Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-28/2025 02.09.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X21 qızının katibliyi, İddiaçı2, Cavabdeh1, Cavabdeh2 nümayəndəsi-vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 qarşı ümumi paylı mülkiyyətdə olan torpaq sahəsindən müəyyən olunmuş paylarına düşən hissənin naturada ayrılması, paylarına verilmiş torpaq sahələrindən cavabdehlərin çıxarılması, paylarına verilmiş torpaq sahələrindən onlara düşən hissəsinə sahib olmaları, ondan istifadə etmələrinə yönəlmiş cavabdehlərin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması tələbinə dair mülki işə Balakən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 qarşı iddia ərizəsi ilə ünvan 1i ünvanında yerləşən JN 823 Kod 40114018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının 823F planşet nömrəsində göstərilən 917.13 kv/m torpaq sahəsindən və 823B planşet nömrəsində göstərilən 1019.69 kv/m torpaq sahəsindən 2/7 hissə paylarının birlikdə saxlanmaqla naturada ayrılması, paylarına verilmiş torpaq sahələrindən cavabdehlərin çıxarılması, paylarına verilmiş torpaq sahələrinin onlara düşən hissəsinə sahib olmaları, ondan istifadə etmələrinə yönəlmiş cavabdehlərin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbini onunla əsaslandırmışdırlar ki, onlar ünvan 2i ünvanında yaşayırlar. X1, anası X16 olmuşdur. Atası, anası və onlar eyni təsərrüfatda qeydiyyatda olmuşlar. Buna görə də kənddə torpaq islahatı aparılarkən onların təsərrüfatında qeydiyyatda olmaqla yaşadıqlarından pay torpaq sahələrində onlarla eyni təsərrüfatda payları göstərilmişdir. Belə ki, Balakən rayon Aqrar İslahat komissiyasının 07 dekabr 1997-ci il tarixli 37 nömrəli qərarı ilə X6, X12, Cavabdeh1, İddiaçı1, İddiaçı2, X13 və X7 1.24 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN 823 Kod 40114018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı hazırlanmışdır. 823F planşet nömrəsində göstərilən 917.13 kv/m torpaq sahəsi və 823B planşet nömrəsində göstərilən 1019.69 kv/m torpaq sahəsi bir birinə bitişik kənddaxili ərazidən, 823W planşet nömrəsində göstərilən 10484.98 kv/m torpaq sahəsi isə çöl ərazisindən verilmişdir. 823F planşet nömrəsində göstərilən 917.13 kv/m torpaq sahəsi və 823B planşet nömrəsində göstərilən 1019.69 kv/m torpaq sahəsini Cavabdeh2 istifadə etməklə onları ora buraxmır. Digər cavabdehlər isə torpaq sahəsinin onlara aid hissəsinin ayrılmasına etiraz edirlər. Cavabdehlərlə aralarında mübahisə olduğuna görə daşınmaz əmlakdan özlərinə məxsus olan hissələrin naturada ayrılmasını və ona sahib olmalarını istəyirlər. Lakin cavabdehlər ümumi birgə mülkiyyətdə olan Balakən rayonu Tülü kəndi ünvanında yerləşən JN 823 Kod 40114018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının 823F planşet nömrəsində göstərilən 917.13 kv/m torpaq sahəsindən və 823B planşet nömrəsində göstərilən 1019.69 kv/m torpaq sahəsinin ümumi və 2/7 hissəsindən istifadə etməyə imkan vermirlər. Buna görə də mübahisənin qanuni yolla həll edilməsi üçün Balakən Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında İddiaçı2 iddia ərizəsini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi-vəkili Nümayəndə1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə göndərərək icraatda olan 2(019)-28/2025 saylı mülki iş üzrə xx.xx.2025-ci il tarixə saat 10:00-a təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməyəcəyini göstərərək işə onun iştirakı olmadan baxaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi-vəkili Nümayəndə2 iddianı etiraf etməyərək izahatında göstərdi ki, iddiaçıların qaldırdığı iddia Torpağa mülkiyyət hüququna dair JN 823, kod 40114018 Dövlət Aktının 823 F və 823 B olan hissəsinədir və Cavabdeh2 atalarından miras qalmış vəsiyyətnamə üzrə X17 şəhadətnamə aldığı 0,20 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşdüyündən iddia həmin hissədə təmin edilməməlidir. İddiaçıların iddia qaldırdıqları JN 823 saylı Dövlət Aktında iddia etdikləri 823 F planşet nömrəsində göstərilən 917.13 kv/m və 823 B planşet nömrəsində göstərilən 1019.69 kv/m pay torpaq sahələri Cavabdeh2 2000-ci ildə vəfat etmiş X1nun mülkiyyətində və istifadəsində olmuş 0,20 ha həyətyanı torpaq sahəsinin üzərinə texniki səhv olaraq vurulmuşdur. Həmin dövlət aktına əsasən 3-cü kontur olan 823 W torpaq sahəsi isə çöl ərazisində yerləşir. Atası vəfat etməzdən əvvəl 14 fevral 2000-ci il tarixində mülkiyyətində və istifadəsində olan 0,20 ha həyətyanı torpaq sahəsi və yaşadığı mənzili onunla birgə yaşayan Cavabdeh2 vəsiyyət etmişdir. Eyni zamanda həmin vəsiyyətlə əlaqədar olaraq qalan vərəsələrini vərəsəlik hüququndan məhrum etmişdir. Həmin vəsiyyətnamə əsasında Adildən başqa atasının qalan digər vərəsələri onun təsərrüfatından çıxmış və o, həmin vəsiyyətnamə üzrə X17 Şəhadətnamə alaraq həmin torpaq üzərində iki fərdi yaşayış evi inşa etmiş və hal-hazırda da ailəsi ilə birlikdə atasından miras qalmış mülkdə yaşayır. Atasından ona miras qalmış fərdi yaşayış evinin texniki pasportu da bunu sübut edir. Adil 14 fevral 2000-ci il tarixli 2V-22 nömrə ilə qeydə alınmış X17 Şəhadətnamə əsasında mülkiyyətini Hüquqların Dövlət qeydiyyatına aldırmaq məqsədilə DƏDRX-nin 18 saylı Ərazi İdarəsinə şifahi müraciətinə həmin idarədən bildirmişlər ki, “Hüquqların Dövlət qeydiyyatına aldırmaq istədiyiniz həyətyanı torpaq sahəsi JN 823 saylı Dövlət Aktı əsasında ailənizə verilən 823 F və 823B pay torpaq sahələri ilə üst-üstə düşür.Atasından miras qalmış və vərəsəliklə mülkiyyətinə keçən 0,20 ha həyətyanı torpaq sahəsinin yerləşdiyi torpaq sahəsi ərazinin plan sxemində təsdiq edilir. Balakən rayonu Tülü kəndində yerləşən Balakən rayon DNK -nun xx.xx.2023-cü il tarixli R2v-150 saylı vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsinə əsasən Cavabdeh2 məxsus 0,20 ha həyətyanı torpaq sahəsinin yerləşmə vəziyyətinin sxemi Tülü bələdiyyəsinin və Balakən rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin Baş memarının təsdiq etdiyi sxem də təsdiq edir. Ona görə də həmin torpaqla bağlı mübahisə aradan qaldırıldıqdan sonra müraciət etdiyiniz torpaq sahəsini Hüquqların Dövlət qeydiyyatına aldırmaq mümkün olacaqdır”. Bu səbəbdən Cavabdeh2 mülkiyyətinə çıxarış ala bilməmiş və həmin məsələnin həlli üçün Şəki İnzibati Məhkəməsində iddia qaldırmaq üçün lazımi sənədləri hazırlanılır. İddiaçılar həyətyanı torpaq sahəsinin üzərinə iddialarında göstərdikləri pay torpaq sahəsinin vurulduğunu bilə-bilə Cavabdeh2 qarşı əsassız iddia qaldırmışlar. Balakən Rayon Məhkəməsinin 2(019)-890/2023 saylı xx.xx.2023-cü il tarixli Qərardadına əsasən həmin torpaq sahəsi üzərində məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertiza zamanı həmin torpaq sahəsində müayinə aparılmışdır. Müayinə aparılarkən həyətyanı torpaq sahəsi barədə onlara lazımi bilgilər verilmişdir. İddiaçıların məqsədi Aqrar İslahat Komissiyasının texniki səhv nəticəsində etdiyi səhvdən bəhrələnərək Adilə atasından miras qalmış əmlakı əlindən almaqdan başqa bir şey deyildir. Bundan başqa iddiaçıların tələb etdikləri torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışları yoxdur. Onlar Torpağa mülkiyyət hüququna dair Dövlət aktı əsasında iddia qaldırmışlar. Torpağa mülkiyyət hüququna dair Dövlət aktı əsasında isə iddia qaldırıla bilməz. O,hüquqmüəyyən edici sənəd sayılmır. Onlar daşınmaz əmlakın dövlət reyestrindən çıxarış aldıqdan sonra iddia qaldıra bilərdilər. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı etiraf edərək göstərdi ki, Balakən rayon Aqrar İslahat komissiyasının 07 dekabr 1997-ci il tarixli 37 nömrəli qərarı ilə X6, X12, Cavabdeh1, İddiaçı1, İddiaçı2, X13 və X7 1.24 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN 823 Kod 40114018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı hazırlanmışdır. 823F planşet nömrəsində göstərilən 917.13 kv/m torpaq sahəsi və 823B planşet nömrəsində göstərilən 1019.69 kv/m torpaq sahəsi bir birinə bitişik kənddaxili ərazidən, 823W planşet nömrəsində göstərilən 10484.98 kv/m torpaq sahəsi isə çöl ərazisindən verilmişdir. 823F planşet nömrəsində göstərilən 917.13 kv/m torpaq sahəsi və 823B planşet nömrəsində göstərilən 1019.69 kv/m torpaq sahəsini Cavabdeh2 istifadə etməklə onları ora buraxmır. İddiaçılar öz paylarının naturada ayrılmasını istəyirlər. O, buna etiraz etmir. Qanuni qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddələrinə uyğun olaraq cavabdehlər Cavabdeh3 və Cavabdeh4 iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə,yaxud məhkəmə cavabdehlər icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş JN 823 KOD 40114018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktından görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 1997-ci il 07 dekabr tarixli, 37 nömrəli qərarı ilə Balakən rayonu Tülü kəndində 1.24 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi X2, X3, Cavabdeh1, İddiaçı1, İddiaçı2, X8 və X4 ümumi birgə mülkiyyətinə verilmiş, 823F planşet nömrəsində 917.13 kv/m torpaq sahəsi və 823B planşet nömrəsində 1019.69 kv/m torpaq sahəsi göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən 14 fevral 2000-ci il tarixli vəsiyyətnamədə göstərilmişdir: “ Mən, Balakən rayonu Tülü kəndində yaşayan X15 aşagıdakı-sərəncam vəsiyyəti edirəm:Vəfat edəcəyim günə harada və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakımı, o cümlədən Balakən rayonunun Tülü kəndində yerləşən evimi və torpaq sahəsini bütünlüklə Cavabdeh2 vəsiyyət edirəm.Həmin vəsiyyətlə əlaqədar olaraq qalan vərəsələrimi vərəsəlik hüququndan məhrum edirəm. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Dövlət Arxivinin Şəki filialı tərəfindən Cavabdeh2 ünvanlanmış 29 sentyabr 2023-cü il tarixli 3- 48DA-12/F/2/R-39/830/2023 nömrəli məktubda göstərilmişdir ki, Balakən Regional “Asan Xidmət” Mərkəzinə ünvanladığınız 25 sentyabr 2023-cü il tarixli ərizənizə cavab olaraq bildirilir ki, Balakən Rayonu Tülü kənd N.Nərimanov adına kolxozun 1982-ci ilin “Qaytanlanmış torpaq” kitabına əsasən 195-ci sırada X2 cəmi torpağı 0,20 ha olması qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Tülü kənd icra nümayəndəliyi tərəfindən 25 sentyabr 2023-cü il tarixdə verilmiş AZ-İİ seriyalı 348521 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2000-ci ildə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli vəsiyyətnamə üzrə X17 şəhadətnamənin surətindən görünür ki, Balakən rayon DNK-u tərəfindən 14 fevral 2000-ci ildə təsdiq edilən və reyestrdə 2V-22 nömrə ilə qeyd olunan vəsiyyətnaməyə əsasən 18 iyun 2000-ci ildə vəfat etmiş X2 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi, oğlu- Balakən rayonunun Qazma kəndində yaşayan Cavabdeh2dur. Şəhadətnamə verilən miras əmlak Balakən rayonunun Tülü kəndində 2000 kv/m torpaq sahəsində yerləşən, 1988-ci ildə tikilən, divarları çaydaşı, üstü şifer, yaşayış sahəsi 36 kv/m, ümumi sahəsi 36 kv/m olan 2 (iki) otaqlı yaşayış evindən ibarətdir. İşdə olan Balakən Rayon Məhkəməsinin e-2(019)-485/2025 nömrəli, xx.xx.2025-ci il tarixlı qətnaməsindən görünür ki, Balakən rayonu Tülü kəndi ünvanında yerləşən X6, X9, Cavabdeh1, İddiaçı1, İddiaçı2, X14 və X7 məxsus JN 823 Kod 40114018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının 823F planşet nömrəsində göstərilən 917.13 kv/m torpaq sahəsinin hər birinin 1/7 hissə olmaqla ümumilikdə 2/7 hissəsinə və və 823 B planşet nömrəsində göstərilən 1019.69 kv/m torpaq sahəsinin hər birinin 1/7 hissə olmaqla ümumilikdə 2/7 hissəsinə iddiaçılar İddiaçı1 və İddiaçı2 payları müəyyən olunmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 17 sentyabr 2024-cü il tarixdə verilmiş 3-21-3-47/2-3703/2024 nömrəli mütəxəssis rəyində göstərilir ki, ümumi birgə mülkiyyətdə olan ünvan 5i ünvanında yerləşən JN 823 Kod 40114018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının 823F planşet nömrəsində göstərilən 917.13 kv/m torpaq sahəsindən və 823B planşet nömrəsində göstərilən 1019.69 kv/m torpaq sahəsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 2/7 hissəsinin birlikdə saxlanmaqla naturada ayrılması mümkündür. Həmin torpaq sahəsinin bölgüsünün mümkün olan variantı tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. 2.Ümumi birgə mülkiyyətdə olan ünvan 5i ünvanında yerləşən JN 823 Kod 40114018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının 823F planşet nömrəsində göstərilən 917.13 kv.m torpaq sahəsindən və 823B planşet nömrəsində göstərilən 1019.69 kv.m torpaq sahəsində olan tikililər nəzərə alınmadan iddiaçılar İddiaçı1 və İddiaçı2 2/7 hissəsinin birlikdə saxlanmaqla naturada ayrılması mümkündür. Həmin torpaq sahəsinin bölgüsünün mümkün olan variantı tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 nömrəli 2025-ci il tarixli 10/4699 nömrəli ekspert rəyində göstərilmişdir ki, Məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2024-cü il tarixdə təqdim edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinin müvafiq mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur: Qərardadın 1-ci sualı üzrə: Ümumi birgə mülkiyyətdə olan Balakən rayonu Tülü kəndi ünvanında yerləşən JN823 Kod 40114018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının 823F planşet nömrəsində göstərilən 917.13 kv/m torpaq sahəsindən və 823B planşet nömrəsində göstərilən 1019.69 kv/m torpaq sahəsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 2/7 hissəsinin birlikdə saxlanmaqla naturada ayrılması mümkündür. Həmin torpaq sahəsinin bölgüsünün mümkün olan variantı mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. Qərardadın 2-ci sualı üzrə: Ümumi birgə mülkiyyətdə olan Balakən rayonu Tülü kəndi ünvanında yerləşən JN823 Kod 40114018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının 823F planşet nömrəsində göstərilən 917.13 kv/m torpaq sahəsindən və 823B planşet nömrəsində göstərilən 1019.69 kv/m torpaq sahəsində olan tikililər nəzərə alınmadan iddiaçılar İddiaçı1 birlikdə saxlanmaqla naturada mümkün olan variantı mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərimişdir. Ekspertiza tədqiqatının dəyəri 50 manatdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli 10026 nömrəli qəbzdən görünür ki, İddiaçı1 100 manat dövlət rüsumu xərcini ödəmişdir. Məhkəmə,İddiaçı2, Cavabdeh1, Cavabdeh2 nümayəndəsi-vəkili Nümayəndə2 izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında işin faktiki halları araşdırılarkən müəyyən olundu ki, Balakən rayon Aqrar İslahat komissiyasının 07 dekabr 1997-ci il tarixli 37 nömrəli qərarı ilə X6, X12, Cavabdeh1, İddiaçı1, İddiaçı2, X13 və X7 1.24 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN 823 Kod 40114018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı hazırlanmışdır. 823F planşet nömrəsində göstərilən 917.13 kv/m torpaq sahəsi və 823B planşet nömrəsində göstərilən 1019.69 kv/m torpaq sahəsi bir birinə bitişik kənddaxili ərazidən, 823W planşet nömrəsində göstərilən 10484.98 kvm torpaq sahəsi isə çöl ərazisindən verilmişdir. 823F planşet nömrəsində göstərilən 917.13 kv/m torpaq sahəsi və 823B planşet nömrəsində göstərilən 1019.69 kv/m torpaq sahəsini Cavabdeh2 istifadə etməklə onları ora buraxmır. Digər cavabdehlər isə torpaq sahəsinin onlara aid hissəsinin ayrılmasına etiraz edirlər. Cavabdehlərlə aralarında mübahisə olduğuna görə iddiaçılar ümumi paylı mülkiyyətlərində olan torpaq sahələrindən özlərinə məxsus olan hissələrin naturada ayrılmasını və ona sahib olmalarını istəyirlər. Odur ki, iddiaçılar hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə işin müəyyən olunmuş faktiki hallarına əsaslanaraq hesab edir ki, tərəflər arasındakı mübahisəyə aşağıdakı hüquq tətbiq olunmalıdır, Azərbaycan Respublikası Konstitusiyası: 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi : 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 220.1-220.3-cü maddələrinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. 238.1 və 238.3-cü maddələrinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə 02/2024 nömrəli 6 dekabr 2024-cü il tarixli qərardadı: 17-20-ci bəndlərində göstərilmişdir ki, paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi və ya mülkiyyətçinin əşyadakı payının ayrılması – bu məsələləri nizamlayan Mülki Məcəllənin 220 və 221-ci maddələrinin məzmunundan belə nəticəyə gəlmək olar ki, bölünmə və ayrılma anlayışları eynilik təşkil etməməklə, fərqli hüquqi mexanizmləri nəzərdə tutur. Paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsinin) payının ayrılması proseduru Mülki Məcəllənin 220.3-220.6-cı maddələri, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi proseduru isə 221-ci maddəsi ilə tənzimlənir. Hər iki prosedur ilk olaraq tərəflərin razılığı ilə, bu mümkün olmadıqda isə mübahisənin məhkəmədə həll olunmasını nəzərdə tutur (Mülki Məcəllə, 220.3-cü maddənin birinci cümləsi və 221-ci maddənin 2-ci cümləsi). Qeyd olunan hüquqi prosedurlar arasındakı fərq isə ondan ibarətdir ki, paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi maddənin başlığından da göründüyü kimi, bütün hallarda həmin şəxslərin əşya üzərində ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi ilə nəticələnir. Bu baxımdan əşyanın bölünməsi halı üçün Mülki Məcəllənin 221-ci maddəsində onun fiziki bölgüsü və hərracdan satışından ibarət iki ardıcıl hüquqi mexanizm müəyyən edilmişdir. Həmin maddə bütün paylı mülkiyyətçilər əşyanın bölünməsi ilə bağlı həmfikir olsalar da, aralarında paylı mülkiyyət hüququna xitam verilməsinin növü və ya forması (fiziki bölgü, hərracdan satış və s.) ilə bağlı mübahisə olduğu və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qaldığı, yəni ümumiliyin davam etdirilməsinin mümkün olmadığı hallarda tətbiq edilməlidir. Məsələn, bütün payçıların əşyanın paylarına uyğun bölünməsini tələb etdikləri və ya iki payçıdan biri, üç payçıdan ikisi ayrılmaq istədiyi hallarda əşyanın bölünməsi mexanizmi işə düşür. Əşya üzərində mülkiyyət hüququndakı payın ayrılması isə bütün hallarda ümumi paylı mülkiyyət hüququna xitam verilməsi ilə nəticələnmir. Bu baxımdan əşyanın bölünməsi halından fərqli olaraq, payın ayrılması halı üçün Mülki Məcəllənin 220.2-220.6-cı maddələrində payın naturada ayrılması, bu mümkün olmadıqda kompensasiya ödənilməklə paya xitam verilməsi və əşyanın açıq hərracdan satışından ibarət üç ardıcıl hüquqi mexanizm müəyyən edilmişdir. Bu zaman həmin ardıcıllıq gözlənilməklə payın naturada ayrılması baş tutduqda yalnız ayrılan şəxs(lər) ümumilikdən çıxaraq fərdi mülkiyyətçiyə çevrilir, bu mümkün olmadıqda isə kompensasiya ödənilməklə yalnız həmin şəxs(lər)in əşya üzərində mülkiyyət hüququna xitam verilir. Ayrılmayan iki və ya daha artıq payçı isə ümumi paylı mülkiyyət vəziyyətində qalmaqda davam edirlər. Məsələn, üç payçıdan birinin və ya dörd payçıdan ikisinin ayrılmaq istədiyi halda payın ayrılmasına dair prosedur tətbiq edilir. Yalnız əşyanın açıq hərracdan payçı olmayan digər şəxslərə satılması halında əvvəlki həmmüllkiyyətçilərin əşya üzərində ümumi paylı mülkiyyət hüquqlarına xitam verilmiş olur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi : 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəzərə alınmalıdır ki, iddia tələbi bilavasitə sübutetmə ilə bağlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların mövcud olub olmamasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər hansı dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Hazırkı işin materiallarından göründüyü kimi , Balakən rayon Aqrar İslahat komissiyasının 07 dekabr 1997-ci il tarixli 37 nömrəli qərarı ilə Balakən rayonu Tülü kəndi ərazisindən X6, X12, Cavabdeh1, İddiaçı1, İddiaçı2, X13 və X7 1.24 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsinə görə təqdim olunmuş JN 823 Kod 40114018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının 823F planşet nömrəsində göstərilən 917.13 kv/m torpaq sahəsi və 823B planşet nömrəsində göstərilən 1019.69 kv/m torpaq sahəsinin 2/7 hissəsinə iddiaçıların payı müəyyən olunmuşdur. Digər mülkiyyətçilərlə aralarında olan narazılığa görə iddiaçılar öz paylarının naturada ayrılmasını istəyirlər. Ekspert rəyinə əsasən iddiaçıların 2/7 hissə paylarının naturada ayrılması mümkündür. Məhkəmə işin qeyd edilən hallarını, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, idda tələbi payların naturada ayrılmasına aid hissədə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə həmçinin iddiaçıların payları naturada ayrıldıqdan sonra onlara ayrılmış torpaq sahəsinə cavabdehlərin hüquqlarının itirilməsini nəzərə alaraq hesab edir ki, cavabdehlər Cavabdeh2 , Cavabdeh1 , Cavabdeh3 və Cavabdeh4 iddiaçılara ayrılmış torpaq sahəsindən çıxarılmalıdırlar. İddia tələbi qalan hissədə isə təmin edilməməlidir. Belə ki, iddiaçıların payları ayrıldıqdan və cavabdehlər onlara aid torpaq sahəsindən çıxarıldıqdan sonra. iddiaçıların paylarına verilmiş torpaq sahələrinə sahib olmaları, ondan istifadə etmələrinə qarşı cavabdehlərin qərəzli hərəkətlər edəcəkləri və qəsd törədəklərinə dair iddiaçılar heç bir sübut təqdim etməmişlər. Odur ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. İddia qismən təmin edildiyindən İddiaçı1 ödədiyi 100 manat dövlət rüsumu xərcinin- 50 manatı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 tutulub İddiaçı1 verilməli, 50 manatı isə iddiaçının özünə aid edilməlidir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, JN 823 Kod 40114018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X2, X10 , Cavabdeh1 , İddiaçı1 , İddiaçı2 , X11 və X4 ümumi mülkiyyətinə verilmiş Balakən rayonu Tülü kəndində yerləşən 1.24 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 823F planşet nömrəsində göstərilən 917.13 kv/m torpaq sahəsindən və 823B planşet nömrəsində göstərilən 1019.69 kv/m torpaq sahəsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 2/7 hissə payları mütəxəssis rəyinə əlavə edilmiş 1 nömrəli yerquruluşu planına uyğun naturada ayrılmalı, cavabdehlər Cavabdeh2 , Cavabdeh1 , Cavabdeh3 və Cavabdeh4 iddiaçıların payına ayrılmış torpaq sahəsindən çıxarılmalıdırlar. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Ödənmiş dövlət rüsumunun 50 manatı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 tutulub İddiaçı1 verilməli, 50 manatı isə iddiaçının özünə aid edilməlidir. 50 manat ekspertiza xərcinin 25 manatı iddiaçılar İddiaçı1 və İddiaçı2, 25 manatı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 tutulub dövlət büdcəsinə Az.MEM VÖEN **********, X5, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ 22 hesaba köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə qə t e t d i İddia qismən təmin edilsin. JN 823 Kod 40114018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X2, X10 , Cavabdeh1 , İddiaçı1 , İddiaçı2, X11 və X4 ümumi mülkiyyətinə verilmiş, Balakən rayonu Tülü kəndində yerləşən 1.24 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 823F planşet nömrəsində göstərilən 917.13 kv/m torpaq sahəsindən və 823 B planşet nömrəsində göstərilən 1019.69 kv/m torpaq sahəsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 2/7 hissə payları mütəxəssis rəyinə əlavə edilmiş 1 nömrəli yerquruluşu planına uyğun naturada ayrılsın; cavabdehlər Cavabdeh2 , Cavabdeh1 , Cavabdeh3 və Cavabdeh4 iddiaçıların payına ayrılmış torpaq sahəsindən çıxarılsınlar;. İddia tələbi qalan hissədə təmin edilməsin; ödənmiş dövlət rüsumunun 50 manatı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 tutulub İddiaçı1 verilsin, 50 manatı isə iddiaçının özünə aid edilsin. 50 manat ekspertiza xərcinin 25 manatı iddiaçılar İddiaçı1 və İddiaçı2, 25 manatı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 tutulub dövlət büdcəsinə Az.MEM VÖEN **********, X5, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ 22 hesaba köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirməklə Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən H.Q.Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-28/2025
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-28/2025
02.09.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver