Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-32/2025 05.02.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, İddiaçı nümayəndəsi-vəkili Nümayəndə1, Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı Balakən rayonu Sarıbulaq kəndində yerləşən 0.96 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehin çıxarılması, iddiaçıya məxsus olan həmin torpaq sahəsinə sahib olması, ondan istifadə etməsinə yönəlmiş cavabdehin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması tələbinə dair mülki işə Balakən Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Balakən rayonu Sarıbulaq kəndində yerləşən reyestr nömrəsi **********19 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla mülkiyyətində olan 0.96 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh çıxarılması, iddiaçıya məxsus olan həmin torpaq sahəsinə sahib olması, ondan istifadə etməsinə yönəlmiş cavabdehin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Balakən rayonu Sarıbulaq kəndində qeydiyyatdadır. Balakən rayonu Sarıbulaq kəndində aparılan torpaq islahatı ilə əlaqədar ona və ailə üzvlərinə-X2, X12, Barxalova (Nuruşova) Leyla Zeynəddin qızına Balakən Rayon Aqrar İslahat Komissiyasının 12 may 1999-cu il tarixli 05 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün 1.38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN 539 KOD 40112018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı verilmişdir. 1.38 ha torpaq sahəsinin 539 planşet nömrəsində göstərilən 9613 kv/m hissəsi çöl sahəsindən, 539F planşet nömrəsində göstərilən 4167.93 kv/m hissəsi isə həyətyanı torpaq sahəsinə bitişik ərazidən verilmişdir. X1 xx.xx.2005-ci ildə vəfat etmişdir. Onun ölümündən sonra ondan miras qalmış əmlaka vərəsəlik açılmışdır.xx.xx.2022-ci il tarixdə 0.9613 kv/m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə ailə üzvlərinin hər birinə 1/3 hissə olmaqla mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və reyestr nömrəsi **********19 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Uzun müddətdir ki, Bakı şəhərində yaşayır. Bir müddət olar ki, Cavabdeh reyestr nömrəsi **********19 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla mülkiyyətlərində olan 0.96 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini qanunsuz olaraq zəbt etməklə istifadə edir. Cavabdehə həmin torpaq sahəsini boşaltması ilə bağlı müraciət etsə də, cavabdeh torpaq sahəsini qanunsuz tutmaqda davam edir. Buna görə də iddia tələbi ilə bağlı məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Nümayəndə1 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi -vəkili Nümayəndə2 iddianı etiraf etməyərək izahatında göstərdi ki, Balakən rayonu Sarıbulaq kəndində yerləşən reyestr nömrəsi **********519 olan daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla İddiaçı, X9 və X10 xüsusi mülkiyyətində olan 0.9613 ha torpaq sahəsinin koordinatları TEKUİS məlumat bazasına əsasən X26 və onun ailə üzvlərinin xüsusi mülkiyyətinə işlənmiş 1.71 ha torpaq sahəsinin hüdudları daxilinə düşür. İddiaçılar İddiaçı, X9 və X10 xüsusi mülkiyyətində olan 0.9613 ha torpaq sahəsinin ölçüləri 0.86 ha olmaqla və ona bitişik olan cavabdeh X26 və onun ailə üzvlərinin xüsusi mülkiyyətinə işlənmiş 1.71 ha torpaq sahəsi TEKUİS məlumat bazasında işlənmişdir. Həmin torpaq sahələrinin yerləşmə vəziyyəti ölçüləri tərtib edilmiş yerquruluşu planında öz əksini tapmışdır. Qeyd edilənləri nəzərə alıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Balakən rayonu Sarıbulaq kəndi ərazisində yerləşən 0.9613 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/3 hissəsi X7, 1/3 hissəsi X10 və 1/3 hissəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 125 nömrəli reyestr kitabının 37 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş A seriyalı 786150 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki,Balakən rayonu Cederovtala kəndi ərazisində yerləşən 0.9613 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 01 aprel 2005-ci il tarixli AZ-İ seriyalı 108398 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 15 yanvar 2005-ci ildə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş JN-539 KOD 40112018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 12 may 1999-cu il tarixli 05 saylı qərarı ilə X2, X12,X11 ,X4 Balakən rayonu Sarıbulaq kəndi ərazisindən 1.38 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin 09 aprel 2024cü il tarixli 3-21-3-47/2-1380/2024 nömrəli mütəxəssis rəyindən görünür ki, reyestr nömrəsi **********19 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla İddiaçı, X9 və X10 xüsusi mülkiyyətində olan Balakən rayonu Sarıbulaq kəndində yerləşən 0.9613 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən naturada istifadə etmədiklərinə görə həmin ölçülər hüquqmüəyyənedici sənədlərə uyğun olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. 2.Balakən rayon Sarıbulaq kəndində yerləşən reyestr nömrəsi **********19 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla İddiaçı, X9 və X10 xüsusi mülkiyyətində olan 0.9613 ha torpaq sahəsinin koordinatları TEKUİS məlumat bazasına əsasən X26 və onun ailə üzvlərinin xüsusi mülkiyyətinə işlənmiş 1.71 ha torpaq sahəsinin hüdudları daxilinə düşür. İddiaçılar İddiaçı, X9, X10 xüsusi mülkiyyətində olan 0.9613 ha torpaq sahəsinin ölçüləri 0.86 ha olmaqla və ona bitişik olan cavabdeh X26 və onun ailə üzvlərinin xüsusi mülkiyyətinə 1.71 ha torpaq sahəsi TEKUS məlumat bazasında işlənilmişdir. Həmin torpaq sahələrinin yerləşmə vəziyyəti ölçüləri tərtib edilmiş yerquruluşu planında öz əksini tapmışdır. Məlumat üçün bildirilir ki,mövcud xəritə materialları ilə natura arasındakı bu cür uyğunsuzluqların aradan qaldırılması Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli,818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Torpaqların Elektron Kadastr X23 yaradılması və rəqəmsal kadastir xəritəsinin tərtib olunması Qaydaları” əsasında aparılan uçot işləri ilə bağlı həmin ərazidə dürüstləşmə işləri aparılaraq yeni uçot xəritələri hazrlanmış və vətəndaşların torpaq sahələri elektron baza məlumatlarında öz əksini tapmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 21 may 2024-cü il tarixli 3-16- 16/2-10/9908 nömrəli ekspert rəyində gösərilmişdir ki: Qərardadın 1-ci sualı üzrə: Məhkəmə Ekspertizası Mərkəzinə 25.042024-cü il tarixdə təqdim edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən reyestr nömrəsi **********19 olan daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışla İddiaçı, X9 və X10 xüsusi mülkiyyətində olan Balakən rayonu, Sarıbulaq kəndində yerləşən 0.9613 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən naturada istifadə etmədiklərinə görə həmin ölçülər hüquqmüəyyənedici sənədlərə uyğun olub-olmamasını müəyyən etmək olmamışdır. Qərardadın 2-ci sualı üzrə: Balakən rayonu,Sarıbulaq kəndində yerləşən reyestr nömrəsi **********19 olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışla İddiaçı, X9 və X10 xüsusi mülkiyyətində olan 0.9613 ha torpaq sahəsinin koordinatları TEKUİS məlumat bazasına əsasən X26 və onun ailə üzvlərinin xüsusi mülkiyyətinə işlənmiş 1.71 ha torpaq sahəsinin hüdudları daxilinə düşür. İddiaçılar X5, X9, X10 xüsusi mülkiyyətində olan 0.9613 ha torpaq sahəsinin ölçüləri 0.86 ha olmaqla və ona bitişik olan cavabdeh X26 və onun ailə üzvlərinin xüsusi mülkiyyətinə 1.1 ha torpaq sahəsi TEKUİS məlumat bazasında işlənmişdir.Həmin torpaq sahələrinin yerləşmə vəziyyəti ölçüləri tərtib edlilmiş yerquruluşu planında öz əksini tapmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş JN536,40112018 olan Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının 12 may 1999-cu il tarixli 05 saylı qərarı ilə X18, X24, X13, X14, X3, X16, X8 Balakən rayonu Sarıbulaq kəndi ərazisindən 2.51 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir . İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövləti Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 08 avqust 2024-cü il tarixdə verilmiş 3-21-3-14/2-3219/2024 nömrəli mütəxəssis rəyində göstərilmişdir ki; 1.reyestr nömrəsi **********19 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla İddiaçı, X9 və X10 xüsusi mülkiyyətində olan Balakən rayonu Sarıbulaq kəndində yerləşən 0.9613 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən naturada istifadə etmədiklərinə görə həmin ölçülər hüquqmüəyyənedici sənədlərə uyğun olub olmamasını müəyyən etmək mümkün olmamışdır. 2.Balakən rayonu, Sarıbulaq kəndində yerləşən reyestr nömrəsi **********19 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla İddiaçı, X9 və X10 xüsusi mülkiyyətində olan 0.9613 ha torpaq sahəsinin koordinatları TEKUİS məlumat bazasına əsasən X17 və onun ailə üzvlərinin xüsusi mülkiyyətinə işlənmiş 1.71 ha torpaq sahəsinin hüdudları daxilinə düşür. İddiaçılar İddiaçı,X9, X10 xüsusi mülkiyyətində olan 0.9613 ha torpaq sahəsinin ölçüləri 0.86 ha olmaqla 536 nömrə ilə tərtib edilmiş yerquruluşu planında göstərildiyi kimi 1.71 ha torpaq sahəsinə bitişik ərazidə TEKUİS məlumat bazasında öz əksini tapmışdır və ona bitişik olan cavabdeh X26 və onun ailə üzvlərinin xüsusi mülkiyyətinə işlənmiş 1.71 ha torpaq sahəsi isə 536 nömrə ilə TEKUİS məlumat bazasında işlənilmişdir. TEKUİS məlumat bazasında həmin torpaq sahələrinin ölçüləri üstüstə düşmür və hər biri ayrı-ayrılıqda işlənilmişdir.Həmin torpaq sahələrinin çıxarışın planı və ölçüsü sənədindəki kooordinatları və TEKUİS məlumat bazasına əsasən yerləşmə vəziyyəti, ölçüləri tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Məlumat üçün bildirilir ki, mövcud xəritə materialları ilə natura arasındakı bu cür uyğunsuzluqların aradan qaldırılması Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Torpaqların elektron kadastr X23 yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” əsasında aparılan uçot işləri ilə bağlı həmin ərazidə dürüstləşmə işləri aparılaraq yeni uçot xəritələri hazırlanmış və vətəndaşların torpaq sahələri elektron baza məlumatlarında öz əksini tapmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 09 dekabr 2024-cü il tarixdə verilmiş 10/6375 nömrəli ekspert rəyində göstərilmişdir ki; Qərardadın 1-ci sualı üzrə: 1.Reyestr nömrəsi **********19 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla İddiaçı, X9 və X10 xüsusi mülkiyyətində olan Balakən rayonu Sarıbulaq kəndində yerləşən 0.9613 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən naturada istifadə etmədiklərinə görə həmin ölçülər hüquqmüəyyənedici sənədlərə uyğun olub olmamasını müəyyən etmək mümkün olmamşdır. Qərardadın 2-ci sualı üzrə: Balakən rayonu, Sarıbulaq kəndində yerləşən reyestr nömrəsi **********19 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla İddiaçı, X9 və X10 xüsusi mülkiyyətində olan 0.9613 ha torpaq sahəsinin koordinatları TEKUİS məlumat bazasına əsasən X17 və onun ailə üzvlərinin xüsusi mülkiyyətinə işlənmiş 1.71 ha torpaq sahəsinin hüdudları daxilinə düşür. İddiaçılar İddiaçı, X9, X10 xüsusi mülkiyyətində olan 0.9613 ha torpaq sahəsinin ölçüləri 0.86 ha olmaqla 536 nömrə ilə tərtib edilmiş yerquruluşu planında göstərildiyi kimi 1.71 ha torpaq sahəsinə bitişik ərazidə TEKUİS məlumat bazasında öz əksini tapmışdır və ona bitişik olan cavabdeh X26 və onun ailə üzvlərinin xüsusi mülkiyyətinə işlənmiş 1.71 ha torpaq sahəsi isə 536 nömrə ilə TEKUİS məlumat bazasında işlənilmişdir. TEKUİS məlumat bazasında həmin torpaq sahələrinin ölçüləri üstüstə düşmür və hər biri ayrı-ayrılıqda işlənilmişdir. Həmin torpaq sahələrinin çıxarışın planı və ölçüsü sənədindəki koordinatları və TEKUİS məlumat bazasına əsasən yerləşmə vəziyyəti, ölçüləri tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Məlumat üçün bildirilir ki, mövcud xəritə materialları ilə natura arasındakı bu cür uyğunsuzluqların aradan qaldlırılması Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Torpaqların Elektron Kadastr X23 yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” əsasında aparılan uçot işləri ilə bağlı həmin ərazidə dürüstləşmə işləri aparılaraq yeni uçot xəritələri hazırlanmış və vətəndaşların torpaq sahələri elektron baza məlumatlarında öz əksini tapmışdır. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsi-vəkillərinin izahatlarını dinləyib, iş materiallarını bilavasitə araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında işin faktiki müəyyən edildi ki, Reyestr nömrəsi **********19 olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla İddiaçı, X9 və X10 xüsusi mülkiyyətində Balakən rayonu Sarıbulaq kəndində yerləşən 0.9613 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Onlar həmin torpaq sahəsindən naturada istifadə etmirlər. Ekspert rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı, X19 və X20 həmin torpaq sahəsindən naturada istifadə etmədiklərinə görə həmin ölçülərin hüquqmüəyyənedici sənədlərə uyğun olub olmamasını müəyyən etmək mümkün olmamışdır. İddiaçı onların mülkiyyətində olan torpaq sahəsindən Cavabdeh istifadə etdiyini iddia edərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəlləsinin 238.1, 238.3-cü maddələrinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Həmin Məcəllənin 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. İddiaçı Cavabdeh ona məxsus 0.96 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini zəbt etməsini, sonuncunun həmin torpaq sahəsindən istifadə etməklə, onu öz mülkiyyətində olan torpaq sahəsindən istifadə etməsinə maneçilik törətdiyini iddia etsə də bunları təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilmədi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 76.1-76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-78.1-1-ci maddələrinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslər yazılı sübutları yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edirlər. Bununla belə bu qaydada təqdim olunmuş yazılı sübutun həqiqiliyi şübhə doğurarsa, məhkəmə həmin yazılı sübutun əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edə bilər. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. İddiaçı Cavabdeh ona məxsus 0.96 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini zəbt etməsinə,onu öz mülkiyyətində olan torpaq sahəsindən istifadə etməsinə maneçilik törətməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədiyindən onun göstərdiyi həmin dəlilləri əsaslı hesab etmir. Əksinə işdə olan ekspert rəyləri ilə müəyyən edilir ki, Balakən rayonu, Sarıbulaq kəndində yerləşən reyestr nömrəsi **********19 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla İddiaçı, X9 və X10 xüsusi mülkiyyətində olan 0.9613 ha torpaq sahəsinin koordinatları TEKUİS məlumat bazasına əsasən X17 və onun ailə üzvlərinin xüsusi mülkiyyətinə işlənmiş 1.71 ha torpaq sahəsinin hüdudları daxilinə düşür. İddiaçılar İddiaçı,X9, X10 xüsusi mülkiyyətində olan 0.9613 ha torpaq sahəsinin ölçüləri 0.86 ha olmaqla 536 nömrə ilə tərtib edilmiş yerquruluşu planında göstərildiyi kimi 1.71 ha torpaq sahəsinə bitişik ərazidə TEKUİS məlumat bazasında öz əksini tapmışdır və ona bitişik olan cavabdeh X26 və onun ailə üzvlərinin xüsusi mülkiyyətinə işlənmiş 1.71 ha torpaq sahəsi isə 536 nömrə ilə TEKUİS məlumat bazasında işlənilmişdir. TEKUİS məlumat bazasında həmin torpaq sahələrinin ölçüləri üst-üstə düşmür və hər biri ayrı-ayrılıqda işlənilmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyindən İddiaçı tərəfindən ödənmiş 100 manat dövlət rüsumu xərci İddiaçı özünə aid edilməli,100 manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142595, X15 Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i : İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma, iddiaçıya məxsus olan həmin torpaq sahəsinə sahib olması, ondan istifadə etməsinə yönəlmiş cavabdehin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması tələbinə dair iddiası təmin edilməsin. 100 manat dövlət rüsumu xərci İddiaçı özünə aid edilsin. 100 manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142595, X15 Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirməklə Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-32/2025
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-32/2025
05.02.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver