Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-389/2022 11.03.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, İddiaçı 11 sentyabr 2000-ci ildə ölmüş X1 anası olması faktının müəyyən edilməsi barədə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, 11 sentyabr 2000-ci ildə ölmüş X1 anası olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəyə ona əlavə edilmiş sənədlərlə birlikdə baxaraq, hesab edirəm ki, mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə hazırki ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci maddəsinə əsasən əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanı tərıfindən həyata keçirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. 01 oktyabr 2021-ci il tarixdən qüvvəyə minmiş «Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi haqqında» 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin «Vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi» adlanan XXXVİİ fəsli həmin Məcəllədən çıxarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 2.2-ci bəndinə əsasən əgər qohumluq faktının müəyyən olunması vətəndaşlıq vəziyyəti aktlarının qeydi zamanı yol verilmiş səhvlərlə (adın, ata adının, soyadın təhrifi və sair) əlaqədardırsa, məhkəmələr qohumluq münasibətlərinin müəyyən olunmasına dair belə ərizələri icraata qəbul etməkdən iddianın yolverilməzliyinə görə imtina etməlidirlər (Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsi). Bu cür səhvlərin aradan qaldırılması və vətəndaşlıq vəziyyəti aktlarında dəyişiklik edilməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları tərəfindən qüvvədə olan normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 №-li qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların təsnifatı»nda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri inzibati orqanlara aid edidlmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddilara (mübahisələndirmə haqqında iddia); həmin Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə düşən inzibati aktın qəbul ediliməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiələrə dair iddilara (məcburetmə haqqında iddia); həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inztibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); yenə də həmin Məcəllənin 2.2.4-cü maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul ediliməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdlən çəkinməyə dair iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Göründüyü kimi, qanun normalarının tələbinə əsasən şəxs vətəndaşlıq vəziyyəti aktında səhvlərin düzəldilməsi və ona dəyişikliyin edilməsi ilə bağlı müraciət etdiyi müvafiq qeydiyyat orqanı bundan imtina edildikdə, qeydiyyat orqanının müvafiq qərarından, hərəkət və ya hərəkətsizliyindən müfafiq inzibati məhkəməyə şikayət edilməlidir. Hazırki iddia ərizəsinə əlavə edilmiş X3 Xidmət Mərkəzi Ədliyyə Nazirliyi Qeydiyyat Şöbəsinin Balakən rayonunun Mahamalar kəndində yaşayan İddiaçı ünvanlandığı 03 noyabr 2021-ci il tarixli 1885 nömrəli məktubda göstərilir ki, 13.10.2021-ci il tarixdə Balakən “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsinə ərizə ilə müraciət edərək, Balakən rayon Meşəşambul kənd icra nümayəndəliyində 10.06.1957-ci ildə tərtib edilmiş 55 nömrəli doğum haqqında akt qeydində anasının soyadını “Qorzolova”dan “Hüşənova”ya düzəliş edilməsini xahiş etmişdir. Balakən rayon Meşəşambul kənd icra nümayəndəliyində 10.06.1957-ci ildə tərtib edilmiş 55 nömrəli doğum haqqında akt qeydində anasının soyadını “Qorzolova”dan “Hüşənova’ya düzəliş edilməsi qeydiyyat şöbəsində mümkün deyildir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” əsas müddəalara görə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün məhkəmənin qətnaməsi əsas hesab edilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi məhkəmənin qətnaməsi əsasında aparıldıqda, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi tələb olunmur. Yuxarıda qeyd olunanlara əsasən, Balakən rayon Meşəşambul kənd icra nümayəndəliyində 10.06.1957-ci ildə tərtib edilmiş 55 nömrəli doğum haqqında akt qeydinizdə anasının soyadını “Qorzolova”dan “Hüşənova”ya düzəliş edilməsi üçün kifayət qədər əsas omadığından məhkəməyə müraciət etməyi tövsiyyə edilir. Hazırki iş üzrə də ərizəçi İddiaçı doğum haqqında akt qeydində səhvin düzəldilməsi və ona dəyişikliyin edilməsi (anasının adına düzəlişin edilməsi) ilə bağlı Balakən regional «ASAN xidmət» Mərkəzi Ədliyyə Nazirliyi Qeydiyyat Şöbəsinin bundan imtinası barədə hərəkətindən Şəki İnzibati Məhkəməsinə şikayət etmək hüququna malikdir. Yəni qanun normalarının tələbinə əsasən bu işə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildir. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverizməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası MPM-nin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. İşin hallarını və mülki-prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq, hesab edirəm ki, iddianın yolverilməzliyinə görə İddiaçı 11 sentyabr 2000-ci ildə ölmüş X1 anası olması faktının müəyyən edilməsi barədə ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Həmçinin ərizəçi İddiaçı doğum haqqında akt qeydində səhvin düzəldilməsi və ona dəyişikliyin edilməsi (anasının adına düzəlişin edilməsi) ilə bağlı Balakən regional «ASAN xidmət» Mərkəzi Ədliyyə Nazirliyi Qeydiyyat Şöbəsinin bundan imtinası barədə hərəkətindən (qərarından) Şəki İnzibati Məhkəməsinə şikayət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263-264 və 266-268-ci maddələrini rəhbər tutub, q ə r a r a a l d ı m: İddianın yolverilməzliyinə görə İddiaçı 11 sentyabr 2000-ci ildə ölmüş X1 anası olması faktının müəyyən edilməsi barədə ərizəsinin qəbul edilməsindən imtina edilsin. Ərizəçi İddiaçı doğum haqqında akt qeydində səhvin düzəldilməsi və ona dəyişikliyin edilməsi (anasının adına düzəlişin edilməsi) ilə bağlı Balakən regional «ASAN xidmət» Mərkəzi Ədliyyə Nazirliyi Qeydiyyat Şöbəsinin bundan imtinası barədə hərəkətindən (qərarından) Şəki İnzibati Məhkəməsinə şikayət etmək hüququ izah edilsin. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №e-2(019)-389/2022
Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-389/2022
11.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver