Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-34/2023 02.06.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X5 katibliyi, iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı5 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçılar İddiaçı5, İddiaçı1, İddiaçı3, İddiaçı2 və X2 Cavabdeh qarşı qanunsuz zəbt edilmiş torpağın sahibinə qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçılar İddiaçı5,İddiaçı1, İddiaçı3,İddiaçı2 və X4 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Balakən rayonunun Kortala kəndi ərazisində “Şahlıq” adlanan yerdə yerləşən və qanuni ailələrinə məxsus olan ümumi 0.50 ha torpaq sahəsinin Cavabdeh alınıb onlara qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı5 nümayəndəsi və vəkili Nümayəndə, iddiaçılar İddiaçı3 və İddiaçı2 ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçılardan İddiaçı1 rəhmətə getdiyindən vərəsəliklə bağlı məsələləri həll etmək üçün iş üzrə icraatı baxılmamış saxlayıb, işin yenidən məhkəməyə hazırlamaq üçün sənədlərin əslinin geri verilməsini xahiş etmişdirlər. İddiaçılar İddiaçı1 və X4 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər.Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı1 ölmüşdür, iddiaçı X4 məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin məhkəmə iclasına təkrarən gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6. və 259.0.7-ci maddələri tətbiq edilir. Həmin Məcəllənin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflərin məhkəməyə gəlməməsi ərizənin baxılmamış saxlanması üçün əsasdır. Həmin Məcəllənin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə işin hallarını, İddiaçı5 nümayəndəsi və vəkili Nümayəndə, iddiaçılar İddiaçı3 və İddiaçı2 iddia ərizəsinin baxılmamış saxlanması barədə ərizə vermələrini, İddiaçı1 ölməsini, iddiaçı X2 üzürsüz səbəbdən məhkəmə iclasına gəlməməsini, Cavabdeh işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini, mülki prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, mülki iş baxılmamış saxlanmalı, ərizəyə əlavə edilmiş sənədlər iddiaçılara qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 114.1 və 114.1.5-ci maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa dövlət rüsumu qaytarılır. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlandığından ödənilmiş 100 manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı2 qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 260.3-cü maddəsinə əsasən ərizə baxılmamış saxlandıqda qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Məhkəmə hesab edir ki, 50 manat ekspertiza xərci iddiaçılar İddiaçı5,İddiaçı3, İddiaçı2 və X1 tutulub dövlət büdcəsinə Az.MEM VÖEN **********, X6, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ 22 hesaba köçürülməlidir. İddiaçılar İddiaçı5, İddiaçı3, İddiaçı2 və X3 izah olunmalıdır ki, yenidən ümumi qaydada iddia ərizə ilə məhkəməyə müraciət edə bilərlər. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 260.1, 263-264 və 268.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı İddiaçılar İddiaçı5, İddiaçı1, İddiaçı3, İddiaçı2 və X2 Cavabdeh qarşı qanunsuz zəbt edilmiş torpağın sahibinə qaytarılması tələbinə dair mülki iş baxılmamış saxlansın. İddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Ödənilmiş 100 manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı2 qaytarılsın. 50 manat ekspertiza xərci iddiaçılar İddiaçı5, İddiaçı3, İddiaçı2 və X1 tutulub dövlət büdcəsinə Az.MEM VÖEN **********, X6, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ 22 hesaba köçürülsün. İddiaçılar İddiaçı5, İddiaçı3, İddiaçı2, X3 izah olunur ki, yenidən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-34/2023
Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-34/2023
02.06.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver