Məhkəmə qərarları › İş №e-2(019)-199/2023

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-199/2023

02.06.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-199/2023 02.06.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı və digər İddiaçı2 nümayəndəsi İddiaçı1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 vəkili Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Balakən regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh qarşı mirasın qəbulu faktının müəyyən edilməsi, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və miras əmlakdan paylarının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 Balakən regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 və İddiaçı2 tərəfindən X6 miras qalmış Balakən şəhəri Z.Əliyeva küçəsində yerləşən torpaq sahəsindən ibarət miras əmlakı qəbul etmələri faktının müəyyən edilməsi, Balakən rayon Dövlət notariat ofisi tərəfindən 17 avqust 2012-ci il tarixdə X9 mirasından almalı olduğu irs tam hissə müəyyən edilməklə X26 verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, X6 miras qalmış Balakən şəhəri Z.Əliyeva küçəsində yerləşən torpaq sahəsindən ibarət miras əmlakdan İddiaçı1 və İddiaçı2 miras payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, JN seriyalı 960A nömrəli Torpağın Mülkiyyət Verilməsinə Dair Şəhadətnaməyə əsasən X2 mülkiyyətində Balakən şəhəri Z.Əliyeva küçəsində torpaq sahəsi vardır. X4 10 aprel 2003-cü ildə ölmüşdür. Ondan miras qalmış Balakən şəhəri Z.Əliyeva küçəsində yerləşən torpaq sahəsini o da daxil olmaqla anasının bütün vərəsələri faktiki olaraq qəbul etmişlər. X2 ölümündən sonra o və Moskvada yaşayan qardaşı Müqtədir yas mərasimlərini verərək, anasından miras qalmış əmlakı öz vəsaitləri hesabına abadlaşdırmışlar. Anasından miras qalmış həyəti və həyətdə olan evi sıfırdan dəyişərək, müasir bir şəklə salmışlar. 2003- cü ildən etibarən onlar analarından qalan mirası həm idarə etmiş, həm də orada abadlıq işləri görmüşlər. İşi ilə əlaqədar həftənin 5 günü Şəki şəhərində olsa da, həftənin 2 günü anasından miras qalan əmlakda yaşamışdır. Qardaşları da Rusiya Federasiyasından gələrək, onlar da analarından miras qalmış əmlakda yaşamış, həmin mirası idarə etmişlər. Bütün kommunal xərclər və zəruri ödənişlər onun tərəfindən icra edilmişdir. Nəticə etibarı ilə o da, Rusiya Federasiyasında yaşayan qardaşları da analarından miras qalan torpaq sahəsini və onun üzərində olan yaşayış evini bütövlükdə idarə etmişlər. X6 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün tərəflərindən Balakən Regional "ASAN Xidmət” mərkəzində notariat ofisinə müraciət olunmuş, lakin 17 noyabr 2022-ci il tarixli məktubla notariat ofisinin xüsusi notariusu bundan imtina etmişdir. Həmin məktubda qeyd edilmişdir ki, Balakən rayon dövlət notariat ofisi tərəfindən 17 avqust 2012-ci il tarixdə X9 mirasından almalı olduğu irs tam hissə müəyyənləşdirilməklə X16na "xxxx" ASC- də əmanət hesabındakı pul vəsaitinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Odur ki, mirasın qəbulu ilə əlaqədar, o cümlədən vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və payların yenidən müəyyənləşdirilməsi üçün məhkəməyə müraciət etmək zəruridir. Hesab edir ki, Balakən rayon dövlət notariat ofisi tərəfindən 17 avqust 2012-ci il tarixdə X6 qalmış miras əmlakla bağlı X26 vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1 -ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-ci maddəsinə görə vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. O və qardaşları analarından qalmış miras əmlakı əldə etmək və almaq niyyətlərini ifadə etmiş və bu istiqamətdə iradəvi hərəkətlər yerinə yetirmişlər ki, bu da vərəsəlik hüquqlarının itirilməsi ilə nəticələnə bilməzdi. Miras əmlakı sahibliyə faktiki olaraq daxil etmə dedikdə, miras əmlakın idarəsi, sərəncamı və istifadəsi, onun lazımi vəziyyətdə saxlanması, vergilərin və digər ödəmələrin ödənməsi üzrə hərəkətlər başa düşülür. Bu üsul əsasında vərəsə olan şəxs əmlakı faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Çox təssüf ki, notariat orqanı tərəfindən X26 vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən bu xüsusatlar nəzərə alınmamış və nəticədə vərəsələr olaraq onun və digər qardaşlarının hüquqları pozulmuşdur. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı və digər İddiaçı2 nümayəndəsi İddiaçı1 iddianı müdafiə, edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermis, əlavə olaraq 1985-ci ildə ailə qurduğunu, həmin vaxtda ər-evinə Şəki şəhərinə köçdüyünü və orada yaşadığını, qardaşı İddiaçı2 1985-1986-cı ildə ata evindən ayrıldığını və Rusiya Federasiyasında yaşadığını, anası öləndən sonra həmin evdə yaşadığını və təsərrüfatı idarə etdiyini, Müqtədirin və digər qardaşlarının yay aylarında həmin evə gəldiklərini, həmin evi başdan təmir etdiyini, işıq və su xəttlərini çəkdirdiyini, inzibati məhkəməyə şikayət verəndə Balakən Rayon Məhkəməsində qətnamə çıxmadığını, sonradan belə bir qətnamə olduğunu, 39 il dövlət qulluğunda məmur işlədiyini, 28 ildir ki, seçki komissiyasının üzvü olduğunu bildirərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında mübahisə predmeti barəisndə müstəqil tələb irəli sürəyən üçüncü şəxs X5 vəkili Vəkil2 iddianı qəbul etməyərək, İddiaçı1 1985-ci ildə ailə quraraq Şəki şəhərinə köçdüyünü və hal-hazıradək orada yaşadığını, İddiaçı2 isə 1985-1986-cı illərdə həmin evdən çıxaraq Rusiya Federasiyasına köçdüyünü və orada yaşadığını, İddiaçı1 və İddiaçı2 qanunda nəzərdə tutulmuş müddətdə mirasın qəbulu üçün notariat orqanına müraciət etmədiklərini, miras əmlaka yiyələnməklə və onu faktiki idarə etməməklə mirası qəbul etmədiklərini, İddiaçı1 və İddiaçı2 İddiaçı1 iddiası üzrə işə Şəki İnzibati Məhkəməsində və Kərimət Mahmudovanın iddiası üzrə işə Balakən Rayon Məhkəməsində baxılarkən mirasın qəbulu ilə bağlı mübahisənin olduğunu bildiklərini, lakin bunun üçün qanunda nəzərdə tutulmuş müddəti ötürdüklərini, iddianın əsassız olduğunu, X44 ilə X10 xx.xx.1951-ci il tarixdə nikah bağladıqlarını, evlənmə qeyd ediləndən sonra arvada Mahmudova soyadının verildiyini, X44 ilə X9 birgə nikahından X39, X33, X34, İddiaçı2 və İddiaçı1 adında 5 uşaqlarının anadan olduğunu, JN 960A KOD 40101004 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə ilə Balakən rayon Aqrar İslahat Komissiyasının 2004-ci il 23 noyabr tarixli, 02 nömrəli qərarı ilə Balakən şəhərində 0.10 ha həyətyanı torpaq sahəsinin X9 və X22 ümumi birgə mülkiyyətinə verildiyini, X27 07 yanvar 1992-cı il tarixdə, X9 isə xx.xx.2003-cü il tarixdə öldüyünü, X3nın vəfat etdiyi xx.xx.2003cü il tarixdə Balakən şəhəri, Z.Əliyeva küçəsi, ev 94-də daimi qeydiyyatda olduğunu və onun X38 oğlu, oğlu- İddiaçı2, oğlu- X33, oğlu- X34 və qızı-İddiaçı1 ibarət vərəsələrinin qaldığını, lakin həmin vərəsələrdən yalnız X23 2003-cü ildən 2016-cı ilə qədər miras qalmış həmin təsərrüfatı idarə etməklə X6 qalmış mirası qəbul etdiyini, X9 mirası ilə bağlı 2004-cü ildə notarial qaydada təsdiq olunmuş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə aldığını, digər vərəsələr İddiaçı2, X33, X34 və İddiaçı1 X6 qalmış mirası nə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdikləri barədə ərizə verməklə, nə də əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamaqla qəbul etmədiklərini, X39 və X7 6 iyul 1979-cu ildə nikaha girdiyini, nikah bağlandıqdan sonra arvada Mahmudova soyadının verildiyini, X23 16 fevral 2016-cı il tarixdə öldüyünü, onun ölümündən sonra arvadı X17, oğlu-X40, oğlu-X35 və qızı-X11 ibarət birinci növbəli vərəsələrinin qaldığını, Balakən rayon Təhsil şöbəsi tərəfindən X26 öldüyü üçün ona ödəniləcək müavinətin məbləğinin 1154-55 (bir min bir yüz əlli dörd manat 55 qəpik) AZN məbləğində müəyyən edildiyini, 01 iyun 2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə xx.xx.2016 tarixdə ölmüş X23 vərəsəsinin Balakən rayonu Ə.Ansuxski K-Si, ev 1, mən. 33-də yaşayan arvadı X5 olması və onun miras əmlakdan bütöv pay alması, şəhadətnamə verilən miras əmlakın Balakən rayon Təhsil şöbəsi tərəfindən xx.xx.2016-ci il tarixli 122 saylı arayışa əsasən 1154-55 (bir min bir yüz əlli dörd manat 55 qəpik) manat pul vəsaitindən ibarət olmasının müəyyən edildiyini, mərhum X23 vərəsəsi X14 Notariat Kontoruna verdiyi xx.xx.2016-cı il tarixli ərizə ilə mərhum atası X23 Balakən rayon Təhsil Şöbəsindən alınacaq pul vəsaitindən bir varis kimi ona düşən paya vərəsəliyi qəbul etmədiyini və etməyəcəyini, həmçinin müddəti bərpa etmək üçün gələcəkdə məhkəməyə müraciət etməyəcəyini bildirdiyini, digər vərəsələr X40 və X18 notariat kontoruna ünvanlanmış və notarial qaydada təsdiq edilmiş ərizələri ilə 16 fevral 2016-cı ildə atası X23 ölümündən sonra qalmış əmlakla bağlı vərəsəlik üzrə onlara çatası paydan X5 xeyrinə imtina etdiklərini, X14 X19 qalmış mirası qəbul etmədiyini, digər vərəsələr X40 və X18 isə notariat kontorunda təsdiq olunmuş ərizələrlə ataları X19 qalmış miras əmlak üzrə miras paylarından X5 xeyrinə imtina etdiklərini, öz miras paylarından Kərimət Mahmudovanın xeyrinə imtina etdikləri üçün qanunvericiliyin («Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»ın 99-cu bəndi) tələbinə əsasən X40 və X18 da atalarından qalmış mirası qəbul etmədiklərini, bununla da X5 mərhum əri Mahmudov Xəyyam oğlundan qalmış mirasa tam pay hüququ əldə etdiyini, X5 xx.xx.2003-cü il tarixdə vəfat etmiş X3ndan mərhum əri X23 payına düşən mirasına vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Balakən rayon Notariat Ofisinə müraciət etdiyini, lakin həmin ofisdən onunla digər vərəsə İddiaçı1 arasında ixtilaf olduğuna ona həmin şəhadətnamənin verilmədiyini və bununla bağlı məhkəməyə müraciət etməli olmasını bildirdiklərini, Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(116)- 121/2021 nömrəli qərarı ilə İddiaçı1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı (üçüncü şəxs:X40) «Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli 02 saylı qərarı əsasında tərtib edilmiş JN-960A Kod 40101004 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair X1 münasibətdə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiasının təmin edilmədiyini, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1 (107)-292/2021 saylı qərarı ilə İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilmədiyini, Şəki İnzibati Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2-1 (116)- 121/2021 nömrəli qərarının dəyişdirilmədən saxlanıldığını, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1 (102)-41/2022 nömrəli qərarı ilə İddiaçı1 kassasiya şikayətinin təmin edilmədiyini, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1 (107)-292/2021 nömrəli qərarının dəyişdirilmədən saxlanıldığını bildirərək, iddianın təmin olunmamasını xahiş etmişdir. Cavabdeh Balakən regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə qeyd edilənləri nəzərə alıb, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən hazırki işə cavabdeh Balakən regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki,Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, orada usta işləmişdir. Həmin evdə ancaq Ruziyyənin yaşadığını və evə gəlib-getdiyini görmüşdür. Neçənci ildə evdə təmir işləri gördüyünü xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X29 ifadəsində göstərmişdir ki, o, həmin evin qapı qonşusudur. Alagözün dəfnindən sonra Ruziyyə həmin evə baxmışdır. Təmir işi və qaz pulunu Ruziyyə ödəmişdir. Xəyyam sağlığında oradan meyvə yığıb satıbdır. Ruziyyənin nə vaxt həmin evdə təmir işlərini görməsi və kommunal xərclərini ödəməsi yadında deyildir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Alagözün dəfnindən sonra həmin evdə Ruziyyə yaşayıb. Dəfn xərclərini Ruziyyə çəkib. O da həmin evdə işləmişdir. Ruziyyənin həmin evdə hansı illərdə yaşamasını və orada təmir işləri aparmasını xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, evin təmir işlərini Ruziyyə gördürübdür. O da orada işləmişdir. O, Ruziyyənin arılarına baxmışdır. Həmçinin təsərrüfat işlərinə köməklik etmişdir. Ruziyyənin evdə hansı illərdə təmir işlərini aparması və onun nə vaxt orada işləməsi yadında deyildir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, həmin evdə Ruziyyənin qonşusudur. Evin iç təmir işlərini o, görmüşdür. Ona zəhmət haqqını Ruziyyə ödəmişdir. Təmir işlərinin nə vaxt aparılması yadında deyildir. İş materiallarında olan 23 iyun 1953-cü il tarixli İE-983492 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X39 08 iyun 1953-cü il tarixdə anadan olmuş, atası X44, X4 göstərilmişdir. İş materiallarında olan 12 noyabr 1959-cu il tarixli İ-İE-309488 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı2 15 oktyabr 1959-cu il tarixdə anadan olmuş, atası X44, X4 göstərilmişdir. İş materiallarında olan 19 iyul 1961-ci il tarixli İİ-İE-084909 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı1 xx xxxx 1961-ci il tarixdə anadan olmuş, atası X44, X4 göstərilmişdir. İş materiallarında olan xx.xx.2003-cü il tarixli İİ-MÖ seriyalı ölüm haqqında şəhadətnamədən görünür ki, X21 xx.xx.2003-cü ildə ölmüşdür. İş materiallarına əlavə olunmuş Balakən rayonu İcra Hakimiyyətinin Balakən şəhər İnzibati Ərazi Dairəsinin xx.xx.2012-ci il tarixli 2066 №-li arayışından görünür ki, həqiqətən X3 vəfat etdiyi xx.xx.2003-cü il tarixdə Balakən şəhəri Z.Əliyeva küçəsi, ev 54-də daimi qeydiyyatda olmuşdur. Mərhumun aşağıda qeyd edilən vərəsələri olmuşdur: X8 - 1927-ci il təvəllüdlü, 1991-ci ildə vəfat edib, qeyd edilən ünvanda qeydiyyyatda olmamışdır. X38 oğlu-qeyd edilən ünvanda qeydiyyyatda olmamışdır. X31 oğlu-qeyd edilən ünvanda qeydiyyyatda olmamışdır. Oğlu- X34- qeyd edilən ünvanda qeydiyyyatda olmamışdır. Oğlu-İddiaçı2- qeyd edilən ünvanda qeydiyyyatda qalmışdır. Qızı-İddiaçı1-qeyd edilən ünvanda qeydiyyyatda olmamışdır. İş materiallarında olan Balakən rayonu İcra Hakimiyyətinin Balakən şəhər İnzibati Ərazi Dairəsinin 16.11. 2022-ci il tarixli 2063 №-li arayışından görünür ki, həqiqətən X3 vəfat etdiyi xx.xx.2003-cü il tarixdə Balakən şəhəri Z.Əliyeva küçəsi, ev 54-də daimi qeydiyyatda olmuşdur. Mərhumun aşağıda qeyd edilən vərəsələri olmuşdur: X8- 1927-ci il təvəllüdlü, 1991-ci ildə vəfat edib, qeyd edilən ünvanda qeydiyyyatda olmamışdır. X16- qeyd edilən ünvanda qeydiyyyatda olmamışdır. X12 - qeyd edilən ünvanda qeydiyyyatda olmamışdır. X13 - qeyd edilən ünvanda qeydiyyyatda olmamışdır. Oğlu İddiaçı2- qeyd edilən ünvanda qeydiyyyatda qalmışdır. Qızı İddiaçı1-qeyd edilən ünvanda qeydiyyyatda olmamışdır. İş materiallarında olan Balakən Rayon İcra Hakimiyyəti Balakən şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 01 noyabr 2022-ci il tarixli 1991 saylı arayışından görünür ki, İddiaçı1 mərhum atası X27 vəfatından sonra övladları X43, İddiaçı1, X34, İddiaçı2 dəfn xərclərini çəkmişlər, yas mərasimlərini yola salmışlar, mirası qəbul edib idarə etməyə başlamışlar, evin abadlaşması üçün işlər görmüşlər, kommunal xərclərini ödəmişlər, mərhuma məxsus torpağı əkib-becərmişlər, vergilərini ödəmişlər və bununla da mirası qəbul etdiklərini nümayiş etdirmişlər. İş materiallarında olan Balakən Rayon İcra Hakimiyyəti Balakən şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 02 noyabr 2022-ci il tarixli 2001 saylı arayışından görünür ki, Balakən şəhər İƏD üzrə nümayəndəliyinin 1996-2000-ci illər üzrə olan əhalinin qeydiyyat kitablarında həqiqətən şəhərin Z.Əliyeva küçəsi 94 (keçmiş R.Cirinqov küçəsi 54) saylı ünvanda X44-ailə başçısı (vəfat edib 1992), X21- yoldaşı (vəfat edib 2003), İddiaçı2 və X40 qeydiyyatda olmuşlar. İş materiallarında olan Balakən Rayon İcra Hakimiyyəti Balakən şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 17 noyabr 2022-ci il tarixli 2068 saylı arayışından görünür ki, ünvan 3 ünvanda qeydiyyatda olmaqla Balakən şəhəri Z.Əliyeva küçəsi 94 saylı ünvanda yaşayan İddiaçı1 ünvan 5 təsərrüfatının uçotu kitabının 14 saylı səhifəsində Z.Əliyeva küçəsi 94 saylı ünvanda X22 qeydiyyatda olduğu və ünvan 6 ünvanda İddiaçı1 qeydiyyatsız yaşadığı 676 saylı təsərrüfat qeyd edilmişdir. Həmin təsərrüfatda 1964-cü ildə tikilmiş 1 (bir) mərtəbəli, 2 (iki) otaqlı 72 kv.metr ümumi sahəsi, 63 kv.metr yaşayış. 108 kv.metr yardımçı tikili sahəsinə malik fərdi yaşayış evi və həmin ünvanda 0,10 ha həyətyanı torpaq sahəsinin olduğu qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2003-cü il tarixdə vəfat etmiş-X9 vərəsəsi ünvan 7 ünvanda qeydiyyatda olan X39 miras əmlakdan tam hissədə irs almalıdır. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2 (019)- 6/2022 saylı qətnaməsindən görünür ki, X5 Balakən rayon Notariat Ofisinə qarşı qanun üzrə vərəsəlik hüququnun müəyyən edilməsi tələbinə dair iddiası təmin edilmiş, X6 miras qalmış Balakən şəhəri Z.Əliyeva küçəsində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsindən X15 düşən hissə (1/2 hissə) üzərində iddiaçı X5 tam pay üzrə qanun üzrə vərəsəlik hüququ müəyyən edilmişdir. İş materiallarından həmçinin görünür ki, iddiaçılar tərəfindən hazırki iddianın qaldırılması üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddiaçı və digər iddiaçının nümayəndəsini və üçüncü şəxsin vəkilini dinləyib, işdəki sübutları araşdırıb onlara hüquqi qiymət verərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, X44 ilə X24 xx.xx.1951-ci il tarixdə nikah bağlamış, evlənmə qeyd ediləndən sonra arvada Mahmudova soyadı verilmişdir. X44 ilə X9 birgə nikahından X39, X33, X34, İddiaçı2 və İddiaçı1 adında 5 uşaqları anadan olmuşlar. JN 960A KOD 40101004 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə ilə Balakən rayon Aqrar İslahat Komissiyasının 2004-ci il 23 noyabr tarixli, 02 nömrəli qərarı ilə Balakən şəhərində 0.10 ha həyətyanı torpaq sahəsi X9 və X22 ümumi birgə mülkiyyətinə verilmişdir. X44 07 yanvar 1992-cı il tarixdə, X21 isə xx.xx.2003-cü il tarixdə ölmüşdür. X3 vəfat etdiyi xx.xx.2003-cü il tarixdə Balakən şəhəri Z.Əliyeva küçəsi, ev 94-də daimi qeydiyyatda olmuş və onun X38 oğlu, oğlu- İddiaçı2, oğlu- X33, oğlu- X34 və qızı-İddiaçı1 ibarət vərəsələri qalmış, lakin həmin vərəsələrdən yalnız X39 2003-cü ildən 2016-cı ilə qədər miras qalmış həmin təsərrüfatı idarə etməklə X6 qalmış mirası qəbul etmiş və X9 mirası ilə bağlı notarial qaydada təsdiq olunmuş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Digər vərəsələr İddiaçı2, X33, X34 və İddiaçı1 X6 qalmış mirası nə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdikləri barədə ərizə verməklə, nə də əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamaqla qəbul etməmişlər. X39 və X20 6 iyul 1979-cu ildə nikaha girmiş və nikah bağlandıqdan sonra arvada Mahmudova soyadı verilmişdir. X39 16 fevral 2016-cı il tarixdə ölmüş, onun ölümündən sonra arvadı X17, oğlu-X40, oğlu-X35 və qızı-X11 ibarət birinci növbəli vərəsələri qalmış, bu vərəsələr miras paylarından analarının xeyrinə imtina etmişlər. Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(116)-121/2021 nömrəli qərarı ilə İddiaçı1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı (üçüncü şəxs:X40) «Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli 02 saylı qərarı əsasında tərtib edilmiş JN-960A Kod 40101004 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair X1 münasibətdə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1 (107)-292/2021 saylı qərarı ilə İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2-1 (116)-121/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1 (102)- 41/2022 nömrəli qərarı ilə İddiaçı1 kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1 (107)-292/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçılar analarından miras qalmış əmlakı qəbul etdiyini bildirərək, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sözügedən qanun normasının tələbinə görə iddiaçılar analarından qalmış mirası qəbul etdiyini sübut etməlidir. İddiaçılar İddiaçı1 və İddiaçı2 analarından qalmış mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamaqla və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməklə anaları X6 qalmış mirası qəbul etdiyini və bununla da X6 qalmış torpaq sahəsindən ibarət miras əmlaka miras payı əldə etmələrini təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişlər. İddiaçı tərəf sübut olaraq şahidləri məhkəmə iclasına dəvət etmiş, lakin iddiaçı tərəfin vəsatəti əsasında dindirilmiş şahidlər Şahid4, X29, Şahid2, Şahid1 və Şahid5 ifadələrində müvafiq olaraq orada usta işlədiyini, həmin evdə ancaq Ruziyyənin yaşadığını və evə gəlib-getdiyini gördüyünü (Şahid4), həmin evin qapı qonşusu olduğunu, Alagözün dəfnindən sonra Ruziyyənin həmin evə baxdığını, təmir işi və qaz pulunu Ruziyyənin ödədiyini, Xəyyamın sağlığında oradan meyvə yığıb satdığını (Xanlar Saburov), Alagözün dəfnindən sonra həmin evdə Ruziyyənin yaşadığını, dəfn xərclərini Ruziyyənin çəkdiyini, həmin evdə işlədiyini (Şahid2), evin təmir işlərini Ruziyyənin gördürdüyünü, orada işlədiyini, Ruziyyənin arılarına onun baxdığını, təsərrüfat işlərinə köməklik etdiyini (Şahid1) və həmin evdə Ruziyyənin qonşusu olduğunu, evin iç təmir işlərini gördüyünü, ona zəhmət haqqını Ruziyyənin ödədiyini (Şahid5) göstərsələr də, İddiaçı1 evdə təmir işlərini və torpaq sahəsində əkin işlərini hansı illərdə həyata keçirməsini xatırlamadıqlarını qeyd etmiş, bunların Alagöz Mahmudovanın ölümündən sonra hansı müddətdə həyata keçirilməsini bildirməmiş, eyni zamanda İddiaçı2 həmin miras evdə təmir işlərini aparmasını və torpaq sahəsini əkib-becərməsini qeyd etməmiş, mirasın qəbul etmə müddəti ərzində iddiaçıların mərhum anaları Alagöz Mahmudovadan qalan miras əmlaka faktiki sahiblik etməsini və miras əmlakı faktiki idarə etməsini təsdiq etməmişlər. Həmin şahidlər evdə İddiaçı1 hansı vaxt hansı işləri gördürdüyünü, onların hansı vaxt hansı işləri yerinə yetirdiyini və İddiaçı1 onlara nə qədər zəhmət haqqı ödədiyini göstərməmişlər. Ona görə də həmin şahidlərin ifadələrinin mötəbərliyi böyük şübhə doğurur. İddiaçı1 da anasının ölümündən sonra mirası qəbul etmə müddəti ərzində evdə yaşamasını, təmir işləri aparmasını, torpağı əkibbecərməsini və bununla da mirası faktiki qəbul etməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. İş materiallarından görünür ki, İddiaçı1 1985-ci ildə anasının ölümündən 18 il əvvəl ailə qurub Şəki şəhərinə köçmüş və orada yaşamışdır. Eyni zamanda digər İddiaçı2 1985- 86-cı illərdə mübahisəli ev və təsərrüfatdan çıxaraq Rusiya Federasiyasına getmişdir və hazl-hazıradək Rusiya Federasiyasının Moskva şəhərində yaşayır. İddiaçılar analarından qalmış miras açılan vaxt miras əmlaka daxil olan Balakən şəhərində yerləşən fərdi yaşayış evində yaşamamış, torpaq sahəsindən istifadə etməmiş, həmin əmlakları idarə etməmiş və onlara sahib olmamış, yalnız analarının hüzn mərasiminə gəlmişlər. Qeyd edildiyi kimi, həmin şahidlər ifadələrində iddiaçının mirası qəbul etməsini onun evdə təmir işləri aparması və torpaq sahəsini əkməsi ilə əsaslandırsalar da, İddiaçı1 anasının vəfatından sonra konkret olaraq nə vaxt, harada və hansı məqsədlə təmir işləri aparmasını, torpaq sahəsini əkməsini və bunun məhz anasından qalmış miras əmlaka faktiki sahiblik etməsi və miras əmlakı faktiki idarə etməsi məqsədilə etməsini göstərməmiş və təsdiq etməmişlər. Digər tərəfdən qeyd edilən şahid ifadələrində iddiaçıların analarının hüzn mərasimini yola verməsi, dəfn xərclərində iştirak etməsi qeyd edilsə də, bunun nədə ifadə olunması, dəfn xərclərini, ehsan xərclərini və başdaşının qoyulması xərclərini ödəyib-ödəməməsi, bunlara nə qədər vəsait sərf etməsi müəyyən olunmur və iddiaçılar tərəfindən də anasının dəfn xərclərinə nə qədər vəsait sərf etməsini təsdiq edən qəbzlər və sair ödəniş sənədləri məhkəməyə təqdim olunmamışdır. Bundan başqa hüzn mərasiminin yola verilməsi, dəfnə və yasa sair yas xərci çəkilməsi miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək deyildir. Burada faktiki sahiblik etmə və faktiki idarə etmə miras əmlaklara aid olan məsələdir, yəni burada söhbət miras qoyanın ölümündən sonra miras qalan əmlaka (maddi nemətlilərə) faktiki sahiblik edilməsi və həmin əmlakın faktiki idarə edilməsindən gedir. Qanun normasının mənasına görə hüzn mərasiminin yola verilməsi və bu zaman hər hansı yas xərcinin çəkilməsi miras əmlaka faktiki sahiblik etmə və miras əmlakı faktiki idarə etmə kimi qəbul oluna bilməz. İddiaçıların analarından qalmış miras əmlaka faktiki sahiblik etməsi və miras əmlakı faktiki idarə etməsi bu halla da təkzib olunur ki, anaları Alagöz Mahmudovanın 10 aprel 2003-cü il tarixdə vəfat etməsinə baxmayaraq iddiaçılar hazırki vaxtadək mirasın qəbulu faktının müəyyən olunması və ya mirasın qəbulu müddətinin uzadılması üçün məhkəməyə müraciət etməmişlər. Məhkəmə bu xüsusda İddiaçı1 həmin evdə yaşamaqla mirası qəbul etməsi barədə bildirdliklərini də əsassız sayır. Belə ki, iş materiallarından və həmin iddiaçının məhkəmədə verdiyi izahatından görünür ki, İddiaçı1 1985-ci ildə ailə qurmuş və yaşamaq üçün Şəki şəhərinə köçmüşdür. Həmçinin İddiaçı1 məhkəmədə verdiyi izahata görə o, 39 il dövlət qulluğunda olmuş, bunun 28 ilini seçki komissiyasında məsul vəzifədə işləmişdir. Belə olan halda Şəki şəhərində işləməklə onun hər gün Balakən şəhərinə gəlib-getməsi və Balakən şəhərində daimi yaşaması ağlabatan deyildir. İş materiallarından həmçinin görünür ki, İddiaçı1 Şəki şəhəri Bağbanlar küçəsi 49A ünvanda qeydiyyatdadır, Balakən şəhərində yerləşən mübahisəli evdə qeydiyyatda deyildir. Bu xüsusda Balakən RİB-nın Balakən şəhər İƏD üzrə nümayəndəliyinin 17 noyabr 2022-ci il tarixli 2068 saylı arayışı da İddiaçı1 mərhum anasının ölümündən sonra mirasın qəbulu üçün qanunda nəzərdə tutulmuş müddət ərzində həmin evdə yaşamasını təsdiq etimir. Belə ki, Alagöz Mahmudova 10 aprel 2023-cü il tarixdə ölmüşdür. 17 noyabr 2022-ci il tarixli arayış isə 17 noyabr 2022-ci il tarixdə, Alagöz Mahmudovanın ölümündən 19 il sonra verilmişdir və həmin arayışda İddiaçı1 anasının ölüm vaxtı və ölümündən sonra miras evdə yaşamaqla miras əmlaka yiyələnməsi və onu faktiki idarə etməsi göstərilmir. Digər tərəfdən ərazi nümayəndəsinin evdə qeydiyyatda olmayan və hətta müvəqqəti qeydiyyatda olmayan şəxs barəsində belə arayış verilməsi səlahiyyətinə mlaik deyildir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən şəxsin yaşayış sahəsində qeydiyyata və ya müvəqqəti qeydiyyata alınması səlahiyyətləri, həmçinin şəxsin qeydiyyatda olmayan yaşayış sahəsində yaşaması ilə qanunvericiliyin tələblərinin pozulması əsasında inzibati məsuliyyətə cəlb edilməsi məsələsi polis orqanlarının səlahiyyətlərinə aiddir (İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsi). Belə olan halda İddiaçı1 miras açılan vaxt Şəki şəhərində yaşaması halında Balakən şəhərində miras evdə yaşamasını iddia edib, miras əmlaka faktiki yiyələnə və onu faktiki idarə edə bilməzdi. Eynilə iş materiallarından və İddiaçı1 məhkəmədə verdiyi izahatdan görünür ki, digər İddiaçı2 1985-86-cı illərdə evdən çıxaraq getmişdir və həmin vaxtdan digər yerdə, Rusiya Federasiyasının Moskva şəhərində yaşayır. İddiaçı2 anasının ölümündən sonra miras qalmış evdə yaşamamış, evin kommunal xərclərini ödəməmiş, miras əmlaka yiyələnməmiş və onu faktiki idarə etməmişdir. Həmçinin məhkəmə Balakən RİHB-nın Balakən şəhər İƏD üzrə nümayəndəliyinin 01 noyabr 2022-ci il tarixli 1991 saylı arayışını da iddiaçıların mirası faktiki qəbul etmələrini təsdiq edən mötəbər sübut kimi qəbul etmir. Belə ki, həmin arayışda iddiaçıların dəfn xərclərini çəkməsi, yas mərasimlərini yola salması mirasın faktiki qəbulu əsası kimi göstərilsə də, iddiaçıların hansı məbləğdə dəfn xərclərinə, yas mərasimlərinə xərc çəkməsi, bu hərəkətlərin nədə ifadə olunması və miras əmlak hesabına olunması göstərilməmişdir və sübut olunmur. Digər tərəfdən yuxarıda göstərildiyi kimi, dəfn xərclərinin çəkilməsi, yas mərasiminin yola salınması mirasın qəbulu deyildir. Bunun miras əmlak qəbul olunmaqla onun hesabına həyata keçirilməsi sübut olunmalıdır ki, iddiçılar da belə sübutları məhkəməyə təqdim edə bilməmişlər. Eyni zamanda 01 noyabr 2022-ci il tarixli arayışda iddiaçıların mirası qəbul edib idarə etməyə başlaması, evin abadlaşdırılıması üçün işlər görməsi, kommunal xərclərini ödəməsi, mərhuma məxsus torpağı əkib-becərməsi, vergilərini ödəməsi qeyd olunsa da, bu məlumatlar heç bir konkret faktloji halla və mötəbər sübutla təsdiq olunmur. Heç həmin 01 noyabr 2022-ci il tarixli arayışda iddiaçıların evin abadlaşdırılması üçün hansı işlər görməsi, hansı kommunal xərcləri, hansı məbləğdə və nə vaxt ödəməsi, hansı ölçüdə torpaq sahəsini və nə vaxt əkib-becərməsi, eyni zamanda hansı vergiləri və nə vaxt ödəməsi göstərilməmiş, iddiaçılar tərəfindən evin abadlaşdırılması, torpaq sahəsinin əkilib- becərilməsini təsdiq edən, eyni zamanda mirasın qəbulu müddəti ərzində evin kommunal xərclərinin ödənilməsini və evin və torpaq sahəsinin vergilərinin ödənilməsini təsdiq edən müvafiq qəbzlər və digər ödəniş sənədləri məhkəməyə təqdim edilməmişdir. Digər tərəfdən qanunvericiliyə əsasən işıq, qaz və su pulu ilə bağlı kommunal xərclərin ödənilməsi məsələləri müvafiq dövlət idarələrinə ("xxxx" ASC, «Azəriqaz» İB və "xxxx" ASC), məişət tullantıları ilə bağlı kommunal xərclərin ödənilməsi isə müvafiq bələdiyyələrə aiddir. Ona görə də iddiaçıların hansı vaxt, hansı məbləğdə və hansı kommunal xərclərini ödəməsi ilə müvafiq arayışlar həmin qurumlar tərəfindən müvafiq sübutlar (çeklər, arayışlar və sair) əsasında verilə bilər. Eyni zamanda «Bələdiyyələrin statusu haqqında» Azərbaycan Respublikasının Qanununa və digər qanunvericilik aktlarına əsasən əmlak və torpaq vergisinin ödənilməsi ilə bağlı məsələlər müvafiq bələdiyyələr tərəfindən həll olunur və həmin vergilər bələdiyyələrə ödənilir. Ev və torpaq vergisi ilə bağlı ödənişlər bələdiyyələrə ödənilir. Ona görə də iddiaçılar tərəfindən miras ev və torpaqla bağlı vergilərin nə vaxt və hansı məbləğdə ödənilməsi ilə bağlı məlumatı yalnız Balakən Bələdiyyəsi verə bilər. İcra nümayəndəliyinin kommunal xərclər, vergilər və yuxarıda göstərilən sair məsələlərlə bağlı arayış verməsi əsassızdır. Ona görə həmin 01 noyabr 2022-ci il tarixli arayış iddiaçıların analarından qalmış mirası qəbul etməsi və onların həmin mirasda payının olması üçün mötəbər sübut kimi qəbul oluna bilməz. İş üzrə iddiaçılarmirasın qəbulu müdətində miras evə və torpaq sahəsinə dair vergiləri ödəməsi, evin kommunal xərclərini ödəməsi, evin abadlaşdırılması üçün konkret hansı işlər görməsi, torpaq sahəsini əkib-becərməsi və mirası faktiki idarə etməsini təsdiq edən hər hansı mötəbər sübutu məhəməyə təqdim edə bilməmişlər. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) bu vəzifə iddiaçıların üzərinə düşür. Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinin tələblərinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyə görə fiziki şəxs öldükdən sonra onun əmlakı avtomatik olaraq vərəsənin əmlakına daxil olmur. Miras əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün vərəsənin müəyyən aktı həyata keçirməsi tələb olunur. Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu; 1) formal üsulunu və 2) qeyri-formal üsulunu müəyyənləşdirir. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasm faktiki cəhətdən qəbul edilməsi deməkdir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Formal üsul vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakm mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir. Vərəsə ərizəni yalnız yazılı formada verməlidir. Vərəsə yazılı ərizədə göstərir ki, o, mirası qəbul edir. Əgər notariat kontoruna vərəsənin özü şəxsən gələrsə, notarius onun şəxsiyyətini müəyyənləşdirir, yoxlayır və bu barədə ərizədə müvafiq qeyd edir. Bu halda vərəsənin ərizədəki imzası notariat qaydasında təsdiqlənmir. Notarius vərəsənin imzasının həqiqiliyini yoxlayır, bu barədə onun şəxsiyyətini müəyyənləşdirən sənədi və bu sənədin rekvizitlərini göstərməklə qeyd edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qebul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Bu hərəkətlərin məzmunundan belə bir nəticə çıxarmaq mümkündür ki, vərəsə mirası qəbul etmək məqsədi güdür. Qeyri-formal üsulun özü iki cür olur: • miras əmlaka faktiki sahiblik etmək üsulu; • miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu onu ehtiva edir ki, bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, onun üzərində fiziki «ağalıq» edir. Öz hüquqi təbiətinə görə bu, konkludent hərəkətlərdir. Ona görə ki, bu hərəkətlərdən vərəsənin mirası qəbul etmək niyyəti açıq-aşkar görünür və bəlli olur. Həmin üsul müxtəlif yollarla həyata keçirilir: vərəsənin miras qoyanın yaşadığı evə köçməsi; miras qoyanla birlikdə yaşayan vərəsənin sadəcə olaraq həmin mənzildə yaşamaqda davam etməsi; əvvəllər miras qoyana məxsus olan əmlakdan vərəsənin faktiki istifadə etməsi; vərəsənin miras əmlakı götürüb öz evinə aparması; miras qoyanın əmanət kitabçasını saxlamaq; miras qoyanın həyatyanı sahəsində işləmək və s. Azərbaycan Respublikasının vərəsəlik hüququ birbaşa müəyyən edir: vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir (Mülki Məcəllənin 1243-cü maddəsinin 3-cü bəndi). Qeyri-formal üsulun ikinci növü miras əmlakı faktiki idarə etmək adlanır. Bir qayda olaraq, vərəsə əmlaka yiyələndikdən sonra onu idarə etməyə başlayır. Vərəsə bir sıra hallarda miras əmlakı ona yiyələnmədən və sahib durmadan da idarə edə bilər. Məsələn, vərəsə özünün yaşadığı yerdən başqa yerdə olan əmlakı idarə edə bilər. Miras əmlakı faktiki idarə etmək dedikdə, vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir. Söhbət o hərəkətlərdən gedir ki, bu hərəkətlər vərəsənin miras əmlaka özününkü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası qanunvericiliyinin tərkib hissəsi olan İnsan Hüquqlarının və X32 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları Bəyannaməsinin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Yuxarıda sadalanan iki hüququ özündə birləşdirən vərəsəlik hüququ əsasında mülkiyyətçinin ona məxsus əmlaka dair sərəncam vermək imkanı Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsindən irəli gəlir və bu vəsiyyət etmək azadlığının əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134, 1146 və 1252-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 fevral 2020-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 1134, 1145 və 1146-cı maddələrinə uyğun olaraq miras fiziki şəxsin öldüyü və ya ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün onun ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır və miras qoyanın öldüyü anda sağ olmuş şəxslər vərəsə ola bilərlər; - Eyni gündə ölən və biri digərindən sonra vərəsə olmaq hüququna malik şəxslərlə bağlı irsi transmissiyanın tətbiqi üçün miras qoyanın dəqiq ölüm anı müəyyən edilərək daha sonra ölən şəxs ondan əvvəl ölən şəxsə vərəsə hesab edilir. Bu anı müəyyənləşdirmək mümkün olmadığı təqdirdə eyni gündə ölən şəxslər hüquqi varislik baxımından eyni anda ölmüş şəxslər hesab edilərək hər biri üçün ayrılıqda miras açılır və irsi transmissiyanın tətbiqi istisna edilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 223.2-ci maddəsinə əsasən həmin Məcəllənin 223.2-223.4-cü maddələrinə görə birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci və 1133.2-ci maddələrinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci madddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1 və 1151.2-ci maddələrinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi, mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər); 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar; 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar; 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər; 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur; 1159.1.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar… Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1247-ci maddəsinə əsasən əgər miras almaq hüququ olan digər vərəsələrin miras qəbul etmədikləri halda yaranarsa, miras onun qəbulu üçün müəyyənləşdirilmiş müddətin qalan hissəsi ərzində qəbul edilməli, bu müddət altı həftədən az olduqda isə altı həftəyədək uzadılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1268.1-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1269-cu maddəsinə əsasən mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktik başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1272-ci maddəsinə əsasən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1276-cı maddəsinə əsasən hər bir vərəsə həm daşınar, həm də daşınmaz əmlakdan öz payının naturada ayrılmasını tələb edə bilər, bir şərtlə ki, bu şəkildə ayırma mümkün olsun və ya qanunla qadağan edilməsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağrılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.2-ci maddəsinə əsasən qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin bəzi müddəalarının həmin Məcəllənin 1165-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair» 28 iyul 2022-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin mənasına görə, yalnız qanunla müəyyən edilmiş vərəsəliyin növbəliyinə daxil olan və miras qoyana münasibətdə müvafiq qohumluq dərəcəsi üzrə şəxslər vərəsə qismində çıxış edə bilər. Eyni zamanda Notariat haqqında Azərbaycan Respublikası Qanununun 55-ci maddəsinə görə açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. Həmin Qanunun 59-cu maddəsinə görə notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 95-ci bəndinə əsasən mirasın açıldığı yerin notariusu vərəsələrin ərizəsinə əsasən vərəsəlik qaydasında keçən əmlaka dair mirası qəbul etmiş fiziki və hüquqi şəxslərə, habelə dövlətə vərəsəlik şəhadətnaməsi verir. «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»ın 96-ci bəndinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra verilir. Əgər notariusda şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik hüququ haqqında şəhadətnamə altı aydan tez də verilə bilər. «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»ın 99-cu bəndinə əsasən vərəsə mirasın açıldığı gündən altı ay ərzində mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə yazılı formada notariat qaydasında təsdiq edilmiş ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; əgər vərəsələrdən biri miras payını qəbul etməkdən başqa vərəsənin xeyrinə imtina edərsə, belə hərəkət mirasın qəbul olunmaması sayılır; əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər; yotariusda mirası qəbul etmək üçün əmanət kitabçasının qanunla müəyyən olunmuş müddətdə alınmasını təsdiq edən məlumat olduqda, əmanət kitabçasının olması da miras əmlakı idarə etməyə başlanılmasına sübut ola bilər (miras qoyanın ölümündən sonra miras əmlakı siyahıya almış idarənin, müəssisənin sənədi, əmanət kitabçasının vərəsəyə verilməsi haqqında miras əmlakın qorunması üçün tədbirlər görmüş notariusun sənədi, miras qoyanın dəfnini təşkil edən komissiyanın aktı (əmanət kitabçasının vərəsəyə təqdim olunduğu vaxt bu sənədlərdən görünür), vərəsənin bankdan pul alması haqqında əmanət kitabçasında qeydlər və ya bankın məlumatı, miras qoyanın ölümündən sonra qalan əmanət kitabçasının müəyyən vaxtda vərəsəyə təqdim edildiyi barədə mənzil-istismar idarəsinin arayışı, bu kitabçanın poçtla göndərilməsi haqqında sənəd və sair). «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»ın 102-ci bəndinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə, habelə bu Təlimatın 13-cü hissəsinin altıncı abzasına uyğun miras qoyanın ölümü faktını, mirasın açıldığı vaxtı və yeri, şəhadətnamə verilməsi haqqında ərizə vermiş şəxslərin miras qoyanla qohumluq münasibətlərini, barəsində şəhadətnamə verilən miras əmlakın tərkibini və olduğu yeri müvafiq sübutlar tələb etmək yolu ilə yoxlayır. Ölüm faktı vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanların şəhadətnaməsi, mirasın açıldığı vaxt isə həmçinin şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə təsdiq edilir.Mirasın açıldığı yer aşağıdakı sənədlərlə təsdiq olunur: miras qoyanın yaşayış yeri haqqında müvafiq informasiya sistemləri ilə qarşılıqlı inteqrasiya vasitəsilə avtomatlaşdırılmış rejimdə əldə edilən məlumat, ölənin yaşayış yeri məlum olmadıqda isə miras əmlakın və ya onun əsas hissəsinin olduğu yer haqqında sənəd. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcudluğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birincİ instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ-hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin başqa halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv,qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası MPM (MPM-nin 77.1-ci maddəsi) sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır. Bu da qanunun tələbindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır;4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi bildirmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, qeyd edir ki, iddiaçılar iddia ərizəsinə iddia tələbinin əsasını təşkil edən hər hansı mötəbər sübut əlavə etməmişlər. İş materiallarından görünür ki, iddiaçılar mərhum anaları X9 ölümündən əvvəl onun təsərrüfatında yaşamamış, onunla birgə təsərrüfat aparmamışlar. İddiaçılar mərhum Alagöz Mahmudovadan miras qalmış əmlakları qəbul etmək üçün Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən heç bir sübut təqdim etməmişlər. Qeyd edildiyi kimi, qanun normasının tələbinə əsasən mirası qəbul etməyin 3 yolu vardır: notariat kontoruna ərizə vermək, miras əmlaka faktiki sahiblik etmək və ya əmlakı faktiki idarə etməyə başlamaq. xx.xx.2003-c ildə vəfat etmiş X9 vəfatından sonra ondan miras qalmış əmlakları onun oğlu X36 qəbul etmiş və ona 17 avqust 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bundan başqa mirasın qəbul edilməsi üçün göstərilən hərəkətlər Mülki Məcəllənin 1246 və 1247-ci maddələrində nəzərdə tutulan müddət ərzində həyata keçirilməlidir. Göstərilən müddət ərzində hər hansı bir hərəkətin edilməməsi mirasdan imtinaya bərabər tutulur (Müli Məcəllənin 1273-1-ci maddəsi). Lakin bu imtina vərəsənin məhkəməyə müraciət hüququnu məhdudlaşdırmır. Əgər vərəsə nəzərdə tutulan müddəti ötürmüşsə və sonradan mirası qəbul etmək niyyətindədirsə, o zaman yalnız məhkəməyə müraciət etməlidir. O halda 2 iddia tələbi ilə məhkəməyə müraciət edilə bilər. 1. Mirasın qəbul edilməsi faktının müəyyən edilməsi; 2. Mirasın qəbul edilməsi vaxtının uzadılması. İş materiallarından da göründüyü kimi, iddiaçılar 10 aprel 2003-cü il tarixdə vəfat etmiş anaları X6 miras qalmış hər hansı bir əmlakı faktiki olaraq idarə etməyə başladığını və yaxud da idarə etdiyini sübuta yetirəcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş, iddia tələbinin əsaslandırıldığı halları sübut edə bilməmişlər. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) bu vəzifə iddiaçı kimi onların üzərinə düşür. Qeyd olunanlar da hazırki iddianın əsassız olmasını göstərir. Digər tərəfdən iş materiallarından görünür ki, iddiaçılar mirasın qəbulu tələbi ilə bağlı məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüşlər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1272-ci maddəsinə əsasən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. İş materiallarından görünür ki, İddiaçı1 2021-ci ilin əvvəlində Şəki İnzibati Məhkəməsində iddia qaldırıb bu iş üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(116)-121/2021 nömrəli qərarı qəbul olunarkən, həmçinin Balakən Rayon Məhkəməsində X5 iddiası üzrə işə baxılarkən üçüncü şəxs qismində işə cəlb olunduğu və həmin iş üzrə icraatın dayandırılması üçün vəsatət verən zaman iddiaçı tərəf mərhum anasından qalmış mirasın qəbulu ilə bağlı mübahisənin olduğunu bilmiş və həmin mübahisənin olduğunu bildiyi vaxtdan məhkəməyə müraciət etmək üçün qanunda nəzərdə tutulmuş 2 aylıq müddəti ötürmüşdür. Bu hal da həmçinin bu tələb üzrə iddianın rədd edilməsi üçün qanunda göstərilmiş bir əsasdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçıların İddiaçı1 və İddiaçı2 tərəfindən X6 miras qalmış Balakən şəhəri Z.Əliyeva küçəsində yerləşən torpaq sahəsindən ibarət miras əmlakı qəbul etmələri faktının müəyyən edilməsi barədə tələbi əsassızdır və təmin olunmamalıdır. Məhkəmə həmçinin hesab edir ki, müvafiq faktoloji və hüquqi əsaslar müəyyən edilmədiyindən Balakən rayon Dövlət notariat ofisi tərəfindən 17 avqust 2012-ci il tarixdə X9 mirasından almalı olduğu irs tam hissə müəyyən edilməklə X26 verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi tələbi də əsassızdır və təmin edilməməlidir. Eyni zamanda qanunvericiliyin tələbinə əsasən miras payının müəyyən olunması həmin mirası qəbul edilməsi ilə şərtləndirildyindən və işdəki sübutlara əsasən iddiaçıların mərhum anaları X6 qalmış mirası qəbul etmədikləri üçün onların həmin mirasdan miras pay hüququ yaranmadığından iddia X6 miras qalmış Balakən şəhəri Z.Əliyeva küçəsində yerləşən torpaq sahəsindən ibarət miras əmlakdan İddiaçı1 və İddiaçı2 miras payının müəyyən edilməsi tələbi hissəsində də əsassızdır və təmin olunmamalıdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına əsasən qiymətləndirərək, hesab edir ki, İddiaçılar İddiaçı1 və İddiaçı2 Balakən regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh qarşı İddiaçı1 və İddiaçı2 tərəfindən X6 miras qalmış Balakən şəhəri Z.Əliyeva küçəsində yerləşən torpaq sahəsindən ibarət miras əmlakı qəbul etmələri faktının müəyyən edilməsi, Balakən rayon Dövlət notariat ofisi tərəfindən 17 avqust 2012-ci il tarixdə X9 mirasından almalı olduğu irs tam hissə müəyyən edilməklə X26 verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, X6 miras qalmış Balakən şəhəri Z.Əliyeva küçəsində yerləşən torpaq sahəsindən ibarət miras əmlakdan İddiaçı1 və İddiaçı2 miras payının müəyyən edilməsi tələbinə dair iddiası əsasız olduğundan təmin edilməməlidir. Həmçinin iddianın təmin olunmaması nəticəsinə gəlindiyi üçün hazırki iddianın qaldırılması üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçılar İddiaçı1 və İddiaçı2 aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Balakən regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh qarşı İddiaçı1 və İddiaçı2 tərəfindən X6 miras qalmış Balakən şəhəri Z.Əliyeva küçəsində yerləşən torpaq sahəsindən ibarət miras əmlakı qəbul etmələri faktının müəyyən edilməsi, Balakən rayon Dövlət notariat ofisi tərəfindən 17 avqust 2012-ci il tarixdə X9 mirasından almalı olduğu irs tam hissə müəyyən edilməklə X26 verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, X6 miras qalmış Balakən şəhəri Z.Əliyeva küçəsində yerləşən torpaq sahəsindən ibarət miras əmlakdan İddiaçı1 və İddiaçı2 miras payının müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməsin. Hazırki iddianın qaldırılması üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçılar İddiaçı1 və İddiaçı2 aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar