Məhkəmə qərarları › İş №e-2(019)-355/2025

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-355/2025

14.04.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-355/2025 14.04.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Paraşova (Abdullayeva)Esmira Rəfail qızına qarşı ümumi birgə mülkiyyətlərində olan 0,25 ha həyətyanı torpaq sahəsindən payına düşən hissənin müəyyən edilməsi tələbinə dair mülki işə Balakən Rayon Məhkəməsinin inzibati binasında ,açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Paraşova (Abdullayeva) Esmira Rəfail qızına qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək JN- 1168A KOD 40108018 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən ümumi birgə mülkiyyətlərində olan 0.25 ha həyətyanı torpaq sahəsindən payına düşən hissənin müəyyən edilməsi barədə qətnamə çıxarılmasının xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandlırmışdır ki,Balakən rayonunun Mahamalar kəndində yaşayır. Balakən rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 08 nömrəli qərarı ilə ona və ailə üzvlərinə 0.25 ha həyətyanı torpaq sahəsi verilmişdir. Bu barədə JN- 1168A KOD 40108018 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə tərtib edilmişdir. Təsərrüfat üzvü olan atası X2 xx.xx.2007-ci il tarixdə vəfat etmişdir. Keçmiş arvadı Cavabdeh3 və qızları Cavabdeh2, Paraşova ( Abdullayeva ) Esmira Rəfail qızı işləmək məqsədi ilə Bakı şəhərinə getmişdirlər. O,öz payına düşən həyətyanı torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd almaq istəyir.Lakin cavabdehlər sənədləşmə işlərinin aparılması,bölgü planı və digər sənədlərin imzalanması üçün Notariat Ofisinə gəlmirlər. Buna görə də qeyd etdiyi həyətyanı torpaq sahəsindən payına düşən hissənin müəyyən edilməsi tələbi ilə bağlı Məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun eyni məzmunlu izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Paraşova (Abdullayeva) Esmira Rəfail qızı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən JN-1168A KOD 40108018 nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 08 saylı qərarı ilə ünvan 1i ərazisindən X1, İddiaçı, Cavabdeh3, Cavabdeh2 və Paraşova (Abdullayeva) Esmira Rəfail qızının ümumi birgə mülkiyyətinə 0.25 ha həyətyanı torpaq sahəsi verilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 08 saylı qərarı ilə ünvan 1i ərazisindən X1, İddiaçı, Cavabdeh3, Cavabdeh2 və Paraşova (Abdullayeva) Esmira Rəfail qızının ümumi birgə mülkiyyətinə 0.25 ha həyətyanı torpaq sahəsi verilmişdir. İddiaçı öz payının müəyyən edilməsini istəyir, cavabdehlər isə torpaq sahəsindən iddiaçının payının müəyyən edilməsinə etiraz edirlər. Ona görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Mülki Məcəllənin 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Mülki Məcəllənin 213.1-213.2 və 213.5-ci maddələrinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 214.1-ci maddəsinə görə əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Məhkəmə işin hallarını, ünvan 1ində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsinin X1, İddiaçı, Cavabdeh3, Cavabdeh2 və Paraşova (Abdullayeva) Esmira Rəfail qızının ümumi birgə mülkiyyətində olmasını, digər mülkiyyətçilərlə aralarında olan narazılığa görə iddiaçının ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən öz payının müəyyən edilməsini tələb etməsini, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə cavabdehlər Cavabdeh3,Cavabdeh2 və Paraşova (Abdullayeva) Esmira Rəfail qızının ümumi birgə mülkiyyətində olan, ünvan 1i ünvanında yerləşən 0.25 ha həyətyanı torpaq sahəsindən İddiaçı 1/5 hissə payı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən İddiaçı ödədiyi 100 manat dövlət rüsumu xərci cavabdehlər Cavabdeh3,Cavabdeh2 və Paraşova (Abdullayeva) Esmira Rəfail qızından alınıb İddiaçı verilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz,hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirməklə hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Paraşova (Abdullayeva) Esmira Rəfail qızının ümumi birgə mülkiyyətində olan, ünvan 1i ünvanında yerləşən 0.25 ha həyətyanı torpaq sahəsindən İddiaçı 1/5 hissə payı müəyyən edilməli; ödənmiş 100 manat dövlət rüsumu xərci cavabdehlər Cavabdeh3 ,Cavabdeh2 və Paraşova (Abdullayeva) Esmira Rəfail qızından alınıb İddiaçı verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı ilə cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Paraşova (Abdullayeva) Esmira Rəfail qızının ümumi birgə mülkiyyətində olan, ünvan 1i ünvanında yerləşən 0.25 ha həyətyanı torpaq sahəsindən İddiaçı 1/5 hissə payı müəyyən edilsin. Ödənmiş 100 manat dövlət rüsumu xərci cavabdehlər Cavabdeh3 ,Cavabdeh2 və Paraşova (Abdullayeva) Esmira Rəfail qızından alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirməklə Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar