Məhkəmə qərarları › İş №e-2(019)-18/2025

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-18/2025

31.01.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-18/2025 31.01.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qeyri-yaşayış binasından çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, **********02-06301 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə qeydə alınmış çıxarışa əsasən ona məxsus Balakən şəhəri X8 69 L ünvanda yerləşən ümumi sahəsi 92,0 m2 olan qeyri-yaşayış binasından cavabdehlər Balakən şəhər sakinləri Cavabdeh1 və Cavabdeh2 məcburi qaydada çıxarılmalarına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, **********02-06301 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020ci il tarixdə qeydə alınmış Çıxarışa əsasən ona məxsus Balakən şəhəri X8 69L ünvanda yerləşən ümumi sahəsi 92.0 kv.m olan qeyri-yaşayış binasından cavabdehlər Balakən şəhər sakinləri Cavabdeh1 və Cavabdeh2 məcburi qaydada çıxarılması, 2020-ci ilin noyabr ayından bu günədək qeyri-yaşayış obyektinin icarəyə verilməsi yolu ilə ayı 1000 manatdan olmaqla 42000 /qırx iki min/ manat əldən çıxmış faydanın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məcburi qaydada alınaraq ona ödənilməsi, dövlət rüsumu olaraq ödədiyi 100 manat və 216 manat, cəmi 316 manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə müraciət edərək, **********02-06301 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə qeydə alınmış Çıxarışa əsasən İddiaçı məxsus Balakən şəhəri Heydər Əliyev pr. 69L ünvanda yerləşən ümumi sahəsi 92.0 kv m olan qeyri-yaşayış binasından cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məcburi qaydada çıxarılması və dövlət rüsumu olaraq ödənilmiş 100 manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Həmin ərizələr Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Balakən rayonunun Mahamalar kəndində yaşayır. 24 noyabr 2020-ci il tarixdə Balakən Regional "Asan xidmət" mərkəzində Notariat Ofisində AN-İ N ******* saylı 4Ə-409 nömrə ilə reyestrdə qeydə alınmaqla tərtib edilmiş Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi əsasında cavabdeh Balakən şəhər sakini Cavabdeh1 məxsus olmuş Balakən şəhəri X8 69 L ünvanda yerləşən ümumi sahəsi 92,0.m2 olan qeyri-yaşayış binasını ona 28.000 (iyurmi səkkiz min) manat pul verməklə almışdır. Aldığı qeyri-yaşayış binası üzərində hüquqlarını Daşınmaz Əmlakın Dövlət Reyestrində rəsmiləşdirməklə adına **********02-06301 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə qeydə alınmış Çıxarış almışdır. Qeyri-yaşayış binasını aldıqdan bir müddət sonra o, Cavabdeh1 həmin sahənin boşaldılmasını xahiş etdi. Lakin o, binanı boşaltmayaraq həyat yoldaşı Cavabdeh2 ilə birlikdə aralarında 24 noyabr 2020-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi ilə Balakən Rayon Məhkəməsinə müraciət etmişlər. Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(019)-235/2021 saylı qətnaməsi ilə onların iddiası təmin edilməyərək rədd edilmişdir. Bundan sonra Cavabdeh1 və Cavabdeh2 Balakən Rayon Məhkəməsinin sözügedən qətnaməsindən apellyasiya və kassasiya şikayətləri vermişlər. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1996/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Balakən Rayon Məhkəməsinin sözügedən qətnaməsi qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-2567/2022 saylı qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin 2(107)- 1996/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi qüvvəsində saxlanılmışdır. Qeyd etmək istəyir ki, iki ildən çoxdur ki, cavabdehlər ona məxsus olan qeyri-yaşayış binasından qanunsuz olaraq istifadə edir, ordan çıxmırlar. Dəfələrlə onlardan tələb etsə də, heç bir nəticə ala bilməmişdir. Cavabdehlərin ona məxsus əmlakı zəbt etmələri ona maddi və mənəvi ziyan vurur. Belə ki, hal-hazırda Balakən şəhərinin mərkəzində yerləşən 90.0 m2 - 100 m2 olan qeyri-yaşayış binası aylıq olaraq 1200-1500 manata kirayəyə verilir. Cavabdehlərlə apardığı söhbət və danışıqlar heç bir nəticə vermədiyindən onların şəxsi mülkiyyətində olan qeyri-yaşayış binasından çıxarılmaları ilə bağlı məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi vəkil Nümayəndə2 məhkəməyə ərizə göndərərək, işdə iştirak edə bilməyəcəklərini bildirərək, məhkəmə baxışı iclasının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 06 aprel 2023-cü il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, cavabdehlər Balakən şəhər sakinləri Cavabdeh1 və Cavabdeh2 İddiaçı xüsusi mülkiyyətində olan Balakən şəhəri X8 69 L ünvanda yerləşən ümumi sahəsi 92,0.m2 olan qeyri-yaşayış binasından istifadə edirlər və oradan çıxmayıblar. 06 aprel 2023-cü il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X1 İsmayıl Siracəddin oğlunun ifadəsinə oxşar ifadə vermişdir. İş materiallarında olan notarial qaydada təsdiq olunmuş 24 noyabr 2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 mülkiyyət hüququ ilə özünə məxsus olan Balakən şəhəri H.Əliyev prospekti 69 L ünvanında yerləşən ümumi sahəsi 92 kv.m olan qeyri-yaşayış binasını 28000 (iyirmi səkkiz min) manata İddiaçı satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X6 daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi **********02 olan, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Balakən şəhəri H.Əliyev prospekti 69L ünvanında yerləşən ümumi sahəsi 92 kv.m olan qeyri-yaşayış binası İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(019)-235/2021 nömrəli qətnaməsindən görünür ki, iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdehlər İddiaçı və Balakən regional "Asan xidmət" mərkəzində Notariat Ofisinə qarşı 24 noyabr 2020-ci il tarixdə Balakən regional «Asan xidmət» mərkəzində Notariat Ofisində bağlanmış 4Ə-409 reyestr nömrəli «Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin» etibarsız sayılması tələbinə dair iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-2567/2022 nömrəli qərarından görünür ki, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1996/2021 nömrəli, 9 dekabr 2021-ci il tarixli qətnaməsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, iddiaçılar Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1996/2021 nömrəli, 9 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. məhkəmə tikinti-texniki ekspertizasının 17 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/8135 saylı rəyində göstərilmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 **********02-06301 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə qeydə alınmış Çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan Balakən şəhəri X8 69 L ünvanında yerləşən ümumi sahəsi 92.0 kv.m olan qeyri-yaşayış binasında hansısa formada qanunsuz istifadə olunması ilə bağlı bildirilir ki, satıcı Cavabdeh1 tərəfindən Balakən regional «ASAN xidmət» mərkəzində Notariat ofisinin 4Ə-409 nömrəli xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi ilə Balakən şəhəri X8 69 L ünvanında yerləşən ümumi sahəsi 92.0 kv.m olan qeyri-yaşayış binası alıcı İddiaçı satılmışdır. Balakən şəhəri X8 69 L ünvanında yerləşən ümumi sahəsi 92.00 kv.m olan qeyri-yaşayış binası Cavabdeh1 tərəfindən istifadə olunur. (ekspertiza tədqiqatının dəyəri 50 manat). İddiaçı tərəf hazırki iddianın qaldırılması üçün 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iş materiallarında olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia əsaslıdır və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülkiyyətin müdafiəsini nəzərdə tutan Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtlərindən məlum olur ki, iddiaçının tələbinin təmin edilməsi üçün üç şərt mövcud olmalıdır: iddiaçı əşyanın mülkiyyətçisi olmalı, əşya cavabdehin sahibliyində olmalı, cavabdehin əşyaya sahibliyi qanunsuz olmalı. İş materialları əsasında müəyyən edilmişdir ki, 24 noyabr 2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyət hüququ ilə özünə məxsus olan Balakən şəhəri H.Əliyev prospekti 69 L ünvanında yerləşən ümumi sahəsi 92 kvm olan qeyri-yaşayış binasını İddiaçı satmış, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X6 Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********02 olan, ********* qeydiyyat nömrəli Çıxarışa əsasən Balakən şəhəri H.Əliyev prospekti 69L ünvanında yerləşən qeyri-yaşayış binası İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(019)-235/2021 nömrəli qətnaməsi ilə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 «Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin» etibarsız sayılması tələbinə dair iddiası təmin edilməmişdir. Ekspert rəyi ilə qeyri-yaşayış binasının Cavabdeh1 tərəfindən istifadə olunması müəyyən olunmuş, bundan başqa məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri əsasında Cavabdeh1 ilə yanaşı onu əri Cavabdeh2 həmin sahədən istifadə etdikləri öz təsdiqini tapmışdır. Göründüyü kimi hazırki iddia üzrə Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtləri mövcuddur. İddiaçı tərəf qeyd olunan qeyri-yaşayış sahəsinə mülkiyyət hüququna malik olmaqla hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malikdir. Mübahisəli sahə iddiaçının mülkiyyətində olduğundan və cavabdehlərin həmin sahəyə dair hər hansı hüququ olmadığından, iddiaçı hazırki iddianı qaldırmaqda haqlıdır. Cavabdehlərin həmin sahədən çıxmaması iddiaçının mülkiyyət hüququ və mülkiyyət hüququnun mühüm elementləri olan sahiblik və istifadə hüququnun pozulması ilə nəticələnir. Beləliklə məhkəmə mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, **********02-06301 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə qeydə alınmış Çıxarışa əsasən İddiaçı məxsus Balakən şəhəri Heydər Əliyev pr. 69L ünvanda yerləşən ümumi sahəsi 92.0 kv.m olan qeyri-yaşayış binasından cavabdehlər Balakən şəhər sakinləri Cavabdeh1 və Cavabdeh2 məcburi qaydada çıxarılmalı, ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq, İddiaçı ödənilməli, iş üzrə 50 manat ekspertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə bağlı ödədiyi 216 manat dövlət rüsumu ona qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. **********02-06301 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə qeydə alınmış çıxarışa əsasən İddiaçı məxsus Balakən şəhəri X8 69L ünvanında yerləşən ümumi sahəsi 92.0 m2 olan qeyri-yaşayış binasından cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məcburi qaydada çıxarılsın. Ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq, İddiaçı ödənilsin. İş üzrə 50 manat ekspertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İddiaçı tərəfindən (xx.xx.2024-cü il, ********** nömrəli qəbz) ödənilmiş 216 manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Arifə Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar