Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-170/2025 04.02.2026 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, X22 qızının katibliyi, İddiaçı nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi Balakən regional “Asan Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X5, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X8, X9 və X11 qarşı “miras əmlaka payın müəyyən edilməsi” tələbi barədə işə Balakən Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Balakən regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X5, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən-üçüncü şəxslər X8, X9 və X11 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 06 mart 2020-ci il tarixdə ölmüş X4 miras qalmış, Balakən rayonu, Katex kəndində yerləşən 0,2379 ha torpaq sahəsinin 1/5 hissəsinə qanun üzrə vərəsəlik hüququ ilə İddiaçı payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı mərhum qardaşı X6 mülkiyyətində Balakən rayonu, Katex kəndində 0,2379 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi vardır və sonuncuların həmin əmlak üzərində mülkiyyət hüququ 10 iyun 2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, “Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayış”la rəsmiləşdirilmişdir. İddiaçı qardaşı X13 06 mart 2020-ci il tarixdə ölmüşdür. İddiaçı qardaşı X13 evlənməmiş və uşaqları olmamışdır. Birinci dərəcəli vərəsələri olan anası X12 02 aprel 1990-cı il tarixində, atası X14 isə 08 fevral 1988-ci il tarixində ölmüşdürlər. İddiaçı qardaşı X6 ölümündən sonra ondan miras qalmış əmlakı ikinci dərəcəli vərəsələr İddiaçı, bacıları-X19 və X15, o cümlədən, qardaşları-X16 və X25 qəbul etmişdir. İddiaçı və qardaşı X16 ilk əvvəllər Balakən rayonu, Katex kəndində 0,2379 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin mərhum qardaşları X13 ilə yanaşı, mərhum valideyinlər X17 və X7 ümumi birgə mülkiyyətində olduqlarını zənn etdikləri üçün 2020-ci il tarixdə əmlak üzərində vərəsəlik hüququnun rəsmiləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 18 saylı Zaqatala Ərazi İdarəsinə təqdim etmək üçün Balakən rayon notariat ofisinin xüsusi notariusundan məktublar almış və həmin inzibati orqana müraciət etmişdir. Lakin, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 18 saylı Zaqatala Ərazi İdarəsi qeyd olunan torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatını aparmaqdan imtina etmiş, nəticədə uzun çəkən mübahisələrdən sonra İddiaçı torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatının aparılması öhdəliyinin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə qoyulması məqsədi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Mübahisəyə məhkəmədə baxılan zaman, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 18 saylı Zaqatala Ərazi İdarəsi İddiaçı tələbi ilə razılaşmış və nəticədə o, 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən Balakən rayonu, Katex kəndində yerləşən 0,2379 ha torpaq sahəsi üzərində mərhum qardaşı X6 hüquqlarının dövlət qeydiyyatına alınmasına razılıq verilməsi səbəbindən Şəki İnzibati Məhkəməsindən ərizəsini geri götürmüşdür. Yekunda, İddiaçı müraciəti əsasında mərhum qardaşı X6 Balakən rayonu, Katex kəndində yerləşən 0,2379 ha torpaq sahəsi üzərində hüquqları 10 iyun 2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, “Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayış” verilmişdir. Bundan sonra, İddiaçı qanun üzrə vərəsəlik qaydasında mərhum X4 miras qalmış əmlakdakı payına “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə almaq məqsədi ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi Balakən regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinin xüsusi notariusu X5 müraciət etmiş, lakin, sonuncu mirasın bölüşdürülməsi ilə bağlı ixtilaf olması əsası ilə 25 oktyabr 2024-cü il tarixli, 2266 nömrəli məktubla bundan imtina etmişdir. Nəticədə, İddiaçı, 06 mart 2020-ci il tarixdə ölmüş X4 miras qalmış Balakən rayonu, Katex kəndində yerləşən 0,2379 ha torpaq sahəsinə 1/5 payının (qanun üzrə vərəsəlik hüququ ilə) müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət etmək qərarına gəlmişdir. Tərəflərin müraciəti əsasında mülki iş üzrə icraat mediasiya prosesi zamanı bağlanacaq barışıq sazişi və ya mediasiya prosesinin nəticələri barədə protokol təqdim edilənədək dayandırılmışdır. İddiaçı nümayəndəsi-vəkili Nümayəndə mediasiya prosesində bağlanmış barışıq sazişini təqdim edərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Nümayəndə mediasiya prosesində barışıq sazişinin bağlanmasının nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi-vəkilini dinləyib, iş materiallarını sənədləri nəzərdən keçirib hesab edir ki, tərəflər arasında mediasiya prosesində barışıq sazişi bağlanması nəzərə alınmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, İddiaçı cavabdeh Balakən regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X5, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyənüçüncü şəxslər X8, X9 və X11 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 06 mart 2020-ci il tarixdə ölmüş X4 miras qalmış, Balakən rayonu, Katex kəndində yerləşən 0,2379 ha torpaq sahəsinin 1/5 hissəsinə qanun üzrə vərəsəlik hüququ ilə İddiaçı payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında Balakən 1 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2026-cı il tarixli NŞB/MT-056-00311 nömrəli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər: 1.Tərəflər İddiaçı və cavabdehlər X16, X18, X19,X1 razılığa gələrək Saziş imzaladılar. Razılaşmanın şərtləri aşağıda qeyd olunur: 1.Tərəflər Azərbaycan Respublikası Balakən Rayon Məhkəməsinin icraatında olan və həmin məhkəmənin 12 may 2025-ci il tarixli e-2(019)-170/2025 iş nömrəli qərardadına əsasən, nediasiya prosesi zamanı bağlanacaq barışıq sazişi və ya mediasiya prosesinin nəticələri barədə protokol təqdim edilənədək dayandırılmış mülki iş üzrə mübahisəni barışıq yolu ilə sonlandırdılar. 2.Tərəflər razılığa gəlirlər ki, 06 mart 2020-ci il tarixdə ölmüş X4 miras qalmış Balakən rayonu, Katex kəndində yerləşən 0,2379 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsini İddiaçı, X16, X15, X19 və X25 faktiki olaraq qəbul etmişdir. 3.Tərəflər razılığa gəlirlər ki, 06 mart 2020-ci il tarixdə ölmüş X4 miras qalmış Balakən rayonu, Katex kəndində yerləşən 0.2379 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi barışıq sazişinə əlavə olunmuş bölgü sxeminə müvafiq olaraq tərəflər arasında bölünsün. Belə ki,06 mart 2020-ci il tarixdə ölmüş X4 miras qalmış Balakən rayonu Katex kəndində yerləşən 0,2379 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin bölgü sxemində qeyd olunan 0,0175 ha yol kimi nəzərdə tutulmuş hissəsi və 0,0425 ha boş hissəsi, ümumilikdə 0,06 ha hissəsi miras əmlak şəklində İddiaçı, X16, X15 və X10 ümumi birgə mülkiyyətinə, yerdə qalan 0,1779 ha hissəsi isə miras əmlak şəklində X20 mülkiyyətinə keçsin. 4.Tərəflər razılığa gəlirlər ki, sazişə əlavə olunmuş bölgü sxemində qeyd olunan ümumi istifadə olan torpaq sahəsi tərəflərin torpaq sahələrindən istifadə edilməsi üçün ümumi birgə mülkiyyətdə saxlanılır və həmin torpaq sahəsi tərəflərin ümumi razılığı olmadan heç vaxt özgəninkiləşdirilə bilməz. 5.Tərəflər razılığa gəlirlər ki, 06 mart 2020-ci il tarixdə ölmüş X4 miras qalmış Balakən rayonu, Katex kəndində yerləşən 0,2379 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin bölgü sxemində qeyd olunan 0,0175 ha yol kimi nəzərdə tutulmuş hissəsi üzərində yerləşən tikililər X25 tərəfindən söküləcək və İddiaçı, X16, X15 və X10 ümumi birgə mülkiyyətinə keçən 0,0425 ha torpaq sahəsindən istifadəyə heç bir maneə yaradılmayacaq. 6.Tərəflər razılığa gəlirlər ki, barışıq sazişi bağlandıqdan sonra 1 (bir) ay ərzində 06 mart 2020-ci il tarixdə ölmüş X4 miras qalmış Balakən rayonu, Katex kəndində yerləşən 0,2379 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin notariusda vərəsəlik hüququnun rəsmiləşdirilməsi üçün zəruri olan bütün hərəkətləri etməyi və sənədləri təqdim etməyi öz öhdələrinə götürürlər. 7.Tərəflər razılığa gəlirlər ki, 06 mart 2020-ci il tarixdə ölmüş X4 miras qalmış Balakən rayonu, Katex kəndində yerləşən 0,2379 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsində yerləşən fərdi yaşayış evində və digər tikililərdə öz miras paylarından X20 xeyrinə imtina edir və gələcəkdə heç bir tələb irəli sürməyəcəklər. Bunun müqabilində X25 isə qeyd olunan torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evindən İddiaçı, X16, X15 və X10 ömürlərinin sonuna qədər istifadə və sahiblik etməsinə razılıq verir. 8.Tərəflər razılığa gəlirlər ki, 06 mart 2020-ci il tarixdə ölmüş X4 miras qalmış Balakən rayonu, Katex kəndində yerləşən, yaşayış məntəqələri təyinatlı torpaq sahəsi ilə bağlı vərəsəlik hüququ mübahisəyə sonra son verirlər və gələcəkdə bir-birlərinə qarşı heç, bir iddia və tələbləri olmayacaqdır. Tərəflər iddialarını könüllü olaraq Saziş əsasında təmin olunmasını imzaları ilə razılıqlarını təsdiqləyirlər Qeyd: saziş imzalandiqdan sonra icra edilməlidir. Saziş xx.xx.2026-ci ildən icra ediləcək . “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 31.1-ci maddəsinə əsasən məhkəmə prosesinin istənilən mərhələsində məhkəmə işin hallarını nəzərə alaraq öz təşəbbüsü ilə, yaxud tərəflərdən birinin müraciəti əsasında onlara mübahisənin mediasiya vasitəsilə həllini təklif edə bilər. Tərəflər arasında “Mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlanarsa, məhkəmə icraatı barışıq sazişi və mediasiya prosesinin nəticələri barədə protokol təqdim edilənədək dayandırılır. 31.4-cü maddəsinə əsasən tərəflər arasında mübahisə mediasiya vasitəsilə həll edildikdə barışıq sazişi məhkəməyə təqdim olunur. Məhkəmə təqdim edilmiş barışıq sazişini təsdiq etdikdə həmin iş üzrə icraata xitam verilir. 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Mülki Prossesual Məcəllənin: 261.0 və 261.0.1-ci maddələrinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Sadalanan hüquq normalarının məzmunundan göründüyü kimi mediasiya prosesində bağlanan barışıq sazişinin hüquqi təbiəti və barışıq sazişinin həll edilməli olan məsələlərə təsiri ilə bağlı qeyd olunmalıdır ki, tərəflər arasında mübahisə mediasiya vasitəsilə həll edildikdə barışıq sazişi məhkəməyə təqdim olunur. Məhkəmə tərəfindən isə işin icraatına məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilir. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən bu nəticəyə gəlir ki, hazırkı iş üzrə tərəflər arasında mediasiya prosesində barışıq sazişi bağlanması nəzərə alınmalı və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Balakən regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X5, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X8,X9 və X11 qarşı “miras əmlaka payın müəyyən edilməsi” tələbinə dair iş üzrə icraata (tərəflər arasında mediasiya prosesində barışıq sazişi bağlanması əsası ilə) xitam verilsin. Ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid olunsun. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim H.Q.Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-170/2025
Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-170/2025
04.02.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver