Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-29/2025 06.02.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı və nümayəndəsi Balakən rayon Vəkil Bürosunun vəkili Nümayəndə1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı torpağın naturada ayrılması, payına verilmiş torpaq sahələrindən cavabdehlərin çıxarılması, ona düşən hissəsinə sahib olması, ondan istifadə etməyinə yönəlmiş cavabdehlərin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakən rayonu, Qazma kəndi ünvanında yerləşən ümumi sahəsi 0.1269 ha olan həyətyanı torpaq sahəsinin 7/20 hissəsinin, ümumi sahəsi 0.3444 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 7/20 hissəsinin və ümumi sahəsi 0.6039 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 7/20 hissəsinin naturada ayrılması, payına verilmiş torpaq sahələrindən cavabdehlərin çıxarılması, payına verilmiş torpaq sahələrindən ona düşən hissəsinə sahib olması, ondan istifadə etməyinə yönəlmiş cavabdehlərin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi məhkəməyə ərizə təqdim edərək hazırda iddia tələbinin ümumi sahəsi 0.3444 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 7/20 hissəsinin naturada ayrılması hissəsində işin məhkəmədə baxılmasını tələb etmədiyini bildirərək məhkəmədən iddia tələbinin ümumi sahəsi 0.3444 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 7/20 hissəsinin naturada ayrılması hissəsində baxılmamış saxlanılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(019)-29/2025 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı ünvan 1ində yerləşən 0.3444 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı verilmiş 7/20 hissə payının naturada ayrılması hissəsində baxılmamış saxlanılmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, ünvan 1i ünvanında qeydiyyatdadır. X1, anası X8r. Birgə təsərrüfat apardıqları dövrdə Balakən rayon Aqrar İslahat Komissiyasının 08 may 1998-ci il tarixli 06 saylı qərarı ilə 0.2424 ha həyətyanı torpaq sahəsi, 1.00 ha isə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ailələrinn mülkiyyətinə verilmişdir. Bu barədə ona, X1na, anası X9, qardaşı Cavabdeh1 JN 139 KOD 40103018 olan Torpağa Mülkiyyət Hüququna X16 verilmişdir. Balakən rayon Aqrar İslahat Komissiyasının 08 may 1998-ci il tarixli 06 saylı qərarı ilə verilmiş 1.00 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iki kontur daxilində, yəni 139F cizgidə qeyd edilən 6512.82 kvm hissəsi həyətyanı torpaq sahəsinə bitişik hissədən, 139 saylı cizgidə qeyd edilən 3444.00 kvm hissəsi isə çöl sahəsindən verilmişdir. 0.2424 ha həyətyanı torpaq sahəsinin 0.1155 ha hissəsini və 0.6512 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 0.473 ha hissəsini öz razılıqları ilə atasının başqa ailəsi olan X6 vermişlər. Qalan torpaq sahələrinə və fərdi yaşayış evinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışlar. X1 04 sentyabr 2013-cü il tarixdə, anası X11 isə 07 avqust 2018-ci il tarixdə ölmüşdür. Onların ölümündən sonra miras qalmış əmlakları onlar qəbul etmişlər. Atası və anasından miras qalmış miras əmlakların bölüşdürülməsi ilə bağlı Balakən rayon Məhkəməsinə müraciət etmişdir. Balakən Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli, 2(019)-546/2021 saylı qətnaməsi ilə 04 sentyabr 2013-cü il tarixdə ölmüş X2 və 07 avqust 2018-ci il tarixdə ölmüş X3 miras qalmış ümumi birgə mülkiyyət hüququ əsasında ünvan 1ində 0.1269 ha həyətyanı torpaq sahəsindən, 0.6039 ha və 0.3444 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən onlara məxsus olan hissəsindən 1/2 hissəsinə İddiaçı vərəsəlik hüququ tanınması qət edilmişdir. Həmin qətnamədən cavabdehlər apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(107)-1990/2021 saylı qətnaməsinə əsasən Balakən Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli, 2(019)-546/2021 saylı qətnaməsi ləğv edilmiş, 04 sentyabr 2013-cü il tarixdə ölmüş X2 və 07 avqust 2018-ci il tarixdə ölmüş X3 miras qalmış ümumi birgə mülkiyyət hüququ əsasında ünvan 1ində 0.1269 ha həyətyanı torpaq sahəsindən, 0.6039 ha və 0.3444 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən onlara məxsus olan hissəsindən 1/5 hissəsinə İddiaçı vərəsəlik hüququ tanınmışdır. Bundan sonra miras əmlaklara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Həmin şəhadətnamələr əsasında xx.xx.2022-ci il tarixdə ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 18 saylı Zaqatala ərazi idarəsindən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar almışdır. Belə ki, xx.xx.2022-ci il tarixdə ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 18 saylı ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 56.1 kv/m olan fərdi yaşayış evinin 1/5 hissəsinə və ümumi sahəsi 0.1269 ha olan həyətyanı torpaq sahəsinin 7/20 hissəsinə öz adına **********27-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış almışdır. Eyni zamanda xx.xx.2022-ci il tarixdə ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 18 saylı ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 0.3444 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 7/20 hissəsinə öz adına **********72 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış və 0.6039 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 7/20 hissəsinə öz adına **********25 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış almışdır. Cavabdehlərlə aralarında mübahisə olduğuna görə daşınmaz əmlakdan özünə məxsus olan hissələrin naturada ayrılmasını və ona sahib olmağını istəyir. Lakin cavabdehlər ümumi paylı mülkiyyətdə olan Balakən rayonu, Qazma kəndi ünvanında yerləşən ümumi sahəsi 56.1 kv/m olan fərdi yaşayış evinin 1/5 hissəsindən və ümumi sahəsi 0.1269 ha olan torpaq sahəsinin 7/20 hissəsindən, ümumi sahəsi 0.3444 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 7/20 hissəsindən və 0.6039 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 7/20 hissəsindən istifadə etməyə imkan vermir. Buna görə də mübahisənin qanuni yolla həll edilməsi üçün Balakən Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı və onun nümayəndəsi iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, Balakən rayonu, Qazma kəndi ünvanında yerləşən ümumi sahəsi 0.1269 ha olan həyətyanı torpaq sahəsinin 7/20 hissəsinin və ümumi sahəsi 0.6039 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 7/20 hissəsinin naturada ayrılması, payına verilmiş torpaq sahələrindən cavabdehlərin çıxarılması, payına verilmiş torpaq sahələrindən ona düşən hissəsinə sahib olması, ondan istifadə etməyinə yönəlmiş cavabdehlərin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmədən ədalətli bölgü aparılmasını xahiş etmişdir. Cavabdeh3 məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən hazırki məhkəmə iclasının həmin cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********25 olan, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, ünvan 1ində yerləşən 0.6039 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 7/20 hissəsi İddiaçı, 5/20 hissəsi Cavabdeh1, 4/20 hissəsi X4, 4/20 hissəsi X7 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********27-10301 olan, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, ünvan 1ində yerləşən fərdi yaşayış evinin və 0.1269 ha yaşayış məntəqələrinin torpaqları - fərdi yaşayış evinin 4/5 və torpaq sahəsinin 4/20 hissəsi X4, torpaq sahəsinin 4/20 hissəsi X7, torpaq sahəsinin 5/20 hissəsi Cavabdeh1, fərdi yaşayış evininin 1/5 və torpaq sahəsinin 7/20 hissəsi İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. Məhkəmə mühəndis-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli 10/6814 nömrəli rəyində göstərilmişdir ki, mülki iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinin mütəxəssis rəyinin məlumatlarına əsasən aşağıdakılar müəyyən olunur: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********127-10301 olan, ********** qeydiyyat nömrəli Çıxarışla ünvan 1ində yerləşən 0.1269 ha həyətyanı torpaq sahəsinin həmin torpaq sahəsində yerləşən tikililər nəzərə alınmaqla və ya nəzərə alınmadan İddiaçı payına düşən 7/20 hissənin naturada ayrılması mümkündür. Həyətyanı 0.1269 ha torpaq sahəsinin naturada mümkün olan bölgü variantı Yerquruluşu Planı-1-də göstərilmişdir. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********22 olan, ********** qeydiyyat nömrəli Çıxarışla ünvan 1ində yerləşən 0.3444 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada istifadə vəziyyəti ilə hüquqmüəyyənedici sənədlərdə göstərilən yerləşmə vəziyyəti arasında uyğunsuzluqlar olduğuna görə İddiaçı payına düşən 7/20 hissəsinin naturada ayrılması mümkün olmamışdır. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********25 olan, ********** qeydiyyat nömrəli Çıxarışla ünvan 1ində yerləşən 0.6039 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı payına düşən 7/20 hissəsinin naturada ayrılması mümkündür. Kənd təsərrüfatı təyinatlı 0.6039 ha torpaq sahəsinin naturada mümkün olan bölgü variantı Yerquruluşu Planı-2-də göstərilmişdir”. İş üzrə aparılmış ekspertizası tədqiqatının dəyəri 100,0 manat təşkil edir. İddiaçı tərəf hazırki iddianın qaldırılması üçün 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iddiaçının, onun nümayəndəsinin, məhkəmə iclasına gəlmiş cavabdehlərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyanın: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 220.1-220.3-cü maddələrinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” 6 dekabr 2024-cü il tarixli Qərardadına əsasən ümumi paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsinin) payının ayrılması məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3 - 220.6-cı maddələri, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi məsələsi isə həmin Məcəllənin 221-ci maddəsi tətbiq edilməklə, bu qərardadın əsaslandırıcı hissəsində qeyd olunan hüquqi mövqelərə uyğun həll olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materialları əsasında müəyyən edilmişdir ki, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən ünvan 1ində yerləşən 0.6039 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 7/20 hissəsi İddiaçı adına qeydiyyata alınmışdır. ********** qeydiyyat nömrəli Çıxarışa əsasən ünvan 1ində yerləşən fərdi yaşayış evinin 1/5 və 0.1269 ha torpaq sahəsinin torpaq sahəsinin 7/20 hissəsi İddiaçı adına qeydiyyata alınmışdır. Cavabdehlərlə aralarında mübahisə olduğuna görə iddiaçı paylı mülkiyyətdə olan daşınmaz əmlakdan özünə məxsus olan payın naturada ayrılması üçün məhkəməyə müraciət etmişdir. Ekspert rəyi əsasında həmin torpaq sahələrində iddiaçının öz payının naturada ayrılması mümkün hesab edilmişdir. Odur ki, paylı mülkiyyətin mülkiyyətçisi olan iddiaçı öz payının ayrılmasını və payına verilmiş torpaq sahələrindən cavabdehlərin çıxarılmasını tələb etməkdə haqlıdır. Beləliklə məhkəmə mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********27-10301 olan, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən ünvan 1ində yerləşən 0.1269 ha torpaq sahəsinin İddiaçı məxsus 7/20 hissə payı 29 noyabr 2024-cü il tarixli, 10/6814 saylı ekspert rəyinə əlavə olunmuş Yerquruluşu Planı-1-də göstərilən bölgü variantı üzrə naturada ayrılmalı, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********25 olan, ********** qeydiyyat nömrəli Çıxarışla ünvan 1ində yerləşən 0.6039 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı məxsus 7/20 hissə payı 29 noyabr 2024-cü il tarixli, 10/6814 saylı ekspert rəyinə əlavə olunmuş Yerquruluşu Planı-2də göstərilən bölgü variantı üzrə naturada ayrılmalı, İddiaçı ayrılmış həmin torpaq sahələrindən cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 çıxarılmalıdır. İddia tələbinin iddiaçının torpaq sahələrindən ona düşən hissəsinə sahib olması, ondan istifadə etməyinə yönəlmiş cavabdehlərin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin qərəzli hərəkətlərin və qəsdlərin nədən ibarət olması ərizədə əsaslandırılmamış, cavabdehlərin bu cür hərəkətlərini təsdiq edən sübutlar təqdim edilməmişdir. Odur ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Həmçinin iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 100 manat ekspertiza xərcinin 65 manatı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2, 35 manatı isə İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********27-10301 olan, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən ünvan 1ində yerləşən 0.1269 ha torpaq sahəsinin İddiaçı məxsus 7/20 hissə payı 29 noyabr 2024-cü il tarixli, 10/6814 saylı ekspert rəyinə əlavə olunmuş Yerquruluşu Planı-1-də göstərilən bölgü variantı üzrə naturada ayrılsın. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********25 olan, ********** qeydiyyat nömrəli Çıxarışla ünvan 1ində yerləşən 0.6039 ha torpaq sahəsinin İddiaçı məxsus 7/20 hissə payı 29 noyabr 2024-cü il tarixli, 10/6814 saylı ekspert rəyinə əlavə olunmuş Yerquruluşu Planı-2-də göstərilən bölgü variantı üzrə naturada ayrılsın İddiaçı ayrılmış həmin torpaq sahələrindən cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 çıxarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. İş üzrə 100 manat ekspertiza xərcinin 65 manatı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2, 35 manatı isə İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Arifə Cəfərova
Məhkəmə qərarları › İş №e-2(019)-29/2025
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-29/2025
06.02.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver