Məhkəmə qərarları › İş №e-2(019)-388/2024

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-388/2024

28.11.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-388/2024 28.11.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı ümumi istifadəyə verilmiş ictimai yolun açılması, cavabdeh tərəfindən qoyulmuş dəmir keçid qapıların sökülərək götürülməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Balakən Rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1988-ci tarixli 08 nömrəli qərarına əsasən İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş JN 731 Kod 40110018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının 731 N planşetində göstərilən cizgisində qeyd olunan 1089.79 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsində olan ictimai yolun açılması,cavabdeh Balakən rayonu Gərəkli kənd sakini Cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması, cavabdeh tərəfindən yolun giriş hissəsinə qoyulmuş taxta qapıların öz hesabına sökülərək götürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı və onun nümayəndəsi-vəkili Nümayəndə iddia tələbinin azaldılması barədə məhkəməyə ərizə verərək Balakən Rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 08 saylı qərarı ilə İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş JN-731 Kod 40110018 olan “Torpağa Mülkiyyət Hüququna dair” Dövlət Aktının JN-731N planşetində göstərilən cizgilərdə qeyd olunan 1089,79 kv/m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gediş-gəliş üçün nəzərdə tutulan ictimai yolun açılması,Cavabdeh tərəfindən qoyulmuş dəmir keçid qapıların sökülərək götürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Balakən rayonu Gərəkli kəndində ailəsilə birlikdə yaşayır. Bir oğlu X26 Federasiyasındadır, qızı Havva Muradova isə Bakı şəhərinə ərə köçüb. Balakən rayonu Gərəkli kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsini və evini Balakən rayonu Mahamalar kənd sakini X2. Ona və ailə üzvlərinə məxsus Balakən Rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1988-ci tarixli 08 nömrəli qərarına əsasən 0.39 ha olan kənd təsərrüfatı təyinatlı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının 731 N planşetində göstərilən 1089.79 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsində bir mərtəbəli ev tikmiş və həmin evdə yaşayır. Onun JN 731 Kod 40110018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gedən ictimai yol vardır.Həmin yolu qonşusu Cavabdeh taxta qapılar qoyaraq bağlamış, onun və ailə üzvlərinin gediş-gəlişinə maneçilik yaradır. Dəfələrlə, onunla məhkəmədən kənar pretenziya qaydasında aparılan danışıqlar müsbət nəticə verməmişdir. İddia ərizəsinə əlavə edilmiş Balakən rayonu Gərəkli Bələdiyyəsinin 25 may 2023-cü il tarixli 25 nömrəli arayışından da görünür ki, Gərəkli kənd sakini Cavabdeh qonşusu İddiaçı evinə gedən dalan yola taxta qapı salaraq bağlamışdır. Həmin bağlanmış yol bələdiyyə mülkiyyətinə aid olan ümumi istifadədə olan yoldur.İddia ərizəsinə əlavə edilmiş Baxış Aktında göstərilir ki, “Balakən rayonu Gərəkli Bələdiyyəsinin sədri X10, Balakən rayon İHB-nin Gərəkli kənd İƏD üzrə nümayəndəsi X15, Balakən rayonu Gərəkli kənd sakini İddiaçı etibarnamə üzrə nümayəndəsi-vəkil Nümayəndə və Gərəkli kənd sakini Cavabdeh iştirakları ilə həmin aktı tərtib edirik, ondan ötəri ki, İddiaçı şikayəti əsasında onun həyətyanı sahəsinə və evinə gedən ümumi istifadədə olan yolun qonşusu Cavabdeh tərəfindən taxta qapılar qoyularaq bağlanması, həmin yola qoyduğu qapıları qıfıllayaraq, İddiaçı və qeyrilərinə yol ilə gediş-gəlişinə və hərəkət etməsinə maneəçilik yaratması ilə bağlı şikayəti əsasında həmin yola baxış keçirilmiş və mübahisənin həlli üçün Cavabdeh taxta qapıların götürülməsi, ictimai yolun açılması lazım olması barədə xəbərdarlıq edildi. Lakin, Cavabdeh bununla razılaşmayaraq, ictimai yolun açılmasına razılıq verməmiş və işin məhkəmə yolu ilə həllinə üstünlük verdiyini bildirmişdir. Bu barədə yola baxış aktı tərtib edildi, yolun qapı qoyulmuş hissəsinin fotoşəkli çəkildi,aktın doğruluğunu imzaları ilə təsdiq edirik.” İddia ərizəsinə əlavə edilmiş Torpağa Mülkiyyət Hüququna dair JN-731 kod 40110018 olan Dövlət Aktının 731 N planşetindən görünür ki, İddiaçı ailə üzvlərinə 1089.79 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmışdır. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş 13 fevral 2024-cü il tarixli 3-21-3-47/2-520/2024 nömrəli məktubunda göstərilmişdir ki, “Balakən rayonu Aqrar İslahat Komissiyasının 30 iyun 1988-ci il tarixli 08 saylı qərarı ilə İddiaçı və onun ailə üzvlərinin adına verilmiş N-731 kod ******* olan “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktın” da 731 N planşetinin cizgisində qeyd olunan 1089 kv.m olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gedişgəliş üçün yol nəzərdə tutulması barədə müraciətinizə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsində baxılmışdır. Müraciətinizin icrası ilə bağlı məlumat veririk ki, idarənin xidməti istifadəsində olan TEKUİS məlumat bazasında İddiaçı və onun ailə üzvlərinin adına verilmiş JN-731 kod 40110018 olan “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktın” da 731 N cizgisində qeyd olunan 1089 kv/m olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gediş-gəliş üçün yol nəzərdə tutulmuşdur və həmin sahənin yaxınlığında ictimai yol mövcuddur. İddia ərizəsinə əlavə edilmiş fotoşəkildən görünür ki, Balakən rayonu Gərəkli kəndində yerləşən ictimai yola taxta qapılar qoyulmuşdur. Odur ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 08 saylı qərarı ilə İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş JN- 731 Kod 40110018 olan “Torpağa mülkiyyət Hüququna dair” Dövlət Aktının JN-731N planşetində göstərilən cizgilərdə qeyd olunan 1089,79 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gediş-gəliş üçün nəzərdə tutulan ictimai yolun açılması,Cavabdeh tərəfindən qoyulmuş dəmir keçid qapıların sökülərək götürülməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi. O, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək göstərdi ki, iddiaçı X11, özünün və ailə üzvülərinin mülkiyyətində olan torpaq sahəsinə gedən ictimai yolun olubolmaması barədə heç bir sübut təqdim etməmişdir. Heyvanlar gəlib onun həyətinin ağzında natəmizlik yaradırlar. O və ailə üzvüləri isə heyvan natəmizliyinin iyinə dözə bilmirlər. Bu səbəbdən o, həyətinin qarşısındakı dalana dəmir keçid qapıları qoymuşdur.İddiaçının iddia tələbi əsassızdır. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Balakən rayon Gərəkli bələdiyyəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddələrinə uyğun olaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Balakən rayon Gərəkli bələdiyyəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş JN-731, KOD40110018 olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 08 saylı qərarı ilə X16 İddiaçı və X19 Balakən rayonu Gərəkli kəndi ərazisindən 0.39 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 23 iyun 2023-cü il tarixli baxış aktında göstərilmişdir ki, ”Mən, Balakən rayonu Gərəkli Bələdiyyəsinin sədri X10,Balakən rayon İHB-nın Gərəkli kənd İƏD üzrə nümayəndəsi X8, Balakən rayonu Gərəkli kənd sakini İddiaçı etibarnamə üzrə nümayəndəsi-vəkili Nümayəndə və Gərəkli kənd sakini Cavabdeh iştirakları ilə həmin aktı tərtib edirik ondan ötəri ki,İddiaçı şikayəti əsasında onun həyətyanı sahəsinə və evinə gedən ümumi istifadədə olan yolun qonşusu Cavabdeh tərəfindən taxta qapılar qoyularaq bağlanması,həmin yola qoyduğu qapıları qıfıllayaraq, İddiaçı və qeyrilərinə yol ilə gediş-gəlişinə və hərəkət etməsinə maneçilik yaratması ilə bağlı şikayəti əsasında həmin yola baxış keçirildi və mübahisənin həlli üçün Cavabdeh taxta qapıların götürülməsi, ictimai yolun açılması lazım olması barədə xəbərdarlıq edildi. Lakin, Cavabdeh bununla razılaşmayaraq ,ictimai yolun açılmasına razılıq vermədi və işin məhkəmə yolu ilə həllinə üstünlük verdiyini bildirdi.Bu barədə yola baxış aktı tərtib edilmiş,yolun qapı qoyulmuş hissəsinin fotoşəkli çəkildi,aktın doğruluğunu imzamızla təsdiq edirik. 1.imza:X10 2.imza:X15 3.imza:Nümayəndə 4.imza Cavabdeh. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala ərazi idarəsi tərəfindən Balakən Rayon Vəkil Bürosuna ünvanlanmış 13 fevral 2024-cü il tarixli 3-213-47/2-520/2024 nömrəli məktubunda göstərilmişdir ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 08 saylı qərarı ilə İddiaçı və onun ailə üzvlərinin adına verilmiş JN-731 kod- 40110018 olan “Torpağa Mülkiyyət hüququna dair” Dövlət Aktında 731N planşetinin cizgisində qeyd olunan 1089 kv.m olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gedişgəliş üçün yol nəzərdə tutulması barədə müraciətinizə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsində baxılmışdır. Müraciətinizin icrası ilə bağlı məlumat veririk ki, idarənin xidməti istifadəsində olan TEKUİS məlumat bazasında İddiaçı və onun ailə üzvlərinin adına verilmiş JN-731 kod 40110018 olan “Torpağa Mülkiyyət Hüququna dair” Dövlət Aktında 731N cizgisində qeyd olunan 1089 kv.m olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gediş-gəliş üçün yol nəzərdə tutulmuşdur və həmin sahənin yaxınlığında yol mövcuddur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Gərəkli kənd Bələdiyyəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arayışda göstərilmişdir ki, Gərəkli kənd sakini Cavabdeh Şəmsəddlin oğlu qonşusu İddiaçı evinə gedən dalan yola taxta qapı salaraq bağlamışdır.Həmin bağlanmış yol bələdiyyə mülkiyyətinə aid olan ümumi istifadə olan yoldur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu İcra Hakimiyyəti Başçısının Gərəkli kənd İnztibati Ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən 23 may 2023cü il tarixdə verilmiş 404 nömrəli məktubdan görünür ki, X1 sakinidir. Gərəkli kənd İƏD üzrə nümayəndəliyin 2021-2025-ci illərin 03 saylı təsərrüfatbaşına kitabın 178-ci səhifəsindəki 273 saylı təsərrüfat qeydiyyatına əsasən 0,12 ha həyətyanı,0,39 ha pay torpağı və 2007-ci ildlə inşa edilmiş ümumi sahəsi 90 kv.m, yaşayış sahəsi 80 kv.m olan evi vardır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüququi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 13 2024-cü il tarixdə verilmiş 3-21-3-47/2-1957/20224 nömrəli mütəxəssis rəyində göstərilmişdir ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 08 nömrəli qərarına əsasən İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş JN-731 kod 40110018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının 731 planşetində göstərilən cizgidə qeyd olunan 1089.79 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə idarənin xidməti istifadəsində olan TEKUİS məlumat bazasında gediş-gəliş üçün yol nəzərdə tutulmuşdur. Balakən rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 08 nömrəli qərarına əsasən İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş JN-7312 kod 40110018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının 731 planşetində göstərilən cizgidə qeyd olunan 1089.79 kv.m kənd təsərrüfat təyinatlı torpaq sahəsinə gediş-gəliş üçün nəzərdə tutulmuş həmin yolun başlanğıc hissəsində Cavabdeh tərəfindən keçid qapıları qoyularaq gediş-gəliş yolu bağlanmışdır.Torpaq sahələrinin yerləşmə vəziyyəti və mövcud olan yolun ölçüləri, koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 16 oktyabr 2024-cü il tarixli 10/2979 nömrəli ekspert rəyində göstərilmişdir ki,Məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2024-cü il tarixdə təqdim edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin müvafiq mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur. Qərardadın 1-ci süalı üzrə Balakən rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 08 nömrəli qərarına əsasən İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş JN-731 Kod 40110018 olan Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktının 731 planşetində göstərilən cizgidə qeyd olunan 1089.79 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə idarənin xidməti istifadəsində olan TEKUİS məlumat bazasında gediş-gəliş üçün yol nəzərdə tutulmuşdur. Qərardadın 2-ci sualı üzrə: Balakən rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 08 nömrəli qərarına əsasən İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş JN-731 Kod 40110018 olan Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktının 731 planşetində göstərilən cizgidə qeyd olunan 1089.79 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gediş-gəliiş üçün nəzərdə tutulmuş həmin yolun başlağıc hissəsində Cavabdeh tərəfindən keçid qapıları qoyularaq gediş-gəliş yolu bağlanmışdır.Torpaq sahələrinin yerləşmə vəziyyəti və mövcud olan yolun ölçüləri, koordinatları mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. Aparılmış ekspertiza tədqiqatın dəyəri 50 manatdır. Məhkəmə iddiaçının nümayəndəsi -vəkilinin və cavabdehin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi zamanı müəyyən edildi ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 08 nömrəli qərarı ilə X14, İddiaçı və X17 birgə mülkiyyətinə Balakən rayonu Gərəkli kəndi ərazisindən 0.39 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmiş və bu barədə JN-731 Kod 40110018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı təqdim edilmişdir. İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş JN-731 Kod 40110018 olan Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktının 731 planşetində göstərilən cizgidə qeyd olunan 1089.79 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gediş-gəliş üçün yol nəzərdə tutulmuş, lakin həmin gediş-gəliş yolu Cavabdeh tərəfindən dəmir keçid qapıları ilə bağlanmışdır. Buna görə də iddiaçı göstərilən iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri,istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Həmçinin Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinin 1- 3-cü hissələrinə əsasən: Torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır.

3. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin-küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək qeyd edir ki, iş materiallarından göründüyü kimi İddiaçı və ailə üzvülərinin mülkiyyətində Balakən rayonu Gərəkli kəndində yerləşən 0.39 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi vardır. Həmin torpaq sahəsinə gediş-gəliş üçün bələdiyyə mülkiyyətində olan ictimai yol mövcuddur. İddiaçı və ailə üzvülərinin həmin ictimai yoldan istifadə etmək hüquqları olsa da o, həmin yoldan istifadə edə bilmir. Belə ki, İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 1089.79 kv/m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gediş-gəliş üçün nəzərdə tutulmuş yol Cavabdeh tərəfindən zəbt olunaraq dəmir keçid qapıları ilə bağlandığından iddiaçı X13 həmin yoldan istifadə edə bilmir, onun hüquqları pozulur. Məhkəmə sözügedən yolun Balakən rayonu Gərəkli bələdiyyəsinin mülkiyyətində olmaqla ümumi istifadədə olan yol olmasını nəzərə alaraq hesab edir ki, iddiaçı X4 mülkiyyətində olan 1089.79 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gediş-gəliş üçün yol nəzərdə tutulmuş ictimai yol açılmalıdır. Eyni zamanda Cavabdeh həmin yolu zəbt edib yolun başlanğıc hissəsinə dəmir keçid qapıları qanunsuz olaraq qoyduğundan, həmin dəmir keçid qapıları onun özünün hesabına sökülməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən iddiaçı X4 ödədiyi 100 manat dövlət rüsumu xərci Cavabdeh tutulub İddiaçı ödənilməlidir. Məhkəmə qeyd edilənlərə əsasən yekun olaraq bu nəticəyə gəlir ki, iddia təmin edilməli, Balakən Rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 08 saylı qərarı ilə İddiaçı və onun ailə üzvülərinin mülkiyyətinə verilmiş JN-731 Kod 40110018 olan “Torpağa mülkiyyət Hüququna dair” Dövlət Aktının 731N planşetində göstərilən cizgilərdə qeyd olunan 1089,79 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gediş-gəliş üçün nəzərdə tutulan ictimai yol açılmalı,Cavabdeh tərəfindən həmin yolun başlanğıc hissəsinə qoyulmuş dəmir keçid qapıları onun özünün hesabına sökülərək götürülməli; 100 manat dövlət rüsumu xərci Cavabdeh tutulub iddiaçı X7 ödənilməlidir. 50 manat ekspertiza xərci Cavabdeh tutulub dövlət büdcəsinə AzMEM VÖEN **********, X6, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesaba ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin edilsin. Balakən Rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 08 saylı qərarı ilə X13 və onun ailə üzvülərinin mülkiyyətinə verilmiş JN-731 Kod 40110018 olan “Torpağa mülkiyyət Hüququna dair” Dövlət Aktının 731N planşetində göstərilən cizgilərdə qeyd olunan 1089,79 kv/m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gediş-gəliş üçün nəzərdə tutulan ictimai yol açılsın; Cavabdeh tərəfindən həmin ictimai yolun başlanğıc hissəsinə qoyulmuş dəmir keçid qapıları onun özünün hesabına sökülərək götürülsün; 100 manat dövlət rüsumu xərci Cavabdeh tutulub iddiaçı X7 ödənilsin. 50 manat ekspertiza xərci Cavabdeh tutulub dövlət büdcəsinə AzMEM VÖEN **********, X6, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesaba köçürülsün. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar