Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-37/2023 14.08.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı torpaq sahəsindən məcburi qaydada çıxarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin ona məxsus Balakən rayonu Hənifə kəndində yerləşən 0.07 ha həyətyanı və 0.25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona məxsus Balakən rayonu Hənifə kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinin 0.07 ha hissəsindən və 0.63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.25 ha hissəsindən cavabdehlərin məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan məhkəmə iclasında İddiaçı məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə müraciət edərək, iddianı cavabdehlərin 0,07 ha həyətyanı torpaq sahəsindən çıxarılması hissəsində azaldaraq, cavabdehlərin ona məxsus Balakən rayonu Hənifə kəndində yerləşən 0.25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə edərək onunla əsaslandırmışdır ki, ona və mərhum həyat yoldaşı X2 Aqrar İslahat komissiyasının 14 iyul 2001-ci il tarixli 07 saylı qərarı ilə 0.12 ha həyətyanı və 0.63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri verilmişdir. Sözügedən torpaq sahələrinə JN 827, KOD 40102018 nömrəli dövlət aktı və JN 878A, KOD 40102018 nömrəli şəhadətnamə verilmişdir. Sözügedən torpaq sahəsinin 0.05 ha həyətyanı hissəsini və üzərində yerləşən evi 1999-cu ildə notarial qaydada Hənifə kənd sakini Cavabdeh2 satmışdır. Həmin alqı-satqıdan sonra geridə qalan torpaq sahəsindən o, istifadə etmişdir. Daha sonra Cavabdeh2 ona məxsus olan 0.07 ha həyətyanı və 0.25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrini mənimsəmiş və onu həmin əraziyə buraxmamış, onu öldürəcəyi ilə hədələmişdir. Uzun müddət cavabdehlə danışıqlar aparmış, lakin heçbir nəticə əldə edə bilməmişdir. 2017-ci ildə cavabdehin hərəkətləri ilə bağlı Balakən RPŞ-ə müraciət etmiş, Balakən RPŞ-dən ona bildirilmişdir ki, sözügedən məsələ ilə əlaqədar məhkəməyə müraciət etməlidir. Cavabdehlə apardığı danışıqlar nəticə vermədiyindən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alaraq cavabdehlərin ona məxsus Balakən rayonu Hənifə kəndində yerləşən 0.25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək, iddianın əsassız olduğunu, həmin 0,25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini ona məxsus olduğunu, belə kimi, İddiaçı ona satdığını satdığını bildirərək, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə iş üzrə İddiaçı və Cavabdeh2 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq olunmuş JN 0827 KOD 40102018 saylı Torpağa Mülkiyyət Hüququna X19 görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 2001-ci il 14 iyul tarixli, 07 nömrəli qərarı ilə Balakən rayonu Hənifə kəndində 0.63 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi İddiaçı Mahamarasul oğlunun və X1 ümumi birgə mülkiyyətinə verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş JN 878A KOD 40102018 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamədən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 2001-ci il 14 iyul tarixli, 07 nömrəli qərarı ilə Balakən rayonu Hənifə kəndində 0.12 ha həyətyanı torpaq sahəsi İddiaçı Mahamarasul oğlunun və X1 ümumi birgə mülkiyyətinə verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Balakən RPŞ-nin İTQ-nin təhqiqatçısı, polis baş leytenantı X4 04 aprel 2017-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, İddiaçı Mahamarasul oğlunun RPŞ-yə müraciəti əsasında toplanmış materialda cinayət hadisəsi olmadığına görə material üzrə cinayət işinin başlanılması rədd edilmiş, qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokuroruna və İddiaçı göndərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Balakən RİHB-nin Hənifə kənd İƏD üzrə nümayəndəliyi tərəfindən 07 mart 2022-ci il tarixdə verilmiş AZ-İİ 251950 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2000-ci il tarixdə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş 1999-cu il tarixli müqavilədən görünür ki, Sarıyev X7 rayonu Hənifə kəndində yerləşən fərdi yaşayış evini ******* (iki milyon) manata Cavabdeh2 satmışdır. İşə əlavə edilən və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin 17 avqust 2022-ci il tarixli mütəxəssis rəyində göstərilir ki, 1.JN 0827 KOD 40102018 saylı Torpağa Mülkiyyət Hüququna X20 ilə Balakən rayonu Hənifə kəndində İddiaçı Mahamarasul oğlunun və X3 ümumi birgə mülkiyyətinə verilmiş 0.63 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi mübahisəli 0.12 ha həyətyanı torpaq sahəsinə bitişik ərazidə 827 cizgisində göstərilən 0.25 ha olmaqla naturada ölçüləri 0.3034 hektardır və həmin ölçülər hüquqmüəyyənedici ölçülərə uyğun deyildir. Qalan 0.38 ha torpaq sahəsi isə JN 0827 KOD 40102018 saylı “Dövlət Aktı”nın 827 R cizgisində çöl sahəsindən işlənilmişdir; 2. JN 878A KOD 40102018 Torpağın Mülkiyyət verilməsinə dair Şəhadətnamə ilə Balakən rayon Aqrar İslahat Komissiyasının 2001-ci il 14 iyul tarixli, 07 nömrəli qərarı əsasında Balakən rayonu Hənifə kəndində İddiaçı Mahamarasul oğlunun və X3 ümumi birgə mülkiyyətinə verilmiş 0.12 ha həyətyanı torpaq sahəsinin naturada ölçüləri 0.12 ha olmaqla həmin ölçülər hüququmüəyyənedici sənədlərə uyğundur; 3.JN 0827 KOD 40102018 saylı Torpağa Mülkiyyət Hüququna X20 ilə Balakən rayonu Hənifə kəndində İddiaçı Mahamarasul oğlunun və X1 ümumi birgə mülkiyyətinə verilmiş 0.63 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsinin 827 cizgisində göstərilən 0.25 ha hissəsinin naturada ölçüləri 0.3034 ha olmaqla cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən bütövlükdə istifadə olunur; 4. JN 878A KOD 40102018 Torpağın Mülkiyyət verilməsinə dair Şəhadətnamə ilə Balakən rayon Aqrar İslahat Komissiyasının 2001-ci il 14 iyul tarixli, 07 nömrəli qərarı əsasında Balakən rayonu Hənifə kəndində İddiaçı Mahamarasul oğlunun və X3 ümumi birgə mülkiyyətinə verilmiş 0.12 ha həyətyanı torpaq sahəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən bütövlükdə istifadə olunur. İşə əlavə edilən və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 30 noyabr 2022-ci il tarixli №10/5847 nömrəli rəyində göstərilir ki, mülki iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin müvafiq mütəxəssis rəyinə əsasən: JN 0827 KOD 40102018 saylı Torpağa Mülkiyyət Hüququna X20 ilə Balakən rayon Aqrar İslahat Komissiyasının 2001-ci il 14 iyul tarixli, 07 nömrəli qərarı əsasında Balakən rayonu Hənifə kəndində İddiaçı Mahamarasul oğlunun və X3 ümumi birgə mülkiyyətinə verilmiş 0.63 ha kənd təsərrüfatı məhsulları istehsallı torpaq sahəsi mübahisəli 0.12 ha həyətyanı torpaq sahəsinə bitişik ərazidə 827 cizgisində göstərilən 0.25 ha olmaqla naturada ölçüləri 0.3034 hektardır və həmin ölçülər hüquqmüəyyənedici ölçülərə uyğun deyildir. Qalan 0.38 ha torpaq sahəsi ilsə JN 0827 KOD 40102018 saylı “Dövlət Aktı”nın 827 R cizgisində çöl sahəsindən işlənilmişdir; JN 878A KOD 40102018 Torpağın Mülkiyyət verilməsinə dair Şəhadətnamə ilə Balakən rayon Aqrar İslahat Komissiyasının 2001-ci il 14 iyul tarixli, 07 nömrəli qərarı əsasında Balakən rayonu Hənifə kəndində İddiaçı Mahamarasul oğlunun və X3 ümumi birgə mülkiyyətinə verilmiş 0.12 ha həyətyanı torpaq sahəsinin naturada ölçüləri 0.12 ha olmaqla həmin ölçülər hüququmüəyyənedici sənədlərə uyğundur; JN 0827 KOD 40102018 saylı Torpağa Mülkiyyət Hüququna X20 ilə Balakən rayonu Hənifə kəndində İddiaçı Mahamarasul oğlunun və X1 ümumi birgə mülkiyyətinə verilmiş 0.63 ha kənd təsərrüfatı məhsulları istehsallı torpaq sahəsinin 827 cizgisində göstərilən 0.25 ha hissəsinin naturada ölçüləri 0.3034 ha olmaqla cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən bütövlükdə istifadə olunur; JN 878A KOD 40102018 Torpağın Mülkiyyət verilməsinə dair Şəhadətnamə ilə Balakən rayon Aqrar İslahat Komissiyasının 2001-ci il 14 iyul tarixli, 07 nömrəli qərarı əsasında Balakən rayonu Hənifə kəndində İddiaçı Mahamarasul oğlunun və X3 ümumi birgə mülkiyyətinə verilmiş 0.12 ha həyətyanı torpaq sahəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən bütövlükdə istifadə olunur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 30 noyabr 2022-ci il tarixli №10/5847 bildirişindən görünür ki, iş üzrə aparılmış ekspertizası tədqiqatının dəyəri 50 manat təşkil edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı hazırki iddianın qaldırılması ilə əlaqədar 100 manat məbləğdə dövlət rüsumu ödəmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli mədaxidl qəbzindən görünür ki, İddiaçı 95 manat məbləğində mütəxəssis xərci ödəmişdir. Məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən olunmuşdur ki, , JN 0827 KOD 40102018 saylı Torpağa Mülkiyyət Hüququna X20 və Balakən rayon Aqrar İslahat Komissiyasının 2001-ci il 14 iyul tarixli, 07 nömrəli qərarı ilə Balakən rayonu Hənifə kəndində 0.63 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi İddiaçı Mahamarasul oğlunun və X1 ümumi birgə mülkiyyətinə verilmişdir. İş üzrə təyin edilmiş məhkəmə tikintitexniki ekspertizasının 30 noyabr 2022-ci il tarixli №10/5847 nömrəli ekspert rəyinə əsasən mülki iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin müvafiq mütəxəssis rəyinə əsasən: JN 0827 KOD 40102018 saylı Torpağa Mülkiyyət Hüququna X20 ilə Balakən rayon Aqrar İslahat Komissiyasının 2001-ci il 14 iyul tarixli, 07 nömrəli qərarı əsasında Balakən rayonu Hənifə kəndində İddiaçı Mahamarasul oğlunun və X3 ümumi birgə mülkiyyətinə verilmiş 0.63 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi mübahisəli 0.12 ha həyətyanı torpaq sahəsinə bitişik ərazidə 827 cizgisində göstərilən 0.25 ha olmaqla naturada ölçüləri 0.3034 hektardır və həmin ölçülər hüquqmüəyyənedici ölçülərə uyğun deyildir. Qalan 0.38 ha torpaq sahəsi ilsə JN 0827 KOD 40102018 saylı “Dövlət Aktı”nın 827 R cizgisində çöl sahəsindən işlənilmişdir. JN 878A KOD 40102018 Torpağın Mülkiyyət verilməsinə dair Şəhadətnamə ilə Balakən rayon Aqrar İslahat Komissiyasının 2001-ci il 14 iyul tarixli, 07 nömrəli qərarı əsasında Balakən rayonu Hənifə kəndində İddiaçı Mahamarasul oğlunun və X3 ümumi birgə mülkiyyətinə verilmiş 0.12 ha həyətyanı torpaq sahəsinin naturada ölçüləri 0.12 ha olmaqla həmin ölçülər hüququmüəyyənedici sənədlərə uyğundur. JN 0827 KOD 40102018 saylı Torpağa Mülkiyyət Hüququna X20 ilə Balakən rayonu Hənifə kəndində İddiaçı Mahamarasul oğlunun və X1 ümumi birgə mülkiyyətinə verilmiş 0.63 ha kənd təsərrüfatı məhsulları istehsallı torpaq sahəsinin 827 cizgisində göstərilən 0.25 ha hissəsinin naturada ölçüləri 0.3034 ha olmaqla cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən bütövlükdə istifadə olunur. JN 878A KOD 40102018 Torpağın Mülkiyyət verilməsinə dair Şəhadətnamə ilə Balakən rayon Aqrar İslahat Komissiyasının 2001-ci il 14 iyul tarixli, 07 nömrəli qərarı əsasında Balakən rayonu Hənifə kəndində İddiaçı Mahamarasul oğlunun və X3 ümumi birgə mülkiyyətinə verilmiş 0.12 ha həyətyanı torpaq sahəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən bütövlükdə istifadə olunur. İddiaçı tərəfindən tələb edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Balakən rayonu Hənifə kəndində İddiaçı Mahamarasul oğlunun və X3 mülkiyyətində olan 0.63 ha torpaq sahəsinin 0.25 ha hissəsindən çıxmırlar. Bununla da İddiaçı Mahamarasul oğlunun həmin 0.63 ha torpaq sahəsinin 0.25 ha hissəsinə mülkiyyət hüquqları pozulur. İş üzrə ekspertiza xərci 50 manat təşkil edir. Həmçinin iddiaçı hazırki iddianın qaldırılması üçün 100 manat dövlət rüsumu və 95 manat mütəxəssis xərci ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan İnsan Hüquqlarının və X12 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1-ci maddəsinə əsasən əgər payıl mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 222.1-ci maddəsinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 222.2-ci maddəsinə əsasən birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Məhkəmə qeyd edir ki, iddiaçının torpaq sahəsini geri tələbi üzrə iddiası vindikasiya iddiasıdır ki, onun da hüquqi əsası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində təsbit edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahiblyindən öz əmlakını geri tələb edə bilər. Qanun normasının mənasına görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi üçün üç dispozitiv şərtin mövcudluğunu sübut etməlidir:1) onun həmin əmlaka mülkiyyət hüququ (o cümlədən sahiblik hüququ) olmalıdır: 2) bu əmlak başqasının sahibliyində olmalıdır: 3) başqasının həmin əmlaka sahibliyi qeyri-qanuni olmalıdır. Məhkəmə bildirir ki, vindikasiya termini vim dicere latın sözündən götürülmşdür. Vindikasiya iddiası birinci növbədə əmlaka sahiblik və mülkiyyət hüquqlarının müdafiəsinə yönəlmişdir. Vindikasiya iddiasının şərtləri aşağıdakılardır:1) tələbin predmeti fərdi əşya və ya fərdiləşdirilmiş əşya olmalı, həmin əşya başqa əşyalardan xüsusi əlamətləri ilə seçilməlidir; 2) tələb olunan əşya həqiqətdə, yəni naturada mövcud olmalıdır; 3) bu iddianı həmi əşyanın mülkiyyətçisi, həm də həmin əşyanın qanuni sahibi qaldıra bilər; 4) əşyanın mülkiyyətçisi və ya titul sahibi həmin əşyaya mülkiyyət və sahiblik hüququnu təsdiq etməli və bununla bağlı müvafiq sübut təqdim etməlidir; 5) bu iddia üzrə cavabdeh qismində əşyanın faktiki sahibliyində olduğu şəxs çıxış etməlidir; 6) cavabdehin həmin əşyaya sahibliyi qanunsuz və vicdansız olmalıdır; 7) iddiaçı əmlakını geri tələb etməklə bərabər, həmin əmlakdan istifadə nəticəsində alınmış gəlirləri, həmçinin vurulmuş ziyanı da tələb edə bilər; 8) cavabdeh tələb olunan əmlakın yaxşılaşdırılması üçün çəkdiyi xərcləri tələb edə bilər. Vindikasiya inddiasının mənası əmlakın naturada tələb edilməsi, yəni onun alınıb sahibinə qaytarılması mümkünlüyündən ibarətdir. Əgər bunu etmək mümkün deyildirsə, belə iddianın qaldırılması mənasızdır. Bu zaman vurulmuş ziyanın ödənilməsi ilə bağlı tələb irəli sürülməlidir. Vindikasiya iddiasında iddia tələbini sübut etmə yükü iddiaçının üzərinə düşür. Həmin əşyalar cavabdehdə olduğu təqdirdə isə cavabdeh həmin əşyalara olan sahibliyinin qanuni və vicdanlı olmasını sübut etmə vəzifəsi daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.2-ci maddəsinə əsasən əgər qanunla ayrı qayda müəyyənləşdirilməyibsə, torpaq sahəsinə mülkiyyət hüququ həmin sahənin sərhədləri daxilində yerləşən səth (torpaq) qatına və qapalı sututarlara, meşələrə və bitkilərə də şamil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.3-cü maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, yerin təki və faydalı qazıntılar Azərbaycan Respublikasının mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, cavabdehlər X13, Cavabdeh3 və Cavabdeh1 İddiaçı Mahamarasul oğlunun və X1 ümumi birgə mülkiyyətinə verilmiş 0.63 ha kənd təsərrüfatı məhsulları istehsallı torpaq sahəsinin 827 cizgisində göstərilən 0.25 ha hissəsini qanunsuz sahibliyində saxlamaqla və qanunsuz istifadə etməklə iddiaçının mülkiyyət hüquqlarına əsassız müdaxilə etmiş və mülkiyyət hüquqlarını pozmuşdur. Ona görə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməklə, cavabdehlər iddiaçının X10 iddiaçılar X6 xüsusi mülkiyyətində olan sözügedən 0.63 ha kənd təsərrüfatı məhsulları istehsallı torpaq sahəsinin 827 cizgisində göstərilən 0.25 ha hissəsindən məcburi qaydada çıxarılmalıdırlar. İş üzrə Cavabdeh2 iddia predlmetini təşkil edən 0,25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ona məxsus olduğunu, həmin torpaq sahəsini İddiaçı ona satdığını bildirməklə iddia tələbinə etiraz etsə də, həmin 0,25 ha torpaq sahəsini İddiaçı alqı-satqı qaydasında aldığını və ya qanunda nəzərdə tutulmuş başqa formada özgəninkiləşdirdiyini, həmin torpaq sahəsinə onun hər hansı hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığını və həmin torpaq sahəsinin ona və başqa cavabdehlərə məxsus olduğunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, iddia tələbinə etirazının əsaslandırıldığı halları sübut edə bilməmişdir. Digər cavabdehlər Cavabdeh3 və Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, iddia tələbinə hər hansı etiraz bildirməmiş, həmin 0,25 ha torpaq sahəsinə dair onların hər hansı hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını və həmin torpaq sahəsinin onlara məxsus olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişlər. Halbui qanunun tələbinə (MPM-nin 77.1-ci maddəsi) iddia tələbinə etirazın əsaslandırıldığı halları sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Azərbaycan Respublikası MPM-nin 116.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarəsi ilə əlaqədar xərclər ödənilir, habelə sutkalıq xərclər verilir. Azərbaycan Respublikası MPM-nin 116.2-ci maddəsinə əsasən məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Azərbaycan Respublikası MPM-nin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəsislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə münasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına uyğun müvafiq qiymət verərək, mübahisə predmeti olan 0.63 ha kənd təsərrüfatı məhsulları istehsallı torpaq sahəsinin 827 cizgisində göstərilən 0.25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı mülkiyyətində olmasını, cavabdehlərin heç bir hüququ olmadan həmin 0.25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən (mütəxəssis rəyinə əlavə edilən yerquruluşu planı 1, yerquruluşu planı 2) qanunsuz istifadə etmələrini və ona qeyri-qanuni sahiblik etmələrini, nəticədə iddiaçının öz mülkiyyətində olan torpaq sahəsinə tam sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirə bilməməsini, bununla da onun mülkiyyət hüququnun pozulmasını nəzərə alaraq, hesab edir ki, iddia təmin olunmalı, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 İddiaçı məxsus Balakən rayonu Hənifə kəndində yerləşən 0.63 ha kənd təsərrüfatı təyinatilı torpaq sahəsinin 827 cizgisində göstərilən 0.25 ha hissəsindən (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planı 1 və 2 əsasında) məcburi qaydada çıxarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin edildiyi üçün ödənilmiş 100 manat dövlət rüsumu və iş üzrə ödənilmiş 95 manat mütəxəssis xərci cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 alınaraq İddiaçı verilməli, həmçinin iş üzrə 50 manat ekspertiza xərci cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı X16 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin olunsun; cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 İddiaçı məxsus Balakən rayonu Hənifə kəndində yerləşən 0.63 ha kənd təsərrüfatı təyinatilı torpaq sahəsinin 827 cizgisində göstərilən 0.25 ha hissəsindən (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planı 1 və 2 əsasında) məcburi qaydada çıxarılsın. Hazırki iddianın qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumu və iş üzrə ödənilmiş 95 manat mütəxəssis xərci cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 alınaraq İddiaçı verilsin; iş üzrə 50 manat ekspertiza xərci cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı X16 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №e-2(019)-37/2023
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-37/2023
14.08.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver