Məhkəmə qərarları › İş №e-2(019)-386/2024

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-386/2024

06.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-386/2024 06.05.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Ərizəçi nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə Ərizəçi qohumluq faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, mərhum X2 ilə mərhum X17 bacı-qardaş olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1984-cü ildə Balakən rayonunda anadan olmuşdur. X2 olmuşdur. X29 onun atasının bacısı olmuşdur. O, xx.xx.2011-ci ildə ölmüşdür. Onun doğum haqqında akt qeydi olmamışdır. Bibisi xx.xx.1980-cı ildə X18 ilə evlənmiş, Əliyeva soyadından ərinin Qurbanova soyadına keçmişdir. X18 xx.xx.1989-cu ildə ölmüşdür. Onların nikahlarından övladları olmamışdır. X1 anası X30, bibisi X19 anası da X30 olmuşdur. X30 xx.xx.1983-cü ildə ölmüşdür. Eyni zamanda X2 xx.xx.2012-ci ildə ölmüşdür. Balakən rayonu Aqrar İslahat Komissiyasının 23 noyabr 2004-cü il tarixli 02 nömrəli qərarı ilə bibisi X22 0.13 ha həyətyanı torpaq sahəsi verilmişdir. X3 şəhəri Nəsimi küçəsi 34 saylı ünvanda yaşamışdır. Onun mülkiyyətində JN 431A saylı Kod 40101004 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0.13 ha həyətyanı torpaq sahəsi olmuşdur. Vəfat etdiyi vaxtadək qardaşı X5 himayəsində olmuşdur. X19 dəfnini X10 təşkil etmiş, ona məxsus olan əmlakı idarə etmişdir. xx.xx.2012-ci il tarixdən etibarən X5 vəfatından sonra həmin torpaq sahəsini onun oğlu Ərizəçi idarə edir. Qeyd edilən faktlar Balakən şəhər İƏD-nin xx.xx.2024-cü il tarixli 215 saylı arayışı ilə də təsdiq edilir. X19 ölümündən sonra ondan qalmış mirasın rəsmiləşdirilməsi ilə bağlı sənədlər hazırlayarkən ona məlum olmuşdur ki, atasının bacısı X19 doğumu qeydə alınmadığına görə onların bacı- qardaş olmasını müəyyən etmək mümkün olmamışdır. Bundan sonra o, X14 miras qalmış əmlakın rəsmiləşdirilməsi ilə bağlı Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət etmişdir. Lakin Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X23 məhkəməyə təqdim edilməsi məqsədilə arayış təqdim etmiş və xx.xx.2024-cü il tarixli 157 saylı arayışında göstərmişdir ki, 30 yanvar 2024-cü il tarixdə Ərizəçi (etibarnamə üzrə nümayəndə X38 vasitəsilə) 04 iyul 2011-ci il tarixdə vəfat etmiş X14 miras qalmış əmlaka 30 mart 2012-ci il tarixdə vəfat edən X2 vasitəsilə (miras qoyanın qardaşı) irsi transmissiya üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq məqsədilə müraciət etmişdir. Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 102-ci hissəsinə əsasən vərəsələrin miras qoyanla qohumluq və digər münasibətləri aşağıdakı sənədlərlə sübut edilir: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanların şəhadətnamələri, arayışları, eləcə də akt qeydlərindən çıxarışlar, qohumluq münasibətlərinin müəyyən edilməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələri. Müəyyən olunmuşdur ki, Ərizəçi miras qoyan ilə qohumluq faktını təsdiq edən sənədlər (miras qoyanın qardaşı oğlu) təqdim edə bilməmişdir. Odur ki, qohumluq faktının təsdiqi üçün məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Notarius eyni zamanda bildirmişdir ki, qohumluq faktının təsdiqi ilə bağlı məhkəmə qətnaməsi təqdim edildikdən sonra irsi transmissiya üzrə vərəsəlik qaydasında mirasın bölüşdürülməsi məsələsinə baxıla bilər. Buna görə X2 ilə X19 bacı-qardaş olması faktının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi-vəkili Nümayəndə ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat vermiş və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Balakən regional «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu X23 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına təkrarən gəlməmiş, məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə maraqlı şəxs Balakən regional «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu X15 iştirakı olmadan hazırki işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən Balakən regional «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu X20 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X17 ölümü haqqında akt qeydinin surəti, Əliyeva (Qurbanova) Səfiyyə Alı qızının barəsində doğum haqqında akt qeydinin aşkar edilməməsi barədə arayış və X6 doğumu haqqında akt qeydinin surəti onlara göndərilir. Həmçinin bildirilir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin «Vətəndaşlıq vəziyyəti aktları» avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində Əliyeva (Qurbanova) Səfiyyə Alı qızına dair yoxlama aparılarkən övladı barədə məlumat aşkar edilməmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.1954-cü il tarixli 520 nömrəli doğum qeydlərinin bərpa aktından görünür ki, X6 anası X30 qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 23 yanvar 2024-cü il tarixli, 05/69-27 №-li arayışdan görünür ki, Əliyeva (Qurbanova) Səfiyə Alı qızı barəsində Balakən rayon Qeydiyyat Şöbəsində doğum haqqında akt qeydi aşkar olunmadı. Arxiv məlumatları Balakən rayon Qeydiyyat Şöbəsinin 1948-xx.xx.2024-cü illərə dair doğum haqqında bərpa akt qeydləri üzrə yoxlanılmışdır. Qeyd edilən şəxs Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2011-ci il tarixli 59 nömrəli ölüm haqqında akt qeydinə əsasən vəfat etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 15 fevral 2024-cü il tarixdə verilmiş 05/69-54 nömrəli arayışdan görünür ki, X18 və X24 nikahı haqqında 26 dekabr 1980-ci il tarixdə 38 №-li akt qeydi tərtib olunmuşdur. Nikahın qeydə alındığı yer:Balakən rayon Hənifə kənd icra nümayəndəliyi. Nikah bağlandıqdan sonra ərə Qurbanov, arvada Qurbanova soyadı verilmişdir. Qeyd: Nikaha S.A.Qurbanovanın xx.xx.2011-ci ildə ölməsi (ölüm xx.xx.2011-ci ildə 59 №-li akt qeydi ilə Balakən rayon Qeydiyyat Şöbəsində qeydə alınmış) ilə bağlı xitam verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 17 fevral 2024-cü il tarixdə verilmiş 05/69-58 nömrəli arayışdan görünür ki, X30 04 avqust 1983-cü ildə ölmüşdür. Ölüm haqqında 06 avqust 1983-cü ildə 18 №-li akt qeydi tərtib olunmuşdur. Ölümün səbəbi: ürək damar çatışmazlığı. Ölümün qeydə alındığı yer: Balakən rayon Talalar kənd icra nümayəndəliyi. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Talalar kənd icra nümayəndəliyi tərəfindən 02 aprel 2012-ci il tarixdə verilmiş AZ-İ 487098 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.2012-ci il tarixdə vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 2012-ci ilin aprel ayının 02 günündə 10 № ilə qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən 29 mart 1984-cü il tarixdə verilmiş İX- JQ 392598 №-li doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx xxxx 1984-cü il tarixdə doğulmuş, atası qrafasında X11, anası qrafasında X31 yazılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon İcra Hakimiyyətinin Balakən şəhər inzibati ərazi dairəsinin xx.xx.2024-cü il tarixli 213 nömrəli arayışından görünür ki, Aqrar İslahat Komissiyasının xx.xx.2024-cü il tarixli qərarına əsasən torpaq sahəsi verilən vətəndaşların adlı siyahısında texniki səhv olaraq (soyadı, adı, atasının adı) X12 qeyd olunmuşdur. Odur ki, X32 ilə adlı siyahıda qeyd olunan X12 eyni şəxsdir (özüdür). İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon İcra Hakimiyyətinin Balakən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 05 fevral 2024-cü il tarixli 214 nömrəli arayışından görünür ki, Balakən şəhər sakini olmuş mərhum X32 xx.xx.1931-ci ildə anadan olmuş, atası Əliyev Alı, anası X33 olmuşdur. X4 şəhəri Nəsimi küçəsi 34 ünvanda yaşamışdır. xx.xx.2011-ci il tarixli 59 nömrəli ölüm haqqında akt qeydinə əsasən vəfat etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon İcra Hakimiyyətinin Balakən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 05 fevral 2024cü il tarixli 215 nömrəli arayışdan görünür ki, X4 şəhəri Nəsimi küçəsi 34 sayıl ünvanda yaşamışdır. Onun mülkiyyətində JN 431A saylı Kod 40101004 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0.13 ha həyətyanı torpaq sahəsi olmuşdur. Vəfat etdiyi vaxtadək qardaşı X5 himayəsində olmuşdur. X21 dəfnini X10 təşkil etmiş, ona məxsus oldan əmlakı idarə etmişdir. xx.xx.2012-ci il tarixdən etibarən X5 vəfatından sonra həmin torpaq sahəsini onun oğlu Ərizəçi idarə edir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Balakən regional «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu Səbuhi Məmmədovun məhkəməyə təqdim olunması üçün verilmiş 01 fevral 2024-cü il tarixli 157 №-li arayışından görünür ki, 30 yanvar 2024-cü il tarixdə Ərizəçi (etibarnamə üzrə nümayəndə X38 vasitəsilə) 04 iyul 2011-ci il tarixdə vəfat etmiş X16 miras qalmış əmlaka 30 mart 2012-ci il tarixdə vəfat edən X2 vasitəsilə (miras qoyanın qardaşı) irsi transmissiya üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq məqsədilə müraciət etmişdir. Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 102-ci hissəsinə əsasən vərəsələrin miras qoyanla qohumluq və digər münasibətləri aşağıdakı sənədlərlə sübut edilir: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanların şəhadətnamələri, arayışları, eləcə də akt qeydlərindən çıxarışlar, qohumluq münasibətlərinin müəyyən edilməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələri. Müəyyən olunmuşdur ki, Ərizəçi miras qoyan ilə qohumluq faktını təsdiq edən sənədlər (miras qoyanın qardaşı oğlu) təqdim edə bilməmişdir. Odur ki, qohumluq faktının təsdiqi üçün məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon İcra Hakimiyyətinin Balakən şəhər inzibati ərazi dairəsinin xx.xx.2024-cü il tarixli 132 nömrəli arayışından görünür ki, həqiqətən mərhum X17 vəfat etdiyi xx.xx.2011-ci il tarixdə ünvan 1 ünvanda daimi qeydiyyatda olmuşdur. Mərhumun aşağıda qeyd edilən vərəsələri olmuşdur:qardaşı X13-xx.xx.2012-ci il tarixdə vəfat edib; qardaşı oğlu-Ərizəçi doğum tarixi xx.xx.1984-cü il. İşdə olan və məhkəmə iclasında tədqiq edilən 13 dekabr 1989-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X9 vərəsəsi Balakən şəhəri Nəsimi küçəsi 34 №-li evdə yaşayan onun həyat yoldaşı X8r. İşdə olan və məhkəmə iclasında tədqiq edilən JN-431A Kod 40101004 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 2004-cü il 23 noyabr tarixli 02 nömrəli qərarı ilə X7 mülkiyyətinə 0.13 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, Ərizəçi tərəfindən hazırki ərizənin qaldırılması üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə ərizəçinin nümayəndəsi-vəkilinin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara əlaqəli şəkildə hüquqi qiymət verərək, belə nəticəyə gəlir ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Ərizəçi xx xxxx 1984-cü ildə Balakən rayonunda anadan olmuşdur. X2 olmuş, həmçinin X29 onun atasının bacısı olmuşdur. X29 xx.xx.2011-ci ildə ölmüş, onun doğum haqqında akt qeydi olmamışdır. X29 xx.xx.1980-cı ildə X18 ilə evlənmiş, Əliyeva soyadından ərinin Qurbanova soyadına keçmişdir. X18 xx.xx.1989-cu ildə ölmüşdür. X29 ilə X9 nikahından övladları olmamışdır. Ərizəçinin X1 anası X30, bibisi X19 anası da X30 olmuşdur. X30 xx.xx.1983-cü ildə ölmüşdür. Eyni zamanda ərizəçinin X2 xx.xx.2012-ci ildə ölmüşdür. Balakən rayon Aqrar İslahat Komissiyasının 23 noyabr 2004-cü il tarixli 02 nömrəli qərarı ilə ərizəçinin bibisi X22 0.13 ha həyətyanı torpaq sahəsi verilmişdir. X3 şəhəri Nəsimi küçəsi 34 saylı ünvanda yaşamışdır. X19 mülkiyyətində JN 431A saylı Kod 40101004 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0.13 ha həyətyanı torpaq sahəsi olmuşdur. X29 vəfat etdiyi vaxtadək qardaşı X5 himayəsində olmuş, X19 dəfnini X10 təşkil etmiş, ona məxsus olan əmlakı idarə etmişdir. X17 birinci, ikinci və üçüncü növbəli vərəsələri movcud deyildir. xx.xx.2012-ci il tarixdən etibarən X5 vəfatından sonra həmin torpaq sahəsini onun oğlu Ərizəçi idarə edir. Ərizəçi bibisi X19 ölümündən sonra ondan qalmış mirasın rəsmiləşdirilməsi ilə bağlı sənədlər hazırlayarkən ona məlum olmuşdur ki, atasının bacısı X19 doğumu qeydə alınmadığına görə onların bacı- qardaş olmasını müəyyən etmək mümkün olmamışdır. Bundan sonra o, X14 miras qalmış əmlakın rəsmiləşdirilməsi ilə bağlı Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət etmişdir. Lakin Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X23 məhkəməyə təqdim edilməsi məqsədilə verdiyi xx.xx.2024-cü il tarixli 157 saylı arayışında göstərmişdir ki, 30 yanvar 2024-cü il tarixdə Ərizəçi (etibarnamə üzrə nümayəndə X38 vasitəsilə) 04 iyul 2011 -ci il tarixdə vəfat etmiş X14 miras qalmış əmlaka 30 mart 2012-ci il tarixdə vəfat edən X2 vasitəsilə (miras qoyanın qardaşı) irsi transmissiya üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq məqsədilə müraciət etmişdir. Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 102-ci hissəsinə əsasən vərəsələrin miras qoyanla qohumluq və digər münasibətləri aşağıdakı sənədlərlə sübut edilir: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanların şəhadətnamələri, arayışları, eləcə də akt qeydlərindən çıxarışlar, qohumluq münasibətlərinin müəyyən edilməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələri. Müəyyən olunmuşdur ki, Ərizəçi miras qoyan ilə qohumluq faktını təsdiq edən sənədlər (miras qoyanın qardaşı oğlu) təqdim edə bilməmişdir. Odur ki, qohumluq faktının təsdiqi üçün məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Notarius eyni zamanda bildirmişdir ki, qohumluq faktının təsdiqi ilə bağlı məhkəmə qətnaməsi təqdim edildikdən sonra irsi transmissiya üzrə vərəsəlik qaydasında mirasın bölüşdürülməsi məsələsinə baxıla bilər. Bununla da notarius tərəfindən ərizəçiyə qanun üzrə vərəsəlik hüququna dair şəhadətnaməni verilməkdən imtina edilmişdir. Ərizəçi bu faktı təsdiq edən sənədləri başqa qaydada ala bilmir. Ona görə də ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə təhqiqatı zamanı X5 və X17 öldüyü, ərizəçinin hazırki məsələnin məhkəmədən kənar qaydada həlli üçün Balakən regional «ASAN xidmət» mərkəzində notariat ofisinə müraciət etməsi və bu müraciətin heç bir nəticə verməməsi səbəbindən mərhum X1 və mərhum bibisi X17 bacı-qardaş olmaqla bağlı qohumluq faktını təsdiq edən sənədləri başqa qaydada ala bilməməsi və bu faktın müəyyən edilməsinin ərizəçiyə bibisi X16 qalmış mirasdan pay almaq və bu məqsədlə həmin mirasa dair qanuni sənədlərin alınması üçün lazım olması müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə əsasən şəxslərin qohumluq münasibətləri hüquqi əhəmiyyəti olan fakt kimi məhkəmə qaydasında müəyyən olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 2-ci bəndinə əsasən məhkəmələrə tövsiyə olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir. Həmin Qərarın 2.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. Yenə də həmin qərarın 2.3-cü bəndinə əsasən qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər); 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar; 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar; 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər; 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.2-ci maddəsinə əsasən ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.3-cü maddəsinə əsasən üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.4-cü maddəsinə əsasən dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.5-ci maddəsinə əsasən beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1170.1-ci maddəsinə əsasən vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1170.2-ci maddəsinə əsasən əgər vəsiyyətnamə ilə bir neçə vərəsə təyin edilmişdirsə, lakin vəsiyyətnamədə yalnız bir vərəsənin payı müəyyənləşdirilmişdirsə, digər vərəsələr qalan əmlakı bərabər alırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1171-ci maddəsinə əsasən əgər vəsiyyətnamə ilə bir neçə vərəsə təyin edilmişdirsə və vərəsələrdən birinə təyin edilmiş pay mirasın hamısından ibarətdirsə, vəsiyyət üzrə bütün vərəsələr bərabər paylar almalıdırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.2-ci maddəsinə əsasən qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.3-cü maddəsinə əsasən vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalı, Ərizəçi mərhum X2 ilə mərhum X17 bacı-qardaş olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə əsasən müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin olunsun. Ərizəçi mərhum X2 ilə mərhum X17 bacı-qardaş olması faktı müəyyən edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar