Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-307/2025 04.04.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı2 nümayəndəsi Balakən Rayon Vəkil Bürosunun vəkili Nümayəndə iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən paylarının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və reyestr nömrəsi **********11 olan, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən X1, X2, İddiaçı2, Cavabdeh1, X4, İddiaçı1 mülkiyyət hüquqları qeydə alınmış 0.2322 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçıların 2/6 hissəsinə iddiaçıların paylarının müəyyən edilməsi barədə qətnаmə çıxаrılmаsını xahiş etmişlər. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışdır ki, onların Balakən rayonu Tülü kəndində 0.0923 ha həyətyanı və ona bitişik olan 0.2322 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri vardır. Torpaq mülkiyyətçilərindən olan ataları X5 xx.xx.2009-cu ildə, anaları X6 isə xx.xx.2023-cü ildə vəfat etmişlər. xx.xx.2023-cü il tarixdə 0.2322 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X1, X2, İddiaçı2, Cavabdeh1, X4, İddiaçı1 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və reyestr nömrəsi **********11 olan, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Eyni zamanda xx.xx.2024-cü il tarixdə 0.0923 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən 116.60 kvm-dən ibarət fərdi yaşayış evi tam, 0.011793 ha torpaq sahəsi X1, 0.011793 ha torpaq sahəsi X2, 0.011793 ha torpaq sahəsi Cavabdeh1, 0.02846 ha torpaq sahəsi Cavabdeh2, 0.02846 ha torpaq sahəsi İddiaçı1 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və reyestr nömrəsi **********44-10301 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Hazırda onlarla cavabdehlər arasında torpaq sahəsinin naturada ayrılması ilə bağlı mübahisə vardır. Cavabdehlər torpaq sahəsinin onlara aid hissəsinin ayrılmasına etiraz edirlər. Cavabdehlərlə aralarında mübahisə olduğuna görə iddiaçılar daşınmaz əmlakdan paylarının müəyyən edilməsini istəyirlər. Bunа görə də mübаhisələrinin qаnuni yоllа həll edilməsi üçün Bаlаkən Rаyоn Məhkəməsinə mürаciət etmək məcburiyyətində qаlmışlar Məhkəmə iclasında İddiaçı2 nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı1 məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını və ərizənin təmin olunmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Balakən RİHB-nin Talalar inzibai ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş ll-AZ seriyalı 038925 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X10 ilə X3 arasında nikah 12 dekabr 2002-ci ildə 5 nömrə ilə qeyd edilmiş, arvada Cəyiyeva soyadı verilmişdir. Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-ll seriyalı 393692 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X5 28 dekabr 2019-cu ildə ölmüşdür. Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-ll seriyalı 393693 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X6 29 noyabr 2023-cu ildə ölmüşdür. 18 saylı xx.xx.1999-cu il tarixli ölüm haqqında akt qeydindən görünür ki, X7 22 iyul 1999-cu ildə ölmüşdür. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********11 olan, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Balakən rayonu Tülü kəndində yerləşən 0.2322 ha torpaq sahəsi X2, Cavabdeh1, İddiaçı1, İddiaçı2, X1 və X4 adına ümumi birgə mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyanın: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materialları əsasında müəyyən edilmişdir ki, Balakən rayonu Tülü kəndində yerləşən 0.2322 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə X1, X2, İddiaçı2, Cavabdeh1, X4, İddiaçı1 ümumi birgə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və reyestr nömrəsi **********11 olan, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Torpaq mülkiyyətçilərindən olan X5, X6, X7 vəfat etmişlər. İddiaçılar digər mülkiyyətçilər arasında payın müəyyən edilməsi ilə bağlı razılaşma əldə edilməmişdir, odur ki, haqlı olaraq ümumi əşyaya paylı mülkiyyətin müəyyənləşdirilməsi üçün məhkəməyə müraciət etmişlər. Beləliklə məhkəmə mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********11 olan, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən X1, X2, İddiaçı2, Cavabdeh1, X4, İddiaçı1 ümumi birgə mülkiyyətində olan Balakən rayonu Tülü kəndində yerləşən 0.2322 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçıların hər birinin 1/6 hissə olmaqla ümumilikdə 2/6 hissə payları müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıların özlərinə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********11 olan, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən X1, X2, İddiaçı2, Cavabdeh1, X4, İddiaçı1 ümumi birgə mülkiyyətində olan Balakən rayonu Tülü kəndində yerləşən 0.2322 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə iddiaçılar İddiaçı1, İddiaçı2 hər birinin 1/6 hissə olmaqla ümumilikdə 2/6 hissə payları müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçılar İddiaçı1, İddiaçı2 özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Sədrlik edən: Arifə Cəfərova
Məhkəmə qərarları › İş №e-2(019)-307/2025
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-307/2025
04.04.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver