Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-294/2025 13.01.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Cəfərova Arifə Namus qızı, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X4 adı “Məmməd”, X1 “Xattayeva” olma faktının müəyyən olunması, həmçinin X4 X3 oğlu olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəyə ona əlavə edilmiş sənədlərlə birlikdə baxaraq hesab edir ki, iddianın yolverilməzliyinə görə hazırki ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, iş materiallarında olan Ədliyyə Nazirliyi Balakən Regional Asan Xidmət Mərkəzində Notariat Ofisinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X4 doğum akt qeydində adı “Məmməd” kimi, ana qrafasında isə miras qoyan X1 “Xattayeva” kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 307-ci maddəsində məhkəmə qaydasında müəyyən edilə bilən hüquqi əhəmiyyəti olan faktlar sadalanmışdır. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 2.2-ci bəndinə əsasən əgər qohumluq faktının müəyyən olunması vətəndaşlıq vəziyyəti aktlarının qeydi zamanı yol verilmiş səhvlərlə (adın, ata adının, soyadın təhrifi və sair) əlaqədardırsa, məhkəmələr qohumluq münasibətlərinin müəyyən olunmasına dair belə ərizələri icraata qəbul etməkdən iddianın yolverilməzliyinə görə imtina etməlidirlər (Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsi). Bu cür səhvlərin aradan qaldırılması və vətəndaşlıq vəziyyəti aktlarında dəyişiklik edilməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları tərəfindən qüvvədə olan normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, həmin orqanlara qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. İş materialları əsasında müəyyən edilmişdir ki, X4 doğum akt qeydi mövcuddur, lakin akt qeydində adı “Məmməd” kimi, ana qrafasında isə miras qoyan X1 “Xattayeva” kimi qeyd edilmişdir. Göründüyü kimi qohumluq faktının müəyyən olunması vətəndaşlıq vəziyyəti aktlarının qeydi zamanı yol verilmiş səhvlərlə əlaqədardır, buna görə də iddianın yolverilməzliyinə görə Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi dair ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Həmçinin ərizəçiyə X5 aid doğum haqqında akt qeydində müvafiq düzəlişin edilməsi üçün Balakən rayon Qeydiyyat Şöbəsinə müraciət etmək, həmin şöbə tərəfindən bu düzəlişin edilməsindən imtina olunduqda həmin orqana qarşı inzibati icraat qaydasında iddia qaldırmaq hüququ izah edilməlidir. Ərizəçi tərəfindən ("xxxx" ASC-nin Balakən filialı, xx.xx.2024-cü il, qəbzin nömrəsi **********) ödənmiş 100 manat dövlət rüsumu dövlət büdcəsindən ona qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi dair ərizəsinin qəbul edilməsindən mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından imtina edilsin. Ərizəçiyə X5 aid doğum haqqında akt qeydində müvafiq düzəlişin edilməsi üçün Balakən rayon Qeydiyyat Şöbəsinə müraciət etmək, həmin şöbə tərəfindən bu düzəlişin edilməsindən imtina olunduqda həmin orqana qarşı inzibati icraat qaydasında iddia qaldırmaq hüququ izah edilsin. Ərizəçi tərəfindən ("xxxx" ASC-nin Balakən filialı, xx.xx.2024-cü il, qəbzin nömrəsi **********) ödənmiş 100 manat dövlət rüsumu dövlət büdcəsindən ona qaytarılsın. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Arifə Cəfərova
Məhkəmə qərarları › İş №e-2(019)-294/2025
Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-294/2025
13.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver