Məhkəmə qərarları › İş №e-2(019)-25/2024

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-25/2024

23.12.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-25/2024 23.12.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və maneələrə son qoyulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı xüsusi mülkiyyətində olan Balakən rayonu Tülü kəndində yerləşən 0.76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh çıxarılması, Balakən rayonu Tülü kəndində yerləşən 0.76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı istifadəsinə Cavabdeh tərəfindən yaradılmış maneələrə son qoyulması, iddianın irəli sürülməsi üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki,Balakən rayon Dövlət notariat kontoru tərəfindən rəsmiləşdirilmiş 10 noyabr 2006-cı il tarixli 4Ə-324 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən, Balakən rayonu Tülü kəndində yerləşən 0,76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı Burahan oğlu tərəfindən alınmış, torpaq sahəsi naturada iddiaçıya tanıdılmış, iddiaçı həmin vaxtdan mübahisəli torpaq sahəsindən istifadə etməyə başlamışdır. 2003-cü il tarixdə mübahisəli torpaq sahəsinin qonşu sərhədində mülkiyyətçi olan Cavabdeh torpaq sahələrinin sərhəd nöqtələrində dəyişiklik etmiş, tərəflər arasında olan hasarı sökmüşdür. Bundan sonra, sərhəd nöqtələri üzərində tərəflər arasında mübahisələr yaranmış, lakin öz həllini tapmamışdır. 28 mart 2019-cu il tarixdə iddiaçı mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını dövlət qeydiyyatına aldırmış, adına RX seriyalı ******* nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilərək torpaq sahəsi naturada təkrar olaraq iddiaçıya tanıdılmış, torpaq sahəsinin naturada yerləşmə vəziyyəti A seriyalı 363114 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində öz əksini tapmışdır. Torpaq sahəsi təkrar olaraq naturada tanıdıldıqdan sonra iddiaçı tərəfindən cavabdehə müraciət edilmiş, cavabdehə məxsus torpaq sahəsinin də naturada müəyyən edilməsi sonuncuya təklif edilmiş, əks təqdirdə iddiaçıya məxsus torpaq sahəsindən çıxması təklif olunmuş, buna baxmayaraq cavabdeh bundan imtina etmiş, nəticədə iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə iddianı etiraf etməyərək izahatında göstərdi ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 07 dekabr 1997-ci il tarixli 37 saylı qərarı ilə Cavabdeh və onun ailə üzvləri olan X8, X9, X2 və X5 Balakən rayonu Tülü kəndi ərazisindən 0.95 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. 0.95 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsi tərəfindən JN 589 KOD 40114018 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktı hazırlanmışdır. JN 589 KOD 40114018 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə verilmiş 0.95 ha torpaq sahəsi iki müxtəlif ərazilərdən verilmişdir. İslahat nəticəsində torpaq sahələri verilərkən onların sərhədləri naturada tanıdılmış, ətraflarına mərz nişanları çəkilmiş və həmin ərazidə yerləşən hər bir şəxs bundan sonra onlara verilmiş və göstərilmiş torpaq sahəsindən bugünədək istifadə edirlər.JN 589 KOD 40114018 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktının 589W planşet nömrəsində göstərilən, sahəsi 5617.56 kvm torpaq sahəsində Cavabdeh fındıq ağacları əkmiş və hazırda həmin ərazi intensiv bar verən fındıq bağıdır. İddiaçı mübahisələndirdiyi ərazi isə JN 589 KOD 40114018 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktının 5 8 9 W planşet nömrəsində göstərilən sahəsi 5617.56 kvm torpaq sahəsinə bitişik ərazidə yerləşir. JN 589 KOD 40114018 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktının 589W planşet nömrəsində göstərilən sahəsi 5617.56 kvm torpaq sahəsinə bitişik 588W planşet nömrəsində göstərilən ərazi X15 məxsus olmuş torpaq sahəsi yerləşir. 2003-cü ildə X19 ona məxsus olan 0.76 ha torpaq sahəsini İddiaçı satmışdır. 2019-cu ildə isə iddiaçı özünə məxsus olan torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır.Hazırki iddia məhkəməyə verildikdən sonra cavabdeh onun mülkiyyətinə verilmiş faktiki istifadəsində olan 0.56 ha torpaq sahəsinin JN 589 KOD 40114018 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktının 589W planşet nömrəsində göstərilən plana-cizgiyə uyğun torpaq sahəsinin ölçü və koordinatlarında uyğunsuzluq olub-olmaması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinə müraciət etmiş və həmin müraciəti əsasında cavabdehin və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş onların faktiki istifadəsində olan 0.56 ha torpaq sahəsi ilə sənəd üzrə (müvafiq JN 589 KOD 40114018 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktı) olan torpaq sahəsinin ölçü və koordinatlarında uyğunsuzluq olmamışdır. Hesab edir ki, İddiaçı tərəfindən onun adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışda göstərilən torpaq islahatı zamanı verilmiş pay torpağında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqdan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqlar, yəni sərhəd, yerləşmə və konfiqurasiya fərqləri aradan qaldırılmalıdır ki, bu da hazırkı məhkəmənin predmeti deyildir. İddiaçı iddiası əsassızdır. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* №-li Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********90 olan, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli Çıxarışdan görünür ki, Balakən rayonu Tülü kəndində yerləşən 0.76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 75 nömrəli reyestr kitabının 37 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş A seriyalı 363114 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, 0.76 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətinə verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş JN-589 KOD 40114018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki,Balakən rayon Aqrar İslahat Komissiyasının 1997-ci il 07 dekabr tarixli 37 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə Balakən rayonu Tülü kəndi ərazisində yerləşən 0.95 ha torpaq sahəsi Cavabdeh, X6, X1, X7 və X4 ümumi birgə mülkiyyətinə verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 06 fevral 2023-cü il tarixdə verilmiş 3-21-3-47/2-432/2023 nömrəli mütəxəssis rəyində göstərilmişdir ki,

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi **********90 olan, ********** qeydliyyat nömrəli xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışla İddiaçı mülkiyyət hüquqları qeydə alınmış, Balakən rayonu, Tülü kəndində yerləşən 0.76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada ölçüləri 0.6556 ha olmaqla hüquqmüəyyənedici sənədlərdə göstərilən cizgilərlə qismən üst-üstə düşür. 2.JN-589 KOD40114018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında Balakən rayon Aqrar İslahat Komissiyasının 1997-ci il 07 dekabr tarixli 37 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə Cavabdeh, X6, X1, X7 və X4 ümumi birgə mülkiyyətinə verilmiş Balakən rayonu, Tülü kəndi ərazisində yerləşən 0.95 ha torpaq sahəsinin mübahisəli həmin JN-589 nömrəli Aktın 589W cizgisində göstərilən 0.56 ha torpaq sahəsinin naturada ölçüləri 0.6744 ha olmaqla hüquqmüəyyənedici sənədlərlə üst-üstə düşür. 3.Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi **********90 olan, ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışla İddiaçı mülkiyyət hüquqları qeydə alınmış Balakən rayonu, Tülü kəndində yerləşən 0.76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə JN-589 KOD 40114018 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında Balakən Rayon Aqrar İslahat Komissiyasının 1997-ci il 07 dekabr tarixli 37 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə Cavabdeh, X6, X1,X7 və X4 ümumi birgə mülkiyyətinə verilmiş Balakən rayonu, Tülü kəndi ərazisində yerləşən 0.95 ha torpaq sahəsi üst-üstə düşmür.

4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi **********90 olan, ********** qeydiyyat nömrəli xx.xx.2019-cü il tarixdə çıxarışla İddiaçı mülkiyyət hüquqları qeydə alınmış Balakən rayonu Tülü kəndlində yerləşən, 0.76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.1144 ha hissəsi (TEKUİS) məlumat bazasına əsasən Cavabdeh tərəfindən istifadə edilir.Mübahisələndirilən torpaq sahələrinin naturada və elektron baza məlumatlarına əsasən yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Qeyd:Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” əsasında aparılan uçot işlərində həmin mübahisəli ərazidə yerləşən iddiaçı və cavabdehin torpaq sahələri pay normalarına uyğun olaraq dürüstləşdirilərək (TEKUİS) məlumat bazasında öz əksini tapmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 iyun 2023-cü il tarixli №10/684 nömrəli ekspert rəyində göstərilir ki, Qərardadın 1-ci sualı üzrə: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* №-li Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********90 olan, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli Çıxarışla İddiaçı mülkiyyət hüquqları qeydə alınmış Balakən rayonu Tülü kəndində yerləşən 0.76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada ölçüləri 0.6456 ha olmaqla hüquqmüəyyənedici sənədlərdə göstərilən cizgilərlə qismən üst-üstə düşür. Qərardadın 2-ci sualı üzrə: JN-589 KOD 40114018 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı əsasında Balakən rayon Aqrar İslahat Komissiyasının 1997-ci il 07 dekabr tarixli 37 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə Cavabdeh, X10, X3, X7 və X4 ümumi birgə mülkiyyətinə verilmiş Balakən rayonu Tülü kəndi ərazisində yerləşən 0.95 ha torpaq sahəsinin mübahisəli həmin JN-589 nömrəli Aktın 589 W cizgisində göstərilən 0.56 ha torpaq sahəsinin naturada ölçüləri 0.6744 ha olmaqla hüquqmüəyyənedici sənədlərlə qismən üst-üstə düşür. Qərardadın 3-cü sualı üzrə: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* №-li Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********90 olan, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli Çıxarışla İddiaçı mülkiyyət hüquqları qeydə alınmış Balakən rayonu Tülü kəndində yerləşən 0.76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə JN-589 KOD 40114018 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı əsasında Balakən rayon Aqrar İslahat Komissiyasının 1997-ci il 07 dekabr tarixli 37 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə Cavabdeh, X10, X3, X7 və X4 ümumi birgə mülkiyyətinə verilmiş Balakən rayonu Tülü kəndi ərazisində yerləşən 0.95 ha torpaq sahəsi üst-üstə düşmür. Qərardadın 4-cü sualı üzrə: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* №-li Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********90 olan, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli Çıxarışla İddiaçı mülkiyyət hüquqları qeydə alınmış Balakən rayonu Tülü kəndində yerləşən 0.76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.1144 ha hissəsi (TEKUİS) məlumat bazasına əsasən Cavabdeh tərəfindən istifadə edilir. Mübahisələndirilən torpaq sahələrinin naturada və elektron baza məlumatlarına əsasən yerləşmə vəziyyəti mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 02 sentyabr 2024-cü il tarixli 3-21-3- 47/2-3469/2024 nömrəli mütəxəssis rəyindən görünür ki, İddiaçı mülkiyyət hüquqları qeydə alınmış hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi **********90 olan, ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışa əsasən xx.xx.2019-cu il tarixdə tərtib edilmiş AN 363114 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 0.76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatlarına əsasən 0.76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh tərəfindən 0.1248 ha hissəsi istifadə edilir. (Yerquruluşu planı-1). 2.İddiaçı mülkiyyət hüquqların qeydə alınmış hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi **********90 olan ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli çıxarışa əsasən xx.xx.2019-cu il tarixdə tərtib edilmiş AN 363114 nömrəli torpaq sahəsininin planı və ölçüsü sənədlərində göstərilən 0.76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatları (TEKUİS) Elektron baza məlumatlarına uyğun deyildir .(Yerquruluşu Planı-2). İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 oktyabr 2024-cü il tarixli 10/3502 nömrəli ekspert rəyindən görünür ki, Məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2024-cü il tarixdə təqdim edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinin müvafiq mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur: Qərardadın 1-ci sualı üzrə: İddiaçı mülkiyyət hüquqları qeydə alınmış hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi **********90 olan, ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışa əsasən xx.xx.2019-cu il tarixdə tərtib edilmiş AN363114 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 0.76 ha kənd təsərrüfatı təyinatilı torpaq sahəsinin koordinatlarına əsasən 0.76 ha kənd təsərrüfatı təyinatınlı torpaq sahəsindən Cavabdeh tərəfindən 0.1248 ha hissəsi istifadə edilir. Yerquruluşu planı mütəxəssis rəyinə əlavə edilmişdir. Qərardadın 2-ci sualı üzrə: İddiaçı mülkiyyət hüquqları qeydə alınmış hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi **********90 olan,********** qeydiyyat nömrəli xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışa əsasən xx.xx.2019-cu il tarixdə tərtib edilmiş AN363114 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 0,76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatları (TEKUİS) elektron baza məlumatlarına uyğun deyildir.Yerquruluşu planı mütəxəssis rəyinə əlavə edilmişdir . Məhkəmə iddiaçının, cavabdehin nümayəndəsi-vəkilinin izahatlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat, **********90 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Balakən rayonu Tülü kəndində yerləşən 0.76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, İddiaçı mülkiyyətindədir. Cavabdeh sözügedən torpaq sahəsinin 0.1248 ha hissəsini qanunsuz olaraq zəbt etməklə həmin ərazidən faktiki olaraq istifadə edir. Nəticədə iddiaçı həmin 0.1248 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadə edə bilməmişdir. Mülkiyyət hüququ pozulduğundan iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəlləsinin 238.1, 238.3-cü maddələrinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Həmin Məcəllənin 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Məhkəmə işin hallarını, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat, **********90 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mübahisələndirilən 0.76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı mülkiyyətində olmasını, Cavabdeh həmin torpaq sahəsinin 0.1248 ha hissəsini heç bir hüququ olmadan zəbt etməsini, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan Balakən rayonu Tülü kəndində yerləşən 0.76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbt etdiyi 0.1248 ha hissəsindən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən ödənilmiş 100 manat dövlət rüsumunun 61 manatı Cavabdeh alınaraq İddiaçı verilməlidir. Dövlət rüsumunun qalan 39 manatı İddiaçı özünə aid edilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat, **********90 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, İddiaçı mülkiyyətinə verilmiş 0.76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbt etdiyi 0.1248 ha hissəsindən (mütəxəssis rəyinə əlavə edilmiş 1 nömrəli yerquruluşu planı uyğun) çıxarılmalı, ödənilmiş 100 manat dövlət rüsumunun 61 manatı tutulub İddiaçı verilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. 100 manat ekspertiza xərcinin 61 manatı Cavabdeh, 39 manatı İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142595, X11 Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesaba ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat, **********90 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, İddiaçı mülkiyyətinə verilmiş 0.76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.1248 ha hissəsindən (mütəxəssis rəyinə əlavə edilmiş 1 nömrəli yerquruluşu planı uyğun) çıxarılsın. Cavabdeh ödənilmiş 100 manat dövlət rüsumunun 61 manatı tutulub İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. 100 manat ekspertiza xərcinin 61 manatı Cavabdeh, 39 manatı İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142595, X11 Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesaba ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar