Məhkəmə qərarları › İş №e-2(019)-336/2023

Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-336/2023

03.04.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-336/2023 03.04.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, İddiaçı nümayəndələri Nümayəndə2 və Nümayəndə1, cavabdehlər Cavabdeh2 və Cavabdeh1nin iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı maneələrin aradan qaldırılması tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək mülkiyyətində olan Balakən rayonu Qazma kəndində yerləşən 1,2685 ha torpaq sahəsinin naturada tanıdılmasına, cavabdehlər tərəfindən edilmiş maneələrin aradan qaldırılması və cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onun Balakən rayonu Qazma kəndində 1,2685 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Çıxarış da verilmişdir. Lakin o, sözügedən torpaq sahəsinin yerləşdiyi ərazinin dəqiq sərhədlərini bilmədiyi üçün həmin sərhədlərin ona torpaq sahəsinin olduğu yerdə ölçülüb göstərilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmişdir. 2022-ci ilin oktyabr ayında DƏDRX-in əməkdaşı Eldar Həsilov torpaq sahəsinin sərhədlərinin ölçülüb ona göstərilməsi üçün sözügedən sahəyə gəldikdə qonşu torpaq sahəsinin istifadəçiləri Cavabdeh2 və Cavabdeh1 tərəfindən qanunsuz olaraq Eldar Həsilova maneçilik törədilmiş, nəticədə torpağının naturada tanıdılması mümkün olmamışdır. Bununla əlaqədar Eldar Həsilov və Qazma Bələdiyyəsinin sədri Məhəmməd Həsənov tərəfindən müvafiq akt tərtib olunmuş həmin aktın surəti məhkəmə iclasında məhkəməyə təqdim olunacaqdır. (aktın surəti solğun şəkildə olduğu üçün SKAN etmək mümkün deyildir.) Bildirmək istəyir ki, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində onun mülkiyyət hüququ pozulur. Torpaq sahəsinin sərhədlərinin dəqiq bilinməməsi onun həmin torpaq sahəsindən istifadə, sahiblik və sərəncam vermək hüquqlarımı məhdudlaşdırır. Məhkəmə iclasında İddiaçı nümayəndələri Nümayəndə2 və Nümayəndə1 iddia ərizəsini müdafiə edərək ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasına xahiş etmişdirlər. Məhkəmə iclasında Cavabdeh2 iddianı etiraf etməyərək göstərdi ki, o, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əməkdaşına maneçilik törətməmişdir. Bu barədə iddiaçı heç bir sübutu təqdim etməmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əməkdaşı ora gəlməmişdir. Onların iddiaçının torpaq sahəsinin ölçülüb özünə tanıdılmasına etirazları yoxdur. İddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı etiraf etməyərək göstərdi ki, o, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əməkdaşına maneçilik törətməmişdir.Bu barədə iddiaçı heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əməkdaşı ora gəlməmişdir. Onların iddiaçının torpaq sahəsinin ölçülüb özünə tanıdılmasına etirazları yoxdur. İddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddaçının nümayəndələrini və cavabdehləri dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək mülkiyyətində olan Balakən rayonu Qazma kəndində yerləşən 1,2685 ha torpaq sahəsinin naturada tanıdılmasına, cavabdehlər tərəfindən edilmiş maneələrin aradan qaldırılması və cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı torpaq sahəsinin ona tanıdılması ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etməsi, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin əməkdaşlarının torpaq sahəsini tanıtmalarına cavabdehlərin maneçilik törətmələri, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin torpaq sahəsini tanıtmaqdan imtina etməsinə dair heç bir sübutu məhkəməyə təqdim etməmişər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən göstərilən xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə xidmət haqları ödənilir. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. Qeyd edilən hüquq normasının məzmunundan göründüyü kimi torpaq sahəsinin naturada tanıdılması müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi) tərəfindən həyata keçirilir. Belə olan halda isə hazırkı işə məhkəmədə baxıla bilməz. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə məhkəmə iş izrə icraata xitam verir. Həmin Məcəllənin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1— 261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə işin hallarını, torpaq sahəsinin naturada tanıdılmasının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi) tərəfindən həyata keçirilməsini, İddiaçı torpaq sahəsinin ona tanıdılması ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etməsi, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin əməkdaşlarının torpaq sahəsini tanıtmalarına cavabdehlərin maneçilik törətmələri, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin torpaq sahəsini tanıtmaqdan imtina etməsinə dair heç bir sübutu məhkəməyə təqdim etməməsini nəzərə alaraq hesab edir ki, hazırkı işə məhkəmədə baxılmalı deyildir. Ona görə də işin icraatına xitam verilməlidir. 100 manat dövlət rüsumu qərardad qanuni qüvvəsini aldıqdan sonra dövlət büdcəsindən Balakən rayon Maliyyə Şöbəsi tərəfindən İddiaçı qaytarılmalıdır. İddiaçı izah olunmalıdır ki, o, torpaq sahəsinin naturada tanıdılması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etməlidir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi edilən maneçiliyə görə torpaq sahəsini tanıtmaqdan imtina etdikdə, onun yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 170.2, 263-264 və 268.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. 100 manat dövlət rüsumu qərardad qanuni qüvvəsini aldıqdan sonra dövlət büdcəsindən Balakən rayon Maliyyə Şöbəsi tərəfindən İddiaçı qaytarılsın. İddiaçı izah olunur ki, o o, torpaq sahəsinin naturada tanıdılması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etməlidir.Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi edilən maneçiliyə görə torpaq sahəsini tanıtmaqdan imtina etdikdə, onun yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar