Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-217/2024 17.04.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X12 katibliyi, İddiaçı nümayəndəsi-vəkili Nümayəndə, cavabdeh və digər Cavabdeh3 nümayəndəsi Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı alqı-satqı müqaviləsinin etibarlı sayılması (bağlanmış hesab edilməsi) tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək İddiaçı ilə X23 arasında bağlanmış, JN seriyalı 874 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda 874W planşet nömrəsi ilə qeyd edilən Balakən rayonu, Tülü kəndində yerləşən 0,67 ha (6680,88 m ) torpaq sahəsinin alqı-satqısına dair 21 may 2004-cü il tarixli müqavilənin etibarlı sayılması (bağlanmış hesab edilməsi) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X23 və ailə üzvlərinin ümumi birgə mülkiyyətində Balakən rayonu, Tülü kəndi ərazisində 0,87 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmuşdur. Onların həmin əmlak üzərində mülkiyyət hüquqları JN seriyalı 874 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə rəsmiləşdirilmişdir. O, X23 və ailə üzvlərinin ümumi birgə mülkiyyətində Balakən rayonu, Tülü kəndi ərazisində yerləşən 0,87 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin JN seriyalı 874 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda 874W planşet nömrəsi ilə qeyd edilən 0,67 ha (6680,88 m) hissəsini X23 ilə aralarında bağlanmış 21 may 2004-cü il tarixli sadə yazılı əqdə əsasən dəyərini ödəməklə almış,bu barədə onlar arasında akt tərtib edilmişdir. Həmin tarixdən, yəni, 21 may 2004-cü ildən qeyd olunan torpaq sahəsindən özü istifadə edir və həmin torpaq sahəsinin vergilərini Balakən rayonu Tülü bələdiyyəsinə ödəyir. O, X23 və torpaq sahəsinin digər mülkiyyətçiləri olan cavabdehlərə dəfələrlə alqı-satqı müqaviləsinin notarial qaydada bağlanması üçün müraciət etsə də sonuncular hər dəfəsində müxtəlif bəhanələrlə müqavilənin bağlanmasından yayınmışlar.19 noyabr 2021ci il tarixdə X23 ölmüş və bundan sonra da cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müxtəlif bəhanələrlə müqavilənin bağlanmasından imtina etmişlər. Nəticədə, o, X23 ilə aralarında bağlanmış JN seriyalı 874 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda 874W planşet nömrəsi ilə qeyd edilən Balakən rayonu, Tülü kəndində yerləşən 0,67 ha (6680,88 kv/m ) torpaq sahəsinin alqı-satqısına dair 21 may 2004-cü il tarixli müqavilənin etibarlı sayılması (bağlanmış hesab edilməsi) tələbinə dair iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Nümayəndə iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh və digər Cavabdeh3 nümayəndəsi Cavabdeh1 iddianı etiraf etməyərək izahatında göstərdi ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının 07 dekabr 1997-ci il tarixli 37 saylı qərarı ilə onların, yəni X9 X2, X3, X6 və X7 ümumi birgə mülkiyyətinə Balakən rayonu Tülü kəndi ərazisindən 0.87 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və bu barədə onlara JN-874 KOD-40114018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı təqdim edilmişdir. Həmin torpaq sahəsinin Tuğay çöl “Təpə” adlı sahəsindən verilmiş 0.67 ha hissəsi 2004-cü ildə atası tərəfindən İddiaçı icarəyə verilmiş, o vaxtdan da torpaq sahəsi İddiaçı istifadəsindədir. Atası və onlar tərəfindən torpaq sahəsi Xanlara satılmamışdır. İddiaçı bələdiyyədə işləməsindən istifadə edərək 21 may 2004-cü il tarixli aktı yazaraq atasına imza etdirmişdir.Atası saf adam olmuş, Xanlara inanaraq həmin sənədə imza etmişdir. Onlar özlərinə düşən torpaq payını tələb edirlər. Atası və onlar ilə İddiaçı arasında notariat qaydasında heç bir müqavilə bağlanmadığından torpaq sahəsinin satılması barədə iddiaçının tələbi əsassızdır. İddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi . Məhkəmə iclasında Cavabdeh2 iddianı etiraf etməyərək,Cavabdeh1 izahatına uyğun eyni məzmunlu izahat verərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, 2004cü ildə Balakən rayon Tülü kənd bələdiyyəsində vergi müfəttişi vəzifəsində işləmişdir. X1 2004-cü ildə özünə və ailə üzvlərinə məxsus 0.87 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsinin Tuğay çöl sahəsindən verilmiş 0.67 ha torpaq sahəsini İddiaçı satmışdır. Torpaq sahəsinin satılması barədə 21 may 2004-cü il tarixdə akt tərtib edilmiş və həmin akt tərtib edilərkən özü də orada iştirak etmiş və tərtib edilmiş aktda imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X29 izahatında göstərdi ki, o, 2004-cü ildə Balakən rayon Tülü bələdiyyəsində işləmişdir. 2004-cü ildə mərhum X49 bələdiyyəsinə onun yanına gələrək ona və ailə üzvlərinə verilmiş 0,87 ha kənd təsərrüfatı məhsulları istehsalı olan torpaq sahəsinin Tuğay çöldəki “Təpə” adlanan sahəsindən verilmiş 0.67 ha torpaq sahəsini İddiaçı satdığını bildirərək həmin torpaq sahəsinin vergisinin Xanlardan alınmasını xahiş etmişdir. O, yalnız həyətyanı sahənin və həyətyanı sahəyə bitişik olan pay torpaq sahəsinin vergi pulunu ödəyəcəyini demişdir. O,da həmin vaxtdan 0.67 ha torpaq sahəsinin vergisini İddiaçı almışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş JN-874 KOD 40114018 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın surətindən görünür ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının 07 dekabr 1997-ci il tarixli 37 saylı qərarı ilə X30 , X10 , X17, X24 və X11 ümumi birgə mülkiyyətinə Balakən rayonu Tülü kəndi ərazisindən 0.87 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 21 may 2004-ci il tarixdə tərtib edilmiş Aktda göstərilmişdir: “ 21 may 2004-cü il tarixdə biz aşağıda imza edənlər: 1.İNB-nınTülü kəndində nümayəndəsi X18. 2.Tülü kənd bələdiyyəsinin mühasibi X13. 3.Tülü bələdiyyəsinin vergi müfəttişi Şahid2. 4.Tülü kənd sakini X30. 5.Tülü kənd sakini X10. 6.Tülü kənd sakini X17. 7.Tülü kənd sakini X25. 8.Tülü kənd sakini X26. 9.Tülü kənd sakini İddiaçı Bəşir oğlu yoldaşların iştirakı ilə tərtib edirik həmin aktı ondan ötəri ki, X14 ailəsinə verilən 874 saylı Dövlət aktına əsasən Tuğay çöldəki “Təpə” adlı sahədən düşmüş 0,67 ha pay torpağını ailəsi ilə birlikdə razılaşma yolu ilə 300000 (üç yüz min) manata Tülü kənd sakini İddiaçı Bəşir oğluna daimi olaraq satdı. 874 saylı Dövlət aktına əsasən Tuğay çöldəki “Təpə” adlı sahədən bizə verilmiş 0,67 ha pay torpağımızı daimi olaraq İddiaçı Bəşir oğluna gələcəkdə heç bir iddiamız olmamaq şərti ilə 300000 (üç yüz min) manata satdıq. 1.İmza:X30 2.imza:X10 3.imza:.X17 4.imza: X25 6.imza:X26 300000 (üç yüz min) manat nəğd pulu aldım:imza:X30. Tüğay çöldəki “Təpə” adlı sahədən X19 874 saylı Dövlət aktı ilə verilmiş 0.67 ha torpağını 300000 (üç yüz min) manata aldım:imza İddiaçı Bəşir oğlu. Odur ki, Aktı imzalarla təsdiq edirik. 1.imza Məmmədov Yaqub 2.imza Əzimov Seyfullah. 3.imza Şahid2 4.imza:Akqubayev Qədrət 5.imza:Akqubayeva Gövhər 6.imza:Akqubayeva Sevinc
7. imza: Akqubayeva Aygün. 8.imza: Akqubayeva Aysel. 9.imza: İddiaçı. İşdə olan və məhkəmə iclasında tədqiq edilən,Balakən rayon İcra Hakimiyyəti Başçısının Tülü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 27 noyabr 2023cü il tarixdə verilmiş 990 nömrəli arayışında göstərilmişdir ki, 874 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən X1na və ailəsinə məxsus 0.67 ha pay torpaq sahəsi 2004-cü ildən Tülü kənd sakini İddiaçı istifadəsindədir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən, Balakən rayon İcra Hakimiyyəti Başçısının Tülü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 49 nömrəli məktubda göstərilmişdir ki, “Verilir Balakən rayon Tülü bələdiyyəsi tərəfindən ondan ötrü ki, 874 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən X1na və onun ailəsinə məxsus 0.67 pay torpaq sahəsini Tülü kənd sakini İddiaçı 2004-cü ildən istifadə edir və hesablanmış vergiləri ödəyir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən, Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 12 dekabr 2023-cü il tarixli 3209 nömrəli ölüm haqqında arayışda göstərilmişdir ki, X23 19 noyabr 2001-ci il tarixdə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş,Zaqatala rayon qeydiyyat şöbəsi tərəfindən 10 fevral 2024-cü il tarixdə verilmiş 333 nömrəli nikah haqqında arayışdan görünür ki, X32 və X20 arasında 19 aprel 2016-cı il tarixdə 75 nömrəli nikah haqqında akt qeydi tərtib edilmiş,nikah bağlanandan sonra arvada Telliyeva soyadı verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş,Zaqatala rayon qeydiyyat şöbəsi tərəfindən 10 fevral 2024-cü il tarixdə verilmiş 331 nömrəli nikah haqqında arayışdan görünür ki, X21 və X16 arasında 10 noyabr 2011-ci il tarixdə 132 nömrəli nikah haqqında akt qeyit tərtib edilmiş, nikah bağlanandan sonra arvada Cəbrayılova soyadı verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Zaqatala rayon qeydiyyat şöbəsi tərəfindən 10 fevral 2024-cü il tarixdə verilmiş 332 nömrəli nikah haqqında arayışdan görünür ki, X27 və X22 arasında 26 sentyabr 2012-ci il tarixdə 204 nömrəli nikah haqqında akt qeydi tərtib edilmiş, nikah bağlanandan sonra arvada Mustafayeva soyadı verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən, Balakən rayonu Tülü kənd icra hakimiyyəti nümayəndəliyi tərəfindən 11 noyabr 1998-ci il tarixdə verilmiş V-JQ seriyalı 332183 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X28 10 noyabr 1998-ci ildə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İcra Hakimiyyəti başçısının Tülü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 18 mart 2024-cü il tarixdə verilmiş 257 nömrəli arayışdan görünür ki, Tülü kənd sakini İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş Ramazanov Eldar Başir oğlunun qardaşıdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə verdiyi xx.xx.2024-cü il tarixli ərizəsində göstərilmişdir ki, “İddiaçı cavabbehlər Cavabdeh1 və digərlərinə qarşı “alqı-satqı müqaviləsinin etibarlı sayılması tələbinə dair” mülki iş üzrə dövlət rüsumunu cavabdehlərdən tələb etmirik və dövlət rüsumunun iddiaçıya aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edirəm”. Məhkəmə iddiaçının nümayəndəsi-vəkilinin, cavabdehlərin izahatlarını, şahidlərin ifadələrini dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının 07 dekabr 1997-ci il tarixli 37 nömrəli qərarı ilə, JN-874 kod-40114018 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında X9, X2, X3, X4 və X7 ümumi birgə mülkiyyətinə Balakən rayonu Tülü kəndi ərazisindən 0.87 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. 21 may 2004-cü il tarixdə X23, özünün və ailə üzvüləri- X10, X16, X20 və X7 ümumi birgə mülkiyyətlərində olan həmin torpaq sahəsinin “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın JN- 874W planşet nömrəsində göstərilmiş 0.67 ha hissəsini o vaxtkı məzənnə ilə 300000 (üç yüz min) manata İddiaçı satmışdır. Bu barədə 21 may 2004-cü il tarixdə Tülü kənd icra nümayəndəliyində Tülü kənd icra nümayəndəsi X8, Tülü kənd bələdiyyəsinin mühasibi X5, Tülü bələdiyyəsinin vergi mütətişi Şahid2, Tülü kənd sakinləri-X9, X2, X3, X6, X7 və İddiaçı iştirakları ilə alqı-satqı aktı (müqaviləsi) tərtib olunmuşdur. O,vaxtdan da torpaq sahəsi İddiaçı sahibliyində və istifadəsindədir. İddiaçı həmin torpaq sahəsindən etirazsız istifadə edir,torpağın vergisini də özü ödəyir. 19 noyabr 2021-ci il tarixdə X23 öldükdən sonra cavabdehlər X16 , X20 , X22 torpaq sahəsinin satılmasına narazılıqlarını bildirdiklərindən və alqı-satqı müqaviləsinin notariat qaydasında bağlanması üçün notariat kontoruna getməkdən imtina etdiklərindən İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. İş materiallarından görünür ki, tərəflər arasında yaranmış hüquq münasibətləri torpaq alqı-satqı müqaviləsinin etibarlı hesab olunması ilə bağlı yaranan mübahisədir. Tərəflər arasındakı bu hüquq münasibətləri 21 may 2004-cü il tarixdə yaranmışdır. İddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması 24 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən salınmış Mülki Məcəllənin 335-ci maddəsidir. Həmin maddəyə əsasən, əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Qeyd edilən maddə, forma şərtinə riayət edilməməsi səbəbindən etibarsız əqdlərin etibarlı hala gətirilməsini (konvalidasiyasını) nəzərdə tuturdu. İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 mart 2006-cı il tarixli qərarında qeyd edilir ki, yuxarıda göstərilən maddənin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: -əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; -məhz əks tərəf əqdin notarial qaydasında təsdiqlənməsindən yayınmalı; -əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, notarial qaydada təsdiqlənmə tələbinə uyğun olmayan əqdin etibarlı hala gətirilməsi üçün, belə iddia irəli sürən şəxsin əqdi tamamilə icra etməsi tələb edilir ki, məhz bu şərtlə onun tələbi məhkəmə tərəfindən təmin oluna bilər. Belə məhkəmə qərarı notarial təsdiqetməni əvəz edir. Nəzərə almaq lazımdır ki, notarial təsdiqetmə əqdə münasibətdə xarici element olaraq əqdin bağlanmasına təsir etmir, ona hüquqi qüvvə verir. Qanunvericiliyin müəyyən etdiyi forma (şəkil) tələbinin yerinə yetirilməməsi tərəflərə bu əsas ilə müqavilənin etibarsızlığını irəli sürmək haqqını verir. Lakin nəzərə alınmalıdır ki, digər haqların realizəsində olduğu kimi, əqdin etibarsızlığının irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan sui-istifadəyə yol verməməlidirlər. Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Mülki Məcəllənin 16.1-ci maddəsində isə müəyyən edilmişdir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki Məcəllənin 560.1 və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. Bu müddəa digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur. Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi , 21 may 2004-cü il tarixdə X23, X10, X16, X20 və X22 ümumi birgə mülkiyyətlərində olan, JN-874 kod 40114018 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın JN- 874W planşet nömrəsində göstərilmiş 0.67 ha torpaq sahəsini o vaxtkı məzənnə ilə 300000 (üç yüz min) manata İddiaçı satmışlar.Bu barədə 21 may 2004-cü il tarixdə Tülü kənd icra nümayəndəsi X8, Tülü kənd bələdiyyəsinin mühasibi X5, Tülü bələdiyyəsinin vergi mütətişi Şahid2, Tülü kənd sakinləri-X9, X3, X6, X7 və İddiaçı iştirakları ilə alqı-satqı aktı (müqaviləsi) tərtib olunmuşdur.Həmin vaxt X23 torpaq sahəsinə görə İddiaçı o,vaxtkı məzənnə ilə 300000 ( üç yüz min) manat pulu almış və torpaq sahəsini və JN-874 kod 40114018 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın əslini İddiaçı sahibliyinə və istifadəsinə vermişdir.O,vaxtdan da torpaq sahəsi İddiaçı aşkar sahibliyində və istifadəsindədir. İddiaçı həmin torpaq sahəsindən etirazsız istifadə edir,torpağın vergisini də özü ödəyir. Beləliklə işin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı əqdi icra etmiş, tərəflər arasında bağlanmış 21 may 2004-cü il tarixli torpaq sahəsinin alqı-satqı müqaviləsinin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin-yəni cavabdeh tərəfin təqsiri ucbatından baş vermiş, məhz əks tərəf əqdin notarial qaydasında təsdiqlənməsindən yayınmışdırlar. Əqdin özü qanuna zidd olmamış və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmişdir. Alqı-satqının notariat qaydasında bağlanmaması, torpaq sahəsinin İddiaçı satılmaması, torpaq sahəsinin iddiaçıya icarəyə verilməsi barədə cavabdehlərin etirazları ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 52-ci maddəsinə əsasən, torpaq sahəsi üzərində birgə hüquqlar iki və daha çox şəxsin mülkiyyətində, istifadəsində və icarəsində torpaq sahəsi olduqda, habelə mülkiyyətçi, istifadəçi və icarəçi arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilə əsasında onlara məxsus olan torpaq sahələrinin birləşdirilməsi zamanı yaranır. İki və daha çox şəxsin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaq sahəsi həmin şəxslərin birgə mülkiyyət, birgə istifadə və ya birgə icarə hüququnda məxsus ola bilər. Birgə mülkiyyətdə olan torpaq sahələrinə sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin birgə mülkiyyət hüququ haqqında müddəalarına uyğun olaraq həyata keçirilir. Mülki Məcəllənin birgə mülkiyyətdə olan əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi ilə bağlı məsələləri tənzimləyən 222-ci maddəsinə görə isə birgə mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir. Beləliklə, birgə mülkiyyətçilərdən birinin ümumi mülkiyyətdə olan əmlaka sərəncamla bağlı əqdi digər birgə mülkiyyətçilərdən hər hansı birinin razılığı olmadan bağlaması qanunvericiliyin məcburi göstərişlərinə zidd olduğu üçün etibarsızlıq halının yaranmasına səbəb olur. Lakin burada nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 358-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Mülki Məcəllənin Səlahiyyət verilməyən şəxsin əqd bağlaması adlanan 360.2-ci maddəsinə görə, təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Mülki hüququn bəyənmə - sonradan verilən razılıq institutunu nəzərdə tutan Mülki Məcəllənin 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə (ex tunc) malikdir. Səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan suiistifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 3 mart 2023-cü il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. Qərarda həmçinin göstərilmişdir ki, Mülki Məcəllənin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu mənada mülki dövriyyənin sabitliyinin təmin edilməsi məqsədi ilə məhkəmələr təqdim olunmuş sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq onların əsasında müqavilə üzrə tərəflərin əsl məqsədlərini və iradə ifadələrini dəqiqləşdirməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsini müəyyən etməli, müqavilələrin etibarlı olub-olmamasına düzgün hüquqi qiymət verməlidir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar). Xüsusən mülkiyyət hüququ ilə bağlı mübahisələrin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayətinə dair 2021-ci il 12 aprel tarixli Qərarı). Məhkəmə işin hallarını, cavabdeh tərəfin torpaq sahəsinin icarəyə verilməsi barədə heç bir sübut təqdim etməmələrini, əksinə torpaq sahəsinin satılması ilə bağlı işdə mötəbər sübutlar olmasını, qanunvericiliyin və konstitusiya məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq hesab edir ki,İddiaçı ilə X23, X10, X16, X20, X22 arasında, sonuncuların mülkiyyətində olan 0.67 ha torapaq sahəsinin İddiaçı satılması barədə 21 may 2004-cü il tarixdə tərtib edilmiş alqı-satqı aktı (müqaviləsi) etibarlı hesab edilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Balakən Rayon Aqrar İslahat Komissiyasının 07 dekabr 1997-ci il tarixli 37 nömrəli qərarına əsasən JN-874 kod 40114018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə X9, X2, X3, X6 və X7 mülkiyyətinə verilmiş, Balakən rayonu Tülü kəndində yerləşən 0.87 ha kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsinin 874W planşet nömrəsindəki cizgilər daxilində yerləşən 0.67 ha (6680,88 kv/m ) hissəsinin İddiaçı satılması barədə İddiaçı ilə X23 aralarında 21 may 2004-cü il tarixdə tərtib edilmiş alqı-satqı aktı (müqaviləsi) etibarlı hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə qətetdi İddia təmin edilsin. Balakən Rayon Aqrar İslahat Komissiyasının 07 dekabr 1997-ci il tarixli 37 nömrəli qərarına əsasən JN-874 kod 40114018 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə X9, X2, X3, X6 və X7 ümimi birgə mülkiyyətinə verilmiş, Balakən rayonu Tülü kəndində yerləşən 0.87 ha kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsinin 874W planşet nömrəsindəki cizgilər daxilində yerləşən 0.67 ha (6680,88 kv/m ) hissəsinin İddiaçı satılması barədə İddiaçı ilə 19 noyabr 2021-ci il tarixdə ölmüş X23 aralarında 21 may 2004-cü il tarixdə tərtib edilmiş alqı-satqı aktı (müqaviləsi) etibarlı hesab edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Hümbət Səlimov