Məhkəmə qərarları › İş №e-2(019)-21/2025

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-21/2025

27.01.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-21/2025 27.01.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, İddiaçı,onun nümayəndəsi-vəkili Nümayəndə1 və Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahələrindən payının naturada ayrılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********79, qeydiyyat nömrəsi ********** olan İddiaçı, X5 və Cavabdeh ümumi paylı mülkiyyətinə verilmiş 1.03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 3/6 hissədə və reyestr nömrəsi **********63 qeydiyyat nömrəsi ********** olan 0,6099 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 3/6 hissədə payının naturada ayrılması, Cavabdeh ona məxsus torpaq sahələrindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi-vəkili Nümayəndə1 işin məhkəmədə baxılmağa hazırlanması mərhələsində iddia tələbinin dəqiqləşdirilməsi və artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********79, qeydiyyat nömrəsi ********** olan, İddiaçı, X5 və Cavabdeh ümumi birgə mülkiyyətinə verilmiş 1.03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 3/6 hissədə payının naturada ayrılması, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********63 qeydiyyat nömrəsi ********** olan 0,6099 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 3/6 hissədə payının naturada ayrılması, Cavabdeh ona məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən çıxarılması, həmin torpaq sahəsində qanunsuz tikilmiş mal damının cavabdehin öz hesabına sökülərək götürməsi, mülkiyyət hüququnun bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxşı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı nümayəndəsi-vəkili Nümayəndə1 yenidən iddia tələbinin dəqiqləşdirilməsi və artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********79, qeydiyyat nömrəsi ********** olan, İddiaçı, X5 və Cavabdeh ümumi birgə mülkiyyətinə verilmiş 1.03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 3/6 hissədə payının naturada ayrılması, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********63 qeydiyyat nömrəsi ********** olan 0,6099 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 3/6 hissədə payının naturada ayrılması, Cavabdeh ona məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən çıxarılması, həmin torpaq sahəsində qanunsuz tikilmiş mal damının 40 kv/m hissəsinin cavabdehin öz hesabına sökülərək götürməsi, mülkiyyət hüququnun bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o ailəsilə birlikdə Balakən rayonu Meşəşambul kəndində yaşayır. Balakən Rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 19 may tarixli 07 nömrəli qərarı ilə ailə üzvlərinə-mərhum atası X3, İddiaçı və qardaşı Cavabdeh 1,64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri ayrılmışdır. Həmin torpaq sahəsindən 3/6 hissədə onun payı müəyyən edilmişdir. Lakin Cavabdeh ona məxsus torpaq sahəsindən istifadə etməyə qoymur. Torpaq sahəsinin ətrafına çəkilmiş hasarı dağıtmağa çalışır. Torpaq sahəsinin çox hissəsinin özünə məxsus olduğunu bildirir. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********79 nömrəli ********** qeydiyyat nömrəli çıxarışa əsasən 1.03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı 3/6 hissədə, reyestr nömrəsi **********63 qeydiyyat nömrəsi ********** olan 0,6099 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 3/6 hissədə payı müəyyən edilmişdir. Odur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş **********79 reyestr nömrəli ********** qeydiyyat nömrəli çıxarışa əsasən 1.03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı 3/6 hissədə, reyestr nömrəsi **********63 qeydiyyat nömrəsi ********** olan 0,6099 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 3/6 hissədə payının naturada ayrılması, Cavabdeh ona məxsus torpaq sahəsindən çıxarılması, cavabdehin tikdiyi mal damının ona aid torpaq sahəsində olan hissəsinin cavabdehin öz hesabına sökülməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi-vəkili Nümayəndə1 iddia ərizəsini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə2 iddianı etiraf etməyərək izahatında göstərdi ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 19 may tarixli 07 nömrəli qərarı ilə Cavabdeh, X2 və İddiaçı mülkiyyətinə Balakən rayon Meşəşambul kəndinin ərazisindən 1,64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri ayrılmışdır. Tərəflərin mərhum ataları X5 21 noyabr 2015-ci ildə vəfat etmişdir. X1 öz sağlığında həmin torpaq sahələrini onların razılığı ilə öz aralarında bölmüş, həmin vaxtdan tərəflər mübahisələndirilən torpaq sahələrindən istifadə edirlər. Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(019)-718/2022 saylı qətnaməsi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş RX seriyalı ******* nömrəli və RX seriyalı ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışlar ilə İddiaçı, onun mərhum atası X2 və Cavabdeh ümumi birgə mülkiyyətinə verilmiş, Balakən rayon Meşəşambul kəndinin ərazisində yerləşən 1.03009 ha və 0.6099 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin 1/3 hissəsinə İddiaçı payı müəyyən edilmişdir. 1.03009 ha və 0.6099 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri bir-birinə bitişikdir.Cavabdeh həmin torpaq sahələrindən təxminən 0.90 ha hissəsindən, İddiaçı isə 0.74 ha hissəsindən istifadə edir. 0,6099 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,43ha hissəsi faktiki istifadədir. Digər 0,18 ha hissəsi isə X6 ailə üzvüləri olan X8 və X7 faktiki istifadələrindədir və həmin torpaq sahələrində onlara məxsus fərdi yaşayış evi olmaqla orada yaşayırlar. Ekspertiza keçirilərkən işin bu halları nəzərə alınmamışdır. Odur ki, iddia tələbi əsassızdır. Ona görə də iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Balakən rayonu Meşaşambul kəndində yerləşən 1.03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2/6 hissəsi Cavabdeh, 1/6 hissəsi X2 və 3/6 hissəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 58 nömrəli reyestr kitabının 20 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi idarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş A seriyalı 890099 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Balakən rayonu Meşambul kəndində yerləşən 1.3 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi İddiaçı mülkiyyətindədir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi idarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Balakən rayonu Meşaşambul kəndində yerləşən 0.6099 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2/6 hissəsi Cavabdeh, 1/6 hissəsi X2 və 3/6 hissəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 58 nömrəli reyest kitabının 19 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləlri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi idarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş A seriyalı 890100 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Balakən rayonu Meşambul kəndində yerləşən 0.6099 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi İddiaçı mülkiyyətindədir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləlri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi idarəsi tərəfindən 23 oktyabr 2023-cü il tarixdə verilmiş 3-21-3-47/2-3901/2023 nömrəli mütəxəssis rəyində göstərilmişdir ki;

1. Balakən rayonu, Meşəşambul kəndlində yerləşən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi idarəsi tərəfindən Cavabdeh, X2 və İddiaçı ümumi paylı mülkiyyətinə verilmiş reyestr nömrəsi **********79 , qeydiyyat nömrəsi ********** olan 1.06 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı 3/6 hissə payının naturada ayrılması mümkündür. Cavabdeh və X2 və İddiaçı ümumi paylı mülkiyyətinə verilmiş reyestr nömrəsi **********79, qeydiyyat nömrəsi ********** olan 1,03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı 3/6 hissə payının naturada ayrılması tərtib edilmiş yerquruluşu planının 1-də göstərilmişdir. 2.Balakən rayonu, Meşəşambul kəndində yerləşən Azərbaycan Respublikası İqtisadiyyat Naziriyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən Cavabdeh, X2 və İddiaçı ümumi paylı mülkiyyətinə verilmiş reyestr nömrəsi **********63, qeydiyyat nömrəsi ********** olan 1.6099 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı 3/6 hissə payının naturada ayrılması mümkündür. Cavabdeh, X2 və İddiaçı ümumi paylı mülkiyyətinə verilmiş reyestr nömrəsi **********63, qeydiyyat nömrəsi ********** olan 1.6099 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı 3/6 hissə payının naturada ayrılması tərtib edilmiş yerquruluşu planı 2-də göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azrbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 noyabr 2023-cü il tarixli 10/4509 nömrəli ekspert rəyində göstərilmişdir ki, Məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2023-cü il tarixdə təqdim edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxı tərəfindən tərtib edilmiş müvafiq mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur. Qərardadın 1-ci sualı üzrə: Balakən rayonu, Meşəşambul kəndində yerləşən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən Cavabdeh,X2 və İddiaçı ümumi paylı mülkiyyətlərinə verilmiş reyestr nömrəsi **********79,qeydiyyat nömrəsi ********** olan 1.03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı 3/6 hissə payının naturada ayrılması mümkündür. Cavabdeh, X2 və İddiaçı ümumi paylı mülkiyyətlərinə verilmiş reyestr nömrəsi **********79, qeydiyyat nömrəsi ********** olan 1.03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı 3/6 hissə payının naturada ayrılması mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planı 1-də göstərilmişdir. Qərərdadın 2-ci sualı üzrə: Balakən rayonu, Meşəşambul kəndində yerləşən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövləti Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən Cavabdeh, X2, İddiaçı ümumi paylı mülkiyyətinə verilmiş reyestr nömrəsi **********63,qeydiyyat nömrəsi ********** olan 1.6099 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı 3/6 hissə payının naturada ayrılması mümkündür. Cavabdeh, X2 və İddiaçı ümumi paylı mülkiyyətinə verilmiş reyestr nömrəsi **********63, qeydiyyat nömrəsi ********** olan 1.6099 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı 3/6 hissə payının naturada ayrılması tərtib edilmiş yerquruluşu planının 2-də göstərilmişdir. Ekspertiza tədqiqatının dəyri 50 manatdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin 20 iyun 2024cü il tarixli 3-21-3-47/2-2530/2024 nömrəli mütəxəssis rəyində göstərilmişdir ki; Balakən rayonu, Meşəşambul kəndində yerləşən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən Cavabdeh, X2 və İddiaçı ümumi paylı mülkiyyətlərinə verilmiş reyestr nömrəsi **********79, qeydiyyat nömrəsi ********** olan 1.03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və reyestr nömrəsi **********63, qeydiyyat nömrəsi ********** olan 0.6099 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı və cavabdeh Bazarov Ramazan Mahama oğlunun faktiki istifadəsində olan torpaq sahələrinin ölçüləri tərtib edilmiş yerquruluşu planı-1-də göstərilmişdir. Balakən rayonu, Meşəşambul kəndində yerləşən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən Cavabdeh, X2 və İddiaçı ümumi paylı mülkiyyətlərinə verilmiş reyestr nömrəsi **********79, qeydiyyat nömrəsi ********** olan 1.03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ölçülərinə əsasən tərəflərin faktiki istifadə vəziyyətinə uyğunlaşdırılmaqla torpaq sahəsinin İddiaçı 3/6 hissə payının naturada ayrılması mümkündür.(Yerquruluşu planı -3) Reyestr nömrəsi **********63, qeydiyyat nömrəsi ********** olan 0.6099 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçı və cavabdehin faktiki istifadəsində olan torpaq sahələrinin tərəflərin faktiki istifadə vəziyyətinə uyğunlaşdırıldıqda pay normalarına uyğun olmadığına görə torpaq sahəsinin İddiaçı 3/6 hissə payının naturada ayrılması mümkün olmamışdır. Ancaq hüquqmüyyənedici sənədlərdə göstərilən ölçülərlə torpaq sahəsinin İddiaçı 3/6 hissə pay normalarına uyğun olaraq bölünməsi mümkündür. Mümkün olan torpaq sahəsinin bölgüsü tərtib edilmiş yerquruluşu planı-2-də göstərilmişdir. Balakən rayonu, Meşəşambul kəndində yerləşən Cavabdeh, X2 və İddiaçı ümumi paylı mülkiyyətlərinə verilmiş reyestr nömrəsi **********63, qeydiyyat nömrəsi ********** olan 0.6099 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüdudları daxilində cavabdeh tərəfindən inşa edilmiş tikili mal damının 40 kv.m hissəsi mümkün olan bölgüdə göstərildiyi kimi iddiaçıya ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşir. Həmin tikilinin (mal damının) 40 kv.m hissəsi bölgü sxeminə əsasən iddiaçıya veriləcək torpaq sahəsinin hüdudları daxilinə düşür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 04 dekabr 2024-cü il tarixli 10/5765 nömrəli ekspert rəyindən göstərilmişdir ki; Qərardadın 1-ci sualı üzrə: Balakən rayonu, Meşəşambul kəndində yerləşən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən Cavabdeh, X2 və İddiaçı ümumi paylı mülkiyyətlərinə verilmiş reyestr nömrəsi **********79, qeydiyyat nömrəsi ********** olan 1.03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və reyestr nömrəsi **********63, qeydiyyat nömrəsi ********** olan 0.6099 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı və cavabdeh Bazarov Ramazan Mahama oğlunun faktiki istifadəsində olan torpaq sahələrinin ölçüləri tərtib edilmiş yerquruluşu planı-1-də göstərilmişdir. Qərardadın 2-ci sualı üzrə: Balakən rayonu, Meşəşambul kəndində yerləşən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən Cavabdeh, X2 və İddiaçı ümumi paylı mülkiyyətlərinə verilmiş reyestr nömrəsi **********79, qeydiyyat nömrəsi ********** olan 1.03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ölçülərinə əsasən tərəflərin faktiki istifadə vəziyyətinə uyğunlaşdırılmaqla torpaq sahəsinin İddiaçı 3/6 hissə payının naturada ayrılması mümkündür.(Yerquruluşu planı -3) Reyestr nömrəsi **********63, qeydiyyat nömrəsi ********** olan 0.6099 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçı və cavabdehin faktiki istifadəsində olan torpaq sahələrinin tərəflərin faktiki istifadə vəziyyətinə uyğunlaşdırıldıqda pay normalarına uyğun olmadığına görə torpaq sahəsinin İddiaçı 3/6 hissə payının naturada ayrılması mümkün olmamışdır. Ancaq hüquqmüyyənedici sənədlərdə göstərilən ölçülərlə torpaq sahəsinin İddiaçı 3/6 hissə pay normalarına uyğun olaraq bölünməsi mümkündür. Mümkün olan torpaq sahəsinin bölgüsü tərtib edilmiş yerquruluşu planı-2-də göstərilmişdir. Qərardadın 3-cü sualı üzrə:

3. Balakən rayonu Meşəşambul kəndində yerləşən Cavabdeh X2 və İddiaçı ümumi paylı mülkiyyətlərinə verilmiş reyestr müddəti **********79, qeydiyyat nömrəsi ********** olan 1.03 ha kənd təsərrüfatı təyintlı torpaq sahəsi və reyestr nömrəsi **********63, qeydiyyat nömrəsi ********** olan 0.6099 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüdudları daxilində cavabdeh tərəfindən inşa edilmiş tikili mal damının 40.kv.m hissəsi mümkün olan bölgüdə göstərildiyi kimi iddiaçıya ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşir. Həmin tikilinin (mal damının) 40 kv.m hissəsi bölgü sxeminə əsasən iddiaçıya veriləcək torpaq sahəsinin hüdudları daxilinə düşür. Qərardadın 4-cü sualı üzrə: Mülki iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən tərtib edilmiş müvafiq mütəxəssis rəyində qərardadın 4-cü sualına münasibət bildirilmədiyindən həmin sualın cavablandırılması mümkün olmamışdır. Aparılmış ekspertiza tədqiqatın dəyəri 50 manatdır . İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli 31449 nömrəli qəbzdən görünür ki, İddiaçı 100 manat dövlət rüsumu xərcini ödəmişdir. Məhkəmə,tərəflərin nümayəndə -vəkillərinin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi zamanı müəyyən edildi ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 19 may tarixli 07 nömrəli qərarı ilə İddiaçı, onun mərhum atası X3 və qardaşı Cavabdeh ümumi birgə mülkiyyətinə Balakən rayonu Meşəşambul kəndinin ərazisindən 1,64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri ayrılmışdır. Torpaq sahəsi 1,03 hektar və 0.6099 ha olmaqla iki ərazidən ayrılmışdır. İddiaçı həmin torpaq sahələrindən 3/6 hissədə payı müəyyən edilmişdir. Paylı mülkiyyətçilər arasında narazılıq olduğundan İddiaçı sözügedən torpaq sahələrindən öz payının ayrılması ilə bağlı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ekspert rəyinə əsasən ümumi paylı mülkiyyətlərində olan torpaq sahələrindən İddiaçı payının naturada ayrılması mümkündür. Məhkəmə iclasında həmçinin müəyyən edildi ki, Cavabdeh həmin torpaq sahələrində inşa etdirdiyi mal damının 40 kv/m hissəsi ekspert rəyinə əsasən İddiaçı ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Mülki Məcəllənin 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 220.1-220.3-cü maddələrinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəlləsinin 238.1, 238.3-cü maddələrinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Həmin Məcəllənin 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək, işin hallarını, mübahisəli torpaq sahəsinin tərəflərin paylı mülkiyyətlərində olmasını, torpaq sahəsindən istifadə ilə bağlı tərəflər arasında mübahisə olmasını, iddiaçının 3/6 hissə payının naturada ayrılmasını tələb etməsini, ekspert rəyinə əsasən torpaq sahələrindən iddiaçının 3/6 hissə payının naturada ayrılmasının mümkün olmasını, Cavabdeh həmin torpaq sahələrində inşa etdirdiyi mal damının 40 kv/m hissəsinin ekspert rəyinə əsasən İddiaçı ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşməsini, qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki,iddia təmin edilməli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********79, qeydiyyat nömrəsi ********** olan və reyestr nömrəsi **********63 qeydiyyat nömrəsi ********** olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışlara əsasən İddiaçı, X5 və Cavabdeh ümumi paylı mülkiyyətinə verilmiş 1.03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən və 0,6099 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı 3/6 hissə payı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 04 dekabr 2024-cü il tarixli 10/5765 nömrəli ekspert rəyinə əlavə edilmiş bölgü sxemlərinə (yerquruluşu planı 1,2,3) uyğun naturada ayrılmalı, Cavabdeh həmin torpaq sahələrinin İddiaçı ayrılan 3/6 hissəsindən çıxarılmalı, Cavabdeh inşa etdirdiyi mal damının İddiaçı ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşən 40 kv/m hissəsi onun özünün hesabına sökülməli, iddiaçının mülkiyyət hüquqları bərpa edilməlidir Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən iddiaçının ödədiyi 100 manat dövlət rüsumu xərci Cavabdeh tutulub İddiaçı verilməlidir. Həmçinin 100 manat ekspertiza xərci Cavabdeh tutulub dövlət büdcəsinə Az.MEM VÖEN **********, X4, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ 22 hesaba köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə qə t e t d i İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********79, qeydiyyat nömrəsi ********** olan və reyestr nömrəsi **********63 qeydiyyat nömrəsi ********** olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışlara əsasən İddiaçı, X5 və Cavabdeh ümumi paylı mülkiyyətinə verilmiş 1.03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən və 0,6099 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı 3/6 hissə payı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 04 dekabr 2024-cü il tarixli 10/5765 nömrəli ekspert rəyinə əlavə edilmiş bölgü sxemlərinə (yerquruluşu planı1,2,3) uyğun naturada ayrılsın;Cavabdeh həmin torpaq sahələrinin İddiaçı ayrılan 3/6 hissəsindən çıxarılsın;Cavabdeh inşa etdirdiyi mal damının İddiaçı ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşən 40 kv/m hissəsi onun özünün hesabına sökülsün; iddiaçının mülkiyyət hüquqları bərpa edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu xərci Cavabdeh alınıb İddiaçı verilsin. 100 manat ekspertiza xərci Cavabdeh tutulub dövlət büdcəsinə Az.MEM VÖEN **********, X4, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ 22 hesaba köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirməklə Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar