Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-1522/2025 03.03.2026 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Mustafayeva Kərimə Şamil qızının katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə iştirakı ilə Ərizəçi qohumluq faktının müəyyən edilməsinə dair ərizəsinə və əlavə olunmuş sənədlərə xüsusi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Ərizəçi həyat yoldaşının bibisi Balamədova Ayşa Murtuzəli qızı ilə qohumluq faktın müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi dəqiqləşdirmə barədə ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Ərizəçi həyat yoldaşı X1 bibisi Balamədova Ayşa Murtuzəli qızı ilə qohumluq faktın müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, hazırki ərizə X35 Xidmət X26 cəlb olunmaqla (bundan sonra maraqlı şəxs) “qohumluq faktın müəyyən edilməsi”nə dairdir. 20 avqust 1950-ci ildə anadan olmuş həyat yoldaşı X3, həyat yoldaşının bibisi Balamədova Ayşa Murtuzəli qızı, oğlu X14, qızları X7, X8 və X15 daimi yaşamış və qeydiyyatda olmuşdur. Balakən rayon İcra Hakimiyyəti Başçısının Püştətala kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 15 dekabr 2025-ci il tarixli 476 nömrəli arayışından da məlum olduğu kimi xx.xx.2005-ci il tarixdə vəfat etmiş Balamədova Ayşa Murtuzəli qızı (AZ-İ 073728 ölüm şəhadətnaməsi) ilə bir evdə yaşamışlar. X34 Murtuzəli qızının ailəsi və varisi olmadığında dəfn xərcləri yoldaşı X3 tərəfindən çəkilmişdir. Həyat yoldaşı X12 19 sentyabr 2016-cı ildə vəfat etmişdir. Balakən rayonu X25 17 oktyabr 2002-ci il tarixli 06 saylı qərarı ilə verilmiş JN: 0019 kod 40111018 nömrəli dövlət aktına əsasən torpağa mülkiyyət hüququna dair çıxarış almaq üçün X35 Xidmət mərkəzində Notariat ofisində ona həmin aktda göstərilən mərhum həyat yoldaşının mərhum bibisi Balamədova Ayşa Murtuzəli qızının ölümü haqqında akt qeydinin tələb olunduğu bildirildi. Bu səbəbdən xx.xx.2005-ci il tarixdə vəfat etmiş Balamədova Ayşa Murtuzəli qızının, mərhum yoldaşı X1 qohumu olubolmamasının müəyyən edilməsi ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X35 Xidmət X26nə müraciət etdi. 15 dekabr 2025-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə NazirliyiBalakən RegionalAsan Xidmət X26nin 3165/8- 15-B-1136/2025 nömrəli məktubuna əsasən Balakən regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə Balamədova Ayşa Murtuzəli qızının ölümü haqqında arayışın verilməsi ilə bağlı xx.xx.2025-ci il tarixdə daxil olmuş ərizəyə cavab olaraq bildirir ki, xx.xx.2005-ci il tarixdə vəfat etmiş Balamədova Ayşa Murtuzəli qızının barəsində xx.xx.2005-ci il tarixdə Balakən rayon Püştətala kənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş 04 saylı ölüm haqqında akt qeydinə dair arayışın verilməsi ilə bağlı müraciətin təmin edilməsi mümkün deyildir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 9.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemindəki məlumatların vətəndaşlıq vəziyyəti akt qeydlərindəki məlumatlara uyğunluğu yoxlanılmaqla şəxslərə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir. Yuxarıda qeyd edilənlərə əsasən xx.xx.2005-ci il tarixdə vəfat etmiş Balamədova Ayşa Murtuzəli qızının doğumu haqqında akt qeydi Balakən regional“ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsinin arxivində aşkar edilmədiyindən mərhum yoldaşı X1 qohumu olub-olmamasını müəyyən edə bilmədiklərindən ölümü haqqında akt qeydinə dair arayışın verilməsi mümkün deyildir. 21 aprel 2005-ci il tarixdə vəfat etmiş Balamədova Ayşa Murtuzəli qızının sağlamlıq səbəbindən övlad sahibi olmamışdır. Onun yas mərasimini mərhum yoldaşıyla birlikdə yola salmış, baş daşını onlar qoymuş, təsərrüfatını idarə etmişlər. Maraqlı şəxs tərəfindən Balamədova Ayşa Murtuzəli qızının mərhum yoldaşı X1 qohumu olub-olmamasını müəyyən edilə bilmədiyindən ölümü haqqında akt qeydinə dair arayışın verilməsindən imtina edilmişdir. Bu səbəbdən də mövcud iddia tələbi irəli sürülür. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi ərizədə qeyd olunanları təsdiq edərək təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Balakən rayon Regional Asan Xidmət X26 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan hazırki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində Ərizəçi qonşusu və uzaq qohumu olduğunu, onun ərinin Balamedov Murtuzəli olduğunu, X13 qohumu olduğunu, Murtuzəlinin himayəsində yaşadığını, evlənmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X24 ifadəsində Ərizəçi kəndlisi və gəlinin qohumu olduğunu, ərinin adının Murtuzəli olmasını, Ayşanı tanıdığını, xəstə olduğunu, Murtuzəlinin bibisi olduğunu, evlənmədiyini, ölənə qədər Murtuzəlinin yanında yaşamasını göstərmişdir. İş materiallarında olan Balakən rayon Püştətala kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZ-İ seriyalı 761920 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X3 19 sentyabr 2016-cı ildə ölmüşdür. 200975 nömrəli evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, Azərbaycan SSR Balakən rayon Püştətala kəndi sovetində X3 ilə X19 xx.xx.1974-cü il tarixində 1 nömrə ilə nikahı qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Balamedova soyadı verilmişdir. Balakən rayon Püştətala kənd İƏD üzrə nümayəndəsi tərəfindən 20 oktyabr 2025-ci il tarixdə verilmiş 422 nömrəli arayışdan görünür ki, həqiqətən mərhum X3 vəfat etdiyi 19 sentyabr 2016-cı il tarixdə Balakən rayon Püştətala kənd İƏD-si üzrə Nümayəndəlikdə daimi qeydiyyatda olmuşdur və mərhumun vərəsələri bu şəxslərdir: X30, X14, X7, X9, X15 və bibisi X17. Balakən rayon Püştətala kənd İƏD üzrə nümayəndəsi tərəfindən 20 oktyabr 2025-ci il tarixdə verilmiş 425 nömrəli arayışdan görünür ki, torpağa mülkiyyət hüququna dair Dövlət Aktında (JN 0019 Kod 40111018 ) vətəndaşın (adı, soyadı,atasının adı) X15 qeyd olunmuşdur. Odur ki, X16 (AA ******* şəxsiyyət vəsiqəsi) ilə torpağa mülkiyyət hüququna dair Dövlət Aktında (JN 0019 Kod 40111018 ) vətəndaşın (adı, soyadı,atasının adı) X15 eyni şəxsdir (özüdür). Balakən rayon Regional “ASAN” Xidmət X26 tərəfindən verilmiş 15 dekabr 2025-ci il tarixli arayışda göstərilir ki, Balakən regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə Balamədova Ayşa Murtuzəli qızının ölümü haqqında arayışın verilməsi ilə bağlı xx.xx.2025-ci il tarixdə daxil olmuş ərizəyə cavab olaraq bildirir ki, xx.xx.2005-ci il tarixdə vəfat etmiş Balamədova Ayşa Murtuzəli qızının barəsində xx.xx.2005-ci il tarixdə Balakən rayon Püştətala kənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş 04 saylı ölüm haqqında akt qeydinə dair arayışın verilməsi ilə bağlı müraciətin təmin edilməsi mümkün deyildir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasfnın 9.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemindəki məlumatların vətəndaşlıq vəziyyəti akt qeydlərindəki məlumatlara uyğunluğu yoxlanılmaqla şəxslərə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 9.7-ci bəndinin tələbinə uyğun olaraq ölüm haqqında təkrar şəhadətnamə ölmüş şəxsin qohumlarına verilir. Həmin “Qayda”nın 9.14-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydləri haqqında arayışların verilməsi təkrar şəhadətnamələr verilməsi üçün müəyyən edilmiş qaydada həyata keçirilir. Yuxarıda qeyd edilənlərə əsasən xx.xx.2005-ci il tarixdə vəfat etmiş Balamədova Ayşa Murtuzəli qızının doğumu haqqında akt qeydi Balakən regional “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsinin arxivində aşkar edilmədiyindən mərhum yoldaşı X1 qohumu olub-olmamasını müəyyən edə bilmədiklərindən ölümü haqqında akt qeydinə dair arayışın verilməsi mümkün deyildir. Balakən rayon Püştətala kənd İƏD üzrə nümayəndəsi tərəfindən 15 dekabr 2015-ci il tarixdə verilmiş 476 nömrəli arayışdan görünür ki, nümayəndəlikdə daimi yaşamış və qeydiyyatda olmuş Mərhum: X3 bibisi Balamədova Ayşa Murtuzəli qızı (AZ-İ 073728 ölüm şəhadətnaməsi) ilə bir evdə yaşamışlar. Balamədova Ayşa Murtuzəli qızının varisi olmadığına görə bibisinin dəfin xərclərini X3 çəkmişdir. JN 0019 Kod 40111018 saylı Torpağa Mülkiyyət Hüququna X37 görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 2002-ci il 17 oktyabr tarixli qərarı ilə X1, ailə üzvləri X11, X5, X4, X2, X6 və X10 ümumi birgə mülkiyyətinə 2.79 ha torpaq sahəsi verilmişdir. Balakən rayon Püştətala kənd İƏD üzrə nümayəndəsi tərəfindən 20 oktyabr 2025-ci il tarixdə verilmiş 423 nömrəli arayışdan görünür ki, torpağa mülkiyyət hüququna dair Dövlət Aktında (JN 0019 Kod ********) vətəndaşın (adı, soyadı, atasının adı) X20 qeyd olunmuşdur. Odur ki, Ərizəçi (AZE 0******* şəxsiyyət vəsiqəsi) ilə torpağa mülkiyyət hüququna dair Dövlət Aktında (JN 0019 Kod ********) qeyd olunan X20 eyni şəxsdir (özüdür). Balamədova Ayşa Murtuzəli qızına aid qəbirdaşından görünür ki, Balamədova Ayşa Murtuzəli qızı xx.xx.2005-ci il tarixdə vəfat etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutlara əlaqəli şəkildə hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 9.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemindəki məlumatların vətəndaşlıq vəziyyəti akt qeydlərindəki məlumatlara uyğunluğu yoxlanılmaqla şəxslərə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir. 9.7-ci bəndinə əsasən ölüm haqqında təkrar şəhadətnamə ölmüş şəxsin qohumlarına verilir, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 2.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. 2.3-cü bəndinə əsasən qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər); 1159.2-ci maddəsinə əsasən ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Beləliklə, məhkəmə iclasında sübutların tədqiqi əsasında müəyyən edildi ki, ərizəçinin mərhum əri X12 19 sentyabr 2016-cı ildə vəfat etmişdir. Ərizəçi Balakən rayonu X25 17 oktyabr 2002-ci il tarixli 06 saylı qərarı ilə verilmiş JN: 0019 kod 40111018 nömrəli dövlət aktına əsasən torpağa mülkiyyət hüququna dair çıxarış almaq üçün X35 Xidmət mərkəzində Notariat ofisinə müraciət etmiş, ona həmin aktda göstərilən Balamədova Ayşa Murtuzəli qızının ölümü haqqında akt qeydinin tələb olunduğu bildirilmişdir. Bu səbəbdən Balamədova Ayşa Murtuzəli qızının mərhum X1 qohumu olub-olmamasının müəyyən edilməsi ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X35 Xidmət X26nə müraciət etmişdir. Qeydiyyat Şöbəsinin məktubuna əsasən ona bildirilmişdir ki, xx.xx.2005-ci il tarixdə vəfat etmiş Balamədova Ayşa Murtuzəli qızının barəsində xx.xx.2005-ci il tarixdə Balakən rayon Püştətala kənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş 04 saylı ölüm haqqında akt qeydinə dair arayışın verilməsi ilə bağlı müraciətin təmin edilməsi mümkün deyildir, belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 9.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemindəki məlumatların vətəndaşlıq vəziyyəti akt qeydlərindəki məlumatlara uyğunluğu yoxlanılmaqla şəxslərə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 9.7-ci bəndinin tələbinə uyğun olaraq ölüm haqqında təkrar şəhadətnamə ölmüş şəxsin qohumlarına verilir, qeyd edilənlərə əsasən xx.xx.2005-ci il tarixdə vəfat etmiş Balamədova Ayşa Murtuzəli qızının doğumu haqqında akt qeydi Balakən regional “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsinin arxivində aşkar edilmədiyindən onun X1 qohumu olub-olmamasını müəyyən edə bilmədiklərindən ölümü haqqında akt qeydinə dair arayışın verilməsi mümkün olmamışdır. Balakən rayon Püştətala kənd İƏD üzrə nümayəndəsi tərəfindən 15 dekabr 2015-ci il tarixdə verilmiş 476 nömrəli arayışda Balamədova Ayşa Murtuzəli qızının vərəsəsinin olmadığı qeyd edilmişdir. Göründüyü kimi ərizəçinin qohumluq faktının müəyyən edilməsinə dair tələbinin hüquqi əhəmiyyəti olduğundan, lakin göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə məhkəmə iclasında tədqiq edilmiş sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin olunmalı, Balamədova Ayşa Murtuzəli qızının Ərizəçi əri X1 bibisi olması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin olunsun. Balamədova Ayşa Murtuzəli qızının Ərizəçi mərhum əri X1 bibisi olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Arifə Cəfərova
Məhkəmə qərarları › İş №e-2(019)-1522/2025
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-1522/2025
03.03.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver