Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-205/2024 19.11.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və cavabdehin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək , Cavabdeh onun mülkiyyətində olan, Balakən rayonu Hənifə kəndində yerləşən 0,9129 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.10 ha hissəsindən çıxarılması, onun mülkiyyətində olan həmin 0.10 ha torpaq sahəsinə sahiblik və istifadə etməyinə yönəlmiş cavabdehin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması, o cümlədən, iddianın qaldırılması üçün ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun mülkiyyətində Balakən rayonu Hənifə kəndində 0,9129 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Onun həmin torpaq sahəsi üzərindəki hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”la rəsmiləşdirilmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, iş üzrə Cavabdeh "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ına əsasən onun mülkiyyətində olan Hənifə kəndində yerləşən 0,9129 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadə və sahiblik etməsinə icazə vermir. Belə ki, onun mülkiyyətində olan həmin torpaq sahəsinin 0.10 ha hissəsini hasara almaqla həmin hissədən istifadə etməsinə mane olur. Cavabdeh həmin əmlakı faktiki olaraq zəbt etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək göstərdi ki, o, İddiaçı torpaq sahəsini zəbt etməmişdir.O, öz mülkiyyətində olan torpaq sahəsindən istifadə edir. İddia tələbi əsassızdır. İddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş AN-İ ******* nömrəli, 21 aprel 2021-ci il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı ümumi sahəsi 0.9129 ha olan torpaq sahəsini 2000 manata X13 və X4 almışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş X7 haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, ünvan 1i ünvanında yerləşən 0.9129 ha kənd təsərrufatı təyinatlı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 115 nömrəli vərəqəsində İddiaçı Əsədulla oğlunun adına qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 sentyabr 2024-cü il tarixli 3-16-16/2-10/2216 nömrəli ekspert rəyində göstərilir ki, Məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2024-cü il tarixdə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən: Qərardadın 1-ci sualı üzrə: Reyestr nömrəsi **********41 qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2021-ci il olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla İddiaçı xüsusi mülkiyyətində olan Balakən rayonu Hənifə kəndində yerləşən 0.9129 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə JN:709 KOD 40102018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı ilə Balakən rayon Aqrar İslahat Komissiyasının 14 iyul 2001-ci il tarixli 07 saylı qərarı ilə Cavabdeh, X5, X2, X1 və X3 ümumi birgə mülkiyyətinə verilmiş Balakən rayonu Hənifə kəndində yerləşən 1.54 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üst- üstə düşmür Qərardadın 2-ci sualı üzrə: Reyestr nömrəsi **********41 qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2021-ci il olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla İddiaçı xüsusi mülkiyyətində olan Balakən rayonu Hənifə kəndində yerləşən 0.9129 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.0650 ha hissəsi Cavabdeh tərəfindən istifadə edilir. Torpaq sahələrinin yerləşmə vəziyyəti mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, İddiaçı mülkiyyətində Balakən rayonu Hənifə kəndində 0,9129 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Onun həmin torpaq sahəsi üzərindəki hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, ona "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. İş üzrə Cavabdeh onun mülkiyyətində olan Hənifə kəndində yerləşən 0,9129 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.0650 ha hissəsini hasara almaqla zəbt edərək torpaq sahəsindən onun istifadə və sahiblik etməsinə icazə vermir. Ona görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəlləsinin 238.1, 238.3-cü maddələrinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Həmin Məcəllənin 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Məhkəmə işin hallarını, mübahisəli torpaq sahəsinin İddiaçı mülkiyyətində olmasını, Cavabdeh həmin torpaq sahələrinə heç bir hüququ olmadan bu torpaq sahələrini zəbt etməsini, lakin onun torpaq sahəsinin 0,10 hissəsini deyil, 0.0650 ha hissəsini zəbt etməsini, cavabdeh iddiaçının mülkiyyətinidə olan torpaq sahəsini zəbt etməklə onun mülkiyyət hüququnu pozmasını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi torpaq sahəsindən çıxarılmaya aid hissədə qismən təmin edilməli, Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan Balakən rayonu Hənifə kəndində 0.9129 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbt etdiyi 0.0650 ha hissəsindən çıxarılmalıdır. Cavabdeh iddiaçıya məxsus torpaq sahəsindən çıxarıldıqdan sonra onun iddiaçının həmin torpaq sahələrindən istifadəsinə maneçilik törətməsi mümkün olmayacağından iddia tələbi İddiaçı istifadəsinə Cavabdeh tərəfindən yaradılmış maneələrə son qoyulmasına aid hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən iddiaçının ödədiyi 100 manat dövlət rüsumunun 50 manatı Cavabdeh alınaraq İddiaçı verilməlidir. Ödənilmiş dövlət rüsumunun qalan 50 manatı İddiaçı özünə aid edilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan Balakən rayonu Hənifə kəndində yerləşən 0.9129 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbt etdiyi 0.0650 ha hissəsindən çıxarılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. 50 manat ekspertiza xərcinin 25 manatı Cavabdeh, 25 manatı İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142595, X6 Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesaba ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan Balakən rayonu Hənifə kəndində yerləşən 0.9129 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbt etdiyi 0.0650 ha hissəsindən çıxarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. 50 manat ekspertiza xərcinin 25 manatı Cavabdeh, 25 manatı İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142595, X6 Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesaba ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-205/2024
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-205/2024
19.11.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver