Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-192/2023 27.02.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, iddiaçılar İddiaçı2 və İddiaçı1 nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı torpaq sahələrindən paylarının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********05 qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən iddiaçılar İddiaçı2, İddiaçı1 və mərhum X2, cavabdehlər Cavabdeh4 və X3 Balakən rayonu Katex kəndində yerləşən 1.50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 3/5 hissəsinə paylarının müəyyən edilməsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********28 qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən iddiaçılar İddiaçı2, İddiaçı1, mərhum X5 cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ümumi birgə mülkiyyətinə verilmiş Balakən rayonu Katex kəndində yerləşən 0,2498 ha həyətyanı torpaq sahəsindən mərhum X1 onlara düşən payın, həmçinin 0,2498 ha həyətyanı torpaq sahəsindən onlara düşən 3/7 hissədə paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı2 və İddiaçı1 nümayəndəsi-vəkili Nümayəndə iddia tələbinin həcminin azaldılması-iddianın dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə ilə müraciət edərək, iddiaçılar İddiaçı2 və İddiaçı1 Məmmd qızına və cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********05 qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən iddiaçılar İddiaçı2, X10 və mərhum X2, cavabdehlər Cavabdeh4 və Cavabdeh1 Balakən rayonu Katex kəndində yerləşən 1.50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 2/5 hissəsinə paylarının müəyyən edilməsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********28 qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən iddiaçılar İddiaçı2, İddiaçı1, cavabdehlər Cavabdeh4 və Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 ümumi birgə mülkiyyətinə verilmiş Balakən rayonu Katex kəndində yerləşən 0.2498 ha həyətyanı torpaq sahəsindən 2/7 hissədə paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı2 və İddiaçı1 nümayəndəsi-vəkili Nümayəndə iddianın həcminin azaldılması-iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə yenidən ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********05 qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən iddiaçılar İddiaçı2, X6, X2, Cavabdeh4, Cavabdeh1 ümumi birgə mülkiyyətinə verilmiş Balakən rayonu Katex kəndində yerləşən 1.50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçılar İddiaçı2 və İddiaçı1 payının müəyyən edilməsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********28 qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən iddiaçılar İddiaçı2, İddiaçı1, X8, Cavabdeh4 və Cavabdeh1 ümumi birgə mülkiyyətinə verilmiş Balakən rayonu Katex kəndində yerləşən 0.2498 ha həyətyanı torpaq sahəsindən iddiaçılar İddiaçı2 və İddiaçı1 payının müəyyən edilməsi bardə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ən nəhayət iddiaçılar İddiaçı2 və İddiaçı1 nümayəndəsi-vəkili Nümayəndə iddianın həcminin azaldılması-iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə yenidən ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********05 qeydiyyat nömrəsi ********** olan Hüquqların Dövlət Qeydiyyatından Çıxarışa əsasən İddiaçı2, İddiaçı1, X2, Cavabdeh4, Cavabdeh1 ümumi birgə mülkiyyətinə verilmiş Balakən rayonu Katex kəndində yerləşən 1.50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçılar İddiaçı2 1/5 hissədə, İddiaçı1 1/5 hissədə payının müəyyən edilməsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********28 qeydiyyat nömrəsi ********** olan Hüquqların Dövlət Qeydiyyatından çıxarışa əsasən İddiaçı2, İddiaçı1 Əli qızı, X8, Cavabdeh4, Cavabdeh1 ümumi birgə mülkiyyətinə verilmiş Balakən rayonu Katex kəndində yerləşən 0.2498 ha həyətyanı torpaq sahəsindən iddiaçılar İddiaçı2 1/7 və İddiaçı1 1/7 hissədə payının müəyyən edilməsi bardə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırki son varianda olan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir və məhkəmə bu predmet daxilində işə baxır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM)-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında iddiaçılar İddiaçı2 və İddiaçı1 nümayəndəsi-vəkili Nümayəndə iddianı müdafiə edib onunla əsaslandırmışdır ki, Balakən rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarı ilə İddiaçı2, X2, İddiaçı1, Cavabdeh4 və Cavabdeh1 ümumi birgə mülkiyyətinə Balakən rayonu Katex kəndi ərazisində 1.50 ha kənd təsərrüfatı torpaq sahəsi verilmiş və bununla bağlı onların mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq adlarına Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Həmçinin Balakən rayn Aqrar İslahat Komissiyasının müvafiq qərarı ilə İddiaçı2, X2, İddiaçı1, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ümumi birgə mülkiyyətinə Balakən rayonu Katex kəndi ərazisindən 0.2498 ha həyətyanı torpaq sahəsi verilmiş və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış təqdim edilmişdir. Lakin həmin torpaq sahələrində payların müəyyən edilməsi ilə bağlı iddiaçılarla cavabdehlər arasında mübahisə vardır. İddiaçılar mərhum X2 ölümündən sonra vərəsəlik işinin açılması üçün Balakən ASAN Xidmət Mərkəzi Ədliyyə Nazirliyi Notariat Ofisinə müraciət etmişlər. Lakin vərələsər arasında mübahisə olduğuna görə mərhum X1 qalmış miras əmlakın vərəsəlik hüququ haqqında şəhadətnaməsini ala bilmirlər. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq iş üzrə cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə verilmiş reyestr nömrəsi **********05 qeydiyyat nömrəsi ********** olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Balakən rayonu Katex kəndində yerləşən 1.50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə İddiaçı2, X2, İddiaçı1, Cavabdeh4 və Cavabdeh1 ümumi birgə mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə verilmiş reyestr nömrəsi **********28 qeydiyyat nömrəsi ********** olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Balakən rayonu Katex kəndində yerləşən 0.2498 ha həyətyanı torpaq sahəsinə İddiaçı2, X2, İddiaçı1, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ümumi birgə mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İş materiallarında olan Balakən rayonu Katex Bələdiyyəsinin 30 iyun 2021-ci il tarixli 167 nömrəli arayışından görünür ki, həqiqətən də İddiaçı2 və ailəsinə məxsus 0.25 ha həyətanı və JN-1955 saylı Dövlət Aktı ilə verilmiş 1.50 ha kənddaxili torpaq sahəsindən istifadə edir və vergiləri özü tərəfindən ödənilir. İş materiallarında olan Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 11 noyabr 2021-ci il tarixli xx/xx-1099 nömrəli arayışdan görünür ki, X11 və X4 nikahı haqqında 02 sentyabr 1959-cu il tarixdə 33 №-li akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra arvada Gözəlova soyadı verilmişdir. İş materiallarında olan Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 11 noyabr 2021-ci il tarixli xx/xx-1100 nömrəli arayışdan görünür ki, X8 15 dekabr 2002-ci ildə ölmüşdür. Ölüm haqqında 18 dekabr 2002-ci ildə 11 №-li akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçılar tərəfindən hazırki iddianın qaldırılması üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddiaçıların nümayəndəsinin-vəkilinin izahatını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia əsaslıdır və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Balakən rayonu Katex kəndində yerləşən 1.50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə İddiaçı2, X2, İddiaçı1, Cavabdeh4 və Cavabdeh1 ümumi birgə mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış və bu barədə xx.xx.2022-ci il tarixdə reyestr nömrəsi **********05 qeydiyyat nömrəsi ********** olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Həmçinin Balakən rayonu Katex kəndində yerləşən 0.2498 ha həyətyanı torpaq sahəsinə İddiaçı2, X2, İddiaçı1, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ümumi birgə mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış və bu barədə xx.xx.2022-ci il tarixdə reyestr nömrəsi **********28 qeydiyyat nömrəsi ********** olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. İddiaçılar İddiaçı2 və X9 ümumi birgə mülkiyyətdə olan 1.50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən və 0.2498 ha həyətyanı torpaq sahəsindən öz paylarının ayrılmasını istəmiş, lakin tərəflər arasında bu barədə razılıq əldə olunmamışdır. Ona görə də iddiaçılar ümumi birgə mülkiyyətdə olan həmin torpaq sahələrindən öz paylarının müəyyən edilməsi üçün cavabdehlərə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və bu iddianın qaldırılması üçün 100 manat dövlət rüsumu ödəmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan Hüquqlarının və X7 Haqqında» Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan Hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 153.1-ci maddəsinə əsasən bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Azərbaüycan Respublikası Mülki Məcəlləsinin 213.1-213.2 və 213.5-ci maddələrinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər; birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1-ci maddəsinə görə əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-220.3-cii maddələrinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Məhkəmə işin faktoloji hallarına hüquqi qiymət verərək, hesab edir ki, xx.xx.2022-ci il tarixdə verilmiş reyestr nömrəsi **********05 qeydiyyat nömrəsi ********** olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Balakən rayonu Katex kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 1.50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/5 hissəsinə İddiaçı2 və 1/5 hissəsinə İddiaçı1l qızının pay hüququ, həmçinin xx.xx.2022-ci il tarixdə verilmiş reyestr nömrəsi **********28 qeydiyyat nömrəsi ********** olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışə əsasən iddiaçıların və cavabdelərin ümumi birgə mülkiyyətində olan Balakən rayonu Katex kəndində yerləşən 0.2498 ha həyətyanı torpaq sahəsinin 1/7 hissəsinə İddiaçı2 və 1/7 hissəsinə İddiaçı1l qızının pay hüququ vardır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına uyğun müvafiq qiymətləndirərək, iddiaçılar İddiaçı2 və İddiaçı1 mübahisə predmeti olan 1.50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və 0.2498 ha həyətyanı torpaq sahəsinin ümumi birgə mülkiyyətçisi olmalarını, 1.50 ha torpaq sahəsinin ümumi mülkiyyət subyektlərinin iddiaçılar da daxil olmaqla 5 nəfər olmasını və 0.2498 ha torpaq sahəsinin ümumi mülkiyyət subyektlərinin iddiaçılar da daxil olmaqla 7 nəfər olmasını, qanunun tələbinə görə ümumi birgə mülkiyyətdə payların bərabər olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, iddiaçılar İddiaçı2 və İddiaçı1 hər birinin xx.xx.2022-ci il tarixdə verilmiş reyestr nömrəsi **********05 qeydiyyat nömrəsi ********** olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı2, X2, İddiaçı1, Cavabdeh4 və Cavabdeh1 ümumi birgə mülkiyyətinə verilmiş Balakən rayonu Katex kəndində yerləşən 1.50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/5 hissəsinə payı müəyyən edilməli, həmçinin iddiaçılar İddiaçı2 və İddiaçı1 hər birinin xx.xx.2022-ci il tarixdə verilmiş reyestr nömrəsi **********28 qeydiyyat nömrəsi ********** olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı2, X2, İddiaçı1, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ümumi birgə mülkiyyətinə verilmiş Balakən rayonu Katex kəndində yerləşən 0.2498 ha həyətyanı torpaq sahəsinin 1/5 hissəsinə payı müəyyən edilməlidir. Eyni zamanda iddia təmin edildiyi üçün cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 100 manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçılar İddiaçı2 və İddiaçı1 verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçılar İddiaçı2 və İddiaçı1 hər birinin xx.xx.2022-ci il tarixdə verilmiş reyestr nömrəsi **********05 qeydiyyat nömrəsi ********** olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı2, X2, İddiaçı1, Cavabdeh4 və Cavabdeh1 ümumi birgə mülkiyyətinə verilmiş Balakən rayonu Katex kəndində yerləşən 1.50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/5 hissəsinə payı müəyyən edilsin. İddiaçılar İddiaçı2 və İddiaçı1 hər birinin xx.xx.2022-ci il tarixdə verilmiş reyestr nömrəsi **********28 qeydiyyat nömrəsi ********** olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı2, X2, İddiaçı1, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ümumi birgə mülkiyyətinə verilmiş Balakən rayonu Katex kəndində yerləşən 0.2498 ha həyətyanı torpaq sahəsinin 1/5 hissəsinə payı müəyyən edilsin. Cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 100 manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçılar İddiaçı2 və İddiaçı1 verilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №e-2(019)-192/2023
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-192/2023
27.02.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver