Məhkəmə qərarları › İş №e-2(019)-394/2022

Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-394/2022

03.11.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-394/2022 03.11.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı nümayəndəsi-vəkili Nümayəndə və cavabdeh Saramanova (Hekalova) Zərifə Əhmədulla qızının iştirakı ilə İddiaçı cavabdehlər Saramanova (Hekalova) Zərifə Əhmədulla qızına, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə və Balakən Regional «Asan xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh2 qarşı xx.xx.1997-ci il tarixli X2 X1 və Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş xx.xx.1997-ci il tarixli 976 №-li arayışın etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Saramanova (Hekalova) Zərifə Əhmədulla qızına, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə və Balakən Regional «Asan xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 09.12.997-ci il tarixli X2 X1 və Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş xx.xx.1997-ci il tarixli 976 №-li arayışın etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Nümayəndə məhkəməyə yazılı ərizə ilə müraciət edərək, hazırki iddia ərizəsinin geri qaytarılmasını və iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etmişdir. Cavabdeh Saramanova (Hekalova) Zərifə Əhmədulla qızı işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyini və İddiaçı cavabdehlər Saramanova (Hekalova) Zərifə Əhmədulla qızına, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə və Balakən Regional «Asan xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh2 qarşı 09.12.997-ci il tarixli X2 X1 və Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş xx.xx.1997-ci il tarixli 976 №-li arayışın etibarsız hesab edilməsi tələbinə iddia ərizəsinin baxılmamış saxlanmasına etiraz etmədiyini bildirmişdir. Cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi və Balakən Regional «Asan xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına təkrarən gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş, həmçinin onlardan işin mahiyyəti üzrə həll olunmasını tələb etdikləri barədə məhkəməyə hər hansı müraciət daxil olmamışdır. Məhkəmə hazırki işə cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsinin və Balakən Regional «Asan xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İşdə olan xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün Azərbaycan Respublikasının Dövlət büdcəsinə 100 AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Azərbaycan Respublikası MPM-nin 114.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır:114.1.5. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa… Azərbaycan Respublikası MPM-nin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılması əsasları göstərilir. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Məhkəmə iş üzrə sənədləri tədqiq edib, yuxarıda şərh edilənlərə əsasən hesab edir ki, İddiaçı nümayəndəsi-vəkili Nümayəndə hazırki iddia ərizəsinin qaytarılması barəsində ərizə verdiyindən və cavabdehlər işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiklərindən, İddiaçı cavabdehlər Saramanova (Hekalova) Zərifə Əhmədulla qızına, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə və Balakən Regional «Asan xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh2 qarşı 09.12.997-ci il tarixli X2 X1 və Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş xx.xx.1997-ci il tarixli 976 №-li arayışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmalı, iddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalı, hazırki iddianın qaldırılması üçün ödənilmiş 100 AZN məbləğində dövlət rüsumu Azərbaycan Respublikasının Dövlət büdcəsindən İddiaçı qaytarılmalı və iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114, 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, q ə r a r a a l d ı: İddiaçı cavabdehlər Saramanova (Hekalova) Zərifə Əhmədulla qızına, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə və Balakən Regional «Asan xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh2 qarşı 09.12.997-ci il tarixli X2 X1 və Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş xx.xx.1997-ci il tarixli 976 №-li arayışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın; iddia ərizəsinə əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın. Hazırki iddianın qaldırılması üçün ödənilmiş 100 AZN məbləğində dövlət rüsumu Azərbaycan Respublikasının Dövlət büdcəsindən İddiaçı qaytarılsın. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar