Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-298/2022 14.04.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi,məhkəmə iclas katibi X1 katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı qaz borcunun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı qızı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, "Äzəriqaz" X2 X4 İdarəsi tərəfindən mülkiyyətçisi olduğu fərdi yaşayış evinə itirilmiş qazın bərpası adı altında hesablanmış 216 (iki yüz on altı manat) manat borcun əsassız hesab edilməsi və həmin borcun əsassız olması səbəbindən silinməsi vəzifəsinin "Äzəriqaz" X2 X4 İdarəsinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh tərəfindən ona yazılmış 216 manat qaz borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, o, Balakən rayon Tülü kəndində ailəsi ilə birlikdə yaşayır. Yaşadığı ev öz adınadır. Uzun müddətdir ki, yaşadığı ev təbii qazla təmin olunmuşdur. "Azəriqaz” İB-nin Zaqatala X4 İdarəsinin əməkdaşları tərəfindən 2020-ci ilin oktyabr ayında onun evinə aid qaz sayğacı aktla çıxarılaraq dövlət yoxlamasına göndərilmiş,əvəzində isə yeni sayğac quraşdırılmışdır. 30.08.2021-ci il tarixdə "Azəriqaz" İB-nin Zaqatala X4 İdarəsindən akt tərtib edilmişdir ki, yaşadığı evin G-4 markalı, ******* nömrəli sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri vardır.O,bununla razılaşmamış tərtib edilmiş akta imza etməkdən imtina etmişdir. "Azəriqaz" İB-nin Zaqatala X4 İdarəsindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” AKT göndərilmiş və onun 216 manat (iki yüz on altı manat) qazdan istifadəyə görə borcunun yarandığı qeyd edilmişdir. AKT-da göstərilir ki, guya kənar təsir nəticəsində sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-cızıq izləri aşkar olunmuşdur. Lakin o, bunlarla razılaşmamış, çünki o, sayğaca heç bir müdaxilə etməmişdir. Onun istifadə etdiyi sayğac onun həyətində deyil, evdən 30 m aralıda küçədədir və özü onu gecə-gündüz qorumaq gücündə deyildir. Əgər müdaxilə olsaydı, hər halda qaz sərfiyyatında azalma müşahidə olunardı.Son illərin qaz sərfiyyatına baxanda da açıq aydın məlum olur ki, heç bir qaz oğurluğundan söhbət gedə bilməz.Həmin faktı tələbkar təşkilatın nümayəndələri də aşkar etmiş və onlar öz hesablarına sayğacla təmin olunmuşlar. Buna görə də "Azəriqaz" İB-nin Zaqatala X4 İdarəsinin əməkdaşlarının hərəkətlərini qanunsuz hesab etmiş və barəsində tərtib edilmiş borcun silinməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çəxarılmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə etiraz göndərək, təyin edilmiş məhkəmə iclasının iştirakları olmadan keçirilməsini, iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh nümayəndəsi Ramazan Şabanov məhkəməyə göndərdiyi etirazını onunla əsaslandırmışdır ki,İddiaçı tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İddiaçı adına rəsmiləşdirilmiş **********00580 saylı qaz hesabında 857.37 manat borc vardır. Həmin borcun 641.37 manat hissəsi sayğac üzrə,216 manat hissəsi isə itirilmiş qaz sərfiyyatı kimi hesablanmış borc məbləğidir və iddiaçı akta əsasən hesablanmış borcu (216 manatı) mübahisələndirməkdədir.Mübahisə predmeti ilə bağlı bildirir ki, Zaqatala RQİl-nin mütəxəssisləri tərəfindən İddiaçı istifadəsində olan G4 markalı ******* nömrəli qaz sayğacı istehlakçının nümayəndəsinin iştirakı ilə qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 05.10.2020-ci il tarixli ******* saylı aktla çıxarılaraq dövlət yoxlamasına göndərilmiş, əvəzində isə **********9 saylı sayğac quraşdırılmışdır. Dövlət yoxlamasından keçirilmiş qaz sayğacının texniki vəziyyəti ilə bağlı rəy verən Metrologiya Departamentinin 30.04.2021-ci il tarixli 29/1710-01864-1 saylı aktında göstərilmişdir ki, sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarda əzik cızıq izləri vardır (qaz itkisi, müdaxilə). Bununla əlaqədar iddiaçının iştirakı ilə qaz cihazlarının inventarizasiyası aparıİmaqla istehlakçının iştirakı ilə təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30.04.2021-ci il tarixli ******* saylı akt tərtib etmişdir. Qaz sayğacın nominal qaz buraxma qabiliyyəti 4m3, orta günlük iş rejimi 6 saat hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparıİmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin 30.04.2021-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsinə” ilə 2160 m3 (və ya 216 manat) həcmində müəyyən edilmişdir. Bildirir ki, mübahisəli qaz sayğacına yerində baxış keçirilərkən və yoxlamadan keçirilərkən onun sadəcə zədələndiyi deyil, ona qəsdən müdaxilə olunduğu müəyyən edilmişdir.Göstərilənlərə əsasən, 14.04.2022-ci il saat 15:00-a təyin edilmiş məhkəmə iclasının iştirakları olmadan keçirilməsini, İddiaçı Cavabdehnə qarşı Cavabdeh İB-nin Zaqatala RQİİ tərəfindən tərtib edilmiş təbi qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış 216 manat borcun silinməsi tələbi barədə” iddia ərizəsinin təmin edilməməsini xahiş edir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 05.02.2019-cu il tarixli 20465 nömrəli müqavilədən görünür ki, paylayıcı Cavabdeh İB ilə istehlakçı İddiaçı arasında qazın alqısatqısı barədə müqavilə bağlanmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Cavabdeh Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 05.10.2020-ci il tarixli, 40636224 nömrəli aktından görünür ki, İddiaçı istifadəsində olmuş G4 markalı ******* nömrəli qaz sayğacı növbədənkənar dövlət yoxlamasına göndərilməsi üçün çıxarılmış, əvəzində isə **********9 saylı sayğac quraşdırılmışdır . İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30 aprel 2021-ci-ci il tarixli ******* nömrəli Aktdan görünür ki, istehlakçıya məxsus qaz sayğacının hesablama mexanizminin yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-cızıq izləri vardır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 30 aprel 2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, İddiaçı istifadəsində olmuş G4 markalı ******* nömrəli qaz sayğacının nominal qaz buraxma qabiliyyəti 4m3, orta günlük iş rejimi 6 saat hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparıİmış, itirilmiş qazın miqdarı 2160 kub/m3 həcmində müəyyən edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Balakən rayonu Tülü kəndində yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. İddiaçı Cavabdeh İB Zaqatala X4 İdarəsinin Balakən Xidmət Sahəsində istehlakçı kimi qeydiyyatdadır və “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilə əsasında məişət qaz sayğacı vasitəsilə təbii qazdan istifadə edir.Qaz sayğacı Cavabdeh İB Zaqatala X4 İdarəsinin əməkdaşları tərəfindən yaşayış evindən kənarda, hasarın üzərində yol tərəfdən yerləşdirilmişdir. Zaqatala RQİl-nin mütəxəssisləri tərəfindən İddiaçı istifadəsində olan G4 markalı ******* nömrəli qaz sayğacı qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 05.10.2020-ci il tarixli ******* saylı aktla çıxarılaraq dövlət yoxlamasına göndərilmiş, əvəzində isə **********9 saylı sayğac quraşdırılmışdır. Qaz sayğacının yoxlanılması barədə verilmiş rəydə sayğacın hesablama mexanizminin yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzikcızıq izlərinin olması qeyd edilmişdir. Sonradan iddiaçının evinə Cavabdeh İB-nin Zaqatala X4 İdarəsindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında AKT göndərilmiş və İddiaçı itirilmiş qaz sərfiyyatı kimi 216 manat borc hesablanmışdır. İddiaçı sayğaca heç bir müdaxilə etmədiyini göstərərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu maddəsinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Mülki Məcəllənin 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Həmin Məcəllənin 560.1-ci maddəsinə mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, işin hallarını, iddiaçının evinə aid qaz sayğacının həyətdən kənarda-hasarın üzərində yol tərəfdə yerləşməsini, sayğaca müdaxilənin iddiaçının təqsiri üzündən baş verməsinə, bunun iddiaçı tərəfindən törədilməsinə, həmin müdaxilə nəticəsində sayğacın istifadə olunan qazı normal qeydə almamasına dair heç bir sübut təqdim edilməməsini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli ,Cavabdeh İB Zaqatala X4ı idarəsinin mütəxəssisləri tərəfindən iddiaçı İddiaçı hesablanmış 216 (iki yüz on altı) manat cərimə silinməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Cavabdeh İB Zaqatala X4ı idarəsinin mütəxəssisləri tərəfindən iddiaçı İddiaçı hesablanmış 216 (iki yüz on altı) manat cərimə silinsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-298/2022
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-298/2022
14.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver