Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-27/2025 10.04.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndələri Balakən Rayon Vəkil Bürosunun vəkili Nümayəndə1, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların nümayəndəsi Balakən Rayon Vəkil Bürosunun vəkili Nümayəndə2 iştirakları ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı torpaq sahəsinin naturada ayrılması, paylarına verilmiş torpaq sahələrindən cavabdehlərin çıxarılması, paylarına verilmiş torpaq sahələrindən onlara düşən hissəsinə sahib olmaları, ondan istifadə etmələrinə yönəlmiş cavabdehlərin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ümumi paylı mülkiyyətdə olan ünvan 1i ünvanında yerləşən 0.1804 ha həyətyanı torpaq sahəsinin 15/54 hissəsinin, ümumi sahəsi 0.6514 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 15/54 hissəsinin və ümumi sahəsi 0.3986 kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 15/54 hissəsindən naturada ayrılması, paylarına verilmiş torpaq sahələrindən cavabdehlərin çıxarılması, paylarına verilmiş torpaq sahələrindən onlara düşən hissəsinə sahib olmaları, ondan istifadə etmələrinə yönəlmiş cavabdehlərin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması barədə qətnаmə çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışlar ki, Balakən Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(019)-143/2021 nömrəli qətnaməsinə əsasən İddiaçı1 və müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı3 irsi transmissiya üzrə mirasın qəbulu müddətinin uzadılması tələbinə dair iddialarının təmin edilməməsi, Cavabdeh2 tərəfindən, ünvan 1ində yerləşən Cavabdeh2, X6 və Musayev Şıxamir Bayram oğlunun ümumi birgə mülkiyyətində olan 1,05 ha kənd təsərrüfatı torpaq sahəsindən mərhum anası X8 və mərhum atası Musayev Şıxamir Bayram oğluna aid hissə üzrə mirasın qəbulu faktının müəyyən edilməsi, miras əmlakın (1,05 ha kənd təsərrüfatı torpaq sahəsindən mərhum X8 və mərhum Musayev Şıxamir Bayram oğluna aid hissəsi) 1/3 hissəsinə Cavabdeh2 vərəsəlik hüququnun tanınması, qarşılıqlı iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Balakən Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli 2(019)-143/2021 nömrəli qətnaməsindən Cavabdeh2 və onun vəkili Nümayəndə2 tərəfindən apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 iyun 2021-ci il tarixli 2(107)- 1215/2021 saylı qətnaməsi ilə Cavabdeh2 və onun vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Balakən Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli 2(019)-143/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Balakən Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli 2(019)-143/2021 nömrəli qətnaməsi qanuni qüvvəsini almışdır. Balakən Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli 2(019)-143/2021 nömrəli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra Cavabdeh2 24 fevral 2022-ci il tarixdə Balakən regional Asan xidmət mərkəzində Notariat Ofisinə müraciət edərək mərhum Musayev Şıxamir Bayram oğlundan miras qalmış 0.6514 ha və 0.3986 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ona düşən mirasın 1/3 hissəsinin verilməsi ilə bağlı müraciət edərək 24 fevral 2022-ci il tarixli 2V-145 nömrəli və 2V-146 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr almış, xx.xx.2022-ci il tarixdə isə 0.3986 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə X7 adına 3/9 hissə, Cavabdeh2 adına 4/9 hissə, Musayev Şıxamir Bayram oğlunun adına 2/9 hissəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınmışdır. İddiaçı1 və qeyriləri isə 23 avqust 2022-ci il tarixdə Balakən regional Asan xidmət mərkəzində Notariat Ofisinə müraciət edərək mərhum Musayev Şıxamir Bayram oğlundan miras qalmış 0.6514 ha və 0.3986 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ona düşən 2/9 hissə mirasın 1/2 hissəsinə, X3 miras qalmış 0.6514 ha və 0.3986 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ona düşən 3/9 hissə mirasın 1/2 hissəsinə 2V-650 nömrəli və 2V-651 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr almış, xx.xx.2022-ci il tarixdə isə 0.3986 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə X7 adına 9/54 hissə, Cavabdeh2 adına 24/54 hissə, Musayev Şıxamir Bayram oğlunun adına 6/54 hissə, İddiaçı2 Zübahir qızına 5/54 hissə, İddiaçı3 5/54 hissə, İddiaçı1 5/54 hissə üzrə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınmışdır. 1.05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ibarət miras əmlak Cavabdeh2 və digər vərəsələr arasında məhkəmə qaydasında bölüşdürülmüşdür. Daha sonra Cavabdeh2 Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1215/2023 saylı mülki iş üzrə 28 fevral 2023-cü il tarixli qərardadından şikayət edərək kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-ü il tarixli 2(102)- 1920/2023 saylı qərarı ilə Cavabdeh2 kassasiya şikayəti təmin edilməmişdir. Bundan sonra iddiaçılar Balakən regional Asan Xidmət Mərkəzində Notariat Ofisinə müraciət edərək, Musayev Şıxamir Bayram oğlundan və X3 miras qalmış 0.1804 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 219.7 kvmdən ibarət fərdi yaşayış evindən ibarət miras əmlaka xx.xx.2023-cü il tarixdə 2V-790, 2V-792 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Bundan sonra da iddiaçılar həmin şəhadətnamələr əsasında xx.xx.2023-cü il tarixdə ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 18 Saylı Zaqatala Ərazi idarəsi tərəfindən 0.1804 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 219.7 kvm-dən ibarət fərdi yaşayış evinə dair fərdi yaşayış evinin 12/36 hissəsinə, torpaq sahəsinin 15/54 hissəsinə iddiaçıların adına **********28-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışlar. Cavabdehlərlə aralarında hazırda mübahisə olduğuna görə daşınmaz əmlakın özlərinə məxsus olan hissələrinin naturada ayrılmasını və ona sahib olmalarını istəyir. Lakin cavabdehlər Cavabdeh2və Cavabdeh1 ümumi paylı mülkiyyətdə olan ünvan 2i ünvanında yerləşən 0.1804 ha həyətyanı torpaq sahəsinin 15/54 hissəsindən, ümumi sahəsi 0.6514 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 15/54 hissəsindən və ümumi sahəsi 0.3986 kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 15/54 hissəsindən istifadə etməyə imkan vermir. Buna görə də mübahisələrinin qanuni yolla həll edilməsi üçün Balakən rayon məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışlar. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin olunmasını xahiş etmişlər. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 və nümayəndələri Balakən Rayon Vəkil Bürosunun vəkili Nümayəndə1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən reyestr nömrəsi **********28-10301 olan, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən ünvan 1ində yerləşən Musayev Şıxamir Bayram oğlunun, X7, Cavabdeh2, İddiaçı3, İddiaçı2 və İddiaçı1 ümumi birgə mülkiyyətinə verilmiş 0.1804 ha həyətyanı torpaq sahəsində yerləşən tikililər nəzərə alınmadan həmin 0.1804 ha həyətyanı torpaq sahəsindən iddiaçılar İddiaçı1 Zubahir oğlunun, İddiaçı2, İddiaçı3 hər birinin 5/54 hissə payları olmaqla cəmi 15/54 hissə paylarının birlikdə saxlanılmaqla həmin torpaq sahəsində yerləşən tikililər nəzərə alınmadan naturada ayrılması, Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktının 602F planşet nömrəsində göstərilən ünvan 1ində yerləşən Musayev Şıxamir Bayram oğlunun, X7, Cavabdeh2, İddiaçı3, İddiaçı2 və İddiaçı1 ümumi birgə mülkiyyətinə verilmiş 0.6514 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçılar X7, Cavabdeh2, Musayev Şıxamir Bayram oğlunun, İddiaçı2, İddiaçı3, İddiaçı1 hər birinin 5/54 hissə payları olmaqla cəmi 15/54 hissə paylarının birlikdə saxlanılmaqla naturada ayrılması və reyestr nömrəsi **********35 olan, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən ünvan 1ində yerləşən Musayev Şıxamir Bayram oğlunun, X7, Cavabdeh2, İddiaçı3, İddiaçı2 və İddiaçı1 ümumi birgə mülkiyyətinə verilmiş 0.3986 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçılar X7, Cavabdeh2, Musayev Şıxamir Bayram oğlunun, İddiaçı2, İddiaçı3, İddiaçı1 Zubahir oğlunun hər birinin 5/54 hissə payları olmaqla cəmi 15/54 hissə paylarının birlikdə saxlanılmaqla naturada ayrılması, paylarına verilmiş torpaq sahələrindən cavabdehlərin çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndələri Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, 0.1804 ha həyətyanı torpaq sahəsində yerləşən tikililər cavabdehlərin istifadəsindədir, odur ki, ekspert rəyinə uyğun olaraq həmin tikililər olmayan hissənin iddiaçılara ayrılması ilə razıdır. 0.6514 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə çıxarış verilməməsinin səbəbi naturada istifadə ilə sənədlər arasında fərqlərin olması olmuşdur. İddianın təmin edilməsi, torpaq sahələrinin iddiaçılara məxsus cəmi 15/54 hissə paylarının birlikdə saxlanılmaqla naturada ayrılması, paylarına verilmiş torpaq sahələrindən cavabdehlərin çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1, Cavabdeh2 iddianı qəbul etməyərək, 0.1804 ha həyətyanı torpaq sahəsində yerləşən tikililərin onlara məxsus olmasını bildirmişlər, iddianın rədd olunmasını xahiş etmişlər. Məhkəmə iclasında cavabdehlərin nümayəndəsi Nümayəndə2 iddianı qəbul etməyərək, 0.1804 ha həyətyanı torpaq sahəsində yerləşən tikililərin cavabdehlərin tərəfindən tikildiyini, tikililər nəzərə alınmadan ayrılmasına razı olmadığını, 0.6514 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin isə çıxarışı olmadığını, həmin torpağın naturada ayrılmasını tələb etməyə iddiaçıların subyektiv hüquqlarının olmadığını bildirmiş, iddianın rədd olunmasını xahiş etmişdir. İddiaçı3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, iştirakı olmadan məhkəmə iclasının keçirilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan 07 iyul 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2012-ci il tarixdə vəfat etmiş X1 vərəsəsi oğlu X4 idi, lakin xx.xx.2012-ci ildə vəfat etməsi ilə əlaqədar miras onun arvadı İddiaçı3, qızı İddiaçı2, oğlu İddiaçı1 keçir və onların hər biri X2 çatacaq 1/3 hissədən bərabər hissələrdə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak Balakən rayon DTXK tərəfindən xx.xx.2000-ci il tarixdə Musayev Şıxamir Bayram oğluna verilmiş seriya nömrəsi JN:602F, KOD: 40112018 olan dövlət aktına əsasən ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 0.6514 ha olan torpaq sahəsinin mərhuma çatacaq hissəsindən ibarətdir. 07 iyul 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2006-ci il tarixdə vəfat etmiş X7 vərəsəsi: X5 idi, lakin onun, xx.xx.2012-ci ildə vəfat etməsi ilə əlaqədar miras onun Arvadı İddiaçı3, qızı İddiaçı2, oğlu İddiaçı1 keçir və onların hər biri X2 çatacaq 1/2 hissədən bərabər hissələrdə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak - Balakən rayonu DTXK tərəfindən xx.xx.2000 tarixdə MUSAYEVA AYŞƏ SADİQ QİZİNA verilmiş seriya nömrəsi JN:602F, KOD: 40112018 olan dövlət aktına əsasən ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 0.6514 ha olan torpaq sahəsinin mərhuma çatacaq hissəsindən ibarətdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın X16 Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi **********28-10301 olan, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, ünvan 1ində yerləşən 0.1804 ha yaşayış məntəqələrinin torpağı və fərdi yaşayış evi 30 nömrəli reyestr kitabının 29 nömrəli vərəqində xx.xx.2023-cü il tarixdə fərdi yaşayış evinin 12/36 və torpaq sahəsinin 24/54 hissəsi Cavabdeh2, fərdi yaşayış evinin 4/36 və torpaq sahəsinin 5/54 hissəsi İddiaçı3, fərdi yaşayış evinin 4/36 və torpaq sahəsinin 5/54 hissəsi İddiaçı2, fərdi yaşayış evinin 4/36 və torpaq sahəsinin 5/54 hissəsi İddiaçı1 və fərdi yaşayış evinin 12/36 və torpaq sahəsinin 15/54 hissəsi Cavabdeh1 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********35 olan, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, ünvan 1ində yerləşən 0.3986 ha kənd təsərrüfatı təyinatlı torpaq 115 №li reyestr kitabının 77 №li vərəqində xx.xx.2022-ci il tarixdə 9/54 hissə X7, 24/54 hissə Cavabdeh2, 6/54 hissə Musayev Şıxamir Bayram oğlunun, 5/54 hissə İddiaçı2, 5/54 hissə İddiaçı3, 5/54 hissə İddiaçı1 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli Mütəxəssis rəyindən görünür ki, 1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi **********28-10301 olan, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1ində yerləşən Musayev Şıxamir Bayram oğlunun, X7, Cavabdeh2, İddiaçı3, İddiaçı2 və İddiaçı1 ümumi birgə mülkiyyətinə verilmiş 0.1804 ha həyətyanı torpaq sahəsində tikililər nəzərə alınmadan həmin 0.1804 ha həyətyanı torpaq sahəsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 15/54 hissə payının naturada ayrılması mümkündür. Həyətyanı torpaq sahəsinin bölgüsü tərtib edilmiş yerquruluşu plan-1-də göstərilmişdir. 2. 0.1804 ha həyətyanı torpaq sahəsində yerləşən tikililər nəzərə alınmadan həmin 0.1804 ha həyətyanı torpaq sahəsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 15/54 hissə payının naturada ayrılması mümkündür. Həyətyanı torpaq sahəsinin bölgüsü tərtib edilmiş yerquruluşu plan-1-də göstərilmişdir. 3. ünvan 1ində yerləşən JN-602 KOD 40112018 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının 602 F cizgisində Musayev Şıxamir Bayram oğlunun, X7, Cavabdeh2, İddiaçı3, İddiaçı2 və İddiaçı1 ümumi birgə mülkiyyətinə verilmiş 0.6514 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 15/54 hissə payının naturada ayrılması mümkündür. Kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin bölgüsü tərtib edilmiş yerquruluşu plan-2-də göstərilmişdir. 4. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********35 olan, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən ünvan 1ində yerləşən Musayev Şıxamir Bayram oğlunun, X7, Cavabdeh2, İddiaçı3, İddiaçı2 və İddiaçı1 ümumi birgə mülkiyyətinə verilmiş 0.3986 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 15/54 hissə payının naturada ayrılması mümkündür. Kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin bölgüsü tərtib edilmiş yerquruluşu plan-2-də göstərilmişdir. Məhkəmə tikinti-texniki ekspertizasının 17 yanvar 2025-ci il tarixli 10/3938 nömrəli rəyində göstərilmişdir ki, ünvan 2i ərazisində yerləşən, mübahisə predmeti olan 0.1804 ha həyətyanı torpaq sahəsindən iddiaçılar payına düşən 15/54 hissə payın naturada ayrılması həmin torpaq sahəsinin hüdudları daxilində yerləşən tikililər nəzərə alınmadan texniki cəhətdən mümkündür. Bölgü variantı rəyə əlavə edilmiş sxemdə qeyd olunmuşdur. ünvan 2i ərazisində yerləşən mübahisə predmeti olan 0.6514 ha və 0.3986 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri 4 tərəfdən digər torpaq sahələri ilə əhatə olunduğundan və yol (küçə) istiqamətində giriş-çıxış ilə təmin olunmadığından həmin torpaq sahələrindən iddiaçıların payına düşən 15/54 hissə payın naturada ayrılmasının texniki cəhətdən mümkün olmadığı müəyyən olunur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 220.1-220.3-cü maddələrinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” 6 dekabr 2024-cü il tarixli Qərardadına əsasən ümumi paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsinin) payının ayrılması məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3 - 220.6-cı maddələri, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi məsələsi isə həmin Məcəllənin 221-ci maddəsi tətbiq edilməklə, bu qərardadın əsaslandırıcı hissəsində qeyd olunan hüquqi mövqelərə uyğun həll olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materialları əsasında müəyyən edilmişdir ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1ində yerləşən 0.1804 ha yaşayış məntəqələrinin torpağı və fərdi yaşayış evi xx.xx.2023cü il tarixdə fərdi yaşayış evinin 12/36 və torpaq sahəsinin 24/54 hissəsi Cavabdeh2, fərdi yaşayış evinin 4/36 və torpaq sahəsinin 5/54 hissəsi İddiaçı3, fərdi yaşayış evinin 4/36 və torpaq sahəsinin 5/54 hissəsi İddiaçı2, fərdi yaşayış evinin 4/36 və torpaq sahəsinin 5/54 hissəsi İddiaçı1 və fərdi yaşayış evinin 12/36 və torpaq sahəsinin 15/54 hissəsi Cavabdeh1 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdehlərlə aralarında mübahisə olduğuna görə iddiaçılar paylı mülkiyyətdə olan daşınmaz əmlakdan özlərinə məxsus olan payın naturada ayrılması üçün məhkəməyə müraciət etmişdir. Ekspert rəyi əsasında həmin torpaq sahəsində iddiaçıların 15/54 hissə payının naturada ayrılması mümkün hesab edilmişdir. Bölgü variantı rəyə əlavə edilmiş sxemdə əks olunmuş, sxemdən görünür ki, ekspert tərəfindən iddiaçılara ayrılması nəzərdə tutulmuş 15/54 hissədə heç bir tikili yerləşmir, iddiaçılar da tikililər nəzərə alınmadan onların paylarının ayrılmasını tələb etmiş, cavabdehlər isə məhkəmə iclasında tikililərin özlərinə məxsus olduğunu bildirmişlər. Odur ki, paylı mülkiyyətin mülkiyyətçisi olan iddiaçılar öz paylarının ayrılmasını və payına verilmiş torpaq sahələrindən cavabdehlərin çıxarılmasını tələb etməkdə haqlıdır. Onların paylarının ayrılması isə ekspert rəyinə əlavə edilmiş bölgü variantına uyğun aparılmalıdır. Məhkəmə tikinti-texniki ekspertizasının 17 yanvar 2025-ci il tarixli rəyinə əsasən ünvan 2i ərazisində yerləşən mübahisə predmeti olan 0.6514 ha və 0.3986 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən iddiaçıların payına düşən 15/54 hissə payın naturada ayrılmasının texniki cəhətdən mümkün olmadığı müəyyən olunmuşdur. 0.6514 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin iddiaçıların payına düşən 15/54 hissə payın naturada ayrılması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, iş materialları əsasında iddiaçıların həmin torpaq sahəsinə hər birinin 5/54 hissə paya malik olması müəyyən olunmur. Odur ki, iddiaçılar 0.6514 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin paylarına düşən cəmi 15/54 hissə payın naturada ayrılmasını tələb edə bilməzlər. Ekspert rəyinə əsasən 0.3986 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçıların payına düşən cəmi 15/54 hissə payın naturada ayrılmasının texniki cəhətdən mümkün olmadığı müəyyən edilmiş, ekspert bunu 4 tərəfdən digər torpaq sahələri ilə əhatə olunması və yol (küçə) istiqamətində giriş-çıxış ilə təmin olunmaması ilə əlaqələndirmişdir. Ekspert rəyi digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmə mütəxəssis rəyinə münasibətdə ekspert rəyini mötəbər sübut kimi qəbul edir. Mütəxəssis rəyində 0.3986 ha torpaq sahələrindən iddiaçıların payına düşən 15/54 hissə payın naturada ayrılması mümkün hesab edilmişdir, belə ki, 0.3986 ha torpaq sahəsi 0.1804 ha torpaq sahəsi ilə yanaşı yerləşir, mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planından görünür ki, 0.3986 ha torpaq sahəsinin iddiaçılara ayrılması nəzərdə tutulmuş hissəsinin 0.1804 ha torpaq sahəsindən ayrılması nəzərdə tutulmuş hissəsindən yol (küçə) istiqamətində giriş-çıxış var. Buna görə də naturada ayrılması mümkün hesab edilmişdir. Lakin həmin yerquruluşu planına əsasən 0.1804 ha torpaq sahəsindən iddiaçılara ayrılması nəzərdə tutulmuş 15/54 hissədə tikili yerləşir. Halbuki mütəxəssis rəyində tikililər nəzərə alınmadan ayrılmasının mümkün olması qeyd edilmişdir. Ekspert rəyində isə 0.1804 ha torpaq sahəsində iddiaçıların 15/54 hissə payı tikililər olmayan və yola çıxışı olan sahədən ayrılması nəzərdə tutulmuş, həmin hissə isə mübahisə predmeti olan digər 0.3986 ha torpaq sahəsi ilə qonşuluqda yerləşmir. Buna görə 0.3986 ha torpaq sahəsinin 4 tərəfdən digər torpaq sahələri ilə əhatə olunması və yol (küçə) istiqamətində giriş-çıxış ilə təmin olunmaması səbəbindən naturada ayrılmasının texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Beləliklə ekspert rəyində aparılmış tədqiqatın müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməklə ixtisaslaşmış ekspert tərəfindən tərtib edilmiş, odur ki, işin hallarını obyektiv və ədalətli şəkildə əks etdirir. Məhkəmə mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi **********28-10301 olan, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən ünvan 1ində yerləşən 0.1804 ha torpaq sahəsinin iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 məxsus 15/54 hissə payı 17 yanvar 2025-ci il tarixli, 10/3938 saylı ekspert rəyinə əlavə olunmuş sxemdə göstərilən bölgü variantı üzrə naturada ayrılmalı, ayrılmış həmin torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılmalıdır. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Həmçinin iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 100 manat ekspertiza xərcinin 65 manatı iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3, 35 manatı isə Cavabdeh1 və Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıların özünə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi **********28-10301 olan, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı1, İddiaçı2, İddiaçı3, Cavabdeh1, Cavabdeh2 ümumi paylı mülkiyyətdə olan ünvan 1ində yerləşən 0.1804 ha torpaq sahəsinin iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 məxsus 15/54 hissə payı 17 yanvar 2025-ci il tarixli, 10/3938 saylı ekspert rəyinə əlavə olunmuş sxemdə göstərilən bölgü variantı üzrə naturada ayrılsın, ayrılmış həmin torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılsınlar. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə 100 manat ekspertiza xərcinin 65 manatı iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3, 35 manatı isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıların özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Arifə Cəfərova
Məhkəmə qərarları › İş №e-2(019)-27/2025
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-27/2025
10.04.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver