Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-30/2025 07.04.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Cəfərova Arifə Namus qızı, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı 8 saylı X2 Mərkəzinin nümayəndəsi X1, Cavabdeh və onun nümayəndəsi Balakən Rayon Vəkil Bürosunun vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı 8 Saylı X2 Mərkəzinin Cavabdeh qarşı torpaq sahəsinin zəbt edilmiş hissəsindən cavabdehin çıxarılması, torpaq sahəsində əkilmiş fındıq ağaclarının (çoxillik əkmələr) cavabdehin hesabına çıxarılması, torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi və cavabdehin qərəzli hərəkətlərinə (ağacların əkilməsi, torpaq sahəsinə girişçıxış üçün yaradılan maneələr) son qoyulması tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı 8 Saylı X2 Mərkəzi Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Zaqatala rayonu Danaçı meşəbəyliyində dolay 6 kvartal 21-də Meşə fonduna aid torpaq sahəsinin zəbt edilmiş hissəsindən Cavabdeh çıxarılması, torpaq sahəsində əkilmiş fındıq ağaclarının (çoxillik əkmələr) cavabdehin hesabına çıxarılması, torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi və cavabdehin qərəzli hərəkətlərinə (ağacların əkilməsi, torpaq sahəsinə giriş-çıxış üçün yaradılan maneələr) son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Zaqatala rayonu Danacı meşəbəyliyinin Balakən rayonunda yerləşdiyini, lakin bununla bağlı sənəd təqdim edə bilmədiyini bildirmişdir. Məhkəmə iclasında cavabdeh həmin ərazinin əvvəllər Balakən rayonu ərazisinə düşdüyünü, hazırda hansı rayonun ərazisi olduğunu dəqiq bilmədiyini bildirmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, iddiaçının nümayəndəsinin Zaqatala rayonu Danaçı meşəbəyliyinin Balakən rayonu ərazisinə düşdüyünü bildirsə də, bunu təsdiq edən sənədi məhkəməyə təqdim etməmişdir. Qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə tərəflərin məhkəmə iclasında verdikləri izahatları, iş materiallarını tədqiq edərək hesab edir ki, mülki iş baxılması üçün aidiyyəti üzrə Zaqatala Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin: 34-cü maddəsinə əsasən məhkəmələrə aid olan işlərə birinci instansiya üzrə rayon (şəhər) məhkəmələri, kommersiya məhkəmələri tərəfindən baxılır. 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. 45.1-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Qeyd edilən prosessual hüquq normasının tələbindən görünür ki, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi ilə bağlı iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Hazırki iddia tələbi də daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi ilə bağlıdır və mübahisəli torpaq sahəsi Zaqatala rayonu Danacı meşəbəyliyində dolay 6 kvartal 21-də yerləşir, həmin ərazinin Balakən rayonu ərazisində yerləşməsi iş materialları ilə təsdiq olunmur. Göstərilən əsasən məhkəmə hesab edir ki, iddiaçı 8 Saylı X2 Mərkəzinin Cavabdeh qarşı torpaq sahəsinin zəbt edilmiş hissəsindən cavabdehin çıxarılması, torpaq sahəsində əkilmiş fındıq ağaclarının (çoxillik əkmələr) cavabdehin hesabına çıxarılması, torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi və cavabdehin qərəzli hərəkətlərinə (ağacların əkilməsi, torpaq sahəsinə giriş-çıxış üçün yaradılan maneələr) son qoyulması tələbinə dair mülki iş baxılması üçün aidiyyəti üzrə Zaqatala Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanları və MPM-in 39, 44, 45, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddiaçı 8 Saylı X2 Mərkəzinin Cavabdeh qarşı Zaqatala rayonu Danaçı meşəbəyliyində dolay 6 kvartal 21 də Meşə fonduna aid torpaq sahəsinin zəbt edilmiş hissəsindən Cavabdeh çıxarılması, torpaq sahəsində əkilmiş fındıq ağaclarının cavabdehin hesabına çıxarılması, torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi və cavabdehin qərəzli hərəkətlərinə son qoyulması tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Zaqatala Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Arifə Cəfərova
Məhkəmə qərarları › İş №e-2(019)-30/2025
Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-30/2025
07.04.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver