Məhkəmə qərarları › İş №e-2(019)-259/2022

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-259/2022

16.05.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-259/2022 16.05.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı ölçmə işlərinin aparılmasına olan maneələrin aradan qaldırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakən rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 08 saylı qərarına əsasən Balakən rayonu Qazbinə kəndində mərhum X2na verilmiş 0.09 ha həyətyanı torpaq sahəsinə dair cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ölçmə işlərinin aparılmasına olan maneələrin aradan qaldırılması və məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq ona ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə vəsatətlə müraciət edərək, 01 aprel 1982-ci il tarixdə anadan olmuş, Gürcüstan Respublikasının vətəndaşı Balakən rayonu, Mahamalar kəndində qeydiyyatda olmaqla yaşayan Cavabdeh3 cavabdeh qismində məhkəmə prosesinə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə, iddiaçının razılığını nəzərə alıb, həmin vəsatətə iş materialları ilə birlikdə hüquqi qiymət verərək, Cavabdeh3 hazırki iş üzrə cavabdeh qismində işə cəlb etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 51.3-ci maddəsinə əsasən başqa cavabdeh işə məhkəmə tərəfindən iddiaçının yazılı vəsatəti əsasında və ya məhkəmənin başqa cavabdehin cəlb edilməsinə dair təklifinə iddiaçının yazılı razılığı əsasında işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər cəlb edilir. Məhkəmə baxışı zamanı başqa cavabdehin işə cəlb edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, onunla əsaslandırmışdır ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 08 saylı qərarına əsasən Balakən rayonu, Qazbinə kəndində mərhum X2na 0.09 ha həyətyanı torpaq sahəsi verilmişdir. X2 23 mart 2013-cü il tarixdə vəfat etmişdir. X1 miras qalmış əmlak ilə bağlı vərəsəlik işi ilə əlaqədar X24 Xidmət Mərkəzində Notariat Ofisinə müraciət etmişlər. X24 Xidmət Mərkəzində Notariat Ofisində vərəsəlik işi açılmışdır. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə olmasına baxmayaraq, çıxarış olmadığı üçün notariat ofisi tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin yalnız torpaq sahəsinə dair çıxarış təqdim edildikdən sonra mümkün olması barədə arayış verilmişdir. Həyətyanı torpaq sahəsinə dair hüquqların Daşınmaz Əmlakın Dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışla rəsmiləşdirilməsi barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi idarəsinə müraciət etmişdir. Ərizəsinin icrası ilə əlaqədar olaraq zəruri inventarlaşdırma işlərinin aparılması məqsədi ilə ərazi idarəsinin aidiyyatı əməkdaşları torpaq sahəsinin yerləşdiyi əraziyə gəlmişlər. Ölçmə işlərinə maneələr olduğu üçün DƏDRX-nin Zaqatala rayon 18 saylı ərazi idarəsi tərəfindən bildiriş məktubu ilə bundan imtina olunmuşdur. Ölçmə işlərinin aparılmasının zəruri olduğu torpaq sahəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən zəbt olunmuşdur. Cavabdehlərə ölçmə işlərin aparılmasına olan maneələrin aradan qaldırılmasına dair müraciət etsə də, bu nəticə verməmişdir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 torpaq sahəsinə dair mərhum atasının hüquqlarının DƏDRX-də qeydiyyata alınması üçün ölçmə işlərinin aparılmasına törətdiyi maneələr nəticəsində vərəsəlik və mülkiyyət hüququmdan məhrum olmuşdur. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Vəkil iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, Balakən rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 08 saylı qərarına əsasən Balakən rayonu, Qazbinə kəndində iddiaçının mərhum X2na verilmiş 0.09 ha həyətyanı torpaq sahəsinə dair cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən ölçmə işlərinin aparılmasına olan maneələrin aradan qaldırılması və məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq İddiaçı ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmiş, üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi ilə məhkəməyə 28 fevral 2022-ci il tarixli **********18 nömrəli məktubla müraciət edərək, hazırki işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən hazırki işə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən JN-546A KOD 40108038 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamədən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 30 iyun tarixli, 08 saylı qərarı ilə Balakən rayonu Qazbinə kəndində 0.09 ha həyətyanı torpaq sahəsi X5 xüsusi mülkiyyətinə verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon VVAQ şöbəsi tərəfindən 15 iyul 1988-ci il tarixdə verilmiş İİİ-JQ seriyalı 876017 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx xxxx 1988-ci il tarixdə anadan olmuş, X2, anası X10 yazılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 03 aprel 2013-cü il tarixdə verilmiş AZ-İ seriyalı 607705 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X9 23 mart 2013-cü il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 2013-cü ilin aprel ayının 03 günündə 29 № ilə qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 Saylı Zaqatala Ərazi İdarəsinin İddiaçı ünvanlandığı 01 dekabr 2021-ci il tarixli **********31 nömrəli Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdə göstərilir ki, vərəsəsi olduğu X7 məxsus ünvan 2i ünvanında 0,09 ha həyətyanı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışla rəsmiləşdirilməsi barədə ərizəsinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsində baxılmışdır (**********). Ərizəsinin icrası olaraq daşınmaz əmlakla bağlı zəruri inventarlaşdırma işlərinin aparılması məqsədi ilə ərazi idarəsinin aidiyyəti əməkdaşları qeyd olunan torpaq sahələrinin yerləşdiyi əraziyə gəlməsinə baxmayaraq əmlak üzərində mübahisə olması səbəbindən inventarlaşdırılma işlərinin aparılması tərəflərindən təmin edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Belə ki, daşınmaz əmlakla bağlı zəruri inventarlaşdırma işlərinin aparılması və nəticə etibarı ilə həmin əmlaka dair texniki sənədin tərtib olunması mümkün olmadığından qeyd olunan əmlaklar üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması qeyri-mümkündür.Yuxarıda qeyd edilənləri nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15.1.1 -ci maddəsinə əsasən ərizəsinin icrasından imtina olunur. Odur ki, qeyd olunan torpaq sahələri üzərində mülkiyyət hüququnun qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işlərinin aparılması üçün şərait yaradıldıqdan sonra daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması məsələsinə qanunamüvafiq qaydada yenidən baxılacaqdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respubilkası Ədliyyə Nazirliyi X24 Xidmət Mərkəzində Notariat Ofisinin 21 dekabr 2021-ci il tarixli 168 nömrəli arayışında göstərilir ki, icraatda olan 23.03.2013-cü il tarixdə vəfat etmiş Azərbaycan Respublikasının vətəndaşı X5 vərəsəlik işi ilə əlaqədar X24 Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən arvadı X6, İddiaçı, X11 müraciətləri əsasında vərəsəlik işi açılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 99-cu hissəsinə əsasən əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Təqdim olunan sənədlərdən 23.03.2013-cü il tarixdə vəfat etmiş X5 vərəsələri arasında miras ilə bağlı mübahisənin olmadığı, eyni zamanda miras toplusuna daxil olan əmlakda mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddət ərzində qeydiyyatda olmaqla mirası qəbul etdikləri müəyyən olunmuşdur. Miras qalmış əmlaka dair hüquqmüəyyənedici sənəd (çıxarış) təqdim edildikdən sonra həmin əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə veriləcəkdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayonu İcra Hakimiyyətinin Balakən şəhər inzibati ərazi dairəsinin 16.11.2021-ci il tarixli 2402 nömrəli arayışında göstərilir ki, həqiqətən mərhum X9 vəfat etdiyi 23.03.2013-cü il tarixdə ünvan 3 ünvanda daimi qeydiyyatda olmuşdur. Mərhumun aşağıda qeyd edilən vərəsələri olmuşdur: yoldaşı- X8, oğlu-İddiaçı və oğlu-X19. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən Rayon İcra Hakimiyyəti başçısının Balakən rayon Mahamalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 13 dekabr 2021-ci il tarixli 148 nömrəli arayışında göstərilir ki, 01 aprel 1982-ci il tarixində anadan olmuş Gürcüstan Respublikasının vətəndaşı Cavabdeh3 04 oktyabr 2021-ci il tarixdən 04.10.2022-ci il tarixədək Balakən rayon Mahamalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Qazbinə yaşayış məntəqəsinin sakini qaynatası X14 məxsus fərdi yaşayış evinə Dövlət Miqrasiya Xidməti tərəfindən müvəqqəti qeydiyyata alınmışdır. Həmçinin Cavabdeh3 ailəsi Balakən rayonu Mahamalar kəndi üzrə daimi qeydiyyatdadır, hal - hazırda yaşayır və onun aşağıda adlan qeyd olunan ailəsi vardır: yoldaşı-Cavabdeh1, oğlu-Cavabdeh2, oğlu X15 və qızı X12. İşdə olan 27.12.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı X16 hazırki iddianın qaldırılması üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iddiaçının və onun nümayəndəsi-vəkilinin izahatlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında işdə iştirak edən iddiaçının və onun nümayəndəsi-vəkilinin izahatları, işdə olan sübutların bilavasitə tədqiqi əsasında işin faktiki halları araşdırılarkən müəyyən edildi ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 30 iyun tarixli, 08 nömrəli qərarı ilə X7 Balakən rayonu Qazbinə kəndi ərazisindən 0.09 ha həyətyanı torpaq sahəsi verilmişdir. 0.09 ha torpaq sahəsinə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsi tərəfindən JN-546A KOD 40108038 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə tərtib edilmiş və verilmişdir. X9 23 mart 2013-cü il tarixdə vəfat etmişdir. İddiaçı mərhum X4 oğlu olmaqla onun birinci növbəli vərəsəsidir. İddiaçı atasından miras qalmış əmlaka vərəsəlik əsasında hüquqlarını rəsmiləşdirmək istəyir. X5 adına vərəsəlik işi açılsa da, onun mülkiyyətinə verilmiş 0.09 ha həyətyanı torpaq sahəsinə dair hüquqların rəsmiləşdirilməsi barədə çıxarış onun vərəsələri tərəfindən təqdim edilmədiyindən, notariat orqanında qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. X5 vərəsəsi olan və ondan miras qalmış əmlakın mülkiyyətçisi sayılan İddiaçı tərəfindən mərhum X5 mülkiyyətinə verilmiş əmlaklar, o cümlədən sözügedən 0.09 ha həyətyanı torpaq sahəsinin üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrindı qeydiyyata alınaraq reyestrindən çıxarışla rəsmiləşdirilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 Saylı Zaqatala Ərazi İdarəsinə ərizə ilə müraciət edilmiş və ərizənin icrası ilə əlaqədar zəruri inventarlaşma işlərinin aparılması məqsədi ilə aidiyyəti əməkdaşlar tərəfindən torpaq sahəsində ölçü işlərinin aparılmasına cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən maneələr yaradılmış, cavabdehlər tərəfindən həmin ölçmə işlərinin aparılmasına imkan verilməmişdir. Buna görə də iddiaçı göstərilən tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan İnsan Hüquqlarının və X13 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları Bəyannaməsinin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Daşınmaz əmlakın dövlət reyesri haqqında Azərbaycan Respublikası Qanununun 4.1ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 7.1 və 7.2-ci maddələrinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir; “Daşınmaz əmlak obyektlərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir. Daşınmaz əmlakın dövlət reyesri haqqında Azərbaycan Respublikası Qanununun 8.0cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:..8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı…8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri… Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-146.2-ci maddələrinə görə daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla); daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1157-1.1-ci maddəsinə əsasən miras şərikləri mirasın bölüşdürülməsinə qədər onu birgə idarə edirlər. İdarəçiliklə bağlı qərarlar vərəsələr tərəfindən onların miras paylarına mütənasib surətdə sadə səs çoxluğu ilə qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1157-1.2-ci maddəsinə əsasən mirasın mühafizəsi (qorunması) ilə bağlı tədbirləri hər bir vərəsə digər miras şəriklərinin razılığı olmadan da həyata keçirə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-ci maddəsinə görə vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.3-cü maddəsinə əsasən hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.1. qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; 560.3.3. müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi… İşdəki sübutlardan görünür ki, İddiaçı X1 Balakən rayonu Qazbinə kəndində yerləşən 0.09 ha həyətyanı torpaq sahəsi miras qalmışdır. İddiaçı 23 mart 2013-cü il tarixdə ölmüş X5 birinci növbəli vərəsəsidir. O və digər ailə üzvləri atasından qalmış mirasla bağlı şəhadətnamə verilməsi üçün notariat orqanına müraciət etmiş, lakin notariat orqanında atasından miras qalmış həmin 0.09 ha həyətyanı torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmədiyi üçün vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. İddiaçı müraciəti əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin əməkdaşları tərəfindən 0.09 ha torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsili ilə bağlı həmin torpaq sahəsində ölçmə işlərinin aparılması həyata keçirilərkən cavabdehlər tərəfindən ölçmə işlərinin aparılmasına, inventarlaşdırma işlərinin həyata keçirilməsinə maneələr yaradılmış və həmin əməkdaşlar oradan çıxarılmışdır. Bununla da cavabdehlər tərəfindən hüquqdan sui-istifadə edilməklə İddiaçı atasından qalmış mirasla bağlı vərəsəlik və mülkiyyət hüquqlarının rəsmiləşdirilməsinə maneələr yaradılmışdır. Ona görə də qanun normalarının tələbinə əsasən iddiaçının vərəsəlik və mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi üçün sözügedən 0.09 ha həyətyanı torpaq sahəsinə dair ölçmə işlərinin aparılmasına cavabdehlər tərəfindən yaradılan maneələr aradan qaldırılmalıdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli yuxarıda göstərilən qanun normaları ilə qiymətləndirərək, hesab edir ki, iddia təmin olunmalı, Balakən rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 08 saylı qərarına əsasən Balakən rayonu Qazbinə kəndində İddiaçı mərhum X2na verilmiş 0.09 ha həyətyanı torpaq sahəsinə dair cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən ölçmə işlərinin aparılmasına olan maneələr aradan qaldırılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin edildiyi üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq, İddiaçı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallada iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Balakən rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 08 saylı qərarına əsasən Balakən rayonu Qazbinə kəndində İddiaçı mərhum X2na verilmiş 0.09 ha həyətyanı torpaq sahəsinə dair cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən ölçmə işlərinin aparılmasına olan maneələr aradan qaldırılsın; ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq, İddiaçı ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar