Məhkəmə qərarları › İş №e-2(019)-359/2025

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-359/2025

26.09.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-359/2025 26.09.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X18 qızının katibliyi, İddiaçı, Cavabdeh oğlunun vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh oğluna qarşı yaşayış evinə köçürülməsi tələbinə dair mülki işə Balakən Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi İddiaçı Cavabdeh oğluna qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək onun, Cavabdeh oğlu ilə birgə nikah müddətində, yəni 2017-ci ildə inşa etdikləri, Balakən rayonu Katex kəndində yerləşən 3 otaqlı fərdi yaşayış evinə oğlu- X13 ilə birlikdə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Səlahiddin qızı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2009-cu ilin iyul ayında Cavabdeh oğlu ilə rəsmi qaydada nikaha daxil olmuşlar. Evləndikdən sonra Cavabdeh oğlunun atası Nümayəndə məxsus Balakən rayonu, Katex kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Həmin nikahdan 2010-cu il tarixdə Mansur adlı övladları doğulmuşdur. Daha sonradan Cavabdeh oğlu ilə birlikdə Rusiya Federasiyasına mütəmadi gedib-gəlmişlər. 2017-ci ildə Cavabdeh oğlunun və atası Nümayəndə ümumi birgə mülkiyyətində olan, Balakən rayonu Katex kəndində yerləşən torpaq sahəsində Cavabdeh oğlu ilə birlikdə ümumi gəlirləri hesabına fərdi yaşayış evi inşa etmiş və o, həmin tarixdən sonra cehiz əşyalarını da həmin evə köçürməklə orada yaşamağa başlamışdır. Hazırda da gəlin köçərkən gətirdiyi cehiz əşyaları həmin evdədir. 2023-cü ildə Cavabdeh oğlu onu Rusiya Federsiyasında məhkəməyə vermiş və aralarında bağlanmış nikah pozulmuşdur. Bundan sonra Cavabdeh oğlunun atası X9 onu həmin evdən çıxarmaq üçün səy göstərməyə başlamış və bir müddət əvvəl onu və uşağını həmin evdən çıxartmışdır. Hazırki tələblə məhkəməyə müraciət etməyinin səbəbi, 2017-ci ildə Cavabdeh oğlu ilə birgə nikah müddətində inşa etdikləri, Balakən rayonu, Katex kəndində yerləşən 3 otaqlı fərdi yaşayış evinə oğlu X13 ilə birlikdə köçürülmək istəməyi ilə bağlıdır. Məhkəmə iclasında İddiaçı Səlahiddin qızı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə Cavabdeh oğlu, onun nümayəndəsi Nümayəndə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5və 185.6-cı maddələrinə əsasən işə Cavabdeh oğlunun və onun nümayəndəsi Nümayəndə iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh oğlunun vəkili Vəkil çıxışında iddia tələbinin əsassız olduğunu, İddiaçı sözügedən evdə heç bir əmlakının olmamasını, onun öz atası evində yaşadığını göstərərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İHB-nın Katex kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 25 yanvar 2025-ci il tarixli 89 nömrəli arayışda göstərilmişdir ki, İddiaçı həqiqətən 2019-2024-cü illər ərzində keçmiş həyat yoldaşı Cavabdeh oğluna məxsus 2017-ci ildə tikilmiş fərdi yaşayış evində yaşamışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Altay diyarının Ədliyyə İdarəsinin Barnaul şəhəri üzrə 4 nömrəli VVAQ şöbəsi tərəfindən 26 dekabr 2023-cü il tarixdə verilmiş İİ-TO seriyalı 628564 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh oğlu ilə İddiaçı arasında bağlanmış nikah Altay diyarının Barnaul şəhərinin İndustrialnı (İndustralnıy, Sənaye) rayonunun 1 nömrəli məhkəmə məntəqəsi,23 noyabr 2023-cü il tarixli dünya hakiminin qərarı əsasında 26 dekabr 2023-cü il tarixdə xitam verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş JN-408,KOD 40105018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktından görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 19 yanvar tarixli 01 saylı qərarı ilə Cavabdeh oğluna Balakən rayonu Katex kəndi ərazisindən 0,41 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş JN-1671,KOD 40105018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktından görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 19 yanvar tarixli 01 saylı qərarı ilə Nümayəndə və ailə üzvülərinə Balakən rayonu Katex kəndli ərazisindən 0,92 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş JN-363,KOD 40105018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktından görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 19 yanvar tarixli 01 saylı qərarı ilə X7 Balakən rayonu Katex kəndi ərazisindən 0,28 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş 25 iyul 2025-ci il tarixli 3-21-3-47/2-2657/2025 nömrəli mütəxəssis rəyində göstərilmişdir ki, Balakən rayonu Katex kəndində 2017-ci ildə inşa olunmuş, üç otaqlı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi Cavabdeh oğlunun, onun atası Nümayəndə, yaxud onun qardaşı X3 mülkiyyətində deyildir, həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi X1, X4 və onların ailə üzvlərinin xüsusi mülkiyyətinə işlənmiş 98 nömrəli «Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” nın 98 B cizgisində göstərilən 0.18 ha kənd təsərrüfatı təyinatlı ərazinin hüdudları daxilində yerləşir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 29 avqust 2025-ci il tarixdə verilmiş 10/3872 nömrəli ekspert rəyində göstərilmişdir ki, Məhkəmə Ekspertizası mərkəzinə xx.xx.2025-ci il tarixdə təqdlim edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin mütəxəssisləri tərəfindən tərtib edilmiş müvafiq mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur. Balakən rayon Katex kəndində 2017-ci ildə inşa olunmuş,üç otaqlı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi Cavabdeh Nəsrədldin oğlunun, onun atası Nümayəndə, yaxud onun qardaşı X3 mülkiyyətində deyildir. Həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi X8, X5 və onların ailə üzvlərinin xüsusi mülkiyyətinə işlənmiş 98 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın 98 B cizgisində göstərilən 0.18 ha kənd təsərrüfatı təyinatlı ərazinin hüdudları daxilində yerləşir. Məhkəmə iddiaçının izahatını, cavabdehin vəkilinin çıxışını dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları araşdırılarkən müəyyən olunmuşdur ki, İddiaçı 2009-cu ilin iyul ayında Cavabdeh oğlu ilə rəsmi nikah bağlamaqla ailə qurmuş və Cavabdeh oğlunun atası Nümayəndə məxsus Balakən rayonu, Katex kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. O, birgə nikahlarından 2010-cu il tarixdə Mansur adlı övladlarının olduğunu, 2017-ci ildə Cavabdeh oğlunun və atası Nümayəndə ümumi birgə mülkiyyətində olan, Balakən rayonu Katex kəndində yerləşən torpaq sahəsində Cavabdeh oğlu ilə birlikdə ümumi gəlirləri hesabına fərdi yaşayış evi inşa etdiklərini,o vaxtdan köçüb həmin evdə yaşadığını, 2023-cü ildə nikahlarının pozulmasını, bundan sonra Cavabdeh oğlunun atası X6 onu həmin evdən çıxarmasını göstərərək oğlu X13 ilə birlikdə Balakən rayonu, Katex kəndində yerləşən 3 otaqlı fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasındakı mübahisəyə aşağıdakı hüquq tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29, İ hissə. Hər kəsin mülkiyyət hüququ vardır. Maddə 29, İİ hissə. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Maddə 29, İİİ hissə. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Maddə 60, İ hissə. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Maddə 135.9. Əgər müxtəlif növlü əşyalar ümumi təyinat üzrə istifadə edilməsini nəzərdə tutan vahid tam yaradırlarsa, bir əmlak (mürəkkəb əmlak) sayılırlar. Mürəkkəb əmlak barəsində bağlanmış əqdin qüvvəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, onun bütün tərkib hissələrinə şamil edilir. Maddə 135.10. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.[ 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13.7. Üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, yaşayış sahəsindən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinin tələbinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3-cü maddəsinin tələbinə görə qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinin tələbinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Nəzərə alınmalıdır ki, iddia tələbi bilavasitə sübutetmə ilə bağlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların mövcud olub olmamasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər hansı dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Hazırkı işdə İddiaçı uşağı ilə birlilkdə köçmək istədiyi evin keçmiş əri Cavabdeh oğlunun və onun atası Nümayəndə ümumi birgə mülkiyyətində olan, Balakən rayonu Katex kəndində yerləşən torpaq sahəsində yerləşməsini, həmin evi 2017-ci ildə birgə gəlirləri hesabına inşa etdirdiklərini göstərsə də bunları təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Əksinə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 29 avqust 2025-ci il tarixli, 10/3872 nömrəli ekspert rəyi ilə müəyyən olunur ki, sözügedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi Cavabdeh oğlunun, onun atası Nümayəndə, yaxud onun qardaşı X3 mülkiyyətində deyildir. Həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi X8, X5 və onların ailə üzvlərinin xüsusi mülkiyyətinə işlənmiş 98 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın 98 B cizgisində göstərilən 0.18 ha kənd təsərrüfatı təyinatlı ərazinin hüdudları daxilində yerləşir. Həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır, tikinti məqsədləri üçün ayrılmış torpaq sahəsində deyil, kənd təsərrüfatı təyinatlı torpaq sahəsində inşa olunmuşdur. Mülki Məcəllənin 180-ci maddəsinin tələbinə görə həmin ev özbaşına tikinti hesab olunur. Bundan başqa ekspert rəyi ilə müəyyən olunduğu kimi həmin ev X8, X5 və onların ailə üzvlərinin xüsusi mülkiyyətinə işlənmiş 98 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın 98 B cizgisində göstərilən 0.18 ha kənd təsərrüfatı təyinatlı ərazinin hüdudları daxilində yerləşir. Mülki Məcəllənin 135.9-cu və 135.10-cu maddələrində nəzərdə tutulmuşdur ki, əgər müxtəlif növlü əşyalar ümumi təyinat üzrə istifadə edilməsini nəzərdə tutan vahid tam yaradırlarsa, bir əmlak (mürəkkəb əmlak) sayılırlar. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir (hər iki maddənin birinci cümləsi-§ 29-30).Həmin Məcəllənin 135.4-cü maddəsində xüsusi olaraq göstərilmişdir ki, torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir (üçüncü cümlə - § 28).“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 13.7-ci maddəsinə görə, üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır (§ 34).Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu da 16 iyun 2023-cü il tarixli qərarında bildirmişdir ki, qanunverici son zamanlar istər Mülki Məcəllənin özündə, istərsə də digər aidiyyəti Məcəllələrdə vahid mülkiyyət yanaşmasına üstünlük vermişdir.Belə olan halda, məhkəmə hazırkı mübahisənin qanuni və ədalətli həlli üçün vahid mülkiyyət qaydasına uyğun olaraq, mübahisəli evi onun yerləşdiyi torpaq sahəsinin tərkib hissəsi, dolayısı ilə onları vahid daşınmaz əşya hesab edir.Tərkib hissənin, o cümlədən vahid əşyanın hüquqi vəziyyəti ilə bağlı qeyd edilməlidir ki, bir əşya başqa bir əşyanın tərkib hissəsinə çevrildiyi andan müstəqil əşya vəsfini itirir, əsas əşyanın hüquqi vəziyyətinə tabe olur. Bu o deməkdir ki, əsas əşyanın mülkiyyətçisi tərkib hissənin də mülkiyyətçisi hesab olunur.Mülki Məcəllənin 135.10-cu maddəsində əşyanın mülkiyyətçisinin onun bütün tərkib hissələrinin mülkiyyətçisi olduğu açıqca göstərilir (ikinci cümlə - § 30). Belə olan halda isə iddiaçının köçmək istədiyi ev X2 və onun ailə üzvülərinə aiddir. İddiaçının isə həmin şəxslərlə heç bir bağlılığı yoxdur və onların ailə üzvü hesab olunmur. Bu əsaslara görə o, uşağı ilə birlikdə həmin evə köçürülə bilməz, iddia tələbi təmin olunmamalıdır. İddia təmin edilmədiyindən İddiaçı tərəfindən ödənmiş 100 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək bu nəticəyə gəlir ki, İddiaçı Cavabdeh oğluna qarşı yaşayış evinə köçürülməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməli; dövlət rüsumu olaraq ödənmiş 100 manat məhkəmə xərci iddiaçının özünə aid edilməli; 100 manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu: 142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı X17 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh oğluna qarşı yaşayış evinə köçürülməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin; dövlət rüsumu olaraq ödənmiş 100 manat məhkəmə xərci iddiaçının özünə aid edilsin; 100 manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu: 142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı X17 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirməklə Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar