Məhkəmə qərarları › İş №e-2(019)-245/2022

Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-245/2022

17.03.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-245/2022 17.03.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı2, iddiaçıların nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 İlqar oğlunun cavabdehlər X1 və Cavabdeh2 qarşı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ünvan 1 ünvanı R,Səmədov küçəsi) istifadə hüququnun olmamasının müəyyən edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 onlara məxsus mənzildən çıxarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı1, İddiaçı2 və İddiaçı3 İlqar oğlu cavabdehlər X1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ünvan 2 ünvanı R,Səmədov küçəsi) istifadə hüququnun olmamasının müəyyən edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 onlara məxsus mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi-vəkili Nümayəndə məhkəməyə yazılı ərizə ilə müraciət edərək, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 İlqar oğlunun cavabdehlər X1 və Cavabdeh2 qarşı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ünvan 1 ünvanı R,Səmədov küçəsi) istifadə hüququnun olmamasının müəyyən edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 onlara məxsus mənzildən çıxarılması tələbinə dair iddia ərizəsinin qaytarılmasını və həmin iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etdi. Cavabdehlər X2 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, həmçinin onlardan işin mahiyyəti üzrə həll olunmasını tələb etməsi ilə bağlı hər hansı müraciət məhkəməyə daxil olmamışdır. Ona görə də məhkəmə hazırki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Məhkəmə iş üzrə sənədləri tədqiq edib, yuxarıda şərh edilənlərə əsasən hesab edir ki, iddiaçıların nümayəndəsi-vəkili Nümayəndə iddia ərizəsinin qaytarılması barəsində ərizə verdiyindən, cavabdehlər X2 və Cavabdeh2 işin mahiyyəti üzrə həll olunmasını məhkəməyə hər hansı formada (yazılı və ya şifahi) müraciət etməklə tələb etmədiyindən, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 İlqar oğlunun cavabdehlər X1 və Cavabdeh2 qarşı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ünvan 1 ünvanı R,Səmədov küçəsi) istifadə hüququnun olmamasının müəyyən edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 onlara məxsus mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmalı, iddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçılara qaytarılmalı, həmçinin iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, q ə r a r a a l d ı: İddiaçılar İddiaçı1, İddiaçı2, və İddiaçı3 İlqar oğlunun cavabdehlər X1 və Cavabdeh2 qarşı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ünvan 1 ünvanı R,Səmədov küçəsi) istifadə hüququnun olmamasının müəyyən edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 onlara məxsus mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın; iddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 İlqar oğluna qaytarılsın. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilsin. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar