Məhkəmə qərarları › İş №e-2(019)-371/2023

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-371/2023

17.04.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-371/2023 17.04.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X5 katibliyi, tərcüməçi X6, ərizəçi İddiaçı iştirakları ilə, Ərizəçi İddiaçı JN- 1252 A, Kod 40108018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin İddiaçı məxsus olması faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi Ərizəçi İddiaçı ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək JN- 1252A, Kod 40108018 saylı Torpagın mülkiyyətə verilməsinə dair şəhadətnamənin İddiaçı məxsus olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi İddiaçı məhkəmə iclasında ərizəsini müdafiə edərək izahatında göstərdi ki,1998-ci il tarixində ünvan 1ində torpaq islahatı aparılan zaman qanuni əsaslarla istifadəsində olan 0,08 ha həyətyanı torpaq sahəsinə JN 1252 A saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Həmin torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə adına qeydıyyata aldırmaq üçün DƏDRX-nin 18 saylı Ərazi İdarəsinə müraciət edəndə torpağın mülkiyyətə verilməsini təsdiq edən şəhadətnamədə onun soyadı və ata adının düzgün qeyd edilməməsi ,soyadının “Hacıəhmədov”, ata adının “ Nəcməddin oğlu” yazıldığı müəyyən edilmişdir.Həmin texniki səhvin aradan qaldırılaraq torpaq sahəsinə çıxarış almaq üçün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala ərazi idarəsinə rəsmi müraciət etmiş,həmin idarə çıxarış etməkdən imtina etmiş, 02.02. 2023-cü il tarixli məktub ilə qeyd edilən uyğunsuzluğun aradan qaldırılması üçün məhkəməyə müraciət etməli olması bildirilmişdir.Ona görə də məhkəməyə müraciət etmişdir. Qeyd edilənləri nəzərə alıb ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə uyğun olaraq işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, ərizəçi İddiaçı tanıyır, onun qaynıdır. Qaynının adı Mamed, soyadı Hacıməhəmmədov, atasının adı isə Nəcmuddin olmuşdur. Onların ailəsində X3 adlı şəxs olmamışdır və yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Nurəddin qızı göstərdi ki,ərizəçi İddiaçı onun qonşusudur. Ərizəçinin adı Mamed, soyadı Hacıməhəmmədov, atasının adı isə Nəsmuddindir. Onların ailəsində X3 adlı şəxs olmamışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş JN 1252A, KOD 40108018 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilmişdir ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 08 nömrəli qərarı ilə X2 0.08 hektar həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon İHB-nın Mahamalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 25.Xİ.2008-ci il tarixdə verilmiş 3059 nömrəli arayışdan görünür ki, X1 adına 0.08 ha həyətyanı torpaq sahəsi vardır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Dövlət Arxivi tərəfindən 28 Vİ.2006-cı il tarixdə verilmiş 300 saylı Arxiv arayışında göstərilmişdir ki, ünvan 1 Musabəyov adına kolxoz idarə heyətinin və üzvlərinin ümumi yıığıncaqlarının iclas protokol kitabları yoxlanıldıqda 17 mart 1998-ci il tarixli 01 saylı yığıncaqlarında 158-ci sırada duran Hacıməmmədov Mamedə 0.08 ha həyətyanı torpaq sahəsi verilməsi qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İcra Hakimiyyəti Başçısının Mahamalar kənd inzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən 08 iyul 2012-ci il tarixdə verilmiş 515 nömrəli arayışda göstərilmişdir ki, “Verilir həmin arayış Balakən rayon İcra Hakimiyyəti başçısının Mahamalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən ondan ötrü ki, Aqrar islahat komissiyasının xx.xx.1998-ci il tarixli 08 nömrəli qərarına əsasən torpaq sahəsi verilən vətəndaşların adlı siyahısında texniki səhv olaraq adı X4 qeyd olunmuşdur. İddiaçı Nəcmuddinoviç (şəxsiyyət vəsiqəsi AZE0*******, xx.xx.20009 Balakən RPŞ, FİN:xxxxxxx) ilə Torpağın mülkiyyətə verilməsinə dair JN-1252A nömrəli şəhadətnamədə adlı siyahıda qeyd olunan X3 eyni şəxsdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 02 fevral 2023-cü il tarixli 3223 44/2-H0010- 8/2073 nömrəli məktubda göstərilmişdir ki; “Aqrar İslahat Komissiyasının qərarına əsasən verilmiş 0.08 ha torpaq sahəsinə dövlət reyestrindən çıxarışın verilməsinə köməklik göstərilməsi barədə ərizənizə “Daşınmaz əmlakın Dövlət kadastrı və Reyestri” publik Hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi idarəsində baxılmışdır. Ərizənizin icrası ilə bağlı aparılmış araşdırma zamanı məlum olmuşdur ki, ərizəyə əlavə etdiyiniz ünvan 1i ünvanında yerləşən 0.08 ha torpaq sahəsinə dair JN-1252A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” sənədi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsi tərəfindən Sizin deyil,X1 adına tərtib edilmişdir və qeyd olunan sənəddə (şəhadətnamədə) düzəlişlərin edilməsi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X9 18 saylı Zaqatala Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyildir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanunauyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 15.1.1 -ci və 15.1.3-ci maddələrinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatından imtina olunur. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı məhkəmə tərəfindən müəyyən edilir. Odur ki, qeyd olunan uyğunsuzluğun aradan qaldırılmasına dair məhkəmə qərarı ərizəyə əlavə edilərək yenidən müraciət etdiyiniz təqdirdə məsələyə baxılacaqdır.” Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 08 nömrəli qərarı ilə İddiaçı ünvan 1i ünvanında 0.08 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Onun həmin torpaq sahəsinə hüquqlarına dair JN 1252A KOD 40108018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə hazırlanıb təqdim edilmişdir.Lakin Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə İddiaçı soyadı səhvən “Hacıəhmədov”, atasının adı “Nəcməddin oğlu ” yazılmışdır. Ərizəçi İddiaçı mülkiyyətində olan torpaq sahəsini sənədləşdirmək üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 18 saylı Ərazi İdarəsinə müraciət etmiş, lakin sözügedən uyğunsuzluğa görə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 18 saylı Ərazi İdarəsi qeydiyyat aparmaqdan imtina etmişdir. Ərizəçi İddiaçı bu uyğunsuzluğu başqa qaydada aradan qaldıra bilmədiyindən hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, hüquqmüəyyənedici sənəd hesab edilən, X1 adına verilmiş JN-1252A, kod 40108018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin İddiaçı məxsus olması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ət etdi : Ərizə təmin edilsin. Hüquqmüəyyənedici sənəd hesab edilən, X1 adına verilmiş JN-1252A, kod 40108018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin İddiaçı məxsus olması faktı müəyyən edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar