş №e-2(019)-150/2024

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-150/2024

30.01.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-150/2024 30.01.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı4 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İsmayılova (Taralova) Tanzilə Tacəddin qızının Cavabdeh qarşı torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən geri alınaraq iddiaçılara qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İsmayılova (Taralova) Tanzilə Tacəddin qızı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Balakən rayonunun Kortala kənd ərazisində “Şahlıq” adlanan yerdə yerləşən və qanuni ailələrinə məxsus olan ümumi 0.7587 ha.torpaq sahəsinin Cavabdeh alınıb onlara qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan xx.xx.2016-cı il tarixdə verilmiş AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, JN:0092 KOD 40106018 saylı Torpağa Mülkiyyət Hüququna X18 torpaq sahəsinin ümumi birgə mülkiyyətçisi kimi göstərilən X3 adı (soyadı, adı və atasının adı) İddiaçı1dır. İşdə olan xx.xx.2016-cı il tarixdə verilmiş AZE seriyalı 15289224 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, JN:0092 KOD 40106018 saylı Torpağa Mülkiyyət Hüququna X18 torpaq sahəsinin ümumi birgə mülkiyyətçisi kimi göstərilən İddiaçı3 adı (soyadı, adı və atasının adı) X6r. Qeyd olunanlara əsasən məhkəmə işdə olan sənədlər üzrə həmin iddiaçıların adlarını (soyad, ad və ata adı) İddiaçı1 və İsmayılova (Taralova) Tanzilə Tacəddin qızı kimi qəbul edir və nəzərə alır. İddia onunla əsaslandırılmışdır ki, 28 oktyabr 1997-cu il Mülkiyyət Hüququna dair Balakən rayon Aqrar İslahatı Komissiyasının xx.xx.1997-ci il tarixli №29 saylı qərarı ilə “Şahlıq” ərzisində 2,15 hektar torpaq sahəsinin kənd təsərrüfatı məhsulları istehsalı barəsində JN-0092 KOD40106018 saylı Dövlət Aktı ailə üzvülərinə verilmişdir. X2 mülk, yəni 2,15 hektar torpaq sahəsi məxsusdur. Həmin torpaq “Şahlıq” adlanan ərazidə yerləşir. Ailəliklə onlara məxsus olan torpaq kənd məhsulları becərmək üçün verilən pay torpağıdır və onlar bu torpaqdan səmərəli istifadə edib qarğıdalı və buğda əkib məhsul götürmüşlər. xx.xx.2005-cu il tarixindən bu günə qədər onlara məxsus olan 2,15 hektar torpaq sahəsindən tam olaraq istifadə edə bilməmişlər. Səbəbi isə odur ki, onların torpağını torpaq üzrə qonşuları Cavabdeh onların icazəsi olmadan zəbt etmişdir və onlara məxsus olan torpağları könüllü olaraq geri qaytarmaqdan imtina edir. Ailələrinə məxsus olan torpaqdan istifadə etdiyini etiraf edib boynuna götürməsinə baxmayaraq torpaqdan könüllü olaraq çıxmır. Odur ki, torpaq sahələrindən məhkəmə qaydasında məcburi olaraq çıxardılması vacibdir. Cavabdehin onlara qarşı özünü kobud aparması, qanunun tələbinə əməl etməməsi heç kimi saymaması artıq sübutdur. xx.xx.2021-ci il tarixli xx-xx/2021 nömrəli “Məhkəmə Ekspertizası Xidmətləri “MMC-in mütəxəsis rəyindən də görünür ki, Cavabdeh onlara məxsus 2.15 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin 0,7587 ha hissəsini zəbt etmişdir. İddianın təmin edilməsi xahiş olunur. Məhkəmə iclasında iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı4 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişlər. Məhkəmə iddia predmetini təşkil edən torpaq sahəsinin iddiaçıların ümumi birgə mülkiyyətində olduğunu və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisinin ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələb irəli sürə bilmək hüququna malik olduğunu və iddia ərizəsində tələb hüququnu müdafiə etdiyini nəzərə alaraq Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.1 və 185.4-cü maddələrinin tələbinə əsasən işə iddiaçı İsmayılova (Taralova) Tanzilə Tacəddin qızının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş JN 0092 KOD 40106018 saylı Torpağa Mülkiyyət Hüququna X17 görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 1997-ci il 19 may tarixli 29 nömrəli qərarı ilə Balakən rayonu Kortala kəndində yerləşən 2.15 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə X4, İddiaçı4, İddiaçı1, İddiaçı2 və İsmayılova (Tanzilə) Tünzalə Tacəddin qızının ümumi birgə mülkiyyətinə verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 aprel 2023-cü il tarixli №10/8573 nömrəli ekspert rəyində göstərilir ki, Balakən rayonu Kortala kəndində yerləşən JN-0092 kod 40106018 olan Torpağa Mülkiyyət Hüququna X20 ilə iddiaçılar İddiaçı1, X4, İddiaçı2, İddiaçı4 və İsmayılova (Taralova) Tanzilə Tacəddin qızının ümumi birgə mülkiyyətinə verilmiş 2.15 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sözügedən hissəsinin naturada ölçüsü 1.94 hektardır və həmin ölçülər hüquqmüəyyənedfci sənədlərə uyğundur; DƏDRX-i tərəfindən RX ******* seriyalı çıxarışla X1 mülkiyyətinə verilmiş, Balakən rayonu Kortala kəndində yerləşən 0.50 ha torpaq sahəsinin JN-0092 KOD 40106018 Torpağa mülkiyyət hüququna X19 əsasən Balakən rayonu Kortala kəndində yerləşən X4, İddiaçı4, İddiaçı1, İddiaçı2 və İsmayılova (Taralova) Tanzilə Tacəddin qızının ümumi paylı mülkiyyətində olan 2.15 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri daxilində yerləşdiyi müəyyən edilmişdir; Balakən rayonu Kortala kəndində yerləşən JN-0092 kod 40106018 olan Torpağa Mülkiyyət Hüququna X20 ilə iddiaçılar İddiaçı1, X4, İddiaçı2, İddiaçı4 və İsmayılova (Taralova) Tanzilə Tacəddin qızının ümumi birgə mülkiyyətinə verilmiş 2.15 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.7587 hektarı cavabdeh X9 tərəfindən tutulmuşdur və JN-0093 saylı Dövlət aktına bitişik hissədə yerləşir (sxem səhifə 35). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 27 aprel 2023-cü il tarixli №10/8573 №li bildirişindən görünür ki, iş üzrə aparılmış ekspertizası tədqiqatının dəyəri 50 manat təşkil edir. İş materiallarında olan «Məhkəmə Ekspertizasi Xidmətləri” MMC-nin 22 oktyabr 2021ci il tarixli 01-88/21 nömrəli mütəxəssis rəyində göstərilir ki, Balakən rayonu Kortala kəndində yerləşən JN-0092 kod 40106018 olan Torpağa Mülkiyyət Hüququna X20 ilə iddiaçılar İddiaçı1, X4, İddiaçı2, İddiaçı4, İsmayılova (Taralova) Tanzilə Tacəddin qızının ümumi birgə mülkiyyətinə verilmiş 2.15 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sözügedən hissəsinin naturada ölçüsü 1,94 hektardır və həmin ölçülər hüquqmüəyyənedici sənədlərə uyğundur; Balakən rayonu Kortala kəndində yerləşən JN- 0092 kod 40106018 olan Torpağa Mülkiyyət Hüququna X20 ilə iddiaçılar İddiaçı1, X4, İddiaçı2, İddiaçı4, İsmayılova (Taralova) Tanzilə Tacəddin qızının ümumi birgə mülkiyyətinə verilmiş 2.15 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,7587 hektarı cavabdeh X9 tərəfindən zəbt edilmişdir və JN-0093 saylı Dövlət Aktına bitişik hissədə yerləşir, (ortofoto görüntüsü və koordinatlar əlavə olunur). İş materiallarından həmçinin görünür ki, iddiaçılar tərəfindən hazırki iddianın qaldırılması üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə işdə iştirak edən iddiaçıların izahatlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia əsaslıdır və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, JN 0092 KOD 40106018 saylı Torpağa Mülkiyyət Hüququna X19 əsasən Balakən rayon Aqrar İslahat Komissiyasının 1997-ci il 19 may tarixli 29 nömrəli qərarı ilə Balakən rayonu Kortala kəndində yerləşən 2.15 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X4, İddiaçı4, İddiaçı1, İddiaçı2 və İsmayılova (hazırda Taralova) Tanzilə Tacəddin qızının ümumi birgə mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 aprel 2023-cü il tarixli №10/8573 nömrəli ekspert rəyinə əsasən Balakən rayonu Kortala kəndində yerləşən JN-0092 kod 40106018 olan Torpağa Mülkiyyət Hüququna X20 ilə iddiaçılar İddiaçı1, X4, İddiaçı2, İddiaçı4 və İsmayılova (Taralova) Tanzilə Tacəddin qızının ümumi birgə mülkiyyətinə verilmiş 2.15 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sözügedən hissəsinin naturada ölçüsü 1.94 hektardır və həmin ölçülər hüquqmüəyyənedfci sənədlərə uyğundur. DƏDRX-i tərəfindən RX ******* seriyalı çıxarışla X1 mülkiyyətinə verilmiş, Balakən rayonu Kortala kəndində yerləşən 0.50 ha torpaq sahəsinin JN-0092 KOD 40106018 Torpağa mülkiyyət hüququna X19 əsasən Balakən rayonu Kortala kəndində yerləşən X4, İddiaçı4, İddiaçı1, İddiaçı2 və İsmayılova (Taralova) Tanzilə Tacəddin qızının ümumi paylı mülkiyyətində olan 2.15 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri daxilində yerləşdiyi müəyyən edilmişdir. Balakən rayonu Kortala kəndində yerləşən JN-0092 kod 40106018 olan Torpağa Mülkiyyət Hüququna X20 ilə iddiaçılar İddiaçı1, X4, İddiaçı2, İddiaçı4 və İsmayılova (Taralova) Tanzilə Tacəddin qızının ümumi birgə mülkiyyətinə verilmiş 2.15 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.7587 hektarı cavabdeh X9 tərəfindən tutulmuşdur və JN-0093 saylı Dövlət aktına bitişik hissədə yerləşir (sxem səhifə 35). Hazırda iddiaçılar mülkiyyətlərində olan cavabdeh tərəfindən zəbt edilmiş torpaq sahəsinin onlara qaytarılmasını tələb edir. Cavabdeh buna razı olmadığından iddiaçılar hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və hazırki iddianın qaldırılması üçün 100 manat dövlət rüsumu ödəmişlər. İş üzrə ekspertiza xərci 50 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan İnsan Hüquqlarının və X11 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları Bəyannaməsinin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə xx.xx.1979-cu il tarixli qərarında qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 4.1ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 153.1-ci maddəsinə əsasən bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-220.3-cü maddələrinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 222.1-ci maddəsinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 222.2-ci maddəsinə əsasən birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahiblyindən öz əmlakını geri tələb etmsəsi üçün üç dispozitiv şərtin mövcudluğunu sübut etməlidir:1) onun həmin əmlaka mülkiyyət hüququ (o cümlədən sahiblik hüququ) olmalıdır: 2) bu əmlak başqasının sahibliyində olmalıdır: 3) başqasının həmin əmlaka sahibliyi qeyri-qanuni olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.2-ci maddəsinə əsasən əgər qanunla ayrı qayda müəyyənləşdirilməyibsə, torpaq sahəsinə mülkiyyət hüququ həmin sahənin sərhədləri daxilində yerləşən səth (torpaq) qatına və qapalı sututarlara, meşələrə və bitkilərə də şamil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.3-cü maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, yerin təki və faydalı qazıntılar Azərbaycan Respublikasının mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 116.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarəsi ilə əlaqədr xərclər ödənilir. Azərbaycan Respublikası MPM-nin 116.2-ci maddəsinə əsasən məhkəmənin tapşırığı ilə gördkləri işlər ekspertlərin və mütəxəsislərin xidməti vəzifələrinə aid deyildirsə, onları gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Azərbaycan Respublikası MPM-nin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəsislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə münasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına əsasən hüquqi qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, JN:0092 KOD 40106018 saylı Torpağa Mülkiyyət Hüququna X20 ilə X7, İddiaçı4, İddiaçı1, İddiaçı2 və İsmayılova (Taralova) Tanzilə Tacəddin qızının xüsusi mülkiyyətinə verilmiş Balakən rayonunun Kortala kənd ərazisində “Şahlıq” adlanan yerdə yerləşən 2.15 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.7587 ha torpaq sahəsi hissəsi (mütəxəssis rəyi və ekspert rəyində istinad olunmuş sxemdə göstərilən) Cavabdehun qanunsuz sahibliyindən alınıb iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İsmayılova (Taralova) Tanzilə Tacəddin qızına qaytarılmalıdır. Həmçinin hazırki iddianın qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh tutularaq, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İsmayılova (Taralova) Tanzilə Tacəddin qızına ödənilməli, iş üzrə ekspertiza xərcini təşkil edən 50 manat Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM VÖEN **********, X8, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ 22 hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. JN:0092 KOD 40106018 saylı Torpağa Mülkiyyət Hüququna X20 ilə X7, İddiaçı4, İddiaçı1, İddiaçı2 və İsmayılova (Taralova) Tanzilə Tacəddin qızının xüsusi mülkiyyətinə verilmiş Balakən rayonunun Kortala kənd ərazisində “Şahlıq” adlanan yerdə yerləşən 2.15 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.7587 ha torpaq sahəsi hissəsi (mütəxəssis rəyi və ekspert rəyində istinad olunmuş sxemdə göstərilən) Cavabdehun qanunsuz sahibliyindən alınıb iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İsmayılova (Taralova) Tanzilə Tacəddin qızına qaytarılsın. Hazırki iddianın qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh tutularaq, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İsmayılova (Taralova) Tanzilə Tacəddin ödənilsin; iş üzrə ekspertiza xərcini təşkil edən 50 manat Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM VÖEN **********, X8, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ 22 hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar