Məhkəmə qərarları › İş №e-2(019)-325/2023

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-325/2023

28.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-325/2023 28.04.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Ərizəçi nümayəndəsi-vəkili Nümayəndə1 iştirakı ilə Ərizəçi qohumluq faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, mərhum X3 qaynanası Herdayeva (Mollayeva) Məryəm Məcid qızının oğlu olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi-vəkili Nümayəndə1 məhkəməyə ərizənin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Ərizəçi mərhum əri X3 mərhum qaynanası Herdayeva (Mollayeva) Məryəm Məcid qızının oğlu olması qohumluq faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Balakən rayonu Şərif kəndində anadan olmuşdur. 14 oktyabr 1986-cı ildə o, Balakən rayonu Şərif kəndində yaşayan X4 ərə getmişdir. Nikahlarını Balakən rayonu Şərif kənd İcra nümayəndəliyində rəsmiləşdirmişlər. X3 anası X14 olmuşdur. X14 xx.xx.1987-ci ildə Balakən rayonu Şərif kəndində vəfat etmişdir. Mənim həyat yoldaşı X6 xx.xx.2020-ci ildə vəfat etmişdir. Onun vəfatından sonra evin həyətyanı və pay torpaq sahələrinin sənədləşdirilməsi, hüquqların dövlət qeydiyyatından çıxarışların alınması zərurəti yaranmışdır. Belə ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 20 iyun 2001 ci il tarixli 06 nömrəli qərarı ilə mərhum həyat yoldaşı X4, X10 və ona- Ərizəçi 1,09 ha kənd təsərrüfatı təyinatlı məhsulların istehsalı üçün nəzərdə tutulan torpaq sahəsi ayrılmışdır. Bütün sənədlərdə qaynanası X2 Herdayeva, adı Məryəm, atasının adı Məcid getsə də, mərhum həyat yoldaşı X3 doğum haqqında şəhadətnaməsində X2 X5 qeyd edilmişdir. Bununla bağlı maraqlı şəxs Balakən rayon Notariat Ofisində vərəsəlik işiaçılarkən X3 ana qrafasında X5 göstərilmişdir, lakin əslində qaynanasının soyadı Herdayeva kimi göstərilməli idi. Balakən regional Maraqlı şəxs1 Notariat X1 adına vərəsəlik işinin açılması ilə əlaqədar müraciət edərkən məlum oldu ki, mərhum həyat yoldaşı X3 doğum haqqında şəhadətnaməsinin ana qrafasmda X14 yox, X15 göstərilmişdir. Odur ki, mərhum qaynanası X9 mərhum həyat yoldaşı X3 anası olması faktının müəyyən edilməsi tələbi ilə Balakən Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi-vəkili Nümayəndə1 ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat vermiş və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırki iş üzrə 10 aprel 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında maraqlı şəxs Balakən rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi-müdiri Nümayəndə2 ərizəni qəbul edərək, ərizənin təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Maraqlı şəxs Balakən rayon Qeydiyyat Şöbəsi sonrakı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, sonrakı məhkəmə iclasında nümayəndə ilə təmsil olunmamış, məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə maraqlı şəxs Balakən rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan hazırki işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 və X21 ifadələrində Ərizəçi mərhum əri X3 mərhum Herdayeva (Mollayeva) Məryəm Məcid qızının oğlu olduğunu, Herdayeva (Mollayeva) Məryəm Məcid qızının 06 may 1997-ci il tarixdə, X3 isə 31 oktyabr 2020-ci il tarixdə öldüyünü, Herdayeva (Mollayeva) Məryəm Məcid qızının və X3 adına pay torpağının olduğunu və Ərizəçi X9 adına vərəsəlik işi açdırmaq istədiyini göstərmişlər. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 22 oktyabr 2020-cı il tarixdə verilmiş 817 nömrəli arayışdan görünür ki, X7 26 aprel 1958-ci il tarixdə anadan olmuş, atası qrafasında qeyd yoxdur, anası X15 yazılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 22 oktyabr 2020-ci il tarixli, 820 №-li arayışdan görünür ki, X14 barəsində Balakən rayon Qeydiyyat Şöbəsində doğum haqqında akt qeydi aşkar olunmadı. Arxiv məlumatları Balakən rayon Qeydiyyat Şöbəsinin 1945-1997-ci illərə dair doğum haqqında bərpa akt qeydləri üzrə yoxlanılmışdır. Qeyd edilən şəxs Balakən rayon Şərif kənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1997-ci il tarixli 11 nömrəli ölüm haqqında akt qeydinə əsasən vəfat etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 06 noyabr 2021-ci il tarixdə verilmiş xx/xx-1086 nömrəli arayışdan görünür ki, X6 ilə X12 arasında nikah Balakən rayonu Şərif kənd icra nümayəndəliyində 14 oktyabr 1986-ci il tarixdə 39 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada Mollayeva soyadı verilmişdir. Qeyd: Nikaha S.M.Mollayevin xx.xx.2020-ciildə ölməsi (ölüm xx.xx.2020-ci ildə 379 №-li akt qeydi ilə Balakən rayon Qeydiyyat Şöbəsində dövlət qeydiyyatına alınmış) ilə bağlı xitam verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən JN-0583 KOD 40100048 nömrəli Torpağa Mülkiyyət Hüququna X24 görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 29 iyun 2001-ci il tarixli, 06 nömrəli qərarı ilə X3, X9 və Ərizəçi ümumi birgə mülkiyyətinə Balakən rayonu Şərif kəndi ərazisindən 1.09 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən regional Maraqlı şəxs1ndə notariat ofisi tərəfindən verilmiş 26 sentyabr 2022-ci il tarixli 751 nömrəli arayışda göstərilir ki, Ərizəçi həqiqətən də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1252-ci maddəsinə əsasən xx.xx.1997-ci il tarixdə vəfat etmiş mərhum X8 xx.xx.2020-ci il tarixdə vəfat etmiş X4 çatacaq paya əri X6 vasitəsi ilə vərəsədir. Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 102-ci bəndinin 5-ci hissəsinə vərəsələrin miras qoyanla qohumluq və digər münasibətləri aşağıdakı sənədlərlə sübut edilir: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanların şəhadətnamələri, arayışları, eləcə də akt qeydlərindən çıxarışlar, qohumluq münasibətlərinin müəyyən edilməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələri. Təqdim olunmuş sənədlərdə X9 ölüm haqqında şəhadətnaməsində soyadı “Herdayeva” kimi, X3 doğum haqqında şəhadətnaməsinin ana qrafasında isə soyadı “Mollayeva” kimi göstərilmişdir. İşə əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 13 noyabr 2020-ci il tarixdə verilmiş AZ İİ seriyalı 005547 nömrəli ölüm haqqında şəhadətnamədə göstərilir ki, X6 xx.xx.2020-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********74 olan, ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, Balakən rayonu Şərif kəndi 0.8867 ha kənd təsərrüfatı təyinatlı torpaqlar 3/6 hissə X9, 2/6 hissə Ərizəçi və 1/6 hissə X16 adına ümumi birgə mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********74 olan, 815039 qeydiyyat nömrəli xx.xx.2022ci il tarixli Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Balakən rayonu Şərif kəndi 0.8867 ha kənd təsərrüfatı təyinatlı torpaqlar X16 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********26 olan, ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, Balakən rayonu Şərif kəndi 0.2497 ha kənd təsərrüfatı təyinatlı torpaqlar 3/6 hissə X9, 2/6 hissə Ərizəçi və 1/6 hissə X16 adına ümumi birgə mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********26 olan, 814363 qeydiyyat nömrəli xx.xx.2022ci il tarixli Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Balakən rayonu Şərif kəndi 0.2497 ha kənd təsərrüfatı təyinatlı torpaqlar X16 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşə əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Balakən rayonu İcra Hakimiyyətinin Şərif kənd inzibati ərazi dairəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 250 nömrəli arayışda göstərilir ki, mərhum X14 vəfat etdiyi 02 aprel 1997-ci il tarixdən Balakən rayonu Şərif kənd İƏD üzrə nümayəndəliyində daimi qeydiyyatda olmuşdur və mərhumun aşağıda qeyd edilən vərəsələri vardır: X6- X15 və arvadı-Ərizəçi. İşə əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Balakən rayonu İcra Hakimiyyətinin Şərif kənd inzibati ərazi dairəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 23 nömrəli arayışda göstərilir ki, mərhum X3 vəfat etdiyi 21 oktyabr 2020-ci il tarixdən Balakən rayonu Şərif kənd İƏD üzrə nümayəndəliyində daimi qeydiyyatda olmuşdur və mərhumun aşağıda qeyd edilən vərəsələri vardır: anası- X15 və arvadı-Ərizəçi. İşdə olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, Ərizəçi hazırki ərizə ilə bağlı 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutlara əlaqəli şəkildə hüquqi qiymət verərək, belə nəticəyə gəlir ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Ərizəçi Balakən rayonu Şərif kəndində anadan olmuşdur. 14 oktyabr 1986-cı ildə o, Balakən rayonu Şərif kəndində yaşayan X4 ərə getmişdir. X3 anası X14 olmuşdur. X14 xx.xx.1987-ci ildə Balakən rayonu Şərif kəndində vəfat etmişdir. Ərizəçinin mənim həyat yoldaşı X6 xx.xx.2020-ci ildə vəfat etmişdir. Onun vəfatından sonra evin, həyətyanı və pay torpaq sahələrinin sənədləşdirilməsi, hüquqların dövlət qeydiyyatından çıxarışların alınması zərurəti yaranmışdır. Balakən rayon Aqrar İslahat Komissiyasının 20 iyun 2001 ci il tarixli 06 nömrəli qərarı ilə JN-0583 KOD 40100048 saylı Torpağa Mülkiyyət Hüququna Dair DLövlət Aktı əsasında ərizəçinin mərhum həyat yoldaşı X4, X10 və ona- Ərizəçi 1,09 ha kənd təsərrüfatı təyinatlı məhsulların istehsalı üçün nəzərdə tutulan torpaq sahəsi ayrılmışdır. Bütün sənədlərdə ərizəçinin qaynanası X2 Herdayeva, adı Məryəm, atasının adı Məcid getsə də, ərizəçinin mərhum həyat yoldaşı X3 doğum haqqında şəhadətnaməsində X2 X5 qeyd edilmişdir. Hal-hazırda ərizəçi X8 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəyir. Bununla bağlı ərizəçi Balakən regional Maraqlı şəxs1ndə notariat ofisinə müraciət etmişdir. Lakin Balakən regional Maraqlı şəxs1ndə notariat ofisi təqdim olunmuş sənədlərdə X9 ölüm haqqında şəhadətnaməsində soyadının “Herdayeva” kimi, X3 doğum haqqında şəhadətnaməsinin ana qrafasında isə soyadının “Mollayeva” kimi göstərildiyini bildirərək ərizəçiyə qanun üzrə vərəsəlik hüququna dair şəhadətnaməni verməkdən imtina etmişdir. Ərizəçi bu faktı təsdiq edən sənədləri başqa qaydada ala bilmir. Ona görə də ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə təhqiqatı zamanı X3 və Herdayeva (Mollayeva) Məryəm Məcid qızının öldüyü, ərizəçinin hazırki məsələnin məhkəmədən kənar qaydada həlli üçün Balakən regional Maraqlı şəxs1ndə notariat ofisinə müraciət etməsi və bu müraciətin heç bir nəticə verməməsi səbəbindən mərhum əri X3 mərhum qaynanası Herdayeva (Mollayeva) Məryəm Məcid qızının oğlu olmaqla bağlı qohumluq faktını təsdiq edən sənədləri başqa qaydada ala bilməməsi və bu faktın müəyyən edilməsinin ərizəçiyə ərindən və qaynanasından qalmış mirasdan pay almaq və bu məqsədlə həmin mirasa dair qanuni sənədlərin alınması üçün lazım olması müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə əsasən şəxslərin qohumluq münasibətləri hüquqi əhəmiyyəti olan fakt kimi məhkəmə qaydasında müəyyən olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 2-ci bəndinə əsasən məhkəmələrə tövsiyə olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir. Həmin Qərarın 2.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. Yenə də həmin qərarın 2.3-cü bəndinə əsasən qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər); 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar; 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar; 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər; 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.2-ci maddəsinə əsasən ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.3-cü maddəsinə əsasən üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.4-cü maddəsinə əsasən dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.5-ci maddəsinə əsasən beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1170.1-ci maddəsinə əsasən vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1170.2-ci maddəsinə əsasən əgər vəsiyyətnamə ilə bir neçə vərəsə təyin edilmişdirsə, lakin vəsiyyətnamədə yalnız bir vərəsənin payı müəyyənləşdirilmişdirsə, digər vərəsələr qalan əmlakı bərabər alırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1171-ci maddəsinə əsasən əgər vəsiyyətnamə ilə bir neçə vərəsə təyin edilmişdirsə və vərəsələrdən birinə təyin edilmiş pay mirasın hamısından ibarətdirsə, vəsiyyət üzrə bütün vərəsələr bərabər paylar almalıdırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.2-ci maddəsinə əsasən qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.3-cü maddəsinə əsasən vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalı, Ərizəçi mərhum əri X3 mərhum qaynanası Herdayeva (Mollayeva) Məryəm Məcid qızının oğlu olması barədə qohumluq münasibətləri faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə əsasən müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi Ərizə təmin olunsun. Ərizəçi mərhum əri X3 mərhum qaynanası Herdayeva (Mollayeva) Məryəm Məcid qızının oğlu olması barədə qohumluq münasibətləri faktı müəyyən edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar