Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-362/2022 17.05.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair ilk iddiası və Cavabdeh İddiaçı qarşı borcun tutulması tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, “Azəriqaz “X1 X10 İdarəsinin mütəxəssisləri tərəfindən ona əsassız hesablanmış 216 (iki yüz on altı) manat borcun onun abonent hesabından (**********00330) silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1i ünvanda yaşayan İddiaçı sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 490.40 (dörd yüz doxsan manat 40 qəpik) manat, İtirilmiş qazın bərpası üçün aparılmış hesabata görə 216 (iki yüz on altı) manat, cəmi 706.40 (yeddiyüz altı manat 40 qəpik) manat əsas borcun, əvvəlcədən ödənilmiş 30 (otuz) manat dövlət rüsumun və 0.40 (qırx) qəpik bank xidmət haqqının, ümumilikdə isə 736.80 (yeddi yüz otuz altı manat 80 qəpik) manat borcun (pulun) tutularaq Cavabdeh xeyrinə ödənilməsi (bank hesabları:ABB, Kod 8051700,M/H: AZ03NABZ********************, VÖBN **********, S.W.İ.F.T. İBAZAZ2X, AZ95İBAZ********************) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 36.9-cu maddəsinə əsasən istehlakçının hüquqlarının müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə verilə bilər. Azərbaycan Respublikası MPM-nin 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Azərbaycan Respublikası MPM-nin 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. Azərbaycan Respublikası MPM-nin 155.2-ci maddəsinə əsasən bu Məcəllənin 154.1ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir. Azərbaycan Respublikası MPM-nin 155.3-cü maddəsinə əsasən qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. Azərbaycan Respublikası MPM-nin 156.1-ci maddəsinə əsasən hakim qarşılıqlı iddianı aşağıdakı hallarda qəbul edir: 156.1.1. qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə; 156.1.2. qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa; 156.1.3. qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə. Qanun normalarının tələbinə uyğun olduğu üçün məhkəmə tərəfindən hazırki ilk iddia və qarşılıqlı iddia ərizələri icraata qəbul edilmişdir. İlk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, xüsusi mülkiyyətində ünvan 1ində fərdi yaşayış evi vardır. 30.04.2021ci il tarixində Azəriqaz X1 RQİİ-nin Balakən xidmət sahəsinin əməkdaşları evə gələrək təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlamışlar. Həmin yoxlama zamanı qaz sayğacının hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik- cızıq izlərinin olması barədə akt tərtib edilmişdir. Həmin vaxt o və ailə üzvləri evdə olmamışlar. Eyni zamanda qaz sayğacı evdən kənarda yol sahəsində quraşdırıldığından onun və ailə üzvlərinin qaz sayğacını qorumaq kimi bir imkanları olmamışdır, belə bir öhdəlikləri də yoxdur. 30.04.2021 tarixdə Zaqatala X9 İdarəsinin rəhbərliyi tərəfindən sayğacın hesablanma mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik- cızıq izlərinin olması iddia edilərək, qazdan pulsuz istifadə etməsi səbəbindən 216 manat borcunun olması qərara alınmışdır. Bu barədə 30.04.2021ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə verilmişdir. Yəni o, heç bir əsas olmadığı halda 216 manat “Azəriqaz" İstehsalat Birliyinə borclanmışdır. Halbuki sözügedən qaz sayğacı evdən kənarda yol hissədə yerləşdirilmişdir. Onların qaz sayğacını müdafiə etmək və qorumaq kimi bir imkanları və öhdəlikləri yoxdur. Eyni zamanda o və ailə üzvləri sayğaca heç bir müdaxilə etməmişlər. Bu faktı ailə üzvləri də təsdiq edəcəklər. Yolda iri tonnajlı maşınlar və insanlar hərəkətdədirlər. Sayğaca hər hansı müdaxilə olunacağı təqdirdə onun və ailə üzvlərinin bunu görmə və müdaxilə etmə imkanları məhdud dərəcədədir. Bütün bu hallar isə son nəticədə “ Azəriqaz" X1 X10 İdarəsinin rəhbərliyi tərəfindən əsassız olaraq ona 216 manat borc hesablanmasını sübut edir. Yuxanda göstərilənləri nəzərə alaraq “Azəriqaz" İstehsalat Birliyi tərəfindən yazılmış 216 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh İB qarşılıqlı iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh İB-nə qarşı Cavabdeh İB Zaqatala RQİİ tərəfindən tərtib edilmiş təbii X8nın pozulması haqqında akt əsasında hesablanmış 216 manat borcun silinməsi tələbi barədə iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət etmişdir. Məlum edirlər ki, Cavabdeh İB Zaqatala RQİİ-nin Balakən xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan İddiaçı məxsus mənzilində müvafiq alqı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə edilir. İstehlakçıya məxsus mənzildə uzun müddət təbii qazdan istifadə edilsə də, qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Cavabdeh İddiaçı **********00330 saylı qaz hesabında 706.40 manat borc vardır. Sözügedən borcun 490.40 manat hissəsi sayğac göstəricisinə əsasən aparılmış hesabata və 216 manat hissəsi isə təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı aparılmış hesabata əsasən yaranmışdır. İddia tələbində göstərilən sayğac göstəricisinə əsasən aparılmış hesabata görə yaranmış 490.40 manat həcmindəki borc cavabdeh İddiaçı yaşadığı ünvan 1i ünvanda hazırda istismarda olan G4T markalı **********5 nömrəli sayğacın 4309 m3 göstəricisi ilə müəyyən edilmişdir. İddia tələbində göstərilən qeyri-qanuni qazdan istifadəyə əsasən aparılmış hesabata görə 216 manat həcmindəki borc cavabdeh İddiaçı yaşadığı ünvan 1i ünvanında istismarda olmuş G-4 markalı ******* nömrəli qaz sayğacına müdaxilə halı müəyyən edilmişdir. Belə ki, Cavabdeh İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin apardlığı xidməti yoxlama zamanı 27.04.2021-ci il tarixdə İddiaçı yaşadığı fərdi yaşayış evində istismarda olan G-4 markalı ******* nömrəli qaz sayğacına baxış keçirilmiş, baxış zamanı sayğacın əvəzləşdirilməsinə zərurət olduğundan 27.04.2021-ci il tarixli ******* saylı akt tərtib edilərək sayğac şəbəkədən açılmış və yenisi quraşdırılmışdır. Həmin qaz sayğacı müvafiq rəyin verilməsi üçün dövlət yoxlamasına göndərilmişdir. Keçirilmiş baxış üzrə Metrologiya Departamentinin vermiş olduğu 30.04.2021-ci il tarixli 29/1710-01972-1 saylı rəydə «sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarda əzik-cızıq izləri vardır»qeyd edilmişdir. Verilmiş rəyə görə təbii X8nın pozulması haqqında 30.04.2021-ci il tarixli ******* saylı akt tərtib edilmişdir. Akt əsasında qaz sayğacının nominal qaz buraxma qabiliyyəti 4m3 orta günlük iş rejimi 12 saat hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin 30.04.2021-ci il tarixli «dəymiş ziyanın bərpasına dair tələbnaməsi» ilə 2160 m3 (və ya 216 manat) həcmində müəyyən edilmişdir. Mübahisəli qaz sayğacına yerində baxış keçirilərkən və yoxlanışdan keçirilərkən onun sadəcə zədələndiyi deyil, ona qəsd olaraq müdaxilə olunduğu müəyyən edilmişdir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddianı müdafiə edərək və qarşılıqlı iddianı qismən-490.40 manat cari qaz borcu hissəsində qəbul edərək, ilk iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, qaz sayğacının onun evindən kənarda yol tərəfdə quraşdırıldığını və onun və ailə üzəri tərəfindən qaz sayğacına heç bir müdaxilə edilmədiyini, həmçinin onun qarşılıqlı iddia üzrə 706.40 manat deyil, cəmi 490.40 cari qaz borcunun olduğunu bildirərək, ilk iddianın təmin olunması və qarşılıqlı iddianın qismən-490.40 manat hissədə təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, onun nümayəndəsi məhkəməyə ərizə göndərərək, 17.05.2022-ci il saat 10:40-a təyin edilmiş məhkəmə iclasının iştirakları olmadan keçirilməsini, ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.1, 185.4 və 185.5-ci maddələrinə əsaslanaraq, hazırki işə ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə görə tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildikdə, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 22.12.2015-cı il tarixli, 5653 nömrəli Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı müqaviləsindən görünür ki, həmin müqavilə Zaqatala RQİİ-ilə İddiaçı arasında bağlanmış, verilən hər bir kub metr qazın qiyməti 0,10 manat məbləğində müəyyən edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Cavabdeh Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 27 aprel 2021-ci il tarixli, ******* nömrəli aktından görünür ki, İddiaçı evində qaz sayğacı növbədənkənar dövlət yoxlamasına göndərilir və yenisi ilə əvəz olunur. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Təbii X8nın pozulması haqqında 30 aprel 2021-ci il tarixli, ******* nömrəli aktda göstərilir ki, ARDNŞ-nin Cavabdeh İB-nin 29/1710-01972-1 nömrəli aktına əsasən sayğaca ümumi baxış keçirildi, sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarda əzik-cızıq izləri var. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş 30.04.2021-ci il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, 30.04.2021-ci il tarixli, ******* №-li akt üzrə İddiaçı 2160 m3 (216 manat) sayğacdankənar təbii qaz sərfiyyatı hesablanmışdır. Qarşılıqlı iddia ərizəsinə əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş İddiaçı **********00330 nömrəli abonent saldosundan görünür ki, İddiaçı ümumilikdə 706,40 manat qaz borcu hesablanmış, bundan 216 manat dəymiş ziyanla bağlı aparılmış hesabata əsasən yaranmış borc kimi, 490,40 manat isə sayğac göstəricisinə əsasən aparılmış hesabata əsasən yaranmış borc kimi müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş Cavabdeh İB-nin Zaqatala RQİİ-nin ünvan 1 sakini İddiaçı ünvanlanmış 12.05.2022-ci il tarixli ƏP-06/7811 nömrəli xəbərdarlıqdan görünür ki, istehlakçı İddiaçı 11.05.2022-ci il tarixə istehlak olunmuş təbii qaz sərfinə görə debitor borcu tələb olunmuşdur. İş materiallarından həmçinin görünür ki, Cavabdeh İB tərəfindən hazırki qarşılıqlı iddianın qaldırılması üçün 30 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı ödənilmişdir. Məhkəmə, ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdehin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, ilk iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən olunmuşdur ki, Cavabdeh İB-nin Zaqatala RQİİ-ilə İddiaçı arasında 22.12.2015-ci il tarixli, 5653 nömrəli Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi bağlanmış və həmin müqavilə ilə istehlakçıya verilən hər bir kub metr qazın qiyməti 0,10 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 27 aprel 2021-ci il tarixli, ******* nömrəli aktı ilə İddiaçı evində qaz sayğacı növbədənkənar dövlət yoxlamasına göndərilmiş və yenisi ilə əvəz olunmuşdur. Cavabdeh İB-nin Zaqatala RQİİ-nin əməkdaşları tərəfindən Təbii X8nın pozulması haqqında 30 aprel 2021-ci il tarixli, ******* nömrəli akt əsasında ARDNŞ Cavabdeh İB-nin 29/1710-01972-1 nömrəli aktına əsasən İddiaçı qaz sayğacına ümumi baxışın keçirilməsi, sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarda əzik-cızıq izlərinin olması qeyd edilmiş, 30.04.2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə ilə 30.04.2021-ci il tarixli, ******* №-li akt üzrə İddiaçı 2160 m3 (216 manat) sayğacdankənar təbii qaz sərfiyyatı hesablanmış və həmin 216 manat borc kimi qalıq və aktlar qrafasında həmin abonentin- İddiaçı abonent hesabına daxil edilmişdir və ondan tələb edilir. Həmçinin İddiaçı Cavabdeh İB-nə 490,40 manat cari qaz borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonradan aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1094-cü maddəsinə əsasən əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməl (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəllləsinin 427.1 və 427.2-ci maddələrinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər; əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitdən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azrəbaycan Respublikası Mülki Məcəlləsinin 452.2-ci maddəsinə görə öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlukəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 459.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 459.5-ci maddəsinə əsasən əgər ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə, kreditora pul əvəzi verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «X8»nı 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMRDK-nin (Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və X12 Komitəsinin) və qaz paylayıcısının plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə görə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fizik şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Yenə də həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya hesab təqdim etməlidir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin maddənin 9-cu bəndinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz palayıcısı hesabına həyata keçirilir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Həmin maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidlir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Qanun normasının tələbinə görə fiziki şəxslərin evlərinə quraşdırımış qaz sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısı cavabdehlik daşıyır. İş materiallarından görünür ki, İddiaçı yaşayış evinə qaz sayğacı bu yaşayış evinin içində deyil, evdən kənarda-yol tərəfdə quraşdırılmışdır ki, həmin yer də ictimai yer hesab olunur. Qaz sayğacına müdaxilə ilə bağlı Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 27.04.2021-ci il tarixli ******* nömrəli akt, Təbii X8nın pozulması haqqında 30.04.2021-ci il tarixli, ******* nömrəli akt tərtib olunarkən, həmçinin həmin akt əsasında 2160 kub metr itirilmiş qaz itkisi ilə bağlı 30.04.2021-ci il tarixli tələbnamə üzrə qərar verilərkən qaz sayğacına müdaxilənin iddiaçı tərəfindən edilməsi araşdırılmalı və sübuta yetirilməli idi. Lakin İddiaçı tərəfindən qaz sayğacına müdaxilə olunmasına dair iş materiallarında heç bir sübut yoxdur. İş üzrə Cavabdeh İB tərəfindən də İddiaçı tərəfindən qaz sayğacına müdaxilə olunması, 30.04.2021-ci il tarixli, ******* nömrəli aktın və 30.04.2021-ci il tarixli tələbnamənin həqiqəti əks etdirməsi və əsaslı olması barədə məhkəməyə heç bir sübut təqdim olunmamış, ilk iddia tələbinə olan etirazın əsaslandırıldığı hallar sübut olunmamışdır. Məhkəmə, 30.04.2021-ci il tarixli, ******* nömrəli aktı və 30.04.2021-ci il tarixli tələbnaməni həqiqəti əks etdirməyi, əsaslı olmadığı, işin həqiqi halları ilə ziddiyət təşkil etdiyi üçün iddia tələbini təkzib edən hallarla bağlı mötəbər sübut kimi qəbul etmir. Cavabdeh İB yalnız dəymiş zərəri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOKAR) kollegial idarəetmə orqanı olan Şurasının 14.03.2011-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş «İstehlakçılar tərəfindən təbii X8nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları»na əsasən müəyyən etmişdir. Həmin qaydalara əsasən istehlakçılar tərəfindən X8nın pozuntusuna yol verilməsi aşkar edildikdə, qazın verilməsi qeyd-şərtsiz dayandırılır və təbii qazın alqısatqı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata müvafiq olaraq axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya iddia müddəti ərzində (3 il) qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatçının hesablaşma hesabına ödənilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOKAR) kollegial idarəetmə orqanı olan Şurasının 14.03.2011-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş «İstehlakçılar tərəfindən təbii X8nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları» o vaxt mötəbər sübut kimi qəbul edilə bilərdi ki, Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının müvafiq normasına istinad edilməklə qəbul edilsin və Konstitusiyaya və qanunlara zidd olmasın. Lakin iş materiallarından görünür ki, həmin sənəd vətəndaşların sosial vəziyyətini ağırlaşdırır və normativ-hüquqi akt kimi dövlət qeydiyyatına alınmamışdır. Belə olan halda məhkəmə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOKAR) kollegial idarəetmə orqanı olan Şurasının 14.03.2011-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş «İstehlakçılar tərəfindən təbii X8nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları»nı mötəbər sübut kimi qəbul etmir. Həmçinin Cavabdeh tərəfindən ilk iddia tələbinə etirazın əsaslandırıldığı hallar kimi İddiaçı qaz sayğacına ehtimal olunan müdaxilə etməklə qanunazidd hərəkəti nəticəsində ona 2160 kub metr qaz itkisi olmaqla 216 manat məbləğində zərər vurulması, bu zərərlə ilk iddia üzrə iddiaçının ehtimal olunduğu qanunazidd hərəkəti arasında səbəbli əlaqənin olması və bu zərərin vurulmasında ilk iddia üzrə iddiaçının təqsirli olmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmiş, ilk iddia tələbinə etirazın əsaslandırıldığı həmin hallar sübut olunmamışdır. Halbuki qanuna görə iddia tələbinə etirazın əsaslandırıldığı halları sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və videoyazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsassı kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübut etmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxslərin mülki hüquqlarını və qanunla qorunan mənafeyini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Bundan başqa, iş üzrə müəyyən edilmişdir ki, təhlükəsiz şəraitdə saxlanması üçün iddiaçının evinə gələn qazın qeydiyyatını aparan qaz sayğacı qaz paylayıcısı tərəfindən xüsusi qutuya yerləşdirilməmişdir. Bu isə həmin sayğaca istənilən şəxs tərəfindən müdaxiləni və ya təbii hadisələrin (zəlzələ, güclü külək, qasırğa nəticəsində və sair səbəblərdən kənar predmetlərin dəyməsi, qaz sayğacının dəyişdirilməsi və sair) təsiri nəticəsində müdaxilə olunmasını istisna etmir. Qeyd olunanlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, ilk iddia üzrə cavabdeh təşkilat tərəfindən ilk iddia üzrə iddiaçıya dəymiş ziyana görə 216 manat təbii qaz borcu əsassız hesablanmışdır və əsassız olaraq da həmin borc ilk iddia üzrə İddiaçı abonent hesabına daxil edilməklə ondan tələb edilir. Bu da qaz istehlakçısı kimi ilk iddia üzrə iddiaçının hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Ona görə də ilk iddia üzrə iddiaçının pozulmuş hüquqları bərpa olunmalı və həmin 216 manat dəymiş ziyana görə borc ilk iddia üzrə iddiaçının abonent hesabından silinməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, işin hallarını, ilk iddia üzrə iddiaçının evinə aid qaz sayğacının evdən kənarda yerləşməsini, ilk iddia üzrə cavabdeh tərəfindən qaz sayğacına ehtimal olunan müdaxilənin ilk iddia üzrə iddiaçının təqsiri üzündən baş verməsinə və bunun ilk iddia üzrə iddiaçı tərəfindən törədilməsinə dair heç bir sübut təqdim edilməməsini nəzərə alaraq, hesab edir ki, ilk iddia təmin edilməli, Cavabdeh İB-nin Zaqatala X9 İdarəsi İddiaçı əsassız hesablanmış 216 (iki yüz on iki) manat borc onun abonent hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 598.1, 598.2 və 598.3-cü maddələrinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir; əgər alqı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur; əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. Məhkəmə qarşılıqlı iddia tələbinə tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək, hesab edir ki, qarşılıqlı iddiada göstərilən 706.40 manat borc tələbi 490.40 manat sayğac göstəricisinə əsasən yaranmış cari qaz borcu tələbi hissəsində əsaslıdır və təmin olunmalıdır. Belə ki, işdəki sübutlardan görünür ki, 706.40 manat ümumi borc tələbinin 490.40 manat hissəsi sayğac göstəricisinə əsasən hesablanmış cari qaz borcu tələbidir və qarşılıqlı iddiaya əlavə olunmuş istehlakçının abonent saldosunda qarşılıqlı iddia üzrə cavabdehin sayğac göstəricisi üzrə cəmi 490.40 manat cari qaz borcu vardır. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı da məhkəmədə verdiyi izahatında onun Cavabdeh İB-yə 490.40 manat cari qaz borcunun olduğunu qeyd etmişdir. Qarşılıqlı iddia 490.40 manatdan artıq borc tələbi hissəsində əsassızdır və təmin edilməməlidir. Bu xüsusda məhkəmə onu da bildirir ki, qarşılıqlı iddia tələbinin əsası kimi qarşılıqlı iddia ərizəsinə əlavə olunmuş abonent saldosundan əlavə digər abonert saldosunda cari qaz borcunun artımı baş verdiyi təqdirdə belə məhkəmə qarşılıqlı iddia tələbindən kənara çıxa bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Hakimin qanunda nəzərdə tutulmuş müstəsna hallar istisna olmaqla iddia tələbindən kənara çıxmaq səlahiyyəti yoxdur. Hazırki işdə isə qanunda nəzərdə tutulmuş həmin müstəsna hallar mövcud deyildir. İşin hallarına hüquqi qiymət verən məhkəmə həmçinin hesab edir ki, 706.40 manat məbləğində qarşılıqlı iddia tələbi 216 manat təbii qazdan qeyri-qanuni istifadə ilə bağlı tələb hissəsində əsassız olduğundan təmin edilməməlidir. Belə ki, yuxarıda istinad olunan qanun normalarının tələbindən görünür ki, fiziki şəxslərin evlərinə quraşdırmış qaz sayğaclarının o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısı cavabdehlik daşıyır. İş materiallarından görünür ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən qaz sayğacının hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi, daxili qulaqcıqlarda əzik-cızıq izlərinin olması göstərilməklə qaz sayğacına müdaxilə olunmasına dair iş materiallarında heç bir sübut yoxdur. İş üzrə qarşılıqlı iddia üzrə iddiaçı təşkilat tərəfindən də qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən qaz sayğacına sözügedən müdaxilə olunması, həmçinin 30.04.2021-ci il tarixli aktın və 30.04.2021-ci il tarixli tələbnamənin həqiqəti əks etdirməsi və əsaslı olması barədə məhkəməyə heç bir sübut təqdim olunmamış, 216 manat təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı hissədə qarşılıqlı iddia tələbinin əsaslandırıldığı hal sübut olunmamışdır. Ona görə də məhkəmə tərəfindən ilk iddia tələbi təmin edilməklə dəymiş ziyana görə əsassız hesablanmış həmin 216 manat borcun İddiaçı abonent hesabından silinməsi nəticəsinə gəlinmişdir. Həmçinin qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən 216 manat hissədə qarşılıqlı iddia tələbinin əsaslandırıldığı hal kimi qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qaz sayğacına ehtimal olunan müdaxilə etməklə qanunazidd hərəkəti nəticəsində ona 216 manat borc yaranmaqla zərər vurulması, bu zərərlə qarşılıqlı iddia üzrə cavabdehin ehtimal olunduğu qanunazidd hərəkəti arasında səbəbli əlaqənin olması və bu zərərin vurulmasında qarşılıqlı iddia üzrə cavabdehin təqsirli olmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmiş, 216 manat hissədə qarşılıqlı iddia tələbinin əsaslandırıldığı həmin hal sübut olunmamışdır. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) iddia tələbinin əsaslandırıldığı halları sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara yuxarıda göstərilən qanun normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçının qarşılıqlı iddia üzrə cavabdehə qarşı yönəltdiyi 706.40 manat ümumi qaz borcu tələbi 490.40 manat hissədə əsaslıdır və təmin olunmalıdır; 706.40 manat borc tələbi 216 manat hissədə isə əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda iddia ərizələrindən 30 manat dövlət rüsumu tutulur. İş materiallarından görünür ki, hazırki ilk iddianın qaldırılması üçün İddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğuna görə, ilk iddianan qaldırılması üçün dövlət rüsumu ödəməmişdir. Ona görə ilk iddia təmin edildiyi üçün məhkəmə hesab edir ki, Cavabdehndən 30 manat dövlət rüsumu alınaraq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Həmçinin qarşılıqlı iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 20,83 manat ödənilmiş dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehnə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: İlk iddia təmin edilsin. Cavabdeh Zaqatala X9 İdarəsi tərəfindən İddiaçı dəymiş ziyana görə əsassız hesablanmış 216 (iki yüz on altı) manat borc İddiaçı **********00330 saylı abonent hesabından silinsin; ilk iddia üzrə Cavabdehndən 30 manat dövlət rüsumu alınaraq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Qarşılıqlı iddia qismən təmin edilsin; ünvan 1ində yaşayan İddiaçı təbii qazdan istifadəyə görə yaranmış 490.40 manat borc, qarşılıqlı iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 20.83 manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat bank xidmət haqqı, ümumilikdə 511.63 manat borc tutularaq Cavabdeh xeyrinə ödənilsin (bank hesabları:ABB, Kod 8051700,M/H: AZ03NABZ********************, VÖEN **********, S.W.İ.F.T. İBAZAZ2X, AZ95İBAZ********************); qarşılıqlı iddia qalan hissədə təmin olunmasın. Qətnamədən, qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №e-2(019)-362/2022
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-362/2022
17.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver