Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-20/2025 11.04.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi ilə, İddiaçı X2 cavabdehlər Cavabdeh1 və Balakən rayon Bələdiyyəsinə qarşı torpaq sahəsinə gedən zəruri keçidin açılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Umuxanova Kəmalə Nürəddinovna cavabdehlər Cavabdeh1 və Balakən rayon Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, **********86 Reyestr nömrəli Çıxarışa əsasən ümumi bigə mülkiyyətinə verilmiş 0.0699 ha və **********20 Reyestr nömrəli Çıxarışa əsasən ümumi bigə mülkiyyətinə verilmiş 0.0422 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə piyadə və avtomobil üçün zəruri keçidin açılması və zəruri keçidin açıldığı torpaq sahəsinin mülkiyyətçisinə 500 manat kompensasiya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş, iddiaçı X2 nümayəndəsi-vəkili Vəkil2 məhkəməyə ərizə göndərərək, iddia ərizəsinin baxılmamış saxlanılmasını, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına dair qəraradad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi-vəkili Nümayəndə iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Cavabdeh Balakən rayon Bələdiyyəsinin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizənin baxılmamış saxlanması üçün əsasdır. 260.2-ci maddəsinə əsasən qərardadda bu Məcəllənin 259-cu maddəsində qeyd edilən işin baxılmasına mane olan halların necə aradan qaldırılması göstərilməlidir. 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli 3 nömrəli Qərarının 17 və 21-ci bəndində qeyd edilmişdir ki, iddianın baxılmamış saxlanılması həmin iddia ilə məhkəməyə yenidən müraciət etməni istisna etmir. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən maraqlı şəxs baxılmamış saxlanılmış iddia ilə məhkəməyə ümumi qaydada müraciət edə bilər. Bu zaman ümumi qaydada yeni iş açılmalıdır. Məhkəmə iş üzrə sənədləri tədqiq edib, yuxarıda şərh edilən qanun normalarının tələblərinə əsasən hesab edir ki, iddiaçı iddia ərizəsinin qaytarılması barədə ərizə verdiyindən, cavabdehlər isə işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiklərindən, mülki iş baxılmamış saxlanmalıdır. Ödənilmiş 100 manat dövlət rüsumu dövlət büdcəsindən iddiaçı X1ytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı X2 cavabdehlər Cavabdeh1 və Balakən rayon Bələdiyyəsinə qarşı torpaq sahəsinə gedən zəruri keçidin açılması tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ödənilmiş 100 manat dövlət rüsumu (xx.xx.2023-cü il tarix, ********** nömrəli qəbz) iddiaçı X1ytarılsın. İddiaçıya ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququna malik olması izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Sədrlik edən: Arifə Cəfərova
Məhkəmə qərarları › İş №e-2(019)-20/2025
Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-20/2025
11.04.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver