Məhkəmə qərarları › İş №e-2(019)-312/2022

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-312/2022

28.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-312/2022 28.04.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Ərizəçi nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, o, Ərizəçi oglu tərəfindən mərhum 27 may 2004-cu ildə vəfat etmiş əmisi qızı X2 ünvan 1ində yerəşən 0.11 ha kənd təsərrufati təyinatlı torpaq sahəsinə dair mirasin qəbulu faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi nümayəndəsi-vəkili Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, ərizədəki tələbi dəqiqləşdirərək, Ərizəçi tərəfindən mərhum 27 may 2004-cü ildə vəfat etmiş əmisi qızı X2 ünvan 1ində yerləşən 0.45 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını qəbul etmişdir. Həmin ərizə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Balakən rayonu, İtitala kəndində yaşayır. Onun əmisi qızı X6 27 may 2004-cü ildə vəfat etmişdir. Əmisi qızının yeganə vərəsəsi odur. Onun ölümündən sonra Balakən rayon Aqrar İslahat Komissiyasının 31 iyul 1998-ci il tarixli 09 nömrəli qərarı ilə verilmiş 0,11 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini o, özü idarə edir. Əmisi qızı öldükdən sonra onun təsərrüfatını o, idarə etmişdir. Baş daşını özü qoymuşdur. Yas mərasimini özü yola salmışdır. Əmlaka faktiki olaraq halhazırda da o, sahiblik edir. Vəfat etmiş X2 adına verilmiş 0,11 ha kənd təsərrüfatlı torpaq sahəsində Balakən regional «Asan xidmət» mərkəzində notariat ofisində vərəsəlik işinin açılması üçün və həmin torpaq sahəsinə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsindən Hüquqların Dövlət Qeydiyyatından Çıxarış almaq məqsədi ilə müraciət etmişdir. Maraqlı şəxs Balakən regional «Asan xidmət» mərkəzində notariat ofisi tərəfindən verilmiş arayışdan görünür ki, 27.05.2004-cü ildə vəfat etmiş X2 vərəsəlik işi ilə əlaqədar 24.12.2021-ci il tarixdə Balakən regional «Asan xidmət» mərkəzində notariat ofisinə qanun üzrə vərəsəsi Ərizəçi müraciət etmişdir. Təqdim olunan sənədlərə əsasən məlum olmuşdur ki, mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddət gecikdirilmiş, həmçinin mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddət ərzində əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə dair sübutlar, o cümlədən qohumluq münasibətlərini sübut edən hər hansı sənəd təqdim olunmamışdır. Ərizəsinə əlavə edilmiş, Azərbaycan Respublikası Balakən rayon İtitala Bələdiyyəsi tərəfindən verilmiş 17 yanvar 2022-ci il tarixli 03 nömrəli arayışdan görünür ki, İtitala kənd sakini mərhum X4 məxsus JN360A, KOD: 40100038 nömrəli Dövlət Aktına əsasən 0.11 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin bütün vergisini kənd sakini Ərizəçi ödəmişdir. Ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Balakən Rayon İcra Hakimiyyəti İtitala kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş, 09 nömrəli 12 yanvar 2022-ci il tarixli arayışdan görünür ki, Ərizəçi, 27.05.2004-cü il tarixdə vəfat etmiş mərhum X2 dəfn xərclərini çəkmiş, yas mərasimini yola salmış, mərhumun ölümündən sonra ona məxsus əmlakı idarə etmiş, abadlıq işləri görmüş, bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Balakən Rayon İcra Hakimiyyəti İtitala kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş 05 nömrəli 12 yanvar 2022-ci il tarixli arayışdan görünür ki, mərhum X6 27 may 2004-cü ildə vəfat etmişdir. Mərhum vəfat etdiyi günədək ünvan 1ində qeydiyyatda olub və orada tək yaşamışdır. Mərhumun vərəsəsi onun əmisi oğlu Ərizəçidur. Odur ki, o, Ərizəçi tərəfindən mərhum 27 may 2004-cü ildə vəfat etmiş əmisı qızı X2 ünvan 1ində yerləşən 0.11 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi-vəkili Nümayəndə ərizəni müdafiə edərək ərizənin məzmununa uyğun izahat vermiş və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Balakən regional «Asan xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu X12 məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş, məhkəməyə ərizə göndərərək, Balakən regionla Asan xidmət mərkəzində fasiləsiz iş rejiminin olması, o cümlədən notariusun iştirakı olmadan notarial hərəkətləri rəsmiləşdirilmədiyinə görə məhkəmə iclasında iştirak etməsinin mümkünsüz olduğunun nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxs Balakən regional «Asan xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu X8 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmpağa haqlıdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş JN 360 KOD 40100038 saylı Torpağa Mülkiyyət Hüququna X18 görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 31 iyul 1998-ci il tarixli 09 nömrəli qərarı ilə ünvan 1ində yerləşən 0.45 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi X13 qızının mülkiyyətinə verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Balakən regional «Asan xidmət» mərkəzində notariat ofisinin 24 dekabr 2021-ci il tarixli 1695 nömrəli arayışında göstərilir ki, 27.05.2004-cü ildə vəfat etmiş X2 vərəsəlik işi ilə əlaqədar 24.12.2021-ci il tarixdə Balakən regional «Asan xidmət» mərkəzində notariat ofisinə qanun üzrə vərəsəsi Ərizəçi müraciət etmişdir. Təqdim olunan sənədlərə əsasən məlum olmuşdur ki, mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddət gecikdirilmiş, həmçinin mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddət ərzində əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə dair sübutlar, o cümlədən qohumluq münasibətlərini sübut edən hər hansı sənəd təqdim olunmamışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Qeydiyyat şöbəsi tərəfindən 14 dekabr 2021-ci il tarixdə verilmiş 05/69-1217 nömrəli arayışda göstərilir ki, X6 27 may 2004-cü ildə ölmüş, ölüm haqqında 01 iyun 2004-cü ildə 02 №-li akt qeydi tərtib olunmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən Rayon İtitala Bələdiyyəsi tərəfindən verilmiş 17 yanvar 2022-ci il tarixli 03 nömrəli arayışdan görünür ki, İtitala kənd sakini mərhum X4 məxsus JN360A, KOD: 40100038 nömrəli Dövlət Aktına əsasən 0.11 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin bütün vergisini kənd sakini Ərizəçi ödəmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon İcra Hakimiyyəti İtitala kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş 12 yanvar 2022-ci il tarixli 09 nömrəli arayışdan görünür ki, “Ərizəçi, 27.05.2004-cü il tarixdə vəfat etmiş mərhum X2 dəfn xərclərini çəkmiş, yas mərasimini yola salmış, mərhumun ölümündən sonra ona məxsus əmlakı idarə etmiş, abadlıq işləri görmüş, bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon İcra Hakimiyyəti İtitala kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş 12 yanvar 2022-ci il tarixli 05 nömrəli arayışdan görünür ki, mərhum X6 27 may 2004-cü ildə vəfat etmişdir. Mərhum vəfat etdiyi günədək ünvan 1ində qeydiyyatda olub və orada tək yaşamışdır. Mərhumun vərəsəsi onun əmisi oğlu Ərizəçidur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon İcra Hakimiyyəti İtitala kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş 17.12.2021-ci il tarixli 434 nömrəli arayışdan görünür ki, mərhum X6 vəfat etdiyi 27.05.2004-cü il tarixədək ünvan 1 ünvanında qeydiyyatda olmuşdur. Mərhumun aşağıda qeyd edilən vərəsələri olmuşdur: əmisi oğlu X9 İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən Balakən regional «Asan xidmət» mərkəzi notariat ofisinin xüsusi notariusu G.Ə.İsmayılovaya ünvanlanmış 14.12.2021-ci il tarixli, 05/76-16019/12 nömrəli məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X4 dair yoxlama aparılarkən övladı barədə məlumat aşkar edilməmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İtitala kənd inzibati ərazi dairəsinin 17.12.2021-ci il tarixli, 436 №-li arayışında göstərilir ki, X6 həqiqətən İtitala kənd sakinidir. X7 və X6 eyni adam olmuşdur. Məhkəmə, ərizəçinin nümayəndəsi-vəkilinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Ərizəçi ünvan 1ində yaşayır. Onun əmisi qızı X6 27 may 2004-cü ildə vəfat etmişdir. JN 360 KOD 40100038 saylı Torpağa Mülkiyyət Hüququna X19 ilə Balakən rayon Aqrar İslahat Komissiyasının 31 iyul 1998-ci il tarixli 09 nömrəli qərarı əsasında ünvan 1ində yerləşən 0.45 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi X2 mülkiyyətinə verilmişdir. Əmisi qızı X2 yeganə vərəsəsi Ərizəçidur. Balakən rayon Aqrar İslahat Komissiyasının 31 iyul 1998-ci il tarixlə 09 nömrəli qərarı ilə verilmiş 0.45 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini X2 ölümündən sonra ərizəçi özü idarə edir. X2 yas mərasimini ərizəçi özü yola salmışdır. Ərizəçi əmisi qızının əmlakına faktiki olaraq hal-hazırda sahiblik edir. Ərizəçi vəfat etmiş X2 adına verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Balakən regional «Asan xidmət» mərkəzi notariat Ofisində vərəsəlik işinin açılması üçün və həmin torpaq sahəsinə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsindən Hüquqların Dövlət Qeydiyyatından Çıxarış almaq məqsədi ilə müraciət etmişdir. Lakin ərizəçiyə X2 mirası ilə bağlı Balakən regional «Asan xidmət» mərkəzi notariat ofisində qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Buna görə də o, göstərilən ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Bu faktın müəyyən olunması ərizəçiyə yeganə vərəsəsi olduğu əmisi qızı X1 qalmış mirasa dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq və həmin mirasa dair hüquqlarını dövlət qeydiyyatına almaq üçün lazımdır. Ərizəçi bu faktı təsdiq edən sənədləri başqa qaydada ala bilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1 və 1133.2-ci maddələrinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci madddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə görə qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: -Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). -Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. - Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. -Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər. Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları miras alırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2 və 1243.3-cü maddələrinə görə vərəsə mirasın açıldığı yer üzrə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağrılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 307.2.9-ci maddəsinə əsasən mirasın qəbul edilməsi faktı və vərəsəliyin açılma yeri hüquqi əhəmiyyəti olan fakt kimi məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-nin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini,yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 10-cu bəndinə əsasən məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat” ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. Həmin Qərarın 10.1-ci bəndinə əsasən mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilib-itirilməməsinə və sair aydınlıq gətirməlidir. Yenə də həmin Qərarın 10.2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır. Məhkəmə hazırki işin hallarını qanunvericiliyin və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının tələbləri nöqteyi-nəzərindən hüquqi cəhətdən dəyərləndirərək, hesab edir ki, hazırki iş üzrə mirasın qəbul edilməsi faktının müəyyən olunması üçün tələb olunan bütün şərtlər mövcuddur. Belə ki, iş materiallarından görünür ki, Ərizəçi mərhum əmisi qızı X2 yeganə vərəsəsidir. Balakən regional «Asan xidmət» mərkəzində notariat ofisi tərəfindən Ərizəçi mərhum əmisi qızı X1 qalmış mirasa dair vərəsəlik şəhadətnaməsi verməkdən imtina edilmişdir. Həmçinin işdə Ərizəçi tərəfin mərhum X1 qalmış miras əmlaka faktiki olaraq sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutlar mövcuddur. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli qanun normalarına müvafiq qiymət verərək, hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Ərizəçi oglu tərəfindən mərhum 27 may 2004-cu ildə vəfat etmiş əmisi qızı X3 ünvan 1ində yerəşən 0.45 ha kənd təsərrufatı təyinatlı torpaq sahəsinə dair mirasi qəbul etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi oglu tərəfindən mərhum 27 may 2004-cu ildə vəfat etmiş əmisi qızı X3 ünvan 1ində yerəşən 0.45 ha kənd təsərrufati təyinatlı torpaq sahəsinə dair mirasi qəbul etməsi faktı müəyyən edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar