Məhkəmə qərarları › İş №e-2(019)-289/2022

Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-289/2022

07.09.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-289/2022 07.09.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, iddiaçılar İddiaçı3, İddiaçı2 İdris qızının, cavabdehlər Cavabdeh2, Cavabdeh1 iştirakları ilə İddiaçılar İddiaçı3, İddiaçı2 İdris qızının və İddiaçı1, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Balakən rayon Hənifə bələdiyyəsinə və Balakən RİHB-nin Hənifə kənd İƏD üzrə nümayəndəliyinə qarşı cavabdehlərin onlara məxsus Balakən rayonu Hənifə kəndində yerləşən 1.051 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.85 ha hissəsindən məcburi qaydada çıxarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi İddiaçılar İddiaçı3, İddiaçı2 İdris qızı və İddiaçı1, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 , Cavabdeh4,müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Balakən rayon Hənifə bələdiyyəsinə və Balakən RİHB-nin Hənifə kənd İƏD üzrə nümayəndəliyinə qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 onlara məxsus Balakən rayonu Hənifə kəndində yerləşən reyestr nömrəsi **********96 olan 1.051 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,85 ha hissəsindən məcburi qaydada çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçılar İddiaçı3 və İddiaçı2 İdris qızı ərizə ilə məhkəməyə müraciət edərək, işə baxılmasını istəmədiklərini göstərərək, işin baxılmamış saxlanmasını və sənədlərin özünə qaytarılmasını xahiş etmişlər. İddiaçı1, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh2 və Cavabdeh1 işə mahiyyəti üzrə baxılmasını tələb etmədiklərini göstərmişlər. Cavabdehlər Cavabdeh3, Cavabdeh4, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Balakən rayon Hənifə bələdiyyəsi və Balakən Rayon İHB-nın Hənifə kənd inzibati ərazi dairəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin Məcəllənin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Məhkəmə işin hallarını, iddiaçılar İddiaçı3 və İddiaçı2 İdris qızının iddia ərizəsinin qaytarılması barədə ərizə vermələrini, İddiaçı1 məhkəmə iclasına gəlməməsini, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini, mülki prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, mülki iş baxılmamış saxlanmalı, iddia ərizəsinə əlavə edilmiş sənədlər və 100 manat dövlət rüsumu iddiaçılara qaytarılmalıdır. 50 manat ekspertiza xərci iddiaçılar İddiaçı3, İddiaçı2 İdris qızı və İddiaçı1 tutulub dövlət büdcəsinə Az.MEM VÖEN **********, X2, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ 22 hesaba ödənilməlidir. İddiaçılar İddiaçı3, İddiaçı2 İdris qızına və İddiaçı1 izah olunmalıdır ki, yenidən ümumi qaydada iddia ərizə ilə məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 260.1, 263-264 və 268.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı İddiaçılar İddiaçı3, İddiaçı2 İdris qızının və İddiaçı1, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh4, Cavabdeh3, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Balakən rayon Hənifə bələdiyyəsinə və Balakən RİHB-nin Hənifə kənd İƏD üzrə nümayəndəliyinə qarşı cavabdehlərin onlara məxsus Balakən rayonu Hənifə kəndində yerləşən 1.051 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.85 ha hissəsindən məcburi qaydada çıxarılması tələbinə dair mülki iş baxılmamış saxlansın. İddia ərizəsinə əlavə edilmiş sənədlər və 100 manat dövlət rüsumu iddiaçılar İddiaçı3, İddiaçı2 İdris qızına və İddiaçı1 qaytarılsın. 50 manat ekspertiza xərci iddiaçılar İddiaçı3, İddiaçı2 İdris qızı və İddiaçı1 tutulub dövlət büdcəsinə Az.MEM VÖEN **********, X2, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ 22 hesaba ödənilsin. İddiaçılar İddiaçı3, İddiaçı2 İdris qızına və İddiaçı1 izah olunur ki, yenidən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilərlər. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar