Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-203/2024 16.04.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, iddiaçı Balakən Rayon Mənzil İstismar Müəssisəsinin nümayəndəsi X8, cavabdehlər Cavabdeh11, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4 nümayəndəsi Nümayəndə2, Cavabdeh10, Cavabdeh9, Cavabdeh8 və Cavabdeh5 iştirakı ilə İddiaçı Balakən Rayon Mənzil İstismar Müəssisəsinin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh11, Cavabdeh6, Cavabdeh4, Cavabdeh9, Cavabdeh8, Cavabdeh10 və Cavabdeh5 qarşı mənzildən çıxarma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Balakən Rayon Mənzil İstismar Müəssisəsi iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2, Cavabdeh3, Cavabdeh11, Cavabdeh6, Cavabdeh4, Cavabdeh9,Cavabdeh8, Cavabdeh10,Cavabdeh1,Cavabdeh12, Cavabdeh5, X4 onlarla yaşayan ailə üzvlərinin Balakən rayonunun Mahamalar kəndində yerləşən, Liter A,B,C,D kimi qeyd olunan binadakı mənzillərdən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Mənzil İstismar Müəssisəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh12,X4 adlarının səhvən iddia ərizəsinə qoyulduğunu, Cavabdeh2, Cavabdeh3, Cavabdeh11, Cavabdeh6, Cavabdeh5 Cavabdeh10, Cavabdeh7, Cavabdeh4, X6, Cavabdeh1, Cavabdeh8 mənzildən çıxarılmaları barədə iddia ərizəsində səhvən ailə üzvləri sözünün işləndiyini, 2-(019)- 203/2024 ilə bağlı iddia tələbini dəqiqləşdirərək yuxarıda adları göstərilmiş şəxslərin ailə üzvləri sözünün texniki səhv kimi qiymətləndirib iddia ərizəsindən çıxarılmasını, Cavabdeh12, X4 iddia ərizəsində cavabdeh qismindən çıxarılmasını xahiş etmişdir. Sonradan Balakən Rayon Mənzil İstismar Müəssisəsi iddia tələbinin dəqiqləşdirilməsi və iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Mahamalar kəndində yerləşən Liter A binasındakı mənzildən Cavabdeh2, Mahamalar kəndində yerləşən liter A binasındakı mənzildən Cavabdeh3, Mahamalar kəndində yerləşən liter B binasındakı mənzildən Cavabdeh11, Mahamalar kəndində yerləşən liter B binasındakı mənzildən Cavabdeh6, Mahamalar kəndində yerləşən liter C binasındakı mənzildən Cavabdeh4, Mahamalar kəndində yerləşən liter C binasındakı mənzildən X6, Mahamalar kəndində yerləşən liter C binasındakı mənzildən Cavabdeh8, Mahamalar kəndində yerləşən liter D binasındakı mənzildən Cavabdeh10 və Mahamalar kəndində yerləşən liter D binasındakı mənzildən Cavabdeh5 çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia iddia tələbinin həcminin azaldılması barədə ərizələri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı Balakən Rayon Mənzil İstismar Müəssisəsi iddiasını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 13 İyul tarixli 434s nömrəli sərəncamı ilə Ekologiya X19 Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin balansından Balakən RİH-ə təhvil verilmiş 4 ədəd iki mərtəbəli yaşayış binası və 1 ədəd bir mərtəbəli yaşayış evi RİH başçısının xx.xx.2021-ci il tarixli 95 nömrəli sərəncamı əsasında Balakən Şəhər Mənzil İstismar Müəssisəsinin balansına verilmişdir. Yaşayış evləri 1968-1973-ci illərdə tikinti normalarına uyğun olmadan, yəni dəmir-beton sutunlar və dəmir-beton kəmərlər inşa olunmadan tikilmişdir. Bınalar 2018-ci ildə 18 saylı Zaqatala Ərazi idarəsi tərəfindən tutulmuş **********09-12101 texniki pasporta görə hərflərlə işarə edilmişdir. Balakən Şəhər Mənzil İstismar Müəssisəsi tərəfindən binalarda yaşayan və faktiki yaşamadan mənzilləri öz istifadələrində saxlayan vətəndaşlara bir neçə dəfə şifahi olaraq qeyd edilən mənzillərdə yaşamaq hüquqlarını təsdiq edən sənədləri təqdim etmək tövsiyə olunmuş, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində yazılı müraciət olunaraq (onlara göndərilən məktubların surətləri iddia ərizəsinə əlavə olunur) mənzili qanunsuz zəbt etdikləri halda onu 1 həftə müddətinə könüllü boşaltmaları xahiş olunmuş, əks halda həmin mənzillərdə qanunsuz yaşayan vətəndaşların və onların ailə üzvlərinin mənzillərdən çıxarılmaları tələbi ilə aidiyyəti qaydada məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Lakin heç kim mənzillərdən çıxmamış, əksinə bu tələbi onların mənzil hüquqlarının pozulması kimi qəbul etmişlər. Bundan başqa həmin ekspedisiyada ən qısa müddət ərzində belə işləmiş olan şəxslər Balakən RİH-ə müraciət edərək həmin mənzillərə hüquqlarının olduğunu bildirir, onların ərazidə mənzillə təmin edilmələrini tələb edirlər. Binalarda yaşayan və yaşamaq hüquqlarının olduğunu iddia edən şəxslər tərəfindən Balakən Şəhər Mənzil İstismar Müəssisəsinə daxil olan sənədlərə baxılmış, müvafiq araşdırmalar aparılmışdır. Binada yaşayan sakinlərin bəziləri müxtəlif illərdə ekspedisiyada işləmələrini əsas gətirərək təqdim etdikləri əmək kitabçasının surətinə əsaslanaraq, bəziləri isə müəssisənin iclas protokoluna əsasən onlara yaşayış sahəsinin verildiyini bildirərək mənzillərə qanuni hüquqlarının olduğunu iddia edirlər. Bundan başqa əvvəllər həmin binada xidməti mənzillə təmin olunmuş, hal-hazırda başqa ünvanda qeydiyyatda olan və həmin mənzillərdə uzun illər yaşamayan,ötən müddət ərzində həmin ərazidə yerləşən binalara normal nəzarət edilməməsi nəticəsində binadakı ayrı-ayrı mənzilləri qanunsuz zəbt edərək uzun müddət məskunlaşmış şəxslərin olması halları da mövcuddur. Bildirilir ki, həmin mənzillərin heç biri bu günədək özəlləşdirilməmişdir. Həmin şəxslərlə müqavilə bağlanılması üçün mənzillərdə uzun müddət yaşadıqlarına dair Mahamalar kənd İcra Nümayəndəliyindən və Reyestrdən adlarında mənzil və ya torpağın olmamasına görə arayış gətirmələri tələb olunmuşdur. Lakin heçbir nəticəsi olmamışdır. Mövcud qanunvericiliyə istinad edilərək yuxarıda adları qeyd edilən şəxslərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 13 İyul tarixli 434s nömrəli sərəncamı ilə Ekologiya X19 Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin balansından Balakən RİH-ə təhvil verilmiş , RİH başçısının xx.xx.2021-ci il tarixli 95 nömrəli sərəncamı əsasında Balakən Şəhər Mənzil İstismar Müəssisəsinin balansına verilmiş mənzillərdə yaşamaq hüquqlarının tanınması mümkün olmadığından müvafiq iddia ilə məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında iddiaçı Balakən Rayon Mənzil İstismar Müəssisəsinin nümayəndəsi X12 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh11 iddianı qəbul etməyərək, izahatında göstərmişdir ki, 1974-cü ildən 2018-ci ilə qədər Baş Qafqaz Geoloji Axtarış Ekspedisiyasında əvvəl kadrlar şöbəsinin müfəttişi, sonra isə rəisi işləmişdir. Ekspedisiyanın administrasiyası və həmkarlar ittifaqının birgə qərarı ilə ona 1986-cı ildə ekspedisiyanın balansında olan evdən xidməti mənzil yataqxana verilmişdir. O, indiyə qədər həmin mənzildə yaşayır. Bütün əşyaları burada yerləşir. Mənzilin kommunal xərclərini vaxtlı-vaxtında ödəmişdir. Onun başqa ev və mənzili yoxdur. Məhkəmə iclasında Cavabdeh6 iddianı qəbul etməyərək, izahatında göstərmişdir ki, 1990-cı ildən 2019-cu ilə qədər Baş Qafqaz Geoloji Axtarış Ekspedisiyasında hesabdar və aparıcı mühasib işləmişdir. İdarənin administrasiyası və həmkarlar ittifaqının birgə qərarı ilə ona 2004-cü ildə ekspedisiyanın balansında olan evdən xidməti mənzil yataqxana verilmişdir. O, indiyə qədər həmin mənzildə ailəsi ilə yaşayır. Bütün əşyaları burada yerləşir. Mənzilin kommunal xərclərini vaxtlı-vaxtında ödəmişdir. Onun başqa ev və mənzili yoxdur. Məhkəmə iclasında Cavabdeh3 iddianı qəbul etməyərək, izahatında göstərmişdir ki, atası Əmrullah 1965-ci ildən 2008-ci ilə qədər Baş Qafqaz Geoloji Axtarış Ekspedisiyasında traktorçu işləyib. Atasına Ekspedisiyanın həmkarlar ittifaqı və administrasiyasının qərarı ilə xidməti mənzil yataqxana verilib. O da atasının ailə üzvü kimi həmin vaxt həmin mənzilə köçmüşdür və 30 ilə yaxındır ki, ailəsi ilə bu mənzildə yaşayır. Mənzilin kommunal xərclərini vaxtlı-vaxtında ödəmişdir. Onun və ailəsinin yaşamağa başqa yeri yoxdur. Bütün əşyaları bu evdədir. Məhkəmə iclasında Cavabdeh4 nümayəndəsi Nümayəndə2 iddianı qəbul etməyərək, izahatında göstərmişdir ki, o, Cavabdeh4 arvadıdır. Cavabdeh4 1991-ci ildən Baş Qafqaz Geoloji Axtarış Ekspedisiyasında fəhlə işləmişdir. Cavabdeh4 ekspedisiyanın administrasiyası və həmkarlar ittifaqının birgə qərarı ilə xidməti yataqxana mənzil verilmişdir və onlar ailəlikcə həmin vaxtdan bu mənzildə yaşayırlar. Mənzilin kommunal xərclərini vaxtlı-vaxtında ödəmişlər. Bütün əşyaları burada yerləşir. Onların başqa ev və mənzili, yaşamağa başqa yerləri yoxdur. Məhkəmə iclasında Cavabdeh10 iddianı qəbul etməyərək, izahatında göstərmişdir ki, o, 1971-ci ildən 2018-ci ilədək Baş Qafqaz Geoloji Axtarış Ekspedisiyasında aparıcı mühasib işləmişdir. Ona 1980-ci ildə ekspedisiyanın administrasiyası və həmkarlar ittifaqının birgə qərarı ilə xidməti yataqxana mənzil verilmişdir və o, həmin vaxtdan bu mənzildə yaşayır. Mənzilin kommunal xərclərini həmişə ödəmişdir. Bütün əşyaları burada yerləşir. Onların başqa ev və mənzili, yaşamağa başqa yerləri yoxdur. Məhkəmə iclasında Cavabdeh9 iddianı qəbul etməyərək, izahatında göstərmişdir ki, o, 1989-cu ildən 2022-ci ilədək Baş Qafqaz Geoloji Axtarış Ekspedisiyasında kadrlar üzrə aparıcı mütəxəssis vəzifəsində işləmişdir. Ona 2000-ci illərin əvvəllərində müdiriyyət və həmkarlar ittifaqı tərəfindən xidməti yataqxana mənzil verilmişdir. O, həmin vaxtdan indiyə qədər bu mənzildə yaşayır. Bütün əşyaları burada yerləşir. Mənzilin kommunal xərclərini vaxtlı-vaxtında ödəmişdir. Onların başqa ev və mənzili, yaşamağa başqa yerləri yoxdur. Məhkəmə iclasında Cavabdeh8 iddianı qəbul etməyərək, izahatında göstərmişdir ki, o, 1990-cı ildən Baş Qafqaz Geoloji Axtarış Ekspedisiyasında mühafizəçi işləmişdir. Ekspedisiyanın müdiriyyəti ona xidməti yataqxana vermişdir. O, həmin vaxtdan bu mənzildə yaşayır. Bütün əşyaları burada yerləşir. Mənzilin kommunal xərclərini vaxtlıvaxtında ödəmişdir. Onun və ailəsinin başqa ev və mənzili, yaşamağa başqa yeri yoxdur. Məhkəmə iclasında Cavabdeh5 iddianı qəbul etməyərək, izahatında göstərmişdir ki, o, 1991-ci ildən 2018-ci ilədək Baş Qafqaz Geoloji Axtarış Ekspedisiyasında fəhlə işləmişdir. Ekspedisiyanın müdiriyyəti və həmkarlar ittifaqı ona 2005-2006-cı illərdə xidməti yataqxana vermişdir və o, həmin vaxtdan ailəsi ilə burada yaşayır. Bütün əşyaları burada yerləşir. Mənzilin kommunal xərclərini vaxtlı-vaxtında ödəmişdir. Onların başqa ev və mənzili, yaşamağa başqa yerləri yoxdur. 30 yanvar 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddianı qəbul etməyərək, izahatında göstərmişdir ki, o, 1970-ci ildən olmaqla 40 il Baş Qafqaz Geoloji Axtarış Ekspedisiyasında işləmişdir. Ekspedisiyanın müdiriyyəti ona xidməti yataqxana vermişdir. O, həmin vaxtdan bu mənzildə yaşayır. Bütün əşyaları burada yerləşir. Mənzilin kommunal xərclərini həmişə ödəmişdir. Onun və ailəsinin başqa ev və mənzili, yaşamağa başqa yerləri yoxdur. Cavabdeh2 sonrakı məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi Daşınmaz əmlakın dövlət reyestrinin xx.xx.2024-cü il tarixli 323 nömrəli arayışında göstərilir ki, Cavabdeh3 adına respublika ərazisi üzrə fərdi yaşayış evi və ya mənzil sahəsi üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində, keçmiş X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarələrinin arxiv fondunda, Əmlak Məsələləri Dövlət Komitəsi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş elektron məlumat bazasında məlumat yoxdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi Daşınmaz əmlakın dövlət reyestrinin xx.xx.2023-cü il tarixli 1022 nömrəli arayışında göstərilir ki, Cavabdeh8 adına respublika ərazisi üzrə fərdi yaşayış evi və ya mənzil sahəsi üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində, keçmiş X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarələrinin arxiv fondunda, Əmlak Məsələləri Dövlət Komitəsi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş elektron məlumat bazasında məlumat yoxdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi Daşınmaz əmlakın dövlət reyestrinin xx.xx.2023-cü il tarixli 1404 nömrəli arayışında göstərilir ki, Cavabdeh4 adına respublika ərazisi üzrə fərdi yaşayış evi və ya mənzil sahəsi üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində, keçmiş X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarələrinin arxiv fondunda, Əmlak Məsələləri Dövlət Komitəsi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş elektron məlumat bazasında məlumat yoxdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ekologiya X19 Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidməti tərəfindən verilmiş 18/V/118 nömrəli xx.xx.2022-ci il tarixli Balakən rayonu Mahamalar kəndində yaşayan Cavabdeh3 ünvanlanmış məktubda göstərilir ki, X1 1966-1997-ci illər ərzində Baş Qafqaz Geoloji Axtarış Ekspedisiyasında işləməsinə dair arayışın verilməsi ilə əlaqədar məktubuna Milli Geoloji Kəşfiyyat Xidmətində aidiyyəti üzrə baxılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ekologiya X19 Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidməti tərəfindən verilmiş 18/V/199 nömrəli xx.xx.2022-ci il tarixli arayışda göstərilir ki, Cavabdeh3 atası X7 həqiqətən Baş Qafqaz Geoloji Axtarış Ekspedisiyasında aşağıdakı kimi işləmişdir: 12 fevral 1969-cu ildə X3 Axtarış Partiyasına traktorçu qəbul edilmişdir (Əmr № 29, xx.xx.1969-cu il); 09 avqust 1989-cu ildə X14 Partiyasına buldozer maşinisti keçirilmişdir (Əmr № 93, 09.08. 1989-cu il); 01 avqust 2008-ci ildə öz xahişi ilə işdən azad edilmişdir (Əmr № 37/k, xx.xx.2002-ci il). Əsas: 1969-2002-ci illər üzrə əməyin ödənilməsi cədvəlləri, t-2 kitabları. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Baş Qafqaz GKE-nin idarə işçilərinin Həmkarlar İttifaqı Komitəsinin 20 noyabr 1971-ci il tarixdə birgə keçirilmiş iclasının protokolundakı qərarından çıxarışda göstərilir ki, Baş Qafqaz GKE-nin balansında olan yataqxana tipli 2-ci evin 2-ci mərtəbəsindəki mənzil 1971-ci ildən ekspedisiyada çalışan böyük mühasib Cavabdeh10 verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikasının Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsinin 26 aprel 1994-cü il tarixli 59 nömrəli əmrində göstərilir ki, Dövlərgeolkomda Baş Qafqaz geoloji ekspedisiyasının balansında olan 4 ədəd, 2 mərtəbəli, 12 mənzilli daş binaların orada yaşayan sakinlərin şəxsi mülkiyyətinə əvəzsiz verilməsinə baxılmasını və həll edilməsini operativ həll etmək üçün aşağıdakı tərkibdə komissiya yaradılmışdır: 1.Ə.D.Səmədov- Dövlərgeolkomun Tikinti və Təchizat şöbəsinin rəisi –komissiyanın sədri, 2. Ə.M.Canibəyov- Dövlərgeolkomun aparıcı hüquqşünası, 3. Q.İ.Hacıkərimov- Baş Qafqaz GKE-nin rəisi, 4. F.M.İsmayılov- Baş Qafqaz GKE-nin baş mühəndisi, 5. X.B.Ağcayev- Baş Qafqaz GKE-nin Həmkarlar təşkilatının sədri. Baş Qafqaz GKE-nin rəhbərliyinə tapşırılsın ki, ekspedisiyasının balansında olan bütün yaşayış binalarının siyahısını dəqiqləşdirib may ayının 1-nə kimi komissiyaya təqdim edilsin. Komissiyaya tapşırılsın ki, təqdim edilmiş sənədləri yerindəcə yoxlasın və mənzillərin orada yaşayanlara əvəzsiz verilməsi barədə rəsmi sənədləri mövcud qaydada rəsmiləşdirilsin. Əmrin icrasına nəzarət Dövlətgeolkomun sədr müavini S.İ.Məcidova həvalə edilsin. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Balakən Rayon İcra Hakimiyyəti Başçısının Mahamalar Kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəsinin 15 avqust 2023-cü il tarixli 908 nömrəli arayışında göstərilir ki, Cavabdeh4 həqiqətən Balakən rayon Mahamalar kənd sakinidir və aşağıda adları qeyd olunan ailə üzvləri vardır: 1-Yoldaşı Nümayəndə2 2-X20 Tengiz İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Balakən rayon Mahamalar Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 142 nömrəli arayışında göstərilir ki, Cavabdeh8 Naib oğlunun Mahamalar bələdiyyəsi ərazisində həyətyanı torpaq sahəsi yoxdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Balakən rayon Mahamalar Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 153 nömrəli arayışında göstərilir ki, Cavabdeh4 Mahamalar bələdiyyəsi ərazisində həyətyanı torpaq sahəsi yoxdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən Rayon İcra Hakimiyyəti Başçısının Mahamalar kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən verilmiş 23 avqust 2022-ci il tarixli 631 nömrəli arayışında göstərilir ki, Cavabdeh4 həqiqətən Balakən rayon Mahamalar kənd sakinidir. Vətəndaşın Mahamalar kəndi üzrə təsərrüfat başına kitablarda özünə məxsus fərdi yaşayış evi barədə qeyd aşkar olunmamışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Balakən Rayon İcra Hakimiyyəti Başçısının Mahamalar Kənd İnzibatı Ərazi Dairəsi Üzrə Nümayəndəsinin 08 iyun 2023-cü il tarixli 623 nömrəli arayışında göstərilir ki, X16 həqiqətən Balakən rayonu Mahamalar kənd sakinidir. X11 Ekspedissivasma məxsus olmuş, hal - hazırda Balakən Rayon Mənzil İstismar Müəssisəsinin balansına verilmiş yataqxana binasında uzun illər ailəsi ilə birgə yaşayıb. Vətəndaş hal - hazırda qazanc əldə etmək məqsədilə Rusiya Federasiyasında müvvəqəti olaraq getmişdir, qonşularının və ailəsinin bildirməsinə görə təxminən 2019 - cu ildə ailə həyatı quraraq Balakən rayon Mənzil İstismar Müəssisəsi tərəfindən Liter C olaraq qeydə alman 2 mərtəbəli yataqxana binasının 2 - ci mərtəbəsində 2 (iki) azyaşlı övladı ilə birgə məskunlaşıb. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş arayışda göstərilir ki, respublika ərazisi üzrə Cavabdeh11 adına fərdi yaşayış evi və ya həyətyanı torpaq sahəsi üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində, keçmiş X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarələrinin arxiv fondunda, Əmlak Məsələləri Dövlət Komitəsi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş elektron məlumat bazasında məlumat yoxdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Baş Qafqaz GKE-nin idarə işçilərinin Həmkarlar İttifaqı Komitəsinin 15 oktyabr 1982-ci il tarixdə birgə keçirilmiş iclasının protokolundakı qərarından çıxarışda göstərilir ki, Baş Qafqaz Geoloji Kəşfiyyat Ekspedisiyasınin balansında olan yataqxana tipli 2-ci evin mənzili yaşamaq üçün ekspedisiyanin kadrlar üzrə mütəxəssisi 1973-cü ildən ekspedisiyada çalışan Cavabdeh11 Ziyavəddin qızına verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Baş Qafqaz GKE-nin idarə işçilərinin Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2004-cü il tarixdə birgə keçirilmiş iclasının protokolundakı qərarında göstərilir ki, Baş Qafqaz GKE-nin balansında olan yataqxana tipli 2№-li evin 1/4-cü mənzili 1990-ci ildən ekspedisiyada aparıcı mühasib işləyən və halhazırda mənzilə ehtiyacı olan Cavabdeh6 Şamsuda qızına verilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehlərin izahatlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında tərəflərin izahatları, işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Cavabdeh11 1974-cü ildən 2018-ci ilə qədər əvvəllər fəaliyyət göstərən Baş Qafqaz Geoloji Axtarış Ekspedisiyasında kadrlar şöbəsinin müfəttişi, sonra isə rəisi işləmiş, ekspedisiyanın administrasiyası və həmkarlar ittifaqı tərəfindən ona 1986cı ildə ekspedisiyanın balansında olan yataqxana tipli evdən xidməti mənzil verilmişdir. Həmçinin Cavabdeh6 1990-cı ildən 2019-cu ilə qədər Baş Qafqaz Geoloji Axtarış Ekspedisiyasında hesabdar və aparıcı mühasib işləmiş və ona ekspedisiyanın administrasiyası və həmkarlar ittifaqının birgə qərarı ilə 2004-cü ildə ekspedisiyanın balansında olan evdən xidməti mənzil yataqxana verilmiş, Cavabdeh3 atası X7 1965-ci ildən 2008-ci ilə qədər Baş Qafqaz Geoloji Axtarış Ekspedisiyasında işləmiş və həmkarlar ittifaqı və ekspedisiya müdiriyyəti tərəfindən yataqxana tipli xidməti mənzil verilmiş və Cavabdeh3 Əmrulla oğlu da atasının ailə üzvü kimi həmin mənzilə köçürülmüş, Cavabdeh4 1991-ci ildən Baş Qafqaz Geoloji Axtarış Ekspedisiyasında fəhlə işləmiş və ona da idarə rəhbərliyi tərəfindən xidməti yataqxana mənzil verilmiş, Cavabdeh10 1971-ci ildən 2018-ci ilədək Baş Qafqaz Geoloji Axtarış Ekspedisiyasında aparıcı mühasib işləmiş, ona 1980-ci ildə ekspedisiyanın administrasiyası və həmkarlar ittifaqının birgə qərarı ilə xidməti yataqxana mənzil verilmiş, Cavabdeh9 1989-cu ildən 2022-ci ilədək Baş Qafqaz Geoloji Axtarış Ekspedisiyasında kadrlar üzrə aparıcı mütəxəssis vəzifəsində işləmiş, ona 2000-ci illərin əvvəllərində müdiriyyət və həmkarlar ittifaqı tərəfindən xidməti yataqxana mənzil verilmiş, Cavabdeh8 1990-cı ildə Baş Qafqaz Geoloji Axtarış Ekspedisiyasında mühafizəçi işləmiş və o, ekspedisiya müdiriyyətinin razılığı ilə yataqxana tipli mənzilə köçürülmüş, Cavabdeh5 1991-ci ildən 2018-ci ilədək Baş Qafqaz Geoloji Axtarış Ekspedisiyasında fəhlə işləmiş və ekspedisiyanın müdiriyyəti və həmkarlar ittifaqı ona 2005-2006-cı illərdə xidməti yataqxana vermiş, Cavabdeh2 1970-ci ildən olmaqla 40 il Baş Qafqaz Geoloji Axtarış Ekspedisiyasında işləmiş, ekspedisiyanın müdiriyyəti ona xidməti yataqxana vermişdir. Lakin cavabdehlərə Baş Qafqaz Geoloji Axtarış Ekspedisiyasının müdiriyyəti tərəfindən, həmçinin Balakən Rayon İcra Hakimiyyəti tərəfindən həmin yataqxana mənzillərin istifadəsi və həmin mənzillərə köçürülmə ilə bağlı müvəqqəti və ya daimi orderlər verilməmişdir. Cavabdehlər yuxarıda göstərilən vaxtdan başlayaraq 10 ildən artıq olmaqla uzun müddətdir ki,Baş Qayqaz Geoloji Ekspedisiyasının balansında olmuş yataqxana tipli mənzillərdə yaşayırlar, onların ev eşyaları həmin mənzillərdə yerləşir, mənzillərin kommunal xərcləri cavabdehlər tərəfindən ödənilmişdir və həmin mənzillər cavabdehlərin yaşadıqları yaşayış sahəsi sayılır. İş materiallarına əsasən cavabdehlərin başqa evi, mənzilləri və həyətyanı torpaq sahələri yoxdur. Cavabdehlərin özlərinə məxsus digər yaşayış sahələri yoxdur. Cavabdehlərin hazırda yaşadığı Baş Qayqaz Geoloji Ekspedisiyasının balansında olmuş Balakən rayonu Mahamalar kəndində yerləşən yataqxana tipli məzillər hazırda Balakən Rayon Mənzil İstismar Müəssisəsinin balansındadır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Məcəllənin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. İnsan Hüquqlarının və X10 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 8-ci maddəsinin 1-ci bəndinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Avropa Konvensiyasının 8-ci maddəsinin 2-ci bəndinə əsasən milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığı, yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüquqların həyata keçirilməsinə hakimiyət orqanları tərəfindən müdaxiləyə yol verilmir. Mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olmuş Azərbaycan SSR Mənzil Məcəlləsinin 6-cı maddəsinə əsasən yaşayış evləri və yaşayış sahələri vətəndaşların daimi yaşaması üçün, habelə müəyyən edilmiş qaydada xidməti yaşayış sahələri və yataqxanalar kimi istifadə olunmaq üçündür. Həmin Məcəllənin 28-ci maddəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar SSR İttifaqı qanunvericiliyində, bu Məcəllədə və Azərbaycan SSR-in digər qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət və ictimai mənzil fondu evlərində istifadə üçün yaşayış sahəsi almaq hüququna malikdirlər. Yenə də həmin Məcəllənin 45 və 46-cı maddələrinin tələbinə əsasən idarə və imtimai mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərar üzrə, SSRİ Nazirlər Sovetinin nəzərdə tutulduğu hallarda isə müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı üzrə verilir və köçürülmək üçün yaşayış sahəsi verilməsi haqqında sonra müvafiq xalq deputatları sovetinin icraiyyə komitəsinə məlumat verilir. Həmin Məcəllənin 51-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarlarla mənzilistismar təşkilatı (belə təşkilat olmadıqda müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədaradına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Yenə də həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Qeyd olunan Məcəllənin 100-cü maddəsinə əsasən xidməti yaşayış sahəsi əmək münasibətlərinin xarakterinə görə iş yerində və ya onun yaxınqlığında yaşamalı olan vətəndaşların köçməsi üçündür. Yaşayış sahəsi xidməti yaşayış sahəsi sırasına rayon, şəhər, şəhərdə rayon xalq deputatları soveti icraiyyə komitəsinin qərarı ilə daxil edilir. Xidməti yaşayış sahəsi kimi, bir qayda olaraq, ayrıca mənzil ayrılır. Yenə də həmin Məcəllənin 107-ci maddəsinə əsasən yataqxanalarda mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir. Yenə də həmin Məcəllənin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 1.1-ci maddəsinə əsasən mənzil qanunvericiliyi dövlət orqanları və bələdiyyələr tərəfindən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə şərait yaradılmasına, mənzil təhlükəsizliyinə, onun toxunulmazlığına, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyinə, mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn hüquqların (bundan sonra - mənzil hüquqları) maneəsiz həyata keçirilməsi zəruriliyinə, habelə bu Məcəllədən, digər qanundan və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin (bundan sonra – mənzil münasibətləri) iştirakçılarının bərabərliyinin tanınması zəruriliyinə, pozulmuş yaşayış hüquqlarının bərpasının, onların məhkəmə müdafiəsinin təmin edilməsi, yaşayış fondunun saxlanmasının və yaşayış sahəsindən təyinatı üzrə istifadənin təmin edilməsi zəruriliyinə əsaslanır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının mənzil qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, bu Məcəllədən, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 1.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr bu Məcəllə ilə tənzimlənən mənzil münasibətlərinə (beynəlxalq müqavilədən onun tətbiqi üçün dövlətdaxili normativ hüquqi aktın qəbul edilməsi tələbinin irəli gəldiyi hallar istisna edilməklə) birbaşa tətbiq edilir. Əgər Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilədə müəyyənləşdirilən normalar mənzil qanunvericiliyində nəzərdə tutulan normalardan fərqlənərsə, onda beynəlxalq müqavilənin normaları tətbiq edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 2.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla olan şəxslər mülkiyyətçi, kirayəçi qismində və qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslarla yaşamaq üçün yaşayış sahəsini sərbəst seçmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 3.1-ci maddəsinə əsasən mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 4.0-cı maddəsinə əsasən dövlət orqanları və bələdiyyələr öz səlahiyyətləri daxilində mənzil hüquqlarının həyata keçirilməsi üçün şərait yaradır və bu məqsədlə: 4.0.1. vətəndaşların mənzil ehtiyaclarının təmin edilməsi üçün zəruri şəraitin yaradılması məqsədilə daşınmaz əmlak bazarının inkişafına köməklik göstərir; 4.0.2. müəyyən edilmiş qaydada sosial kirayə müqavilələri əsasında və ya dövlət və ya bələdiyyə mənzil fondu yaşayış sahələrinin kirayə müqavilələri əsasında vətəndaşları yaşayış sahələri ilə təmin edir; 4.0.3. mənzil tikintisini stimullaşdırır; 4.0.4. yaşayış sahəsi əldə edənlərin və qanuni əsaslarla onlardan istifadə edənlərin, kommunal xidmətlərin, habelə mənzil fonduna aid digər xidmətlərin istehlakçılarının hüquqlarının və qanuni mənafelərinin müdafiəsini təmin edir; 4.0.5. mənzil qanunvericiliyinin yerinə yetirilməsinə, mənzil fondundan istifadəyə və onun qorunmasına, yaşayış sahələrinin müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə uyğunluğuna nəzarəti təmin edir; 4.0.6. mənzil tikintisi həyata keçirilərkən qanunvericiliklə müəyyənləşdirilmiş tələblərin yerinə yetirilməsinə nəzarəti təmin edir; 4.0.7. əhalinin müxtəlif sosial təbəqələrinin, xüsusilə gənc ailələrin güzəştli ipoteka kreditləri ilə təmin edilməsi üçün tədbirlər görür. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 5.1-ci maddəsinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 5.3-cü maddəsinə əsasən bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 6.0-cı maddəsinə əsasən mənzil qanunvericiliyi aşağıdakılarla bağlı münasibətləri tənzimləyir: 6.0.1. dövlət və bələdiyyə mənzil fonduna daxil olan yaşayış sahələrinə sahiblik, istifadə və sərəncam hüquqlarının əmələ gəlməsi, həyata keçirilməsi, dəyişdirilməsi və bu hüquqlara xitam verilməsi; 6.0.2. xüsusi mənzil fonduna daxil olan yaşayış sahələrindən istifadə edilməsi; 6.0.3. yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinin ümumi mülkiyyətindən istifadə edilməsi… Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 9.1-ci maddəsinə əsasən mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 12.1-ci maddəsinə əsasən yaşayış sahələri mənzil hüququnun obyektidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 12.2-ci maddəsinə əsasən yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra – tələblərə) cavab verən) ayrıca sahə başa düşülür. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 14.1-ci maddəsinə əsasən yaşayış sahəsinin əsas təyinatı həmin sahədə insanların yaşamasıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.3-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48.1-ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 69.1-ci maddəsinə əsasən kirayəçinin öz ailə üzvlərini (arvadını (ərini), uşaqlarını və valideynlərini) sosial kirayə müqaviləsi əsasında yaşadığı yaşayış sahəsinə köçürmək hüququ vardır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 69.2-ci maddəsinə əsasən kirayəçinin yetkinlik yaşına çatmış öz ailə üzvlərinin, o cümlədən müvəqqəti başqa yerə getmiş ailə üzvlərinin və kirayəyə verənin yazılı razılığı ilə digər vətəndaşları onunla birlikdə yaşayan ailə üzvləri kimi sosial kirayə müqaviləsi əsasında yaşadığı yaşayış sahəsinə köçürmək hüququ vardır. Kirayəyə verən vətəndaşların kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri kimi köçürülməsini o halda qadağan edə bilər ki, onların köçürülməsi nəticəsində müvafiq yaşayış sahəsinin ailə üzvlərinin adambaşına düşən ümumi sahəsi uçot normasından az olsun. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91.1-ci maddəsinə əsasən xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aşağıdakılar aiddir: 91.1.1. xidməti yaşayış sahələri; 91.1.2. yataqxanalarda yaşayış sahələri; 91.1.3. manevr fondu yaşayış sahələri; 91.1.4. əhaliyə sosial xidmət sisteminə daxil olan binalarda yaşayış sahələri; 91.1.5. məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; 91.1.6. qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; 91.1.7. ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələri. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 92-ci maddəsinə əsasən xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq-mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 93.1-ci maddəsinə əsasən yataqxanalarda yaşayış sahələri vətəndaşların işlədiyi, xidmət keçdiyi və təhsil aldığı müddət ərzində yaşaması üçün nəzərdə tutulur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 103.1-ci maddəsinə əsasən xidməti yaşayış sahələri vətəndaşlara ayrıca mənzil kimi verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 104.1-ci maddəsinə əsasən yataqxanalarda yaşayış sahələri adambaşına düşən yaşayış sahəsinin altı kvadratmetrdən az olmaması şərti ilə verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.3-cü maddəsinə əsasən bu Məcəllənin 146.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahələrinin özəlləşdirilməsi Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulduğu hallarda və qaydada həyata keçirilə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.4-cü maddəsinə əsasən dövlət mənzil fondunun bu Məcəllənin 146.1-ci maddəsinə aid edilməyən yaşayış sahələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada özəlləşdirilməsinə yol verilir. İşin hallarına tətbiq edilməli olan qanun normalarına uyğun hüquqi qiymət verən məhkəmə qeyd edir ki, vətəndaşların Azərbaycan Respublikasının Konstitusiyasında və digər qanunvericilik aktlarında təsbit olunmuş mənzil hüququ vardır və bu hüququn təmin edilməsində öhdəlik dövlət və bələdiyyənin üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48.1-ci maddəsinə əsasən sosail kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48.2-ci maddəsinə əsasən qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. İş materiallarından görünür ki, cavabdehlər uzun müddətdir ki, mübahisə predmetini təşkil edən mənzillərdə yaşayırlar və qanunvericiliyin tələbinə əsasən həmin mənzillər cavabdehlərin evləri sayılır. Cavabdehlərin əşyaları həmin mənzillərdə yerləşir və onların həmin mənzillərlə davamlı və yetərli əlaqələri vardır və həmin mənzillər onların faktiki sahiblik və istifadəsindədir. Cavabdehlərin özlərinə məxsus digər yaşayış sahələri yoxdur və dövlət və bələdiyyə orqanları tərəfindən onlara yaşamaq üçün başqa mənzillər verilməmiş və ya təklif edilməmişdir. Həmçinin dövlət təşkilatı tərəfindən cavabdehlərin iddia predmetini təşkil edən mənzillərdən çıxarılması üçün heç bir kompensasiya verilməmiş və ya təklfi edilməmişdir. Həmin mənzillərdə cavabdehlərin ailə üzvləri ilə yaşaması üçün təxirəsalınmaz ictimai tələbat vardır. Belə olan halda cavabdehlərə heç bir kompensasiya ödənilmədən və ya onlara yaşamaq üçün digər mənzillər verilmədən onların uzun müddət yaşadığı, yetərli və davamlı əlaqələrdə olduğu və öz evləri saydığı mənzillərdən çıxarılması onların Azərbaycan Respublikaksı Konstitusiyasının 43-cü maddəsində və Avropa Konvensiyasının 8-ci maddəsində təsbit edilmiş mənzil toxunulmazlığı hüququnun pozulmasına gətirib çıxaracaqdır ki, bu da yolverilməzdir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin Strunjaq və başqaları Xorvatiyaya qarşı iş üzrə ərizənin qəbul edilənliyi barədə qərarında (ərizə №46943/99, Avropa İnsan Hüquqları Məhkəməsinin 2000-X) qeyd edilmişdir ki, Konvensiyanın 8-ci maddəsi yalnız şəxsin hazırkı mənzilinin toxunulmazlığına hörmət hüququnu qoruyur. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin O.ROUK Birləşmiş Krallığa qarşı işində ərizənin qəbul edilənliyi barədə qərarında (ərizə №46934/99, Avropa İnsan Hüquqları Məhkəməsinin 2000-X) və X5rşı iş üzrə 24 noyabr 1986-cı il tarixli qərarında qeyd edilmişdir ki, şəxs qaldığı yerin 8-ci maddəsində nəzərdə tutulan mənada «mənzil» sayılması üçün həmin yerlə yetərli və davamlı əlaqələrinin olduğunu sübut etməlidir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi yuxarıda adı çəkilən Gillounun işinə dair qərarında xatırlatmışdır ki,Gillounun işində ərizəçilər evlərində 1958-ci ildə məskunlaşmış, işləmək üçün xaricə getməzdən əvvəl orada iki il yaşamış və evdə olmadıqları müddətdə mebellərini evdə saxlamışlar. Xaricdə olarkən onlar Birləşmiş Krallığa qayıtdıqdan sonra həmin evdə yaşayacaqları barədə niyyətlərini ifadə etmişdilər. Sonralar 1979-cu ildə geriyə qayıtdıqdan sonra onlar yenidən həmin evdə məskunlaşmış və onların Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş hüquqlarına müdaxilə baş verənə qədər bir neçə ay orada yaşamışdılar. Məhkəmə müəyyən etmişdir ki, həmin işdə ərizəçilər sözügedən evdə özlərinə «mənzil» qurmuşdular və onların həmin mənzillə kifayət qədər davamlı əlaqələri vardı. (Bax: Valentina Akimova Azərbaycana qarşı 1985/3 saylı ərizənin qəbul edilənliyinə dair Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2006-cı il tarixli qərarı, 3-cü bənd, 3 və 4-cü abzaslar)». İşdəki sübutlara hüquqi qiymət verən məhkəmə hazırki işlə bağlı da nəzərə çatdırır ki, cavabdehlər mübahisəli evlərdə özlərinə mənzil qura bilmiş, həmin evlərdə yaşamışlar və yaşayırlar və onların həmin mənzillərlə yetərli və davamlı əlaqələri vardır. Ona görə də Avropa Konvensiyasının 8-ci maddəsi baxımından cavabdehlərin həmin yaşayış sahələrinə mənzil hüququ yaranmışdır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin presedent hüququ əsasında mənzil hüququna müdaxilə ilə bağıl qiymətləndirmə testi müəyyən olunmuşdur. Belə ki, Avropa Konvensiyasının 8-ci maddəsində nəzərdə tutulmuş mənzil hüququna müdaxilə üçün 1) bu müdaxilə qanunda nəzərdə tutulmalı; 2) qanuni məqsədlər daşımalı; 3) qoyulmuş məqsədlərin həyata keçirilməsinə mütənasib olmalı və demokratik cəmiyyətdə zəruri olmalıdır. İş hallarına qanunvericilik və İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin presedent hüququnun işığında qiymət verən məhkəmə hesab edir ki, hazırki işdə cavabdehlərin sözügedən mənzillərdən çıxarılması qanunda nəzərdə tutulsa da və bunun qanuni məqsəd daşıması qəbul olunsa belə, cavabdehlərin uzun müddətdir ki, həmin mənzillərdə yaşadığı, həmin mənzillərlə yetərli və davamlı əlaqələrinin olduğu, cavabdehlərin başqa yaşayış sahələrinin olmadığı, onlara yaşamaq üçün başqa mənizillərin verilmədiyi, həmçinin kompensasiyasının təklif edilmədiyi və verilmədiyi şəraitdə cavabdehlərin həmin mənzillərdən çıxarılması onları həddindən artıq ağır məhrumiyyət yükünə məruz qoymaqla qoyulmuş məqsədlərə mütənasib deyildir və demokratik cəmiyyətdə zəruri deyildir. Bunun əksi Avropa Konvensiyasının 8-ci maddəsinin pozuntusuna gətirib çıxaracaqdır ki, bu da yolverilməzdir. Bu xüsusda məhkəmə qeyd edir ki, Elmira Əhmədova Azərbaycana qarşı iş üzrə İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin qərarında eyni hal üzrə ərizəçinin evdən çıxarılması onun Avropa Konvensiyasının 8-ci maddəsində nəzərdə tutulmuş mənzil hüququnun pozulması kimi qiymətləndirilmişdir. Ona görə də məhkəmə hazırki iddianın təmin olunmaması nəticəsinə gəlir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına əsasən müvafiq qiymət verərək, hesab edir ki, Balakən Rayon Mənzil İstismar Müəssisəsinin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh11, Cavabdeh6, Cavabdeh4, Cavabdeh9, Cavabdeh8, Cavabdeh10 və Cavabdeh5 qarşı mənzildən çıxarma tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallada iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Balakən Rayon Mənzil İstismar Müəssisəsinin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh11, Cavabdeh6, Cavabdeh4, Cavabdeh9, Cavabdeh8, Cavabdeh10 və Cavabdeh5 qarşı mənzildən çıxarma tələbinə dair iddiası təmin olunmasın. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №e-2(019)-203/2024
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-203/2024
16.04.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver