Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-150/2025 22.09.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X17 qızının katibliyi, iddiaçılar Yusubova (Qalaqiyeva) Gülnaz Məhəmməd qızının və İddiaçı1 nümayəndəsi-vəkili Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçılar Yusubova (Qalaqiyeva) Gülnaz Məhəmməd qızının və İddiaçı1 Cavabdeh qarşı ümumi paylı mülkiyyətdə olan fərdi yaşayış evindən və torpaq sahələrindən paylarına düşən hissənin naturada ayrılması, onlara düşən hissədən cavabdehin çıxarılması və mülkiyyət hüquqlarının bərpa edilməsi tələbinə dair mülki işə Balakən Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçılar Yusubova (Qalaqiyeva) Gülnaz Məhəmməd qızı və İddiaçı1 Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********4-10301, qeydiyyat nömrəsi ********** olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən, ünvan 3ində iddiaçılar İddiaçı1, Yusubova (Qalaqiyeva) Gülnaz Məhəmməd qızının, Cavabdeh ümumi paylı mülkiyyətinə verilmiş 66.3 kv.m fərdi yaşayış evindən iddiaçılar İddiaçı1 5/15 hissədə və Yusubova (Qalaqiyeva) Gülnaz Məhəmməd qızının 5/15 hissədə, ümumilikdə 10/15 hissədə, iddiaçılar İddiaçı1, Yusubova (Qalaqiyeva) Gülnaz Məhəmməd qızının və Cavabdeh ümumi birgə mülkiyyətinə verilmiş 0.1869 ha həyətyanı torpaq sahəsinin 5/15 hissədə paylarının naturada ayrılması, birlikdə 10/15 hissədə 0.1219 ha hissədən Cavabdeh çıxarılması, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********89, qeydiyyat nömrəsi ********** olan 28 yanvar 2022-ci il tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 3ində yerləşən iddiaçılar İddiaçı1, Yusubova (Qalaqiyeva) Gülnaz Məhəmməd qızının, Cavabdeh ümumi paylı mülkiyyətinə verilmiş 0.7875 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçılar İddiaçı1 1/3 hissədə, Yusubova (Qalaqiyeva) Gülnaz Məhəmməd qızına 1/3 hissədə birlikdə 2/3 hissədə paylarının naturada ayrılması, Cavabdeh onlara düşən 2/3 hissədən çıxarılması, həmin torpaq sahələrinə mülkiyyət hüquqlarının bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə hazırlıq iclasında iddiaçılar Yusubova (Qalaqiyeva) Gülnaz Məhəmməd qızının və İddiaçı1 nümayəndəsi-vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi və iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş, reyestr nömrəsi 4**********4-10301, qeydiyyat nömrəsi ********** olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən, ünvan 3ində yerləşən iddiaçılar İddiaçı1, İddiaçı2, Cavabdeh ümumi paylı mülkiyyətinə verilmiş 66.3 kv.m fərdi yaşayış evinin 5/15 hissəsində İddiaçı2, 5/15 hissədə İddiaçı1, ümumilikdə 10/15 hissədə paylarının naturada ayrılması, Cavabdeh onlara düşən 10/15 hissədən çıxarılması, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi 4**********4- 103Ob qeydiyyat nömrəsi ********** olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən, ünvan 3ində yerləşən 0.1869 ha həyətyanı torpaq sahəsindən İddiaçı1 0,06095 ha hissədə, İddiaçı2 0.0609,5 ha hissədə, birlikdə 0.1219 ha hissədə paylarının naturada ayrılması, Cavabdeh həmin hissədən çıxarılması, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********89 qeydiyyat nömrəsi ********** 28 yanvar 2022-ci il tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən ünvan 3ində yerləşən iddiaçılar İddiaçı1, İddiaçı2, Cavabdeh ümumi paylı mülkiyyətinə verilmiş 0.7875 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı1 1/3 hissədə, İddiaçı2 1/3 hissədə, birlikdə 2/3 hissədə paylarının naturada ayrılması, Cavabdeh onlara düşən 2/3 hissədən çıxarılması, həmin torpaq sahələrinə mülkiyyət hüquqlarının bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən icraata qəbul olunmuşdur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə hazırlıq iclasında iddiaçılar Yusubova (Qalaqiyeva) Gülnaz Məhəmməd qızının və İddiaçı1 nümayəndəsi-vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi və iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********4-10301 qeydiyyat nömrəsi ********** olan Hüquqların Dövlət Qeydiyyatından çıxarışa əsasən, ünvan 3ində iddiaçılar X2, Yusubova (Qalakiyeva) Gülnaz Məhəmməd qızının, Cavabdeh ümumi birgə mülkiyyətinə verilmiş 66.3 kv/m fərdi yaşayış evinin 5/15 hissəsində X2, 5/15 hissəsində İddiaçı2, birlikdə 10/15 hissədə paylarının naturada bölünməsi, Cavabdeh onlara düşən 10/15 hissədən çıxarılması, həmin fərdi yaşayış evinə mülkiyyət hüquqlarının bərpa edilməsi, ünvan 3ində yerləşən iddiaçılar Yusubova (Qalaqiyeva) Gülnaz Məhəmməd qızının, Cavabdeh ümumibirgə mülkiyyətinə verilmiş 0.1869 ha həyətyanı torpaq sahəsinin iddiaçılar İddiaçı1, Yusubova (Qalaqiyeva) Gülnaz Məhəmməd qızı və Cavabdeh həyətyanı torpaq sahəsinin İddiaçı1 0.06095 ha hissədə, İddiaçı2 0.06095 ha hissədə, birlikdə 0.1219 ha hissədə paylarının naturada bölünməsi, Cavabdeh həmin hissədən çıxarılması, həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən icraata qəbul olunmuşdur. İddiaçılar Yusubova (Qalaqiyeva) Gülnaz Məhəmməd qızı və İddiaçı1 iddia ərizəsini onunla əsaslandırmışlar ki, Yusubova (Qalaqiyeva) Gülnaz Məhəmməd qızı və İddiaçı1 ünvan 3ində anadan olmuşlar. X1 30 sentyabr 2012-ci ildə, anaları X14 09 sentyabr 2013cü ildə vəfat etmişlər. Ata və analarından kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi və həyətyanı torpaq sahəsi miras qalmışdır. Pay torpaq sahəsinin bir hissəsini qardaşları- Cavabdeh onların razılığı ilə satmışdır. Qalan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin bir hissəsindən və həyətyanı torpaq sahəsindən Cavabdeh onların istifadə etmələrinə maneçilik yaradır. Dəfələrlə, onunla məhkəmədən kənar aparılan danışıqlar müsbət nəticə verməmişdir. Həyətyanı torpaq sahəsinə və həyətyanı torpaq sahəsində yerləşən evə və kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış almışlar. Belə ki, ünvan 3ində yerləşən 0.1889 ha həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə reyestr nömrəsi 4**********4-10301, qeydiyyat nömrəsi ********** olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış almışlar. Həmin çıxarışa əsasən İddiaçı1 fərdi yaşayış evinin 5/15 hissəsində 0.1889 ha həyətyanı torpaq sahəsinin 0.6095 ha hissəsində, iddiaçı Yusubova (Qalaqiyeva) Gülnaz Məhəmməd qızına fərdi yaşayış evinin 5/15 hissəsində 0.1889 ha torpaq sahəsinin 0.6085 ha hissəsində payları müəyyən edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********89 qeydiyyat nömrəsi ********** 28 yanvar 2022-ci il tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən ünvan 3ində yerləşən iddiaçılar İddiaçı1,Yusubova (Qalaqiyeva) Gülnaz Məhəmməd qızının, Cavabdeh ümum birgə mülkiyyətinə verilmiş 0.7875 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçılar İddiaçı1 1/3 hissədə, Yusubova (Qalaqiyeva) Gülnaz Məhəmməd qızını 1/3 hissədə payları müəyyən edilmişdir. Lakin Cavabdeh həyətyanı torpaq sahəsindən, fərdi yaşayış evindən və kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən onları istifadə etməyə qoymur. Onları mülkiyyətlərindən məhrum etməyə çalışır. Odur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********4- 10301 qeydiyyat nömrəsi ********** olan Hüquqların Dövlət Qeydiyyatından çıxarışa əsasən, ünvan 3ində iddiaçılar X2, Yusubova (Qalaqiyeva) Gülnaz Məhəmməd qızının, Cavabdeh ümumibirgə mülkiyyətinə verilmiş 66.3 kv.m fərdi yaşayış evinin 5/15 hissəsində İddiaçı1 5/15 hissəsində İddiaçı2, birlikdə 10/15 hissədə paylarının naturada bölünməsi, Cavabdeh onlara düşən 10/15 hissədən çıxarılması, həmin fərdi yaşayış evinə mülkiyyət hüquqlarının bərpa edilməsi, ünvan 3ində yerləşən iddiaçılar Yusubova (Qalaqiyeva) Gülnaz Məhəmməd qızının, Cavabdeh ümumibirgə mülkiyyətinə verilmiş 0.1869 ha həyətyanı torpaq sahəsinin iddiaçılar İddiaçı1, Yusubova (Qalaqiyeva) Gülnaz Məhəmməd qızı və Cavabdeh həyətyanı torpaq sahəsinin İddiaçı1 0.06095 ha hissədə, İddiaçı2 0.06095 ha hissədə, birlikdə 0.1219 ha hissədə paylarının naturada bölünməsi, Cavabdeh həmin hissədən çıxarılması, həmin torpaq sahəsinə mülkiyyət hüququnun bərpa edilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iddiaçılar Yusubova (Qalaqiyeva) Gülnaz Məhəmməd qızının və İddiaçı1 nümayəndəsi-vəkili Nümayəndə iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi. O, əlavə olaraq göstərdi ki , hazırda tərəflərin ümumi paylı mülkiyyətində olan 66.3 kv.m fərdi yaşayış evinin 7m x 3m və 3m x 4m olmaqla 33 kv/m hissəsindən ibarət 2 otağından iddiaçılar, sahəsi 4m x 5m olmaqla 20 kv/m-dən ibarət bir otağından isə Cavabdeh istifadə edir. Ekspert rəyinə əsasən tərəflərin istifadə vəziyyəti onların paylarına uyğundur.Onlar da bu qaydada bölgü ilə razıdırlar. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən etiraf edərək izahatında göstərdi ki, iddiaçılar Yusubova (Qalaqiyeva) Gülnaz Məhəmməd qızı və İddiaçı1 bacısıdırlar. İddiaçılardan İddiaçı1 boşanıb onunla birlikdə atası evində yaşayır. O, Rəisətin həmin evdə yaşamasına, torpaqdan istifadə etməsinə etiraz etmir. Yusubova (Qalaqiyeva) Gülnaz Məhəmməd qızı isə ərdədir. O, evdən və həyətyanı torpaq sahəsindən Gülnaza pay verilməsinə razı deyildir. Belə ki, evin cəmi bir otağı onun istifadəsindədir.O, dörd nəfərlə bir otaqda yaşayır, bu isə ədalətli deyildir. Qeyd etdikləri nəzərə alınmaqla iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 15 sentyabr 2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətində göstərilmişdir: “Mən, Balakən regional "ASAN xidmət" mərkəzində notariat ofisinin Xüsusi notariusu X10 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq edirəm ki, xx.xx.2013cü il tarixdə vəfat etmiş-KALAKİYEVA AYŞƏ ÖMƏR QİZİNİN vərəsələri: BALAKƏN, XALATALA KƏNDİ, ünvanında qeydiyyatda olan QİZİ-İddiaçı2 QİZİ (AZE********, xx.xx.2014-Balakən RPŞ, FİN:xxxxxxx, d/t:xx.xx.1975)BALAKƏN, XALATALA KƏNDİ,ünvanında qeydiyyatda olan QİZİ- İddiaçı1 QİZİDİR (AZE********, xx.xx.2014 - Balakən RPŞ. FİN:xxxxxxx, d/t:xx.xx.1978) və onların hər biri miras əmlakdan 1/3 hissədə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak -ƏMDK-nin yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi idarəsi tərəfindən xx.xx.2024 tarixdə KALAKİYEVA AYŞƏ ÖMƏR QİZİNA verilmiş **********14-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 66.30 kv/m olan fərdi yaşayış evi ümumi birgə və ümumi sahəsi 0.1889 ha olan torpaq sahəsinin mərhuma məxsus olan 0.0402 ha hissəsindən ibarətdir. - Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən eldə edilmiş xx.xx.2024cü il tarixli qeydiyyat nömrəsi **********İG34402 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək ünvan 2i ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. QEYD: Şəhadətnamə verilən miras əmlakın Cavabdeh çatacaq 1/3 hissəsi şəhadətnamə verilmədən açıq saxlanıldı. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, ünvan 3ində yerləşən 0.7875 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/3 hissəsi X4, 1/3 hissəsi İddiaçı1 və 1/3 hissəsi Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 113 nömrəli reyestr kitabının 42 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, ünvan 3ində yerləşən 0.1889 ha yaşayış məntəqələrinin torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən yaşayış evinin 1/15 hissəsi, torpaq sahəsinin 0.0134 ha hissəsi X9, fərdi yaşayış evinin 5/15 hissəsi və torpaq sahəsinin 0.06095 ha hissəsi İddiaçı1, fərdi yaşayış evinin 5/15 hissəsi, torpaq sahəsinin 0.06095 ha hissəsi X4, fərdi yaşayış evinin 3/15 hissəsi , torpaq sahəsinin 0.0402 ha hissəsi Cavabdeh, fərdi yaşayış evinin 1/15 hissəsi , torpaq sahəsinin 0.0134 ha hissəsi X3 adına daşınmaz əmlakın dövlət reyestrində 43 nömrəli reyestr kitabının 47 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 11 mart 2025-ci il tarixdə verilmiş 3-21-3-47/2-956/2025 nömrəli mütəxəssis rəyində göstərilmişdir: 1.Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş reyestr nömrəsi 4**********4-10301, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən, ünvan 3ində yerləşən, iddiaçılar İddiaçı1,İddiaçı2 və Cavabdeh ümumi paylı mülkiyyətində olan 0.1869 ha həyətyanı torpaq sahəsinin və 0.7875 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada yeri müəyyən edilmişdir. 2.Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş reyestr nömrəsi 4**********4-10301, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən, ünvan 3ində yerləşən, iddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh ümumi paylı mülkiyyətində olan 66.3 kv.m fərdi yaşayış evinin 5/15 hissədə İddiaçı2 və 5/15 hissədə X2, ümumilikdə 10/15 hissədə paylarının naturada ayrılması idarənin səlahiyyətləri xaricindədir. 3.Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş reyestr nömrəsi 4**********4-10301, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən, ünvan 3ində yerləşən İddiaçı1, İddiaçı2 və Cavabdeh ümumi paylı mülkiyyətində olan 0.1869 ha həyətyanı torpaq sahəsindən İddiaçı1 0.06095 ha hissədə, İddiaçı2 0.06095 ha hissədə, birlikdə 0.1219 ha hissədə paylarının naturada ayrılması ilə bağlı bildiririk ki, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi bölündükdən sonra həyətyanı torpaq sahəsinin bölünməsi məsələsinə baxıla bilər. 4.Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 28 yanvar 2022-ci il tarixdə verilmiş reyestr nömrəsi **********89, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən, ünvan 3ində yerləşən iddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh ümumi paylı mülkiyyətində olan 0.7875 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı1 1/3 hissədə, İddiaçı2 1/3 hissədə, birlikdə 2/3 hissədə paylarının naturada ayrılması ilə bağlı bildirik ki, cavabdehin naturada istifadəsində olan torpaq sahəsinin ölçüləri ilə hüquqmüəyyənedici sənəddə göstəriln ölülər arasında uyğunsuzluq olduğu üçün ümumi paylı mülkiyyətdə olan 0.7875 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin paylarının naturada ayrılması mümkün olmamışdır. Həyətyanı və pay torpaq sahələrinin naturada və sənəd üzrə yerləşmə vəziyyəti, ölçüləri, koordinatları tərtib edilmiş yerquruluşu plan-1, yerquruluşu plan-2-də göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 avqust 2024-cü il tarixli 10/464 nömrəli ekspert rəyində göstərilmişdir: Qərardadın 1-ci sualı üzrə; ünvan 3ində yerləşən, iddiaçılar İddiaçı1, X4 və Cavabdeh ümumi paylı mülkiyyətində olan 0.1869 ha həyətyanı torpaq sahəsi və 0.7875 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi naturada təqdim edilmişdir. Qərardadın 2-ci sualı üzrə; ünvan 2i ərazisində yerləşən mübahisə predmeti olan fərdi yaşayış evinin tərəflər arasındakı faktiki istifadə qaydasının 2/3 və 1/3 hissə paylara və İnşaat Norma və Qaydaları 2.08.01.89*un 1.1,2.2,2.4., bəndlərində və Məhkəmə Tikinti-X6 Metodlarında göstərilənlərə uyğun olduğu müəyyən olunur. Qərardadın 3-cü və 4-cü sualları üzrə: ünvan 2i ərazisində yerləşən mübahisə predmeti olan və naturada təqdim edilən həyətyanı və kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən iddiaçılara məxsus 2/3 hissə payın naturada ayrılmasının texniki cəhətdən mümkün olduğu müəyyən olunur. Bölgü variantı rəyə əlavə edilmiş sxemdə qeyd olunmuşdur. Ekspertiza tədqiqatının dəyəri 100 manatdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli 63 nömrəli qəbzdən görünür ki, İddiaçı1 100 manat dövlət rüsumu ödəmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş iddiaçılar Yusubova (Qalaqiyeva) Gülnaz Məhəmməd qızının və İddiaçı1 nümayəndəsi-vəkili Nümayəndə məhkəməyə təqdim etdiyi ərizədə göstərilmişdir ki, paylı mülkiyyətlərində olan fərdi yaşayış evinin otaqları 7 x 3 =21 kv/m və 3 x 4=12 kv/m, cəmi 33 kv/m hissəsi onların istifadəsindədir. Əslində 66 kv/m sahədən onlara 44 kv/m sahə düşməli idi, lakin onlar 33kv/m sahə ilə də kifayətlənirlər. Fərdi yaşayış evinin sahəsi 33 kv/m olan 2 otağının onlara verilməsi etiraz etmirlər. Nəzərə alınmasını xahiş edir. Məhkəmə, iddiaçıların nümayəndəsi-vəkilinin və cavabdehin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi zamanı müəyyən edildi ki, Cavabdeh iddiaçılar İddiaçı1 və X4 qardaşıdır. Onların ümumi paylı mülkiyyətində ünvan 3i ünvanında yerləşən, ümumi və yaşayış sahəsi 66.3 kv.m olan fərdi yaşayış evi, həmin evin yerləşdiyi 0.1869 ha həyətyanı torpaq sahəsi və 0.7875 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Evin 5/15 hissəsi və həyətyanı torpaq sahəsinin 0.06095 ha hissəsi İddiaçı1, evin 5/15 hissəsi və həyətyanı torpaq sahəsinin 0.06095 ha hissəsi İddiaçı2 mülkiyyətindədir.Valideynlərindən ona miras qalan hissə də daxil olmaqla evin 5/15 hissəsi və həyətyanı torpaq sahəsinin 0.06095 ha hissəsi Cavabdeh mülkiyyətindədir. Cavabdeh iddiaçıların ümumi paylı mülkiyyətlərində olan fərdi yaşayış evindən və həyətyanı torpaq sahəsindən istifadə etmələrinə maneçilik törətdiyindən iddiaçılar hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ümumi paylı mülkiyyətdə olan fərdi yaşayış evindən və həyətyanı torpaq sahəsindən paylarının birlikdə naturada bölünməsi, cavabdehin onlara düşən 10/15 hissədən çıxarılması,özlərinə düşən hissəyə mülkiyyət hüquqlarının bərpa edilməsini xahiş etmişlər. Məhkəmə hesab edir ki,mübahisəyə aşağıdakı hüquq tətbiq olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyası: 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan “İnsan Hüquqlarının və X7 Haqqında” Konvensiyası 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 220.1-220.3-cü maddələrinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. 221-ci maddəyə əsasən ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 238.1 və 238.3-cü maddələrinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri,istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə 02/2024 nömrəli 6 dekabr 2024-cü il tarixli qərardadı 17-20-ci bəndlərində göstərilmişdir ki, paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi və ya mülkiyyətçinin əşyadakı payının ayrılması – bu məsələləri nizamlayan Mülki Məcəllənin 220 və 221-ci maddələrinin məzmunundan belə nəticəyə gəlmək olar ki, bölünmə və ayrılma anlayışları eynilik təşkil etməməklə, fərqli hüquqi mexanizmləri nəzərdə tutur. Paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsinin) payının ayrılması proseduru Mülki Məcəllənin 220.3-220.6-cı maddələri, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi proseduru isə 221-ci maddəsi ilə tənzimlənir. Hər iki prosedur ilk olaraq tərəflərin razılığı ilə, bu mümkün olmadıqda isə mübahisənin məhkəmədə həll olunmasını nəzərdə tutur (Mülki Məcəllə, 220.3-cü maddənin birinci cümləsi və 221-ci maddənin 2-ci cümləsi). Qeyd olunan hüquqi prosedurlar arasındakı fərq isə ondan ibarətdir ki, paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi maddənin başlığından da göründüyü kimi, bütün hallarda həmin şəxslərin əşya üzərində ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi ilə nəticələnir. Bu baxımdan əşyanın bölünməsi halı üçün Mülki Məcəllənin 221-ci maddəsində onun fiziki bölgüsü və hərracdan satışından ibarət iki ardıcıl hüquqi mexanizm müəyyən edilmişdir. Həmin maddə bütün paylı mülkiyyətçilər əşyanın bölünməsi ilə bağlı həmfikir olsalar da, aralarında paylı mülkiyyət hüququna xitam verilməsinin növü və ya forması (fiziki bölgü, hərracdan satış və s.) ilə bağlı mübahisə olduğu və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qaldığı, yəni ümumiliyin davam etdirilməsinin mümkün olmadığı hallarda tətbiq edilməlidir. Məsələn, bütün payçıların əşyanın paylarına uyğun bölünməsini tələb etdikləri və ya iki payçıdan biri, üç payçıdan ikisi ayrılmaq istədiyi hallarda əşyanın bölünməsi mexanizmi işə düşür. Əşya üzərində mülkiyyət hüququndakı payın ayrılması isə bütün hallarda ümumi paylı mülkiyyət hüququna xitam verilməsi ilə nəticələnmir. Bu baxımdan əşyanın bölünməsi halından fərqli olaraq, payın ayrılması halı üçün Mülki Məcəllənin 220.2-220.6cı maddələrində payın naturada ayrılması, bu mümkün olmadıqda kompensasiya ödənilməklə paya xitam verilməsi və əşyanın açıq hərracdan satışından ibarət üç ardıcıl hüquqi mexanizm müəyyən edilmişdir. Bu zaman həmin ardıcıllıq gözlənilməklə payın naturada ayrılması baş tutduqda yalnız ayrılan şəxs(lər) ümumilikdən çıxaraq fərdi mülkiyyətçiyə çevrilir, bu mümkün olmadıqda isə kompensasiya ödənilməklə yalnız həmin şəxs(lər)in əşya üzərində mülkiyyət hüququna xitam verilir. Ayrılmayan iki və ya daha artıq payçı isə ümumi paylı mülkiyyət vəziyyətində qalmaqda davam edirlər. Məsələn, üç payçıdan birinin və ya dörd payçıdan ikisinin ayrılmaq istədiyi halda payın ayrılmasına dair prosedur tətbiq edilir. Yalnız əşyanın açıq hərracdan payçı olmayan digər şəxslərə satılması halında əvvəlki həmmüllkiyyətçilərin əşya üzərində ümumi paylı mülkiyyət hüquqlarına xitam verilmiş olur. Qərardadın 62-ci bəndində göstərilmişdir ki, Mülki Məcəllənin 221-ci maddəsinin məzmunundan müəyyən olunur ki, əgər iştirakçılar (paylı mülkiyyətçilər) arasında ümumi paylı mülkiyyət hüququna xitam verilməsi növünə (fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi) dair razılıq olmazsa və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qalarsa, yəni ümumiliyin davam etdirilməsi mümkün olmazsa, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi yuxarıda qeyd olunduğu kimi payın ayrılmasından fərqli olaraq aşağıdakı iki mərhələdən ibarətdir: 1) ümumi paylı mülkiyyətdə olan əşyanın naturada (fiziki) bölgüsü; 2) əşyanın məhkəmə qərarı ilə hərracdan satılması. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2 Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 76.3 Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80 Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 82.4 Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Nəzərə alınmalıdır ki, iddia tələbi bilavasitə sübutetmə ilə bağlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların mövcud olub olmamasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər hansı dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək, işin hallarını, ünvan 3i ünvanında yerləşən, ümumi və yaşayış sahəsi 66.3 kv.m olan fərdi yaşayış evinin hər birinin 5/15 hissə olmaqla 10/15 hissəsinin və evin yerləşdiyi 0.1869 ha həyətyanı torpaq sahəsinin hər birinə 0.06095 ha olmaqla 0,1219 ha hissəsinin iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətlərində, valideynlərindən ona miras qalan hissə də daxil olmaqla evin 5/15 hissəsi və həyətyanı torpaq sahəsinin 0.06095 ha hissəsinin Cavabdeh mülkiyyətində olmasını, evin sahələri 7 m x 3 m və 4m x 3 m olmaqla, ümumi və yaşayış sahəsi 31 kv/m olan 2 (iki) otağının iddiaçıların, 5mx4m olmaqla ümumi və yaşayış sahəsi 20 kv/m olan 1 (bir) otağının isə Cavabdeh istifadəsində olmasını, evdən və həyətyanı torpaq sahəsindən istifadə ilə bağlı tərəflər arasında mübahisə olmasını, iddiaçıların fərdi yaşayış evində 10/15 hissə və həyətyanı torpaq sahəsindən 0,1219 ha paylarının naturada bölünməsini tələb etmələrini, ekspert rəyinə əsasən evdən və torpaq sahəsindən iddiaçıların paylarının naturada bölünməsinin mümkün olmasını, qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş reyestr nömrəsi 4**********4-10301, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən, ünvan 3ində yerləşən, iddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh ümumi paylı mülkiyyətində olan, ümumi və yaşayış sahəsi 66 kv/m olan üç otaqlı fərdi yaşayış evi iddiaçılar İddiaçı1 və İddiaçı2 10/15 hissə birlikdə paylarına və Cavabdeh 5/15 hissə payına uyğun və istifadə vəziyyəti və iddiaçıların razılığı nəzərə alınmaqla bölünməli, sahələri 7 m x 3 m və 4 m x 3 m olmaqla, ümumi və yaşayış sahəsi 31 kv/m olan 2 (iki) otağı iddiaçıların, 5mx4m olmaqla ümumi və yaşayış sahəsi 20 kv/m olan 1 (bir) otağı isə Cavabdeh mülkiyyətinə; fərdi yaşayış evinin yerləşdiyi 0.1869 ha həyətyanı torpaq sahəsi, iddiaçılar X2 və İddiaçı2 hər birinə 0.06095 ha olmaqla birlikdə 0,1219 ha payları və Cavabdeh valideynlərindən ona miras qalan hissə də daxil olmaqla 0.06095 ha paylarına uyğun Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11 avqust 2024-cü il tarixli 10/464 nömrəli ekspert rəyinə əlavə edilmiş sxemə uyğun naturada bölünməlidir. Cavabdeh fərdi yaşayış evinin və torpaq sahəsinin iddiaçıların mülkiyyətinə verilmiş hissəsindən çıxarılmalı, iddiaçıların ev və torpaq sahəsinin özlərinə aid hissəsinə mülkiyyət hüquqları bərpa olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilsə də, iddiaçılar dövlət rüsumunu tələb etmədiklərindən ödənmiş 100 manat dövlət rüsumu xərci iddiaçıların özlərinə aid edilməlidir. 100 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu: 142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı X16 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinii rəhbər tutaraq, məhkəmə qət etdi İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş reyestr nömrəsi 4**********4-10301, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən, ünvan 3ində yerləşən, iddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh ümumi paylı mülkiyyətində olan, ümumi və yaşayış sahəsi 66 kv/m olan üç otaqlı fərdi yaşayış evi iddiaçılar İddiaçı1 və İddiaçı2 10/15 hissə birlikdə paylarına və Cavabdeh 5/15 hissə payına uyğun, istifadə vəziyyəti və iddiaçıların razılığı nəzərə alınmaqla bölünsün, evin sahələri 7 m x 3 m və 4 m x 3 m olmaqla, ümumi və yaşayış sahəsi 31 kv/m olan 2 (iki) otağı iddiaçılar İddiaçı1 və İddiaçı2 , 5mx4m olmaqla ümumi və yaşayış sahəsi 20 kv/m olan 1 (bir) otağı isə Cavabdeh mülkiyyətinə; fərdi yaşayış evinin yerləşdiyi 0.1869 ha həyətyanı torpaq sahəsi, iddiaçılar İddiaçı1 və İddiaçı2 hər birinə 0.06095 ha olmaqla birlikdə 0,1219 ha payları və Cavabdeh valideynlərindən ona miras qalan hissə də daxil olmaqla 0.06095 ha payına uyğun Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11 avqust 2024-cü il tarixli 10/464 nömrəli ekspert rəyinə əlavə edilmiş sxemə uyğun naturada bölünsün; Cavabdeh fərdi yaşayış evinin və torpaq sahəsinin iddiaçıların mülkiyyətinə verilmiş hissəsindən çıxarılsın, iddiaçıların ev və torpaq sahəsinin özlərinə aid hissəsinə mülkiyyət hüquqları bərpa olunsun. Ödənmiş 100 manat dövlət rüsumu xərci iddiaçıların özlərinə aid edilsin. 100 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu: 142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı X16 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirməklə Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən H.Q.Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-150/2025
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-150/2025
22.09.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver