Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-306/2025 13.03.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Ərizəçi oğlunun nümayəndəsi Balakən Rayon Vəkil Bürosunun vəkili Nümayəndə* iştirakı ilə Ərizəçi oğlunun hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən olunmasına dair ərizəsinə və əlavə olunmuş sənədlərə xüsusi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi oğlu ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Balakən rayon İcra Hakimiyyəti Balakən rayon Dövlət Arxiv İdarəsi tərəfindən verilmiş № 3-48- 7RA/2-H-5*8-33/2024, 25 sentyabr 2024-cü il tarixli arxiv arayışında qeyd edilən “Ərizəçi/ Şəraf. Şərəfi Məhəmməd oğlu” “Ərizəçi oğlu” olma faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 24.*0.*959-cu il tarixdə Balakən rayon Meşəşambul kəndində anadan olmuşdur. Buna dair 03 noyabr *959-cu il tarixli 89 nömrəli doğum haqqında şəhadətnamə verilmişdir (ərizəyə əlavə olunur). Ərizəçi *974-cü ildən *996-cı ilə kimi müxtəlif vəzifələrdə çalışmışdır. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Balakən rayon İcra Hakimiyyəti Balakən rayon Dövlət Arxiv İdarəsi tərəfindən verilmiş №3- 48-7RA/2-H-5*8-33/2024, 25 sentyabr 2024-cü il tarixli arxiv arayışında qeyd edilir ki, Balakən rayonu Meşəşambul kəndi “Nizami”/ ”Sovet Gürcüstanı” adına kolxozun şəxsi hesab kitablarına əsasən Ərizəçi/ Şəraf. Şərəf/Məhəmməd oğlu kimi qeyd edilmişdir. Arayışın qeyd hissəsində *974-*978-ci illərdə adı Şərəfəddin. *980-*982.*985-ci illərdə Şəraf, *983, *984, *986-*990, *992-*996-cı illərdə Şərəf yazılıb. *974, *975, *977, *978, *986-cı illərdə atasının adı Məhəmməd, *987-*989-cu illərdə Məh *990, *992-*996-cı illərdə M. kimi yazılıb. *975, *980-*985, *996-cı illərdə atasının adı qeyd edilməyib. Eyni zamanda, o Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Fililalın *2 dekabr 2024-cü il 3-*4-*/2-M-3055*6/2024 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 3 saylı Şəki-Zaqatala regional filialından daxil olmuş ərizənizə və əlavə edilmiş sənədlərə Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Fililalda aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (20*7-ci il iyulun *dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. 0*.07.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 3.* və 3.2-ci maddələrinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bu Qanunla nəzərdə tutulmuş şərtlərlə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüququ vardır. Məlumat üçün bildiririk ki, Ərizəçi oğlunun Azərbaycan Respublikasının vətəndaşı olmağını təsdiq edəcək sənədi (aktiv şəxsiyyət vəsiqəsi) və ya daimi yaşayış hüququ verən icazə vəsiqəsini təqdim etdikdən sonra müraciətinizə yenidən baxılacaqdır. Həmçinin Balakən rayon Dövlət Arxivinin 2*.09.2024-cü il tarixli arxiv arayışında Şərafəddin Hetayevin adı *974-*978-ci illər üzrə Şərafəddin, *980-*985-ci illər üzrə Şəraf, *983-*992-ci illər üzrə Şərəf kimi qeyd edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.*-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. Qeyd olunanlar səbəbindən ərizəçi əmək pensiyası almaq hüququndan məhrum olur. Odur ki, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Balakən rayon İcra Hakimiyyəti Balakən rayon Dövlət Arxiv İdarəsi tərəfindən verilmiş №3- 48-7RA/2-H-5*8-33/2024, 25 sentyabr 2024-cü il tarixli arxiv arayışında qeyd edilən Ərizəçi/ Şəraf. Şərəf/ Məhəmməd oğlu eyni şəxs olması faktının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Ərizəçi oğlunun nümayəndəsi Nümayəndə* iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək Milli Arxiv İdarəsi Balakən rayon İcra Hakimiyyəti Balakən rayon Dövlət Arxiv İdarəsi tərəfindən verilmiş № 3-48- 7RA/2-H-5*8-33/2024, 25 sentyabr 2024cü il tarixli arxiv arayışının ərizəçiyə məxsus olma faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi oğlunun nümayəndəsi ərizəni müdafiə edərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Milli Arxiv İdarəsi Balakən Rayon İcra Hakimiyyəti Balakən Rayon Dövlət Arxivi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında gəlməmiş, məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan hazırki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində Ərizəçi oğlu ilə *977-ci ildən *996-cı ilədək kolxozda bir yerdə maldar və sair işlərdə işlədiklərini, özünün mühasib və baş iqtisadçı işlədiyini, Şərəfəddinin məvacibini hesabladığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində Ərizəçi oğlunu tanıdığını, onunla birlikdə kolxozda işlədiklərini qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X* ifadəsində Ərizəçi oğlunu tanıdığını, onunla *979-*996-cı illərdə eyni iş yerində işlədiklərini, özünün əmək kitabçasının olduğunu, lakin baş idarədə olduğunu qeyd etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilən müvafiq məlumatların təqdim edilməsi haqqında *2.*2.2024-cü il tarixli arayışdan görünür ki, Balakən rayon Dövlət Arxivinin 2*.09.2024-cü il tarixli arxiv arayışında Ərizəçi adı *974-*978-ci illər üzrə Şərəfəddin, *980-*985-ci illər üzrə Şəraf, *983-*992-ci illər üzrə Şərəf kimi qeyd edilmişdir. Balakən rayon Dövlət Arxivi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 3-48-7RA/2-H- 5*8-33/2024 nömrəli arxiv arayışından görünür ki, “Nizami”/“Sovet Gürcüstanı” adına kolxozun şəxsi hesab kitablarına əsasən*974-*978-ci illərdə adı Şərəfəddin, *980-*982, *985-ci illərdə Şəraf, *983, *984, *986-*990, *992-*996-cı illərdə Şərəf yazılıb. *974, *975, *977, *978, *986-cı illərdə atasının adı Məhəmməd *987-*989-cu illərdə Məh. *990, *992- *996-cı illərdə M. Kimi yazılıb. *975, *980-*985, *996-cı illərdə atasının adı qeyd edilməyib. Həmin illərdə onun adı şəxsi hesab kitablarına əsasən Ərizəçi/Şəraf, Şərəf/Məhəmməd oğlu kimi qeyd olunmuşdur. Rusiya Federasiyası vətəndaşının pasportunun surətindən görünür ki, Ərizəçi oğlu 24.*0.*959-cu il tarixdə Balakən rayonunda anadan olmuşdur. 03 noyabr *959-cu il tarixli 768925 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, ərizəçi X2 24.*0.*959-cu il tarixdə Balakən rayonunda anadan olmuşdur. AZE 000*979 saylı X6 məxsus əmək kitabçasından görünür ki, “Sovet Gürcüstanı” adına kolxozda *977-*980, *986-*996-ci illərdə işləmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını və şahidlərin ifadələrini dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı məhkəmə tərəfindən müəyyən edilir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 3*0.*-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 3**-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” *2 aprel 20*9-cu il tarixli Qərarının 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. 6.*. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. 6.3. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, ərizəçi 24.*0.*959-cu il tarixdə Balakən rayonunda anadan olmuşdur. Buna dair 03 noyabr *959-cu il tarixli 768925 nömrəli doğum haqqında şəhadətnamə verilmişdir. Ərizəçi *974cü ildən *996-cı ilə kimi “Nizami”/“Sovet Gürcüstanı” adına kolxozda müxtəlif vəzifələrdə çalışmışdır. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Balakən rayon İcra Hakimiyyəti Balakən rayon Dövlət Arxiv İdarəsi tərəfindən verilmiş № 3-48-7RA/2-H-5*8-33/2024, 25 sentyabr 2024-cü il tarixli arxiv arayışında qeyd edilir ki, Balakən rayonu Meşəşambul kəndi “Nizami”/ ”Sovet Gürcüstanı” adına kolxozun şəxsi hesab kitablarına əsasən *974- *978-ci illərdə adı Şərəfəddin, *980-*982, *985-ci illərdə Şəraf, *983, *984, *986-*990, *992-*996-cı illərdə Şərəf, *974, *975, *977, *978, *986-cı illərdə atasının adı Məhəmməd, *987-*989-cu illərdə Məh, *990, *992-*996-cı illərdə M. Kimi yazılmış, *975, *980-*985, *996-cı illərdə atasının adı qeyd edilməyib. Həmin sənəddəki səhvlərin düzəldilməsi mümkün olmamışdır. O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciət etmişdir. Lakin ərizəçi əmək pensiyası almaq hüququndan məhrum olmuşdur. Məhkəmə məhkəmə iclasında tədqiq edilmiş sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin olunmalı, hüquqmüəyyənedici sənəd hesab edilən Balakən rayon Dövlət Arxivi tərəfindən verilmiş 25 sentyabr 2024-cü il tarixli 3-48-7RA/2- H5*8-33/2024 nömrəli Arxiv arayışının Ərizəçi oğluna məxsus olması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 2*6-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Hüquqmüəyyənedici sənəd hesab edilən Milli Arxiv İdarəsi Balakən rayon İcra Hakimiyyəti Balakən rayon Dövlət Arxivi tərəfindən verilmiş 25 sentyabr 2024-cü il tarixli 3- 48-7RA/2-H5*8-33/2024 nömrəli arxiv arayışının Ərizəçi oğluna məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Arifə Cəfərova
Məhkəmə qərarları › İş №e-2(019)-306/2025
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-306/2025
13.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver