Məhkəmə qərarları › İş №e-2(019)-158/2023

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-158/2023

27.02.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-158/2023 27.02.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X11 katibliyi , İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1,Cavabdeh2, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdehlər X36 Xidmət Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X14, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 qarşı mirasın iddiaçı tərəfindən qəbul ediməsi faktının müəyyən edilməsi, irsi transmissiya üzrə iddiaçının vərəsəlik hüququnun tanınması, mirasın bölüşdürülməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı cavabdehlər X36 Xidmət Mərkəzində Notariat ofisinin xüsusi notariusu X14, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2021-ci ildə ölmüş X15 ölümündən sonra qanunla müəyyən edilmiş müddətdə X4 miras qalmış əmlaklara xx.xx.2021-ci ildə ölmüş əri X23 vasitəsi ilə irsi transmissiya üzrə mirasın qəbulu faktının müəyyən edilməsi, irsi transmissiya tətbiq edilməklə miras əmlakların 1/2 hissəsinə onu qəbul etmiş xx.xx.2021-ci ildə ölmüş X15 vərəsəsi olan İddiaçı vərəsəlik hüququnun tanınması və miras əmlakların mirası qəbul etmiş vərəsələr arasında bölüşdürülməsi barədə qətnamə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2021-ci ildə ölmüş X15 ölümündən sonra qanunla müəyyən edilmiş müddətdə xx.xx.2009-cu il tarixdə vəfat etmiş X4 miras qalmış əmlaklara -xx.xx.2021-ci ildə ölmüş əri X23 vasitəsi ilə irsi transmissiya üzrə İddiaçı tərəfindən mirasın qəbulu faktının müəyyən edilməsi, irsi transmissiya tətbiq edilməklə miras əmlakların tam hissəsinə onu qəbul etmiş xx.xx.2021ci ildə ölmüş X15 vərəsəsi olan İddiaçı vərəsəlik hüququnun tanınması və miras əmlakların mirası qəbul etmiş vərəsə olan İddiaçı tam hissədə irs verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 2007-ci ilin iyul ayında X23 ilə qeyri-rəsmi nikahla evlənmişdir. Nikahlarını 13 mart 2013-cü ildə Balakən rayon Qeydiyyat şöbəsində 44 nömrə ilə rəsmiləşdirmişlər. Birgə nikahlarından övladları olmamışdır. Evləndiyi vaxtdan hazıradək Balakən rayonu Mahamalar kəndində mərhum qaynanası X7 məxsus olmuş 0.25 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evində yaşayır. Qeyd etmək istəyir ki, Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 08 saylı qərarı ilə X7 və Cavabdeh4 0.25 ha həyətyanı və 0.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Torpaq sahələri bir-birinə bitişik ərazidən verilmişdir. X2 Əfəndi Zənbi oğlu ilə xx.xx.1965-ci ildə nikahlarını rəsmiləşdirmişlər. X26 xx.xx.1972-ci ildə ölmüşdür. X30, Cavabdeh2, Paraşov Nurmahama, Paraşov Ramazan, Cavabdeh4, Quliyeva Ruqiyyət, Paraşov Zumrad adlı yeddi övladları olmuşdur:Övladlardan Mustafa və Zumrad ölmüşdür.Əhməd 1997-ci ildən Rusiya Federasiyasında yaşayır və Rusiya vətəndaşıdır. Nursəməd, Nurmahama, Ramazan və Ruqiyyət isə uzun müddətdir ki, həmin təsərrüfatdan çıxmışlar və özlərinə məxsus evdə yaşayırlar. X5 təsərrüfatında yalnız mərhum əri X23 anası ilə birlikdə yaşamışdır. 2007-ci ilin iyul ayından sonra isə o da həmin təsərrüfatda yaşamaqla,birgə təsərrüfat aparmaqla təsərrüfatı idarə etmişlər. X8 xx.xx.2009-cu ildə ölmüşdür.Onun dəfnini oğlu- X23 və o yola salmışlar. Onlara məxsus əmlak olan evi və torpaq sahələrini faktiki qəbul edərək mirası idarə etmişlər. xx.xx.2021-ci ildə əri X23 ölmüş, onun ölümündən sonra həmin təsərrüfatı o, qəbul və idarə etməklə halhazırda orada yaşayır. xx.xx.2021-ci ildə ölmüş X15 ölümündən sonra qanunla müəyyən edilmiş müddətdə X4 miras qalmış əmlaklara xx.xx.2021-ci ildə ölmüş əri X23 vasitəsi ilə irsi transmissiya üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq məqsədi ilə X36 Xidmət Mərkəzində Notariat Ofisinə müraciət etmişdir. X36 Xidmət Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X20 xx.xx.2022-ci il tarixli 1335 saylı arayış təqdim edərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə İddiaçı xx.xx.2009-cu il tarixdə vəfat etmiş X4 miras qalmış əmlaklara xx.xx.2021-ci ildə ölmüş əri X23 vasitəsi ilə irsi transmissiya üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq məqsədi ilə müraciət etmişdir. Vərəsələr arasında miras payla bağlı mübahisə olduğundan miras əmlakda pay nisbəti müəyyən edilməmişdir. Bundan əlavə miras qoyanın digər vərəsələri Cavabdeh1, Cavabdeh4, Paraşov X17 Regional Asan Xidmət Mərkəzində Notariat Ofisinə ərizə ilə müraciət etmişlər. Yuxarıda qeyd edilənlərə əsasən bildirir ki, vərəsələr arasında mirasın bölüşdürülməsi ilə bağlı mirası qəbul etmiş vərəsələr arasında mübahisə vardır. Qeyd edilməlidir ki, xx.xx.2009-cu il tarixdə vəfat etmiş X4 miras qalmış əmlaklarla bağlı vərəsəlik açılarkən ilk növbədə mirası faktiki qəbul etmiş vərəsələrin dairəsi müəyyən edilməlidir. Belə ki, mərhum X5 vərəsələrindən Paraşov Mustafa, Cavabdeh2, Paraşov Nurmahama,Paraşov Ramazan və Quliyeva Ruqiyyət təsərrüfatdan ayrıldıqlarından, mirasın qəbulu üçün notariat orqanına ərizə vermədiklərindən, eyni zamanda onların miras əmlaka faktiki sahiblik etməklə qəbul etmədiklərindən onlar susmuş vərəsə hesab edilməlidirlər.Vərəsələrdən Cavabdeh4 1997-ci ildən Rusiya Federasiyasında yaşamaqla hazırda Rusiya vətəndaşıdır. O,da mirası qəbul etməmişdir. Digər vərəsə hesab olunan X23 isə mərhum Pitimat Paraşovanın ölümündən sonra orada yaşayan yeganə vərəsə olduğuna görə mərhum Pitimat Paraşovanın mirasından tam hissədə irs almalıdır. X23 xx.xx.2021-ci ildə öldüyündən onun vərəsələrindən olan Cavabdeh1 Zumrad oğlu qanunla müəyyən edilmiş müddətdə Notariat Kontoruna ərizə vermədiyinə görə və mirası faktiki qəbul etmədiyinə görə ona da mirasdan irs verilməməlidir. X15 yeganə mirasını həm faktiki, həm də qanuni yolla qəbul etdiyinə görə xx.xx.2021-ci ildə ölmüş X15 ölümündən sonra qanunla müəyyən edilmiş müddətdə X4 miras qalmış əmlaklara xx.xx.2021-ci ildə ölmüş əri X23 vasitəsi ilə irsi transmissiya tətbiq edilməklə məhkəmə miras əmlakı bölüşdürərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1252-ci maddəsinə istinad etməklə ona X4 qalmış mirasın tam hissəsinə irs verilməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddia ərizəsində göstərilənlər həqiqətə uyğun deyil, real vəziyyəti əks etdirmir. Belə ki, anası - X8 atası X26 ilə 31. 08.1965-ci ildə rəsmi nikah bağlamaqla evlənmişlər. X26 xx.xx.1972-ci ildə ölmüşdür. X30, Cavabdeh2, Paraşov Nurmahama, Paraşov Ramazan, Cavabdeh4 , Paraşov Zumrad və Quliyeva Ruqiyyət adlı 7 övladları olmuşdur. Övladlarından Mustafa və Zumrad ölmüşdür. Əhməd 1997-ci ildən Rusiya Federasiyasında yaşayır və Rusiya Federasiyası vətəndaşıdır.X1 təsərrüfatında yalnız mərhum X6 anası ilə birlikdə yaşamışdır.X8 xx.xx.2009-cu ildə ölmüşdür. Mərhum anaları X5 yas mərasimini o, Paraşov Ramazan, Paraşov Nurmahama, Cavabdeh4 təşkil edib, keçirtmişlər, “baş daşı”nı onlar qoymuşlar. İddiaçı isə heç bir yas mərasimi keçirtməmiş, bütün xərcləri onlar çəkmişlər. Anasının ölümündən sonra da həmin evdə qardaşı Zümrad və Elnurə yaşamışlar. X6 xx.xx.2021-ci ildə ölmüşdür.X23 öldükdə onun yas mərasimini də onlar yola salmış, baş daşını onlar qoymuşlar. Birinci növbə vərəsələr olduğu halda irsi transmissiya ilə mirasın qəbulu yolverilməzdir. Onun ölümündən sonra onlar dəfələrlə İddiaçı analarından miras qalmış evi və torpaq sahələrini tərk etməyini ondan tələb etsələr də, bu günə qədər İddiaçı həmin təsərrüfatdan çıxıb getmir, anası Pitimata məxsus həmin evdə yaşayır və torpaq sahələrindən istifadə edir. Mərhum qardaşının ölümündən sonra onlar da onun vərəsələri kimi notariat orqanına ərizə ilə müraciət etmişlər. Mirasın qəbulu ilə bağlı vərəsələr arasında mübahisə olduğundan bu günə qədər onlara vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Onlar mərhum analarından miras qalmış evdə və həyətyanı torpaq sahəsində İddiaçı qalmasına, ona mirasdan payın verilməsinə razı deyillər. Həmin evdə gəlib qardaşı Əhməd yaşayacaqdır. Qeyd edilənləri nəzərə alıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 iddianı etiraf etməyərək Cavabdeh2 izahatına uyğun eyni məzmunlu izahat verərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh X36 Xidmət mərkəzində Notariat Ofisinin xüsusi notariusu X20 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdeh X36 Xidmət mərkəzində Notariat Ofisinin xüsusi notariusu X12 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Qeydiyyat Şöbəsi tərəfindən 10 mart 2011-ci il tarixdə verilmiş 127 nömrəli arayışdan görünür ki, X26 10 yanvar 1972-ci ildə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Qeydiyyat Şöbəsi tərəfindən 18 mart 2011-ci il tarixdə verilmiş 290 nömrəli çıxarışdan görünür ki, X26 ilə X18 arasında 31 avqust 1965-ci ildə nikah bağlanmışdır . İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş JN-1752 KOD 40103018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, X13, Cavabdeh4 Balakən rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 08 nömrəli qərarı ilə Balakən rayonu Mahamalar kəndi ərazisindən 0.35 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş JN-1162A KOD 40103018 olan Torpağın mülkiyyət verilməsinə dair şəhadətnamədən görünür ki X13, Cavabdeh4 Balakən rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 08 nömrəli qərarı ilə Balakən rayonu Mahamalar kəndi ərazisindən 0.25 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Mahamalar kənd soveti tərəfindən 14 aprel 1962-ci il tarixdə verilmiş AZ seriyalı 27703 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X24 04 aprel 1962-ci ildə anadan olmuş, ata qrafası boş saxlanılmış, anası X16 qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Mahamalar kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyindən Balakən Rayon vəkil bürosunun vəkili Nümayəndə1 ünvanlanmış 08 iyun 2022-ci il tarixli 46 nömrəli məktubdan göstərilmişdir “24 may 2022 -ci il tarixli 35 nömrəli rəsmi sorğunuza əsasən bildiririk ki, Balakən rayon Mahamalar kənd sakini olmuş 02 iyun 2009-cu ildə vəfat etmiş X3nın araşdırmamız və təqdim olunan arxiv sənədlərinə əsasən məlum olmuşdur ki- öldüyü günədək oğlu Cavabdeh4 ilə birgə təsərrüfatda qeydiyyatda, olmuşdur. Cavabdeh4 hal - hazırda Mahamalar kənd icra nümayəndəliyinin 2021 - 2025 - ci illər üzrə Təsərrüfatbaşına Kitab № 10, şəxsi hesab № 842, səhifə № 150 - də tək qeydiyyatdadır. Vətəndaş uzun illər Rusiya Federasiyasında yaşayır. Qeyd olunan təsərrüfatda 1965 - ci ildə tikilmiş fərdi yaşayış evi, 0.25 ha (iyirmi beş sot) həyətyanı və 0.35 ha (otuz beş sot) pay torpaq sahəsi qeyd olunmuşdur. X3 öldüyü günədək Mahamalar kəndi ünvanında yerləşən təsərrüfatda qeydiyyatda olub və yaşayıb, onun ölümündən etibarən ona məxsus təsərrüfatda Cavabdeh4 qeydiyyatda olub və uzun illərdir ki, kənd ərazisində yaşamır, Rusiya Federasiyasında yaşadığı bildirilir. Qeyd olunan təsərrüfatda kənd bələdiyyəsinin və qonşuların bildirməsinə görə 06 sentyabr 2021-ci il tarixdə vəfat etmiş X24 yaşayıb təsərrüfatı idarə etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş X36 Xidmət Mərkəzində Notariat ofisi tərəfindən məhkəməyə ünvanlanmış 04 sentyabr 2022-ci il tarixli 1335 nömrəli arayışdan görünür ki, xx.xx.2022-ci il tarixdə İddiaçı xx.xx.2009-cu il tarixdə vəfat etmiş X4 miras qalmış əmlaka xx.xx.2021 -ci il tarixdə vəfat edən əri X24 vasitəsilə (miras qoyanın oğlu) irsi transmissiya üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq məqsədilə müraciət etmişdir, (vərəsələr arasında miras payla bağlı mübahisə olduğundan miras əmlakda pay nisbəti müəyyən edilməmişdir). Bundan əlavə miras qoyanın digər vərəsələri Cavabdeh1, Cavabdeh2, Paraşov X25 Regional Asan Xidmət mərkəzində notariat ofisinə ərizə ilə müraciət etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Asan Xidmət Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən 29 sentyabr 2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 200516 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X24 29 sentyabr 2021-ci il tarixdə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Mahamalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 10 mart 2009-cu il tarixdə verilmiş AZ-İ seriyalı 455454 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 02 iyun 2009-cu ildə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 13 mart 2013-cü il tarixdə verilmiş AZ-İ seriyalı 833276 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X24 ilə İddiaçı arasında 13 mart 2013-cü il tarixdə 44 nömrə ilə nikah bağlanmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Regional “Asan Xidmət Mərkəzi”ndə Qeydiyyat şöbəsi tərəfindən 22 yanvar 2023-cü il tarixdə verilmiş 05/Q-23/69 nömrəli arayışdan görünür ki, X18 01 iyul 1929-cu ildə Balakən rayonunun Mahamalar kəndində anadan olmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Mahamalar kənd icra nümayəndəliyi tərəfindən 22 yanvar 2023-cü il tarixdə verilmiş AZ-İİ seriyalı 308373 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki,X19 xx.xx.2009-cu ildə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Mahamalar kənd icra nümayəndəliyi tərəfindən 22 yanvar 2023-cü il tarixdə verilmiş 05/69-22 nömrəli arayışdan görünür ki, X24 04 aprel 1962-ci ildə anadan olmuşdur. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin,məhkəmə iclasına gəlmiş cavabdehin, cavabdehlərin nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, iddia təmin edilməlidir Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki,miras qoyan-X8 iddiaçı Elnurə Canıyevanın mərhum əri X15 anasıdır. X22 Paraşovdan başqa Paraşov Mustafa, Cavabdeh2, Paraşov Nurmahama, Paraşov Ramazan, Cavabdeh4, Quliyeva Ruqiyyət adlı uşaqları olmuşdur. Pitimat Paraşovanın əri X26 xx.xx.1972-ci ildə ölmüşdür. X29 rayonu Mahamalar kəndində, 0.25 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evində yaşamışdır. Balakən rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 08 nömrəli qərarı ilə X9 və Cavabdeh4 ümumi birgə mülkiyyətinə Balakən rayonu Mahamalar kəndi ərazisindən 0.35 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi və 0.25 ha həyətyanı torpaq sahəsi verilmişdir. Pitimat Paraşova ilə birlikdə ona məxsus təsərrüfatda uşaqlarından yalnız oğlu Zumrat yaşamışdır. Cavabdeh4 həmin təsərrüfatda qeydiyyatda olsa da 1997-ci ildən Rusiya Federasiyasında yaşayır və Rusiya Federasiyası vətəndaşıdır. Mustafa, Nursəməd, Nurmahama, Ramazan və Ruqiyyət isə həmin təsərrüfatdan çıxaraq özlərinə məxsus evdə yaşamışlar. X8 xx.xx.2009-cu il tarixdə ölmüşdür.Onun vəfatından sonra da sözügedən evdə Zumrat Paraşov arvadı Elnurə Canıyeva ilə birlikdə yaşamış, miras əmlaka sahib olmaqla onu idarə etmişdir. xx.xx.2021-ci ildə X23 ölmüş, onun ölümündən sonra həmin təsərrüfata Elnurə Canıyeva sahiblik etmiş və idarə etmişdir.Vərəsələr arasında miras əmlakla bağlı mübahisə olduğundan İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsi ilə təminat verilən vərəsəlik hüququ miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1 və 1133.2-ci maddələrinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1145-ci maddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Mülki Məcəllənin 1151.1-1151.2-ci maddələrinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159-cu maddəsinə görə: 1159.1 Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1159.3. Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. 1159.4. Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər. 1159.5. Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin mirasın qəbulu qaydasını müəyyənləşdirən 1243-cü maddəsinə uyğun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134, 1146 və 1252-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 fevral 2020-ci il tarixli qərarında göstərilmişdir ki, vərəsəlik hüququnda irsi transmissiya dedikdə, miras açıldıqdan sonra öldüyünə görə mirası qəbul edə bilməyən vərəsənin (transmittent) mirası qəbul etmək hüququnun onun öz vərəsələrinə (transmissar) keçməsi başa düşülür. Yəni, qanun və ya vəsiyyət üzrə vərəsə miras açıldıqdan sonra miras əmlakın qəbulu üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mirası qəbul etmədən və vərəsəlik hüququnu həyata keçirə bilmədən ölərsə, mirası qəbul etmək hüququ ləğv edilmir və bu hüquq ölmüş vərəsənin vərəsələrinə keçir. Bu halda əksi sübuta yetirilməyincə mirası qəbul etmədən ölmüş vərəsənin miras qoyanın əmlakını, mirası qəbul etmək niyyətinin mövcudluğu prezumpsiyası tətbiq edilir. Qeyd olunmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, ailə-təminat prinsipinin məntiqinə əsasən mülkiyyətçiyə yaşadığı dövrdə məxsus olan əmlak (əmlakın müəyyən hissəsi) üzərində sərəncam vermək hüququ onun vəfatından sonra yaxın ailə üzvlərinə məxsus olmalıdır. Bu prinsip qanun üzrə vərəsəlik zamanı növbəlik, irsi transmissiya qaydalarında özünü göstərir və mirasın daha yaxın şəxslər dairəsinə çatmasına xidmət edir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2011-ci il 20 oktyabr tarixli Qərar). Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, miras qoyan-X4 qalan mirası birinci növbəli vərəsələrdən yalnız X15 idarə etməklə və ona sahiblik etməklə faktiki qəbul etməsini, digər vərəsələrin mirası qəbul etməmələrini, həmçinin Elnurə Canıyevanın mərhum X15 vərəsəsi olaraq irsi transmissiya qaydasında mirası faktiki qəbul etməsini, sonuncunun digər vərəsələrinin də mirası qəbul etməmələrini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2009-cu il tarixdə ölmüş X4 qalan mirasın - Balakən rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 08 nömrəli qərarı ilə X9 və Cavabdeh4 ümumi birgə mülkiyyətinə verilmiş, Balakən rayonu Mahamalar kəndi ərazisində yerləşən, 0.35 ha kənd təsərrüfatı təyinatlı və 0.25 ha həyətyanı torpaq sahələrinin X13 aid hissəsinin (½ hissə) vərəsə -xx.xx.2021-ci ildə ölmüş X15 vərəsəsi - İddiaçı tərəfindən irsi transmissiya qaydasında qəbul edilməsi və həmin miras əmlak üzərində irsi transmissiya qaydasında İddiaçı tam payı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu xərci cavabdehlər Cavabdeh2 , Cavabdeh1 və Cavabdeh4 alınıb İddiaçı verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ət etdi : İddia təmin edilsin. xx.xx.2009-cu il tarixdə ölmüş X4 qalan mirasın-Balakən rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 08 nömrəli qərarı ilə X9 və Cavabdeh4 ümumi birgə mülkiyyətinə verilmiş, Balakən rayonu Mahamalar kəndi ərazisində yerləşən,0.35 ha kənd təsərrüfatı təyinatlı və 0.25 ha həyətyanı torpaq sahələrinin X13 aid hissəsinin (½ hissə) vərəsə -xx.xx.2021-ci ildə ölmüş X15 vərəsəsi-İddiaçı tərəfindən irsi transmissiya qaydasında qəbul edilməsi və həmin miras əmlak üzərində irsi transmissiya qaydasında İddiaçı tam payı müəyyən edilsin. 100 manat dövlət rüsumu xərci cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 alınıb İddiaçı verilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar