Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-295/2025 28.04.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, Ərizəçi və onun nümayəndəsi-vəkili Nümayəndə iştirakları ilə, Ərizəçi qohumluq və mirasın qəbul edilmə faktının müəyyən edilməsi tələbinə dair mülki işə Balakən Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək ərizəçinin atasının xalası X24 ilə qohum olma və X8 miras qalmış əmlakları, evi, həyətyanı torpaq sahəsini və kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair birinci və ikinci növbə vərəsələri olmadığından 3 növbə vərəsə kimi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul ediliməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, hazırki ərizə o, Kovxayeva X12 Regional Asan Xidmət mərkəzində Notariat Ofisi cəlb olunmaqla “qohumluq və mirasın qəbul edilməsi faktın müəyyən edilməsi”nə dairdir. Ərizəçi xx xxxxxx 1994-cü ildə anadan olmuşdur. X2, anası X25 olmuşdur. 16 noyabr 1997-ci ildə anası vəfat etdikdən sonra ona babası X26 baxmışdır. 02 may 2010-cu ildə babası vəfat etdiyindən atasının xalası X16 ərizəçi baxmağa başlamışdır. 13 avqust 2024-cü ildə atasının xalası X24 vəfat etmişdir. Atasının xalası X13 yas mərasimini o, yola salmış, baş daşını özü qoymuş, təsərrüfatını idarə edir. Atasının xalası X8 miras qalmış əmlakları, evi, həyətyanı torpaq sahəsini və kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair birinci və ikinci növbə vərəsələri olmadığından ərizəçi 3 növbə vərəsə kimi qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsi üçün maraqlı şəxsə müraciət etmişdir. Maraqlı şəxs tərəfindən vərəsəlik işi açılmasından imtina edilmişdir. Bu səbəbdən də mövcud iddia tələbi irəli sürülür. Aşağıdakı hüquq normalarına əsasən və iddia ərizəsinin B hissəsində göstərilən işin faktiki hallarına əsasən hesab edir ki, ərizəçinin atasının xalası X24 ilə qohum olma və X8 miras qalmış əmlakları, evi, həyətyanı torpaq sahəsini və kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair birinci və ikinci növbə vərəsələri olmadığından ərizəçi 3 növbə vərəsə kimi mirasın qəbul edilməsi faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməlidir. Birincisi, X24 ərizəçinin atasının xalasıdır. Yəni ərizəçi X16 münasibətdə 3 növbə vərəsədir. İkincisi, 02 may 2010cu ildə babası vəfat etdiyindən X16 ərizəçi baxmağa başlamışdır. 13 avqust 2024-cü ildə atasının xalası X24 vəfat etmişdir. Atasının xalası X13 yas mərasimini ərizəçi yola salmış, baş daşını özü qoymuş, təsərrüfatını idarə edir. Üçüncüsü, X13 ərizəçidən başqa heç bir yaxın qohumları yoxdur. X8 qalmış mirası, əmlakları, evi, həyətyanı torpaq sahəsini və kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə sənəd düzəltmək üçün maraqlı şəxsə müraciət etdikdə X13 qohumluq faktını təsdiq edən sənədi tələb edilir. Balakən Rayon Məhkəməsinin 28 aprel 2025-ci il tarixli, e-2(019)-295/2025 nömrəli qərardadı ilə Ərizəçi qohumluq və mirasın qəbul edilmə faktının müəyyən edilməsinə dair işin icraatına mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə aid hissədə Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən xitam verilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında ərizəsi Ərizəçi nümayəndəsi-vəkili Nümayəndə Ərizəçi izahatına uyğun eyni məzmunlu izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs X43 Xidmət mərkəzində Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxs X43 Xidmət mərkəzində Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Mohma qızı göstərdi ki, Ərizəçi tanıyır. Xədicət onun qohumudur. Xədicətin atası X10, anası isə X25 olmuşlar. Ərizəçinin valideynləri vəfat etdikdən sonra Xədicəti babası X26 baxmışdır. Ərizəçinin babası vəfat etdikdən sonra isə Xədicəti onun atası Zülfüqarın xalası X24 baxmışdır. Pədimatın Cəvahir, Cavharat, Ayşə adında bacıları olmuş və onların hamısı ölmüşlər.Pədimat Kovxayevanın heç bir övladı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindiridmiş Şahid1 göstərdi ki, Ərizəçi tanıyır, ərizəçi həm qonşusu həm də uzaq qohumudur. Ərizəçi mərhum Pədimat Kovxayevanın bacısı Cavharatın oğlu X4 qızıdır. Ərizəçinin vaideynləri atası və anası öldükdən sonra ərizəçiyə mərhum Pədimat Kovxayeva baxıb böyütmüşdür.Pədimat Kovxayevanın uşaqları olmamışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Regional “ASAN Xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi tərəfindən 21 avqust 2024-cü il tarixdə verilmiş AZ-İİ seriyalı 394393 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X24 13 avqust 2024-cü il tarixdə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Kortala Bələdiyyəsi tərəfindən verilmiş 31.10. 2024-cü il tarixli 18 nömrəli arayışdan görünür ki, mərhum X13 özü üçün sağlığında yazdırıb hazırlatdığı qəbirüstü baş daşını Ərizəçi mərhumun qəbrinin üstünə qoydurmuşdur. Mərhumun dəfin xərclərini Ərizəçi çəkmiş və yas mərasimlərini özü yola salmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Balakən Rayon İcra Hakimiyyəti Balakən Rayon Dövlət Arxivi tərəfindən verilmiş 10 dekabr 2024-cü il tarixli 3-487RA/2H-652-6/2024 nömrəli arayışda göstərilmişdir ki, Balakən rayonu Qeydiyyat Şöbəsinin 1935-1940-ci illərə aid doğum haqqında aktların qeydiyyatı kitabında Kovxayeva (Dibirova) Cavharat Əli qızının doğumu barədə qeydiyyat aparılmamışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İcra Hakimiyyəti Başçısının Kortala kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 499 nömrəli arayışda göstərilmişdir ki, Ərizəçi xx.xx.1994-cü il tarixində doğulmuş və mərhum anası X27 xx.xx.1997-ci il tarixində vəfat etdikdən sonra ,ona babası X26 vəfat etdiyi xx.xx.2010-cu il tarixinədək baxmış, sonra tələbə olduğu müddətdə kirayədə qalmış, məktəbi bitirdikdən sonra 2012-ci ildən Balakən rayon Mərkəzi Xəstəxanasında işlədiyi dövrdən atasının xalası X24 ilə birlikdə yaşamış, 2023-cü ilin may ayından sentyabr ayınadək Balakən şəhərində kirayədə yaşamış, həmin müddətdə vaxtaşırı kəndə getmişdir. 2024-cü ilin mart ayında isə Balakən rayonunun Qazma kəndinə ərə köçmüşdür. Atasının xalası mərhum X24 isə xx.xx.2024-cü il tarixində vəfat etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İcra Hakimiyyəti başçısının Kortala kənd inzibati ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 498 nömrəli arayışda göstərilmişdir ki,həqiqətən mərhum X1 Xədicət Zülfüqar qızının mərhum atasının xalasıdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Kortala kənd icra nümayəndəliyi tərəfindən 24 mart 2006-cı il tarixdə verilmiş AZ-İ seriyalı 166536 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 16 mart 2006-cı ildə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Kortala kənd icra nümayəndəliyi tərəfindən 22 noyabr 2024-cü il tarixdə verilmiş AZ-T seriyalı 286708 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1994-cü ildə anadan olmuş, atası X6, anası X25 qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 19 fevral 1965-ci il tarixdə verilmiş AZ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 02 fevral 1965-ci ildə anadan olmuş,atası X7, anası X17 qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 27 noyabr 2024-cü il tarixdə verilmiş 05/69-386 nömrəli arayışdan görünür ki, X17 20 sentyabr 1998-ci ildə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Balakən Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisi tərəfindən verilmiş 29 dekabr 2024-cü il tarixli 2788 nömrəli arayışda göstərilmişdir ki, məlumat üçün bildiririk ki ,xx.xx.2024-cü il tarixdə vəfat etmiş X13 mirasına vərəsəlik hüququ haqqında şəhadətnamə almaq məqsədilə Ərizəçi müraciət etmişdir. Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 102-ci hissəsinə əsasən vərəsələrin miras qoyanla qohumluq və digər münasibətləri aşağıdakı sənədlərlə sübut edilir: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanların şəhadətnamələri, arayışları, eləcə də akt qeydlərindən çıxarışlar, qohumluq münasibətlərinin müəyyən edilməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələri.Təqdim olunmuş sənədlərə əsasən bildiririk ki, mərhum X13 Ərizəçi atasının xalası olmasını müəyyən edən edən sənədlər təqdim olunmamışdır. Odur ki, miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün X24 ilə Ərizəçi qohumluq əlaqəsi faktını müəyyən edən məhkəmə qətnaməsi təqdim olunmalıdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş JN-611 KOD 40106018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 19 may 1997-ci il tarixli 29 nömrəli qərarı ilə X16 Balakən rayonu Kortala kəndi ərazisindən 0.35 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İHB-nın Kortala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən 05.12. 2019-cü il tarixdə verilmiş 659 nömrəli arayışdan görünür ki,JN-611 nömrəli Dövlət aktında göstərilən X33 ilə X24 eyni şəxsdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 01 iyul 2009-cu il tarixdə verilmiş A seriyalı 170089 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Balakən rayonu Aqrar İslahat Komissiyasının 19 may 1997-ci il tarixli 29 nömrəli qərarı ilə X16 Balakən rayonu Kortala kəndi ərazisindən 2102.12 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İcra Hakimiyyəti başçısının Kortala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Balakən rayon vəkil bürosunun vəkili Nümayəndə ünvanlanmış 21 aprel 2025-ci il tarixli 29 nömrəli məktubunda göstərilmişdir ki, Balakən rayon İcra Hakimiyyəti Başçısının Kortala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi Sizin xx.xx.2025-ci il tarixli 25/2025 saylı məktubunuza cavab olaraq bildirir ki, mərhum X13 araşdırma nəticəsində aşağıda göstərilən bacıları olduğu müəyyən olunmuşdur. X15 qızı;mərhum X41, mərhum X18;mərhum X35;mərhum X34;X3 (ana bir bacı);mərhum X20(ana bir bacı). Məhkəmə ərizəçini,onun nümayəndəsi-vəkilinin izahatlarını, şahidlərin ifadələrini dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Ərizəçi xx xxxxxx 1994-cü ildə anadan olmuşdur. X2, anası X25 olmuşdur. Ərizəçinin atası X6 02 fevral 1965-ci ildə anadan olmuş, atası X7, anası X17 qeyd edilmişdir. Ərizəçinin valideynləri ölmüşlər. Ərizəçinin atası Zülfüqar Kovxayevin anası Cavharatın Padimat adlı bacısı olmuşdur.X29 xx.xx.1934-cü ildə anadan olmuş, lakin onun doğum haqqında akt qeydi olmamışdır.Eyni zamanda onun nikahı və övladları olmamışdır. X29 xx.xx.2024-cü ildə ölmüşdür.Balakən rayonu Aqrar İslahat Komissiyasının 19 may 1997-ci il tarixli 29 nömrəli qərarı ilə ərizəçinin xalası X13 mülkiyyətinə 0.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN 611 kod 40106018 olan Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı hazırlanıb təqdim edilmişdir.Ərizəçinin xalası X14 ölümündən sonra ondan qalmış mirasın rəsmiləşdirilməsi ilə bağlı ərizəçi Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət etmiş,lakin Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X11 vərəsəlik işi açmaqdan imtina etmiş, miras qoyan X29 ilə qohumluq faktını təsdiq edən sənədlərin təsdiqi üçün məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Ərizəçi həmin sənədi başqa qaydada ala bilmədiyindən mərhum atasının anası X17 ilə mərhum X13 bacılar olması faktının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Ona görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Yuxarıda sadalanan iki hüququ özündə birləşdirən vərəsəlik hüququ əsasında mülkiyyətçinin ona məxsus əmlaka dair sərəncam vermək imkanı Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsindən irəli gəlir və bu vəsiyyət etmək azadlığının əsasını təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1 və 1133.2-ci maddələrinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1159.3. Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. 1159.4. Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər. 1159.5. Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları. İş materiallarından göründüyü kimi miras qoyan X14 birinci növbəli vərəsələri- əri ,uşaqları, valideynləri, yoxdur. Ərizəçi nənəsi Cavharat, atası Zülfüqar öldüyündən o, ikinci növbəli vərəsə hesab olunur və hazırkı ərizə ilə məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş hallarda şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələblərinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinin tələblərinə görə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məhkəmə ərizəçinin ata nənəsi X17 ilə mərhum X13 doğum haqqında şəhadətnamələrinin olmamasını, onlar öldüklərindən hazırda doğum haqqında şəhadətnamə alınmasının mümkün olmamasını, bu səbəbdən mərhum X17 ilə mərhum X13 bacı olmalarına dair sənədin başqa qaydada alına bilməməsini nəzərə alaraq məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi mərhum X2nun anası X17 ilə mərhum X14 bacı olmaları faktı müəyyən olunmalıdır. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Ərizəçi mərhum X2nun anası X17 ilə mərhum X14 bacı olmaları faktı müəyyən olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçi mərhum X2nun anası X17 ilə mərhum X14 bacı olmaları faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirməklə Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-295/2025
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-295/2025
28.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver